Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Yəhudi pritçaları

 

Seldən qorunmaq

Bir ravvin özünün Allaha olan inamı ilə öyünürdü. Tez-tez «mən Allaha inanıram» deyə təkrarlayırdı.
Bir gün gücli sel olur. Su getdikcə artırdı. Ravvinin evinə adamlar gəlib evlərini tərk etdiklərini və ordan getdikdərini deyirlər və ravvina da onlarda getməyi təklif edirlər. Lakin ravvin getməyəcəyini deyir:
- Yox, mən qalacam. Mən Allaha inanıram. O məni xilas edəcək.
Su getdikcə artırdı. Ravvinin evinə qayıq yaxınlaşdı. İçindəki adamlar ona minməyi təklif etsələr də, ravvin yenə razılaşmadı:
- Getmirəm. Mən Allaha inanıram.
Qayıq getdi. Bir azdan başqası gəldi. Ordakı adamlar yenə ravvinə qayığa minməyi təklif etsə də, o bu dəfə də getmədi. O inanırdı ki, Allah onu xilas edəcək. Nəhayət vertolyot gəldi. Ordakı adamlar ravvina minməyi təklif etdilər. Artıq bunun son şans olduğunu dedilər. Lakin ravvin bu dəfə də getməkdən imtina etdi. Su getdikcə artırdı və təbii ki, ravvin suda boğuldu. Öləndən sonra Allahla rastlaşan ravvin ondan soruşur:
- Ay Allah, mən sənə elə inanırdım. Mənim batmağıma necə imkan verdin?
Allah cavab verir:
- Üç dəfə səni xilas etməyə cəht etdim. İki dəfə evinin yanına qayıq, bir dəfə də vertolyot göndərdim.

 

İnsanlar əyilməyi unudub

Cavan adam qoca ravvindən soruşdu: «Eşitmişik ki, köhnə vaxtlarda insanlar bəzən Allahı görüb, onunla rastlaşıblar. Bəzən Allah yerdə gəzib, insanları adı ilə çağırıb. Bəs indi nə baş verib? Niyə indi biz Onu görə bilmirik? O niyə bizdən gizlənir? O niyə daha yerdə gəzmir? Niyə qaranlıqda ayağı ilişib yıxılan adamların əlindən tutmur? Əvvəllər O belə edib.
Qoca ravvin şagirdinə baxıb deyir: «Oğlum, O indidə həmişə olduğu yerdədir. Ancaq insanlar Onu görməkdən ötrü səcdə etməyi unudublar».

 

Çəkməçinin duasi

Bir gün çəkməçi ravvinin yanına gəlib soruşur:
- De görüm mən səhər duasını necə edim. Mənim müştərilərimin hamısı kasıb adamlardı. Onların ancaq bir cüt ayaqqabısı olur. Bəzən axşam ayaqqabıları təmirə götürüb səhərə hazır edirəm. Gecə işlədiyimə görə sübh tezdən dua edə bilmirəm. Axı adamlara səhər işə getməkçin hazır ayaqqabı lazımdır. Bəs səhər duasını necə edim?
- Bu vaxta qədər bəs necə dua etmisən?
- Bəzən duanı tez-tez oxuyub iş başına qayıdıram. Ancaq buna görə çox narahat oluram. Bəzən duanı etməyə imkan tapmıram. Belə olan halda içimdə hansısa itki hissi keçirirəm. Hər dəfə çəkici qaldıranda ürəyimdən səs gəlir: «mən necə də bəxtsizəm. Çünki səhər duasına vaxtım yoxdu»».
Ravvin deyir: «Əgər mən Allah olsaydım, sənin ürəyinin səsini duadan artıq qəbul edərdim».

 

Qızıl kisəsi

Bir gün ravvin Xaim pəncərədən küçəyə baxırdı. Küçədən keçəni görüb ona evə girməyi işarə etdi. Küçədən keçən evə daxil olandan ravvin ondan soruşdu:
- Əgər sən küçədə qızıl pulla dolu kisə tapsan, onu sahibinə qaytarardın?
- Əgər mən onu sahibinin kim olduğunu bilsəm, mütləq qaytararam.
Bunun cavabında ravvin küçədən evə çağırdığı adama «sən axmaqsan» - dedi.
Bundan sonra ravvin yenidən pəncərəyə yaxınlaşıb küçədən keçən başqa bir nəfəri evə çağırıb eyni sualı ona da verdi. Həmin adam axmaq olmadığını və pulu sahibinə qaytarmayacağını dedi. Belə cavabdan sonra ravvin onun pis adam olduğunu bildirdi və üçüncü adamı evə çağırdı. Üçüncü adamın isə buna cavabı belə oldu:
- Ravvin, mən hardan bilim ki, pulu tapandan sonra necə adam olacam və özümü pis işlərdən qoruya biləcəmmi. Bəlkə pis iradə üstün gələcək və mən özgəsinin pulun mənimsəyəcək. Bəlkə də Allah iradəmlə bacarmağa yardımçı olacaq və mən tapdığımı onun əsl sahibinə qaytaracam.
Bu sözləri eşidən ravvin razı qaldı:
- Çox yaxşı sözlərdi. Sən əsl müdriksən.

 

Eyni cinsdən olan atlar

Bir gün maqnat altı bahalı atın qoşulduğu faytonla gedirdi. Fayton bataqlığa düşür və nə etməklərinə baxmayaraq onu ordan çıxarmaq mümkün olmur. Bu dəm yaxınlıqdan iki atın qoşulduğu araba ilə kəndli kişi gedirdi və bataqlıqdan çox rahatça keçə bildi. Bunu görən maqnat çox təəccübləndi və kəndlidən soruşdu:
- Sənin atlarının gücü nədədir?
Kəndli cavab verdi:

- Sizin atlarınız ayrı-ayrılıqda güclü olsalarda da, ayrı cinslərdəndilər. Onların arasında heç bir bağlılıq yoxdur. Hər biri özünü daha yaxşı hesab edir və faytonu özü tərəfə çəkir. Birini vuranda o biri sevinir. Ancaq mənim atlarım sadədir, eyni cinsdəndilər. Birini vuran kimi o biri var gücünü sərf edir ki, yanındakına kömək etsin.

1- 2- 3 - 4- 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 -16