Böyüklərçün qorxulu nağıl
Yaxud od (yəni neft) hava, torpaq və suyu necə korladı
Siz hara getdiyinizi 
          bilmirsizsə çox cuman ki, istəmədiyiniz bir yerə düşəcəksiz
           Piter
 
        İnsanların bilmədiyi çoxlu 
          həqiqətlər var. Amma insanların bilmək istəmədiyi həqiqətlər ondan da 
          çoxdu. Zaman elə dəyişib ki, nağıl dinləmək dövranı öz-özünə aradan 
          çıxıb. İndi oğluna, nəvənə, sonra isə böyük-böyük əmi və xalalara nağıl 
          danışmaq dövranı gəlib. Böyüklər də ki, əsil körpülər, evlər, yollarla 
          oynamağı sevir. Böyük oyuna başı qarışanda insan həyata heyrətlənmək 
          bacarığını itirir. Ulduzlu gecələr, qürubun möcüzəsi elə bil heç vaxt 
          olmayıbmış kimi həyatımızdan yoxa çıxır. Biz hətta uşaqlar kimi «Nə 
          üçün? Niyə? Bəs sabah nə olacaq?» kimi sualları da artıq vermirik. Biz 
          getmirik, şərait, başqaları, hətta əşyalar da əlimizdən tutub aparır. 
          Oxuduğunuz nağıllar içində danışacağım bu nağıldan əsər-əlamət də yoxdu. 
          Bu nağılda xeyir şərə qalib gəlmir, çünki xeyirin axırına özümüz çıxmışıq. 
          Yazıdan yalnız yaxşı şeylər gözləyənlər ardını oxumaya bilər.
           Nağıla giriş, ya da biri vardı, biri yox
           Heç kim Kainatın ölçülərini bilmir. Deyirlər ki, o sonsuzdur. 
          Bir çoxu hesab eləyir ki, o, sonsuz olduğu qədər də gözəldir. Onun gözəlliyini 
          dəyərləndirə bilən İnsan yaranmasaydı yəqin ki, bu gözəllik tam olmazdı. 
          Bundan əvvəlki 12 milyard il böyük dram əsəri tamaşaçısız «oynanılırdı». 
          Kainatda Günəş sisteminin rolunu yaxşı anlamaqçün bütün ölçüləri 10 
          milyon dəfə azaldaq. Onda Yer kürəsi 1.3 mert diametrli şara çevrilər. 
          Bu şarın üstü kifayət qədər hamardır. Çünki ən yüksək dağın hündürlüyü 
          1 millimetrdən də az, ən dərin okean çökəkliyinin ölçüsü 1.1 millimetr 
          olardı. Şarımızın üstünü 1 millimetr qalınlığında su plyonkasıyla örtülüb. 
          35 sm-lik diametri olan Ay Yer kürəsindən 38.4 metrlikdədir. Günəşə 
          qədər isə 15 kilometr məsafə var. Alovlanan termoyaderli şarın öz diametri 
          140 metrə bərabər olardı. Kainatın belə bir bucağında boyu millimetrin 
          mində ikisi qədər olan İnsan nədənsə düşünür ki, dünyanın mərkəzi o 
          özüdür, o hamıdan və hər şeydən daha yaxşıdır və təbiətin yarada biləcəyi 
          ən kamil həyat formasıdır. 
          Orta hesabla 70 il aşayan İnsan heç vaxt bir milyon il zaman kəsiyinin 
          nə olduğunu anlaya bilməz. Orta insan həyatı 84 il bir sutkaya bərabər 
          kimi götürək. Belə olduqda 10 il bir saniyəyə bərabər olar. Həmin hesabla 
          Yer kürəsinin 13.5 il yaşı var. Xeops parimadası 8 dəqiqə əvvəl yaranıb. 
          Yeni era 3 dəqiqə 20 saniyə sürür. İlk kitab 55 saniyə əvvəl meydana 
          gəlib. Kompüterlər xalqı cəmi 3-4 saniyə əvvəl istila eləyib. Parovozun 
          yarandığı dövrdən başlasaq 20 saniyə yaşı olan texniki sivilizasiya 
          və neft və qazın yaranmasına lazım olan 200 – 300 sutka vaxtı qarşılaşdırsaq 
          məlum olar ki, hazırda biz təbiətin topladığı yanacağın partlayışı zamanında 
          yaşayırıq. Bu partlayışın sonuna cəmi 3, uzağı 4 saniyə vaxt qalıb. 
          
          İnsan, sən kimsən axı?..
           Nağılın bu yerində gələcəyini fikirləşəndə ürəyin ağrayan 
          böyüklərə və xüsusilə də uşaqlara Yerin əvvəllər necə olması barədə 
          danışılacaq. Burda eşidəcəksiz ki, yaşamaq uğrunda çarpışanda İnsan 
          Yer kürəsində nələr törədib. Hər nağılın içində sehr olmasa olmur. Hardasa 
          Simurq quşu arzularını relalşdırmalı, hardasa uçan xalça səni qanadlarına 
          alıb istədiyin yerə aparmalıdır. Yoxsa İnsan belə nağılı dinləmək istəməz. 
          Minilliklər keçirdi, amma nağıllar reallaşmaq bilmirdi ki, bilmirdi. 
          Aktiv adamlar öz ağlı və dərrakəsinə arxalanaraq çıxış yolu axtarmağa 
          başladı: heyvanlar əhilləşdi, meşə yanğınlarından sonra od əldə edildi, 
          əmək alətləri kəşf edildi. Heyvan dərisi İnsana imkan verdi ki, ekvatordan 
          uzaqlaşıb başqa əraziləri zəbt eləsin. Bu anda İnsan iki prinsip kəşf 
          eləməklə sosial inqilab yapdı: 
          - Sən demə başqasının paltarını və yeməyini əlindən almaqla yaşamağı 
          asanlaşdırmaq olarmış.
          - Başqa insanları özünə işləməyə məcbur eləməklə ovdakı risk və işləməkdən 
          canını qurtara bilərsən. 
          Bu iki fikir İnsanın beyninə dolan kimi müharibələr başladı və hələ 
          də gedir. Əsir düşmüş insanların qul kimi işləməsindən o qədər də böyük 
          xeyir görməyəndə İnsan öz xalqını əsarət altında saxlamağın yollarını 
          tapdı. Azlıqların çoxluğu əsarət altına alması prosesi daş kömürün kəşfindən 
          sonra daha efektli oldu. Gəmilər insanları «özü» daşımağa, dəmir yollarında 
          sərnişinlər «öz-özünə» hərəkət eləməyə başladı. Hamı elə bildi ki, texniki 
          tərəqqi mütləq sosial inkişafa gətirəcək. Ona görə də İnsanı işdən azad 
          edə biləcək maşınların kəşfi sürətləndi. Arzulanan dövr gəlsəydi İnsan 
          öz artıq vaxtını hara sərf eləyəcəyi haqqında düşünməli olacaqdı. Amma 
          maşınlar artdıqca vaxt da azalmağa başladı. Fəhlələr Roma imperiyası 
          dövründən betər istila edildi, fabrik və zavodlarda işləməkçün çoxlu 
          uşaqlar dünyaya gətirmək lazım gəldi. Müharibələr daha qanlı, maraqlar 
          daha tamahkar, həris oldu. Milyon illər boyu toplanan neft ehtiyatı 
          qısa müddətə sərf edildi. İnsanın azad elədiyi enerji öz dağıdıcı yürüşünü 
          başladı. Bu vaxt heç kim texniki və elmi tərəqqinin əvəzinə qurbanlar 
          verəcəyimizi deyən Maltus, Höte, Mendeleyevin sözlərini xatırlamadı. 
          
          İndi biz özünü məhvin astanasında dayanıb bir neçə yoldan birini seçmək 
          məgburiyyətindəyik:
          - İstilik-nüvə müharibəsindən (ya da kimyavi, bakterioloji)
          - Ekoloji fəlakətdən
          - Texnogen fəlakətlər silsiləsindən
          - Müharibə və fəlakətlərin nəticəsində əmələ gələn epidemiya və bəlalardan
          Bir vaxtlar İnsanın sonacan vuruşmaq əzmi onu heyvan aləmində qalib 
          çıxmağa imkan verdi. Həmin sürətlə İnsan indi özünüməhvə tərəf sürükləyir. 
          
          Odsuz torpaq və su
           Yer kürəsi bizim əcdadlarımıza böyük gəlirdi. İndi o qədər 
          balacalaşıb ki, bir başından o biri başına uçmaq artıq problem deyil. 
          İlk əkinçilərə elə gəlirdi ki, torpaq hamıya çatar. Əhali artdıqca darısqallıq 
          və incikliklər də artdı. Ya öz torpağını müdafiə eləməli, ya da yenilərini 
          tapmalıydın. Yer üzrə yaxşı torpaqlar planetin bütün ərazinin cəmi 3.2 
          faizini təşkil eləyir. Son 200 il ərzində İnsan əvvəlki miniilliklər 
          boyu korlaya bildiyindən artıq ziyanvericilik eləyib. Keçən əsr əkinə 
          yararlı torpaqların 27 yaizini artıq itirmişik. 1960-cı ildə 3 milyard 
          əhali olan vaxt 1.5 milyard ha əkinə yararlı idi. Bu adambaşı 0.5 ha 
          sayılmaqla ABŞ və Avropanın qəbul elədiyi normalara uyğun gəlirdi. 2000-ci 
          ildə bu rəqəm 0.27 ha endi. Çin kimi yaşamaq uğrunda mübarizəyə davamlı 
          olmaqla adama 0.08 ha torpaq düşmək şərtilə salamat qalmaq mümkündür. 
          Amma hamıda çinliliərin zəhmətkeşliyi yoxdur. Dincə qoyulmuş torpaqın 
          15 sm-lik qatının bərpasına 3 min il gərəkdir. Bizim bu qədər gözləməyə 
          də vaxtımız yoxdur. 
          Alimlər bu yaxınacan iddia edirdi ki, okean və dənizlər bəşəriyyəti 
          aclıqdan xilas edə bilər. Amma onların da ehtiyatı tükənmək üzrədir. 
          İnsanlar azuqəsinin 99 faizini torpaqda yetişdirilmiş ərzaqdan alır. 
          Hazırda yararlı torpaqların 95 faizi artıq İnsan tərəfindən zəbt edilib. 
          İnsan təbiəti məhv eləməkdə sürətini artırdıqca zərərvericilər ondan 
          da artıq sürətlə artıb insanın yetişdirdiyini məhv eləyirlər. Adətən 
          məhsulun 40 faizini zərəvericilər yeyir. Məlumdur ki, Yer üzündə bir 
          neçə sivilizasiya torpağın sıradan çıxmasına görə məhv olub. Hər il 
          bizdə adambaşına 15 ha torpaq sıradan çıxır. Bu bizim yediyimiz ərzaqdan 
          15 dəfə artıqdır. Hər il yolların salınmasına 0.5 milyon ha torpaq işlənir. 
          Bəzi ölkələrdə torpağın müdafiəsi hərbi müdafiədən daha üstün sayılır. 
          Mütəxəssislər hesab edir ki, İnsan ayılsa torpağın xilası hələ ki, mümkündür. 
          Amma bununla heç kim məşğul olmaq fikrində deyil. Hazırda yer kürəsi 
          3 milyard adamı doyunca yedirə bilər. Deqradasiya həmən sürətlə getsə 
          42 ildən sonra 2 milyard adamın doyunca yemək imkanı olacaq. 
           Aclıq olacaq!
           İnsanın yaşamasıyçün vacib olan şərait, şəhərlər, kanallar, 
          yollar, su hövzələri artdıqca, yəni şəhərsalma genişləndikcə torpaqlar 
          üstündə gəzməkdən başqa heç nəyə yaramayan sahələrə çevrilir. Adi Amerikalı 
          ailəsi qazancının 15 faizini ərzaqa verir. İnkişafda olan ölkələrdə, 
          yəqin ki, biz də bu siyahıdayıq, ailə qazancının yarıdan çoxunu yeməyə 
          xərcləyir. Ərzağın qiymət artımı isə təkcə bizdə yox, bütün dünyada 
          müşahidə edilir. Hazırda Amerika kənd təsərüffatı məhsullarının 20 faizini 
          eksport eləiyr. Amma qiymətlərin 3-5 dəfə artımı gözlənildiyinə görə 
          eksportun azalması, sonra tamam dayanması da gözlənilir. Artıq Amerikanın 
          başqa ölkələri yedirməyə gücü çatmayacaq. Bu gün 183 ölkədən cəmi 2 
          ölkə dənli bitkilərin böyük miqdarda eksportu ilə məşğuldur. 20 il əvvəl 
          Afrika işlətdiyi qədər də məhsul yetişdirirdi. İndi o, lazım olduğunun 
          80 faizini istehsal edə bilir. Nəzərə alsaq ki, məhsulun 75 faizi müxtəlif 
          kimyavi gübrələr, qerbesid, pistesidlərin hesabına başa gəlir, deməli 
          neft bitən kimi onların da istehsalı dayanacaq. İnsanın həyatı hazırda 
          torpağın nazik qatı və ondan daha artıq sağlam düşüncəsindən asılıdır. 
          Əhali günə 120 min baş artır. Bu sürətlə artan əhalini azalan vəsaitlə 
          yedizdirmək gündən-günə çətin olacaq. Demoqrafik vəziyyət dəyişməsə 
          və İnsan ağlını başına yığmasa aclıq olacaq.
           Heç olmasa kabablıq qoyun qalaydı…
          
 
           Keşmişdə ağıllı babalarımız çarıq geyərdi və bu çarığın burnu 
          göyə baxardı ki, gəzəndə otları əzməsin. Bu gün İnsan Yer kürəsində 
          canlıların məhv olmasında birbaşa iştirak eləyir. Hər gün 150 növ məhv 
          edilir. İnsanın eqoizmi və özünə vurğunluğu bu həddə ona görə çatıb 
          ki, təbiətdə özünə bərabər rəqibi yoxdur. 10 milyonlarla növlərdən ibarət 
          ekosistemin İnsanın yeyib, yatıb, dava dalaş salması üçün yaranmasını 
          düşünmək özü bizə axmaqlıq, vəhşilik kimi gəlir. Amma sabah bizim həyat 
          tərzimizdən sonra doğulan uşaqlar bizi cinayətkar adlandıracaq. Çünki 
          bu boyda nemətlərin əvəzinə onlara cansız quru səhra qoyub gedəcəyik. 
          Hazırda 27 min növ canlını məhv eləməkdəyik. 30 il daha 25 faiz də yoxa 
          çıxacaq. Onda uşaqlarımız quru çörək və təmiz su arzusuyla yaşayacaq. 
          
          İçməli suya gəldikdə isə o, Yer kürəsinin su ehtiyatının 3 faizini təşkil 
          eləyir. Onun da 75 faizi ayzberq və buzlaqlardadır. Qalan suyun cəmi 
          1 faizini İnsan rahat əldə eləyə bilir. Amma hətta bu qədər az miqdarda 
          suyu Yer kürəsinə bərabər paylaya bilsək su hamıya çata bilərdi. Son 
          40 il ərzində adambaşına içməli suyun qədəri 60 faiz azalıb. Cələn 25 
          ildə isə onun 2 dəfə azalacağı gözlənilir. İçməli suyun 87 faizi kənd 
          təsərüffatına sərf edilir. İnkişafda olan ölkələrdə inkişafla paralel 
          suysun çirklənməsi prosesi də gedir və ehtiyatın 95 faizi çirklənmiş 
          olur. Torpaq kimi su da çox yavaş bərpa edilir, təxminən ilə 1 faiz 
          sürətiylə. 
          1870-ci ildə meşələr Yer kürəsinin 7 milyard ha yerini tuturdu. 100 
          il sonra bu ərazi az qala iki dəfə azaldı. Belə getsə 30 sonra ABŞ ərazisi 
          qədər səhralığın əmələ gəlməsi gözələnilir. Hər il Avstriyanın ərazisi 
          boyda ərazi çılpaqlaşır. Hindistanda əvvəlki meşə örtüyünün 9 faizi 
          qalıb. Haiti adalarında meşə tam yoxa çıxıb. Şri lanka da da eləcə. 
          Ekvadorda meşənin yarısı qalıb. Baqnladeşdə 95 faiz məhv olub. Filippində 
          20 faiz meşə tapmaq olar. Dünya 10 həftə ərzində Niderlandın ərazisinə 
          bərabər meşəni məhv eləyir. Meşələr yoxa çıxdıqca həşəratlar canımıza 
          daraşacaq, iri yanğınlar baş alıb gedəcək. Parnik effekti havada zəhərli 
          qazların artmasına gətirir. Proses davam eləsə İnsanın sağlamlığına 
          ciddi zərər dəyə bilər. 
          «Nefti yandırmaq pulla ocaq qalamağa bənzəyir» (Mendeleyev)
          ABŞ yaranan vaxtı iqtisadiyatın inkişafı üçün şərait çox yaxşı idi. 
          Təkcə Oklaxomadakı neft Avropa ölkələrindən hamısından daha çox idi. 
          1950-ci iləcən düynanın neft üzrə lideri olsa da 48 il sonra onlar öz 
          ehtiyaclarını yalnız yarısını ödəyə bilirdilər. Hazırda Amerika neft 
          ehtiyatının dibini siyirir. «Səhrada tufan» əməliyyatından tutmuş aparılan 
          bütün müharibələrin əsasında neft məsələsi dayanır. 150 il ərzində insan 
          neft ehtiyatının 65 faizini artıq sərf eləyib. 
          İnsan öz dağıdıcı fəaliyyətini saxlasa özünü bərpa prosesinə içməli 
          suya 200 il, ekosistemə 500 il, atmosferə 1 milyon il, okeana 20 milyon 
          il lazımdı. Hazırda Yer kürəsində yaşayan insanların normal həyatıyçün 
          iki dənə də Yer kürəsi lazımdı. 30-40 ildən sonra daha 5 planet də lazım 
          gələcək. Ona görə də «Neft qurtarandan sonra nə olacaq?» sualına cavab 
          tapmalıyıq. Qlobal enerji böhranı son vaxtlar əmələ gələnləri ən birinici 
          məhv eləyəcək: kosmik sənaye, informasiya texnologiyaları. Milyonlarla 
          avtomobil lazımsız dəmir qalağına çevriləcək. Ölkənin bütün gücü hərbçilər 
          və polisə yönəldiləcək. Sənayenin iflici görünməyən işsizliyə gətirib 
          çıxaracaq. Böyük şəhərlər məhv olacaq, çünki insanlar torpağa axışacaq. 
          Daxili və xarici miqrasiya ölkələrin sərhədlərni siləcək. Baş verənlər 
          haqqında informasiya qıtlığı zorakılıq, xaos yaradacaq. Pul mənasını 
          itirəcək, insanlar ibtidai barter yoluyla tələblərini ödəyəcəklər. Əvvəlki 
          əsrlərdə toplanmış elmi, texniki, biliklər itiriləcək. Yer kürəsi yaşamaqçün 
          çox narahat bir planet olacaq. Texnoloji monstr məhv olanda milyonları 
          da dalıyca sürükləyəcək.
          …Bu bir az fantastik filmlərdəki kadrlara daha sox bənzədi. Bu nağılın 
          sonunda padşah taxtdan düşməyəcək və Məlikməmmədin başını vuracaqlar… 
           
        
Qadın baxışı