Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Psixoloji pritçalar

Satıcı və tutuquşu

Şərqli tacirin danışan tutuquşusu var idi. Bir gün yağla dolu qabı aşırdığına görə sahibi ağacla onun quşun başına bir neçə zərbə vurur. Bundan sonra ağıllı tutuquşu danışa bilmədi, başında tükləri töküldü və tamam keçəl oldu. Ancaq günlərin bir günü dükana gələn bir alıcının görkəmi onu hədsiz narahat etdi. Alıcı da tutuquşu kimi keçəl idi. Onu görən tutuquşu yerində atılıb düşür, qanadlarını döyürdü. Axırda isə yenidən danışmaq qabiliyyəti ona qayıtdı və alıcıdan soruşdu: «Sən də yağ qabın dağıtmısan və buna görə başından ağacnan zərbə almısan? Ona görə sən də keçəlsən!»

Qanacaqlı qonaq

Bir gün sultan böyük qonaqlıq təşkil etmişdi. Bütün adlı-sanlı adamlar çağırılmışdı. Ancaq mollanı çağırmaq yaddan çıxmışdı. Ancaq o da qonaqların arasında idi və özünü çox rahat hiss edirdi. Bir qədər çaşqın qalan sultan mollanı kənara çəkib ondan soruşdu: «Necə oldu ki, burdasan, axı bir səni dəvət etməmişik?» Molla cavab verdi: «Əgər ev sahibi özünün öhdəliklərini yaxşı bilmir və məni dəvət etməyibsə, mən öz öhdəliyimdən istifadə edib qanacaqlı qonaq ola bilərəm».

Az fərq

Bir şərqli hökmdar yuxuda bütün dişlərinin töküldüyünü görür. Bundan həyacanlanan hökmdar yuxuyozanı yanına çağırıb yuxusunun mənasını ona izah etməsini istəyir. Yuxunu dinləyən yuxuyozan deyir: «Hökmdar, sənə pis xəbər deməli olacaq. Ardıcıllıqla bütün yaxınlarını itirəcəksən». Bu sözlər hökmdarın qəzəbinə səbəb olur və yuxuyozanı həbsə atmaq göstərişi verir. Bundan sonra başqa bir yuxuyozan hökmdarın yanın çağırılır və yuxunu dinlədikdən sonra deyir: «Bir sevincli xəbər deyəcəm. Sən bütün qohumlarından çox yaşayacaqsan». Bunu eşidən hökmdar çox sevinir və yuxuyozanı mükafatlandırır. Bunu görən saray əhli ikinci yuxuyozandan nə baş verdiyini soruşdular: «Axı siz ikinizdə eyni sözləri dediniz. Ancaq niyə birinci cəzalandırıldı, səni isə mükafatlandırıldın?» Yuxuyozan cavab verdi: «Biz ikimizdə yuxuya eyni məna verdik. Ancaq hər şey nə deməkdən yox, onu necə deməkdən asılıdır».

Sən ona əl uzat

Şimali Persiyada bir nəfər bataqlıqda batırdı. Yalnız başı görsənən zavallı var gücü ilə qışqırıb köməyə çağırırdı. Tezliklə xeyli adam onun səsinə toplaşdı. Onların arasında biri batana əlini uzadıb dedi: «Əlini mənə uzat, səni burdan çıxarım». Lakin batan adam ona əhəmiyyət verməyib yenə də köməyə çağırırdı. Kömək etmək istəyən yenə də ondan əlini verməyi xahiş edir. Lakin batan adam ona baxmadan durmadan köməyə çağırırdı. Nəhayət ətrafdakı adamlardan biri irəli çıxıb kömək etmək istəyənə dedi: «Görürsən ki, o sənə əlini verə bilmir. Öz əlini uzat, onda onu xilas edə bilərsən».

Gecikmiş qisas

Bir kəndin sakinləri öz həmkəndlilərindən bir nəfəri cəzalandırmaq qərarına gəlirlər. Quyuya atılan günahkara onun pislik etdiyi adamlar hər tərəfdən tüpürməyə, palcıq atmağa başlayırlar. Birdən kimsə ona daş atır. Bunu görə günahkar dinlənir: «Burdakıların hamısın tanıyıram. Bəs sən kimsən, niyə mənə daş atırsan?» Daşı atan adam deyir: «Sən iyirmi il bundan əvvəl mnə pislik etmisən». Bunu eşidən günahkar təəcüblənir: «Bəs bu qədər vaxtı sən harda idin?»
- Bütün bu müddət mən o daşı ürəyimdə gəzdirirdim. İndi isə, sənin belə yazıq halda olduğunu görəndə daşı əlimə götürdüm.

Günəşin kölgəli tərəfi

Bir alim tez-tez peyqəmbərin yanına gəlirdi. Bir gün peyqəmbər onu kənara çəkib dedi: «Tez-tez gəlmə. Onda biz bir-birimizi daha çox istəyəcəyik». Bunu deyəndən sonra isə maraqlı əhvalat danışdı.
Bir alimdən soruşurlar: «Günəş çox gözəldi, əladı. Ancaq biz hər zaman onu eyni cür çox istəyə bilmirik?» Alim cavab verdi: «Günəş hər gün parıldayır. Ancaq qışda, buludların arxasında gizlənəndə, biz onu qiymətləndirməyə başlayırıq».

İki canavar haqda pritça

Bir gün qoca hindu nəvəsinə həyat həqiqətini açdı.
- Hər bir insanın daxilində iki canavarın mübarizəsinə bənzər mübarizə gedir. Canavarlardan biri paxıllıq, qısqanclıq, təəssüf, eqoizm, ambisiya, yalanı təmsil edir. O biri canavar isə sülh, məhəbbət, ümid, həqiqət, xeyirxaxlıq, sadiqliyi təmsil edir. Babasının sözlərindən təsirlənən nəvə hindu bir anlıq fikrə gedib, sonra da babasından soruşur:
- Bəs sonda canavarların hansı qalib gəlir?
Qoca hindu gülümsəyərək cavab verir:

- Həmişə sonda sənin yemlədiyin canavar qalib gəlir.

1- 2- 3 - 4- 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 -16