Gör
kim gəlib!?.
Xoş gəlib
səfa gətirmisən! Həmişə sən gələsən!
Keç yuxarı
başa. Bilirsən də bu səhifəni səninçün yaratdıq. O nə
saytdı ki, bir dünya söz yaza, səhifələrini mirvari kimi
internetə düzə, amma bircə dənə qonaq otağı olmaya. Özün
bilərsən, istəyərsən Xırdaxınımın mütəkkəsinə söykən,
ya da Mollanın eşşəyinə min gəz. Buralarda sən istəyən
olacaq.
Acdığın
olar? Ayın-uyundan düzək süfrəyə. Lətifəynən aran necədi?
Bəlkə, hekayətdən bir dişdəm vurasan? Deyirsən, yeyib
gəlmisən? Hə,…deyəsən, gəzib gəlmisən. Yox, inanmaram
ki, «Mücrü»dən doya bilərsən. Saytda
gəzişəndə yoruldunmu, bura gir. Kimin nə sözü olarsa,
kim bizə fikir yazarsa, hamısını bura qoyacağıq. Bəlkə,
sən də yazasan. Düz deyirsən, əvvəl gəzib, oxuyub, gülüb
sonra yazarlar. Həmişə gəzməklərdə, həmişə gülməklərdə,
əziz oxucu!
Özün bildiyin
lətifəni, rəvayəti, ya da gülməli hekayəni saytımızda
yerləşdirmək istəsən, bizə yaz. [email protected]
ünvanında məktubunu gözləyirik.
Bu məqamda göydən
üç alma …..yox, üç gilas düşdü. Hə də, bizim nağılda,
bizim saytda belədi. Biri oxuyanın, biri saytı yaradanların.
O birisini də bizə yazanlarçün saxlayacağıq. Qonaq otağının
meyvəsi əskik olmaz… «Mücrü»nün yaradıcılarını tanımaq
istəyirsən? Onda bax…