|
|
Aforizm
yaxşı redaktə edilmiş romandir.
1
Leonardo
da Vinçi
Elm sərkərdə,
təcrübə əsgərdir.
Dəmir istifadə
olunmayanda paslanır. Su duranda iylənir, soyuqda donur.
İnsan ağlı da istifadə olunmayanda vərəmləyir.
Orda ki rəssamın
əlini ruh idarə etmir, orda sənət olmur. Orda ki fikir
əllə birgə işləmir, orada rəssam yoxdur.
Onore de
Balzak
Məhəbbət çox
qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir,
bəzən də qızılı misə çevirir.
Yaxşı ər heç
vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.
Kim ki milyonları
axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır,
heç zaman tapmır.
İncəsənət dindir,
onun öz kahinləri var, amma şəhidləri də olmalıdır.
Pifaqor
Günəş batanda
uzanan kölgənə baxıb özünü böyük adam hesab eləmə.
Səadət dalınca
qaçma, o, sənin özündədir.
Böyük vədlər
vermədən böyük işlər gör.
Öz ehtiraslarının
əsiri olan adam heç vaxt azad ola bilməz.
Uşaqlarınızın
göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz
yaşı qalsın.
Fransua Rable
Hər şey öz zamanında
gəlir - gözləməyi bacarsan.
İnsan əqli yumruqlardan
güclüdür.
İştaha yemək
vaxtı gəlir.
İbn Sina
Kainatın ruhu
həqiqətdir.
Əgər dostum
düşmənlərimlə dostluq edirsə, onunla dostluğu davam
etdirmək olmaz. Zəhərlə qarışmış qənddən özünü qoru.
Ölmüş ilanın üstündə oturmuş milçəkdən özünü qoru.
Kim xoşbəxt
olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır.
Zaman keçmir,
keçən bizik.
İşsizlik və
avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni
zamanda xəstəlik mənbəyidir.
Sokrat
Evlənmək vaxtınız
gəldimi, evlənin. Qorxulu heç nə yoxdu. Əgər arvadınız
yaxşı olar, xoşbəxt olarsınız, pis olar, filosof olarsınız…
Əfzələddin Xaqani
Cavanlara qocalıq
yaraşmadığı kimi,qocalara da cavanlıq yaramaz.
Ağlın varsa,
gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən
ancaq təmiz vicdanın olsun.
T.Fikrət
Zəiflərə mərhəmət
göstərmək ədalətli olmaq deməkdir.
Y. V. Tarle
Həqiqətən
xeyirxah olmaq üçün, həddən artıq xeyirxahlıqdan bir
az artıq xeyirxah olmaq lazımdır.
B. Paskal
Biz həqiqəti
təkcə ağlımızla deyil ürəyimizlə də dərk edirik.
Y. Fuçik
Mən həyatı sevmişəm
və onun gözəlliyi uğrunda döyüşmüşəm.
Abbasqulu Ağa Bakıxanov
Çox yeməkdən
özünü qoru, çünki bədənin sağlamlığına və ağla ziyan
vurur.
Sənə tapşırılmayan
işi görməyə çalışma, çünki ondan xeyir görməzsən, öz
işindən də geri qalarsan.
Dostoyevski
Həqiqi sevən
ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı
öldürür.
Dünyaya qalib
çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol.
Elə dəqiqələr
var ki, insanlar bu vaxt cinayət istəyirlər.
Sevgi o qədər
qüdrətlidir ki, insanları yenidən doğulmağa məcbur eləyir.
Həyatı onun
mənasından artıq sevmək lazımdı.
Tanımadığını
sevmək mümkün deyil.
Bəraət qazandırın,
qınamayın, amma yamanlığa, pisliyə başqa ad verməyin.
Xoşbəxtlik xoşbəxtliyin
özündə deyil, onu qazanmaqdadır.
Canlı Allah
görmək istəyən onu şüurunun bomboş fəzasında yox, sadə
insan sevgisində tapacaq.
Edit
Piaf
Xoşbəxtliyin
haqqını göz yaşlarıyla vermək lazımdır.
Mən hamı üçün
oxumuram, hər kəs üçün oxuyuram.
Mən hər gecə
açı 500 dəfə sevgidən ölürəm.
Dinləyicilər
istedadlı olan günlər həyat çox gözəl olur.
Artist və publika
görüşməməlidir. Pərdə düşən kimi aktyor sehrli çubuğun
hərəkətilə ani olaraq yoxa çıxmalıdır.
Sevgi yoxa çıxanda
onu ya qızdırmaq, ya da tullamaq lazımdır. Bu, sərin
yerdə saxlanılası ərzaq deyil.
Sevgi yanğınından
sığortalanmırlar.
Mən sevgidən
ölmürəmsə, mən ölməyə bir şey tapmıramsa, bax onda mən
can verməyə hazıram.
Həyat ən yaxşı
özünü öldürmə alətidir.
Mən istəyirəm
ki, mənim «Etiraf»ımı oxuyanlar Mariya Maqdalenaya dedikləri
kimi mənə də «ona bağışlanacaq, çünki o sevirdi» deyəcəklər.
Freyd
Ər demək olar
ki, həmişə sevimli kişinin əvəzedicisi rolunu oynayır.
Əlinədəki daşı
atmaq əvəzinə ilk dəfə söyüş söyən adamı sivilizasiyanın
banisi saymaq olar.
Həqiqət sizi
azad edə bilər.
Sevgi həya-abır,
xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.
İnsanı xoşbəxt
eləmək Yaradanın planlarına daxil olmayıb.
Əgər insan həyatın
mənasıyla maraqlanmağa başlayırsa deməli o xəstədir.
Hitler
Nə təxəyyül,
təsəvvür, nə də istedad olmayan yerdə internasionalist
olmaqdan başqa çarə qalmır.
Xalqın özünə
başçı seçə biləcəyi bir respublikanı götürsək pul, reklam
və buna bənzər vasitələrlə dövlətin başında təlxəyi
də oturtmaq olar.
İnsanları daha
yaxşı tanıdıqca itləri daha çox sevməyə başlayıram.
İntellegentlər
cəmiyyətin tullantısıdır.
Mən sizi vicdan
adlanan xülyadan azad edirəm.
Qalibləri sorbu-sual
eləmirlər.
Yalan böyük
olduqca onu demək asanlaşır.
Otu yaşıl, səmanı
mavi çəkən hər bir rəssamı sterilizasiya eləmək lazımdır.
Markiz de Sad
İnsanlar ehtirası
məzəmmət eləyir. Onlar unudur ki, fəlsəfə məşəli də
işığını ordan
götürür.
Əgər Allah hər
şeyi yaradıbsa, deməli xeyir və şəri də, insanın qüsurlu
təbiətini də o yaradıb.
Qəddarlıq yeganə
insan enerjisi növüdür ki, hələ ki, sivilizasiya onu
sonacan yoldan çıxara bilməyib. Deməli o, qüsur yox,
xeyirxahlıqdır.
Ölümdən sonra
heç nə yoxdur. Bu qorxutmur, əksinə sakitləşdirir.
Heç nəyi olmayan
adamın hər şeyə sahib olan insana hörmət etməyi məcbur
edən qanun ədalətli ola bilməz.
Qadını əldə
eləmək istəyirsizsə onun ehtiraslarına müraciət edin,
ləyaqətinə yox.
Napoleon
Ağıldan dərrakəyə
qədər olan yol hamının düşündüyündən daha uzun olur.
Yoxuşa qalxanda
dayanmaq olur, enişdə isə mümkün deyil.
Yalnız həqiqət
təhqiredici ola bilir.
Mümkün deyil
ifadəsi ağmaqların lüğətindən götürülüb.
Qoşununu yedirmək
istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur
olar.
Süngüylə hər
şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz.
Düma
Qadınlar başqalarını
asanlıqla diz çökdürən kişiləri daha çox ağlamağa məcbur
edə bilirlər.
Heç bir işin
olmayanda gözləmək xüsusilə dözülməz olur.
Niyə uşaqlar
belə ağıllı, böyüklərsə belə axmaqdı? Ola bilər problem
təhsildədir.
Mən
orda olmasaydım yəqin ki, çox darıxardım.
Tarix mənimçün
mıxa bənzər bir şeydir, mən ora öz romanlarımı asıram.
Tarixlə hər bir şey eləmək olar, təki nəticəsində uşaq
alınsın.
Nə qədər ağıllı
danışsan da uzunçuluq eləyən kimi dediklərin axmaq sözlərlə
bitəcək.
Mənə tolazlanan
daşları yığmaq zəhmətini çəksəydim onlardan ucaldılan
heykəl yazıçı şərəfinə qoyulmuş ən böyük abidə olardı.
İnsan həyatı
davam eləməyin bir, həyatı məhv eləməyin isə minlərlə
yolunu bilir.
Mən sevgililərimin
sayını insanpərvərliyimdən artırıram. O, bircə dənə
olsadı heç bir həftə dözməzdi.
Bir birinə heç
bənzəməyən əsər yaratmaq mümkün deyil. Allah da insanı
yaradanda onu uydurmayıb, öz timsalında yaradıb.
Ailə boyunduruğu
o qədər ağırdır ki, onu ikilikdə, yaxşı olardı ki, lap
üçlükdə daşıyasan.
Jorj Sand
Kişi həmişə
uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı.
Bəzən bircə
kişinin ağlına təsir edə bilməyən kişilər qadınların
ağlını əlindən alıb ona sonsuz dərəcədə təsir göstərə
bilirlər.
Həyatda bir
sevinc var – sevib sevilmək.
Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə
ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin.
Evlilik evlənənə
qədər çox gözəl olur.
Sevgisiz evlənmə
ömürlük katorqadır.
Analıq əlbəttə
ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə,
evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir
ki, onu heç düşmənimə də arzulamaram.
Fikirlərinin
yaşını heç kimə açma.
Səni unudanların
çiçəkləri məzar üzərində daha yaxşı bitir.
Mənim peşəm
azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət
gözləməkdi.
Qoy başqaları
bir-birinə təmbəllikdən öyrəşsin, etinasızlıqdan bağışlasın.
Mən başqalarının
bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam.
həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma
həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik.
Həyat çox vaxt
romana bənzəyir, nəinki bizim romanlar həyata.
Sevgi haqqında
ağıllı sözlər deyən kişi vurulmayıb.
Hər şeyi bilmək
lazım deyil, hər şeyi anlamaq kifayət edər.
Şüur heç vaxt
ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür,
o bizə
bununçün verilməyib.
Əmir
Teymur
Göydə tək
olan Allah kimi, yerin də hakimi tək olmalıdır!
Yer üzünün
məskunlaşmış əraziləri iki padşah arasında bölünməyə
layiq deyil.
Vaqner
İnsan onu
təbiətə bağlayan telləri qəbul edənə qədər azad
ola bilməyəcək. Nə qədər ki, sənət həyatla əlaqəsindən
utanmağa səbəb tapır o, azad ola bilməz.
Qara Qarayev
Xalq musiqisinə
sırf qoruyuculuq baxımından yanaşanda o, muzey eksponatına
çevirir.
Bax və Çaykovskini
sevə-sevə xudbin və əclaf olmaq mümkün deyil. Mosart
və Qlinkanı anlayan insan heç vaxt əxlaqsız və çirkli
əməl eləməz...
Məncə Bakı
dünyada ən gözəl şəhərdir. Hər gün o, aydın günəşli,
yaxud zəif bozumtul-mirvari dumanlı və yağışlı səhərlə
oyanarkən oxuyur. O özü bütünlükdə mahnıdır...
Tolstoy
Tanrının
padşahlığı içinizdədir.
Mən Allaha
inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi
kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının
Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük
günah sayıram.
Mopassan
Qadın üzərində hər yeni qələbə bir daha sübut eləyir
ki, bizim qucağımızda onlar hamısı eynidir…
Pikasso
İncəsənət
bizi həqiqəti anlamağa kömək edən yalandır.
Allah da
başqa rəssamlar kimi rəssamdır.
Rəngkarlıq
korlar üçündür. Rəssam gördüyünü yox, duyduğunu
çəkir.
İnsanlar arasında da kopiya orijinaldan daha çoxdur.
Bədii cərəyanlar
mağaza vitrinlərini öz silahı kimi işlədəndə qalib
gəlirlər.
Cavan rəssamı
az adam başa düşür, yaşlı rəssamı ondan da azı.
Rey Bredberi
Qəbrimə gələsi olsaz kabus üçün alma gətirməyi unutmayın.
Heç vaxt baş verən möcüzələrə şübhə
eləmə.
Dünyada tənha olduğunu anlamayana
qədər heç kimin qocalmağa haqqı çatmır.
Fantastika bizim arzularımızın memarlığıdır.
Ömrü boyu işləmək istəmirsənsə öz
işini sev.
İnsanlar canlı zaman maşınılır
Mən Marsa uçmaq istəyirəm, mənimlə
gedirsənmi?
Biz mümkün olmayan kainatın mümkünsüzlüyük.
Biz dəliyik, amma birlikdə dəli olmaq
necə də xoşdur!
İnsanlar məndən gələcəyi soruşur,
mənsə onun qarşısını almaq istəyirəm.
Biz ağlımızın səsinə qulaq assaydıq
heç vaxt sevə bilməzdik. Heç vaxt da dostumuz olmazdı.
Qayadan aşağı uçarkən qanadları uçuş
vaxtı yetişdirmək lazımdı.
Mənə bir ovuc fakt verin, sabah axşam
çay süfrəsində mən əvəzində sizə bir yük maşını
dolu nəzəriyyə qaytarım.
Ölüm arxadan səni izləyirsə «Həyatın
mənası nədədir?» sualı çox mənasızlaşır.
|
|
|