Bir
kəndli atla şəhərə düyü almağa gedib. Şəhərdə on iki kisə
düyü alır. Düyünü satan tacir kəndliyə məsləhət görür
ki, aldıqlarını hissə-hissə aparsın:
-
Sənin atın on iki kisəni birdən apara bilməz. Səkkizin
götür, dördü qalsın burda. Səhər gəlib apararsan.
Ancaq
kəndli razılaşmadı:
-
Mənim atım çox qocadı. Heç səkkiz kisəni də apara bilməz.
Altısını o aparar, altısın özüm daşıyaram.
Belə
də edir: altı kisəni atın belinə qoyur, altısında öz belinə
sarıyıb minir ata. At bir iki addım atandan sonra dayandı.
Onun kəndə qədər getməyə gücü qalmamışdı. Bundan hirslənən
kəndli qışqırır:
-
Yaxşılıq bilməz heyvan. Başqaları atın belinə səkkiz kisə
qoyur. Ancaq mənim buna yazığım gəlir. Altı kisəni o aparır,
altısın mən.