Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar


1


Onu bağışlaya bilmərəm

Bir ərəb rəvayətində deyilir ki, bir bədəvi dünyasını dəyişirmiş. Qohum-əqrəbanı yığıb halallıq istəyir: «Olub ki, bəlkə, sizin xətrinizə dəyimişəm, pisliyim keçib. İndi ölürəm, halallıq verin». Hamı deyir ki, həyatdı, hər şey olur, xatirjəm ol. Sonra kişi deyir ki, dəvəmi gətirin, onunla da halallaşım. Gətirirlər. Kişi deyir: «Ay dəvəm, vaxt olub, sənn yükünü ağır eləmişəm. Elə də olub ki, otunu, suyunu vaxtında verməmişəm. Və ya kiməsə acığım tutub, səni döymüşəm. İndi ölürəm, haqqını halal eylə». Dəvə deyir: «Suyumu, yemimi vaxtında verməyibsən, yükümü ağır eləyibsən, başqasına acığın tutanda məni döymüsən, hamısını bağışlayıram. Amma bir dəfə yoxuşu yuxarı qalxanda ovsarımı uzunqulağın quyruğuna bağlamısan, onu sənə bağışlaya bilmərəm».


Yaşadığım bu həyatdan razıyam


Bir odunçu var imiş. Onun da bir uzunqulağı varmış. Bu uzunqulaq möhnətdən çəmbər kimi iki büküm olubmuş. Belində ağır yükdən açılmış yüzlərcə yara var imiş. Arpa bir yana, quru ota belə həsrət imiş. Üstəlik, sahibi də hər gün onu döyürmüş. Əmiraxur bir gün onu görəndə yazığı gəlir. Uzunqulağın sahibi ilə dost imiş. Deyir ki, sən bir neçə günlüyə onu mənə ver, aparım saxlayım. Bir az yesin, qüvvətlənsin. Kişi uzunqulağı verir və əmiraxur onu döyüş atları olan tövləyə gətirir. Uzunqulaq hər tərəfdə sığallı kök, gözəl, sağlam atlar görür. Ayaq qoyduqları yerlər süpürülmüş, sulanıbmış. Saman da tam vaxtında gəlirmiş, arpa da. Atların tumarlanmasını da görəndə uzunqulaq başını göyə qaldırıb deyir: «Ey ulu Tanrı, tutalım mən uzunqulağam, sənin məxluqun deyiləmmi? Nədən belə pərişanam? Nədən belim yaralı, zəifəm. Gecələr belimin ağrısından, qarnımın aclığından hər an ölüm istəyirəm. Bu atların halı isə lap gözəldi. Yaxşı, nədən bu əzab və bəla yalnız mənə məxsusdu? Təzə deyibmiş ki, müharibə başlayır. Ərəb atlarına yəhər vurub davaya sürürlər. Onlar düşməndən oxlar yeyir, nizələr sancılır böyür-başlarına. Ölən ölür, qalanlar pərişan halda tövləyə yıxılır. Həkimlər xəncərlə onların bədənlərini yarır, yaraları təmizləyir, bağlayırmış. Uzunqulaq bunları görüb deyir: «Ya Rəbb, qələt elədim, günahımdan keç, mən indiyəcən yaşadığım bu həyata razıyam».
 
Rahib və qadın

Bir rahib qış gecəsi gəlib çıxır bir kəndə. Nə illah eləyirsə, heç kəs qapını açmır. Bayırda isə itöldürən soyuq. Axır bir qadın qapısını açır, o da şərt qoyur: «Səni evə buraxıram. Amma gərək ya keçini kəsəsən, ya mənimlə şərab içəsən, ya da gərək zina edəsən… Rahib razılaşmalı olur. Sonra seçim edir: keçi candı, onu kəsmək böyük günahdı. Zina da elənçik. Axırda şərab içməyə razılıq verir. Şərabın təsiri canına yayılınca keçini də kəsir, zina da eləyir…

Çolaq tülkü kimi olma


Bir kişi meşədən keçəndə bir çolaq tülküyə rast gəlir. Öz-özünə fikirləşir ki, görəsən, bu əlil heyvan nə yeyir? Axı ov edə bilməz. Bir qalınlıqda gizlənib gözləyir. Bir azdan bir aslan gəlir. Ovladığı ceyranı yeyib çəkilir qırağa. Və tülkü də gedib onun artığını yeyir. Bu iş kişiyə çox təsir edir. Deyir mən də belə edəcəm. Axı Allah taala çolaq tülkünün də ruzisini yetirir. Niyə özümə əziyyət verib işləyirəm? Bir qalınlığa çəkilib ac qalır. Bir gün, beş gün, on beş gün. Lap ölüm həddinə gələndə göydən bir səs gəlir: «Ey qafil insan, çolaq tülkü kimi olma, aslan kimi ol, qazan, özün də ye, tülküləri də yedirt».

Naşükür kişi


Bir kasıb kişi varmış. Ayağına geyməyə ayaqqabısı belə yox imiş. Bu səbəbdən: «Görəsən, dünyada məndən də bədbəxti varmı?» - deyib saçlarını çəngə-çəngə yolurmuş. Bir gün qonşunun ayaqqabısını götürüb geyinir və bazara gedir. Bir də görür ki, bir dilənçi var, ayaqları dibindən yoxdu. Evə gəlir və dizlərini yerə qoyub Allaha yalvarır: «İlahi, günahımdan keç, mən ayaqqabı dərdi çəkirdim, o bədbəxtin heç ayağı yox idi. Min şükür, ayaqlarım yerindədi.

Bəs kəndiri niyə çəkirdin?


Deyirlər, keçmişdə bir abdal padşah varıymış. Camaat onun əlindən zinhara gəlibmiş. Amma neyləsinlər? Bir gün xaricdən nümayəndə heyəti gəlibmiş. Şahla görüşməkdə israr eləyirlər. Baş vəzir də müdrik imiş, bilirmiş ki, padşahın ayıbını bütün el bilir, indi görüşəsi olsa, xaricdə də biləcəklər. Çox düşünüb-daşınandan sonra razılaşır. Şaha deyir ki, mən stolun altından sənin ayağına kəndir bağlayacam, nə vaxt kəndiri çəkdim, bil ki, susmaq lazımdı, Sonrasını mən düzüb-qoşacam. Razılaşırlar. Qonaqlar bir az öz ölkələri haqda danışandan sonra padşah onlara sual verir: «Sizin ölkədə inəklərin əmcəkləri böyükdümü?» Vəzir kəndiri çəkir. Qonaqlarsa bu gözlənilməz sualdan özlərini itirib gözlərini bərəldirlər. Vəzir qonaqlara deyir ki, şahımız məcazi danışmağı xoşlayır, o, ölkənizin florası ilə maraqlanır. Yaxşı otlaqlar varmı? Ot yaraldımı? Yaral olanda inəklər südlü, əmcəkləri də böyük olur. Qonaqlar lazımi məlumat verirlər. Sonra şah yenə söhbətə başlayır: «Sizin ölkədə eşşək çoxdumu?» Vəzir yenə kəndiri çəkir və çaşqın qonaqlara izah edir ki, şahımız ölkənizdə nəqliyyat sektoru, infrastrukturun vəziyyəti ilə maraqlaınr. Qonaqlar yenə izahat verirlər. Sonra şah yenə soruşur: «Ölkənizdə hind çətənəsi, xaşxaş boldumu?» Vəzir yenə kəndiri çəkib bu izahatı verir: «Padşahımızı ölkənizdə narkobizneslə mübarizəinin vəziyyəti maraqlanıdırır». Qonaqlar lazımi məlumat verəndən sonra şahın məcazi danışığına heyranlıqlarını bildirir və vidalaşıb gedirlər. Onlar çıxan kimi padşah vəzirə bir yağlı şillə çəkir: «Əəə, mən ki, gül kimi söhbət edirəmmiş, dəqiqdə bir kəndiri niyə çəkirdin?»


Yalan və Həqiqət


Yalan və Həqiqət adamlara onların hansının daha gərəkli olduğu barədə mübahisə edirlər. Qərara gəlirlər ki, kimin haqlı olduğunu dəqiqləşdirmək üçün yoxlama aparsınlar. Bir ev seçirlər. Bu evə əvvəlcə Yalan girir. Həmin gün hamı yalan danışır. Evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Arvad cavab verir: «Canım mənim! Öl de, ölüm. Sənsiz bu həyat mənim nəyimə lazımdı?» Kişi daha bir dəqiqləşdirmə aparır: «Heç ürəyindən başqa fikirlər keçməyib?» Arvad: «Utanmırsan, nə danışırsan?» Kişi də arvadını sevdiyini daha bəlağətli şəkildə çatdırır və ailə xoşbəxtcəsinə günlük həyatını davam etdirir. Səhəri gün həmin evə Həqiqət girir. Bu dəfə hamı düz danışır. Yenə evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Qadın deyir: «Sənə gəldiyim günə daş yağaydı. Hardan mənə urcah oldun?» Kişi soruşur: «Bəs xəyanət necə, etmisən?» Arvad deyir: «Hansı birini deyim? Dəfələrlə, istəyirsən, sayaq. Əl barmaqlarından başla, ayaq barmaqlarına keç, o da yetməyəjək». Evdə qırğın başlayır, nə başlayır. Kişi bıçağı suncur arvadın böyrünə, arvad ət maşınını çırpır kişinin başına, ikisi də ölür, uşaqlar da yetim qalır. Yalan Həqiqətə deyir: «Gördün, dedim axı, mən daha xeyirliyəm».


1- 2- 3 - 4- 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 -16