Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar


Yumoristik pritçalar

Üç sual
Bir gənc onun suallarına cavab verəcək adam axtarırdı. Çoxları ilə görüşdü, amma suallarına cavab verən olmadı. Bir gün o, müsəlman ilahiyyatçısı ilə rastlaşdı və öz suallarına cavab istədi:
1. Allah varmı? Əgər varsa, mənə göstər.
2.Qəzavü qədər nədi?
3. Deyirlər İblis cəhənnəm odunda yanacaq. O, oddan yaradılıb. Od onu necə yandıracaq, necə əzab verəcək?
Suallar birdi və alim ona bir şillə vurdu. Gənc məəttəl qalıb soruşdu:
Mənə niyə acığın tutdu?
Alim cavab verdi:
- Mən qəzəblənmədim. Bu, sənin suallarına cavab idi.
-Necə?
- Şillə dəyəndə nə hiss elədin?
-Əlbəttə, ağrı.
Ağrının var olduğunu qəbul edirsən?
Bəli
-Onda ağrını mənə göstər
-Bacarmaram
-Bu sənin birinci sualına cavab idi. İndi de görüm, dünən sən yuxuda görmüşdün ki, sənə şillə vururam?
Yox.
- Nə vaxtsa ağlına gələrdi ki, mən sənə şillə vuram?
Yox
-Bu, qəzavü qədərdi. Mənim əlim nədəndi?
Ətdən
Sənin üzün?
- Ətdən? -Üzün ağrıdımı?
Bəli, çox
- Bu isə sənin üçüncü sualına cavab.

Sükut

Şəhərin hay-küyü və narahatlığı bir nəfəri meditasiya və özünüseyrdən ayırırdı. O, qərara aldı ki, özünə sakit bir yer tapsın.
Heç bir ins və ya cinsin olmadəğı meşəyə getdi. Amma yenə özünü konsentrasiya edə bilmirdi. Çünki ona cırcıramaların cırıltısı mane olurdu. Bir az da meşənin dərinliyinə getdi. Amma orada da quşlar ucadan ötür, zəhlə tökürdülər. Öz “mən”i ilə baş-başa qala bilmirdi. Sakit yer axtarışı ilə o mağaraya girdi. Ora sakit idi, amma damcılayan suyun səsi onu əsəbiləşdirirdi.
O bir qədər düşünəndən sonra özünə səs izolyasiyası olan kottec tikdi. Bütün qapı və pəncərələri bağladı. Tam sakitlik içində tik-tak səsi ona rahatlıq vermirdi. O saatı qolundan çıxarıb divara çırpdı. Rahat olub oturdu, Dərindən nəfəs aldı. Özündən razı idi. Nəhay\t sakitlik yarada bildi. Amma... “gup,gup, gup...” – ürəyi sinəsində yüksəkdən döyünürdü.

Kişi məntiqi

Evlənmək qərarı verən kişi sevdiyi üç qizdan hansını almaq barədə çox düşünür. Hər birinə 5 min dollar verən kişi qızların pulları necə xərcləməsini müəyyən etmək istəyir.
Qızlardan biri bahalı geyimlər, kosmetika alir, elit gözəllik salonlarına gedir. Bir sözlə, gözəl görünmək üçün hər şeyi edir və deyir: “İdeal görsənmək üçün hər şeyi etdim. İstəyirəm hamı bilsin ki, sənin arvadın şəhərdə hamıdan gözəldi”. Ikinci qız bütün pulları potensial ərinə xərcləyir, ona bahalı geyimlər, avtomobili üçün avadanlıqlar alır: “Sən mənim üçün hər şeydən vacibsən. Ona görə bütün pulları sənə xərcləmişəm”.
Üçüncü 5 min dolları dövriyyəyə buraxıb, bunun hesabına daha 5 min dollar qazanır və bütün pulları kişiyə qaytarır: “İstəyirəm biləsən ki, mən bədxərc deyiləm və ağıllıyam”.
Kişi fikirləşdi və ... döşləri daha böyük olanla evləndi.


Həyat prioritetləri

Fəlsəfə professoru mühazirədən əvvəl auditoriyaya gəlir və masanın üstünə müxtəlif əşyalar yığır. Dərs başlayanda isə sakitçə böyük, boş bankanı götürüb içinə böyük daşlar yığır və tələbələrdən soruşur:
- Banka doludu?
- Bəli! – deyə tələbələr razılaşır.
Professor xırda daşlarla dolu qutunu çıxarır və onları da həmin bankaya tökür.
O yenidən tələbələrə üz tutur:
- Banka doludu?
Tələbələr gülür və bankanın dolu olduğunu deyirlər.
Professor qumla dolu qutunu çıxarır və içindəki qumu bankaya tökür. Təbii ki, qum bankadaki boşluqları doldurur.
Bundan sonra professor yenidən tələbələrdən bankanın dolu olub-olmadığını soruşur.
Tələbələr artıq bankanın tam dolduğunu deyir.
Bundan sonra professor iki butulka pivə çıxarıb bankaya boşaldır:
- İndi istəyirəm biləsiniz ki, bu, bizim həyatımızdı. Daşlar vacib olan şeylər – ailəniz, dostlarınız, uşaqlarınız, sağlamlığınızdı. Əgər bütün digər şeyləri itirsəniz, həyatınız dolu olaraq qalar. Xırda daşlar həyat üşün əhəmiyyətli olan digər amillər – iş, ev, avtomobildi. Qum – həyatın xırdalıqlarıdı. Əgər siz bankaya əvvəl qumu töksəniz, iri və xırda daşlar üçün yer qalmayacaq. Həyatda da belədir. Əgər bütün enerjinizi xırda şeylərə sərf etsəniz, vacib olan şeylərə vaxtınız olmayacaq. Xoşbəxtliyiniz üçün vacib olan amillərə diqqət yetirin. Ilk növbədə daşlara qayğı göstərin, prioritetlərinizi müəyyən edin. Qalan şeylər ancaq qumdu. Bundan sonra tələbələrdən biri pivənin hansı mənanı daşıdığını soruşur.
- Çox şadam ki, bu sualı mənə verdiniz. Bunu etdim ki, biləsiniz – həyatınız nə qədər dolu olsa da, iki butulka pivəyə yer hər zaman tapılar.

Pəri haqqında nağıl

Pəri ərlə arvada deyir: “25 il müddətində siz gözəl cütlük olmusunuz. Indi hər birinizin bir arzusunu yerinə yetirmək istəyirəm”.
Arvad dedi: “ Mən öz sevimli ərimlə dünya səyahətinə çıxmaq istəyirəm».
Pəri çubuğun yellədi və arvadın əlində iki bilet oldu.
Bu an 50 yaşlı ər dilləndi: «Bütün bunlar çox romantiktir. Ancaq belə fürsət həyatda bir dəfə ələ düşür. Əziz arvadım, çox təəssüf edirəm. Ancaq istəyirəm ki, arvadım məndən 30 yaş gənc olsun».
Pəri öz sehrli çubuğunu yelllədi və … kişi 80 yaşlı qocaya çevrildi.
Nəticə: kişilər, bəlkə də, əclafdılar, ancaq pərilər qadındı.

At və donuz
Fermer çox baha qiymətə cins at alır. Lakin bir müddətdən sonra at xəstələnir. Atı yoxlamağa gələn baytar həkim heyvanın ağır virusa yoluxduğunu deyir və dərman yazır.: «Əgər 3 gün müddətində bu dərman təsir etməsə, atı iynə vurub öldürmək lazımdır».
Bütün bu söhbətləri yaxınlıqda olan donuz eşidirdi. At dərmanı birinci gün qəbul edir. Ancaq heç bir təsiri olmur. Bunu görən donuz ata deyir: «Qalx, dostum». İkinci gün yenə dərman təsir etmir. Donuz yenə dillənir: «Dostum, qalx. Əgər ayağa qalxmasan, ölməli olacaqsan». Üçüncü gün dərman yenə təsir etmir. Atı yoxlamağa glən baytar sahibinə dyeir: «Təəssüf ki, başqa çıxış yolumuz yoxdu. Əgər atı öldürməsək, virus o biri atlara da keçə bilər». Bunu eşidən donuz atın yanına qaçır və qışqırır: «Qalx, baytar gəlib. Əgər ayağa durmasan, səni öldürəcklər». Bunu eşidən at qalxıb qaçır.
Bunu görən fermer sevincindən qışqırır: «Möcüzə! Bunu qeyd etmək lazımdır. Bu münasibətlə donuzu kəsmək lazımdır».
Nəticə: «Sənə aid olmayan işlərə burnunu-başını soxma».

Seçim

Bir şəhərdə xüsusi bina açılır. Orda hər bir qadın özünə istədiyi kimi ər seçə bilər. Binada 6 mərtəbə olur. Hər mərtəbəyə uyğun da kişi tipi olur. Bunu bilən bir qadın həmin binaya getmək istəyir.
Binanın girişində şərtlər yazılıb:
1. Bu binaya cəmi bir dəfə gələ bilərsiniz.
2. Hər mərtəbədə oradakı kişilərin xüsusiyyətləri yazılıb. Əgər onlar sizi qane etmirsə, yuxarı mərtəbəyə qalxa bilərsiniz.
3. Geri qayıtmaq olmaz.
Birinci mərtəbəyə qalxan qadın oxuyur: «Bu kişilərin yaxşı işi var və onlar Allahı sevir».
Qadın bir qədər fikirləşib növbəti mərtəbəyə qalxır. 2-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, onlar Allahı sevir, uşaqları sevirlər». Qadın o biri mərtəbəyə qalxır.
3-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, onlar Allahı sevir, uşaqları sevirlər və çox gözəldirlər». Qadın bu dəfə də razı qalmır və növbəti mərtəbəyə qalxır. 4-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, Allahı sevirlər, uşaqları sevirlər, çox gözəldirlər, ev işlərində kömək edirlər». 5-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, Allahı sevirlər, uşaqları sevirlər, çox gözəldirlər, ev işlərində kömək edirlər və çox varlıdırlar». Qadın 5-ci mərtəbədə dayanmaq istədi. Lakin növbəti mərtəbəyə qalxmaq istəyi ona burda dayanmağa imkan vermədi və o, altıncı mərtəbəyə qalxdı. Altıncı mərtəbədə belə bir yazı var idi: « Siz bu mərtəbəyə çıxan № 4 363 012 adamsınız. Burda heç bir kişi yoxdur. Bu, tənha qadın üçün olan mərtəbədi. Bu mərtəbə ancaq bir daha sübut etməkçindir ki, qadınları sona qədər razı salmaq olmur. Sizə xoş gün arzu edirik».

Vəziyyətin düzgün qiymətləndirilməsi
Bir gün oğru toyuq hininə girir və toyuğu oğurlayır. Qaçanda lampanı əlindən salır və hin yanır. Toyuq geriyə baxıb alovu görür və fikirləşir ki, oğrü onun həyatını xilas dib. Oğru toyuğa dən və çörək verəndə toyuq fikirləşir ki, oğru ona qayğı göstərir. Oğru bir şəhərdən digər şəhərə qaçanda toyuğu qoltuğunun altında gizlədirdi. Toyuq düşünürdü ki, oğru onu çox istəyir. Oğru bıcağı götürəndə toyuq düşündü ki, o, özünü öldürmək istəyir. Toyuq tullanıb özünü bıçağın altına atır və oğrunu ölümdən xilas edir və xoşbəxt ödür. Oğru da çox xoşbəxt idi. Bir sözlə, xoşbəxt sonluq.

Kişilər nə vaxt yalan danışır

Bir gün bir meşədə odunçu kişinin baltası çaya düşür. O ağlamağa başlayır. Bu dəm Allah ondan niyə ağladığını soruşur.
- Axı necə ağlamayım. Baltam çaya düşüb. Bundan sonra ailəmi necə dolandıracam?
Onda Allah çaydan qızıl balta çıxarıb kişiyə verir: «Bəlkə, sənin balta budu?».
Kişi baltanı götürmür: «Yox, bu mənim baltam deyil». Allah çaydan gümüş balta çıxarıb odunçuya verir. Odunçu yenə baltanı götürmür: «Bu da mənim baltam deyil». Nəhayət, Allah çaydan dəmir baltanı çıxarıb odunçuya verir. Kişi sevinir: «Hə, bu mənim baltamdı». Bunu görən Allah deyir: «Görürəm sən düz adamsan, mənim qoyduğum qaydalarla yaşayırsan. Buna görə də hər üç baltanı sənə verirəm».

Bir müddət sonra bədbəxtçilikdən odunçunun arvadı çaya düşür. O yenə də ağlamağa başlayır. Bu dəfə də Allah ondan niyə ağladığını soruşur.
- Axı necə ağlamayım. Arvadım çaya düşüb.
Onda Allah çaydan Cenifer Lopesi çıxarıb kişidən soruşur: «Bu, sənin arvadındı?»
Kişi sevinə-sevinə «Hə, mənim arvadımdı» deyir.
Bunu eşidən Allah qəzəblənir: «Sən məni aldatdın».
Odunçu cavab verir: «Allahım, burda bir balaca anlaşılmazlıq baş verib. Əgər mən desəydim ki, bu mənim arvadım deyil, sən çaydan Ketrin Zeta-Consu çıxaracaqdın. Ancaq mən yenə deyəcəkdim ki, bu, mənim arvadım deyil. Onda sən mənim öz arvadımı çaydan çıxaracaqdın. Səni aldatmadığıma görə mükafat kimi hər üçün mənə verəcəkdin. Mən onlarla nə edəcəkdim? Onları saxalaya bilməyəcəkdim və dördümüz də bədbəxt olacaqdıq».
Məntiq: «Kişilər yalan danışanda bunu layiqli və hamının xeyri üçün edirlər».

Bizi nə gözləyir

Allah eşşəyi yaratdı və ona dedi: «Sən səhərdən axşama qədər işləyəcəksən, ağır yük daşıyacaqsan. Sən ot yeyəcəksən və çox axmaq olacaqsan. Beləcə 50 il yaşayacaqsan. Bunu eşidən eşşək cavab verdi: «Əlli il yaşamaq! Yazığın gəlsin! 30 ildən artıq olmasın! Allah da elə etdi. Daşa sonra iti yaratdı və ona dedi:
- Sən insanların dostu olacaqsan, onları qoruyacaqsan, artıq qalan yeməklərini yeyəcəksən. Beləcə 25 il yaşayacaqsan.
İt cavab verdi: «Xahiş edirəm, mən 10 ildən artıq yaşamaq istəmirəm». Allah belə də etdi. Bundan sonra meymunu yaratdı və dedi:
- Sən ağacdan ağaca tullanacaqsan, özünü səfeh kimi aparacaqsan. Gülməli olacaqsan və beləcə 20 il yaşayacaqsan.
Meymun cavab verdi:
- 20 il təlxək kimi yaşamaq... Xahiş edirəm mənə 10 ildən artıq ömür vermə. Allah belə də etdi. Nəhayət, Allah insanı yaratdı və ona dedi:
- Sən – insansan. Dünyanın sahibi olacaqsan. Sənə verdiyim ağılın hesabına digər varlıqlar üzərində hakimlik edəcəksən. Beləcə 20 il davam edəcək!
İnsan cavab verdi:
- 20 il kifayət deyil. Xahiş edirəm eşşəyin imtina etdiyi 20 ili, itin imtina etdiyi 15 və meymunun imtina etdiyi 10 ili mənə ver. Allah elə də etdi ki, insan 20 il adam kimi yaşasın. Sonra evlənib 30 il eşşək kimi səhərdən axşama qədər işləsin. Uşaqları olandan sonra 15 il it kimi ailəsinin keşiyində dursun və onların artığın yesin. Qocalanda isə 10 il meymun kimi səfeh kimi görsənsin və nəvələrini əyləndirsin.

Doğru seçim
Gənc oğlanın yanına sehrbaz gəlir və onun qarşısına biri pulla, biri isə ağılla dolu olan iki kisə qoyur və soruşur: «Bunların biri sənin olacaq, götür». Çox fikirləşən oğlan, nəhayət, Müdriklik kisəsini götürür və dərhal yer üzündə olan bütün müdriklərdən müdrik olur. Bunu bilən kimi dünyanın müxtəlif yerlərindən onun yanına Böyük Həqiqəti bilmək istəyən insanlar axışır və müdrikdən soruşurlar:
- Müdriklər müdriki, dahilər dahisi, bizə Əsası olanı de, dillərdə dolaşacaq böyük müdriklik barədə danış.
Müdrik dilləndi:
- Hə.... Pul kisəsini götürmək lazım idi!

Söz ayrı, mahiyyət ayrı
Abram ancaq katoliklərin yaşadığı şəhərciyə, özü də kilsə ilə üzbə-üzdə yerləşən evə köçür. O, katoliklərin «balıq günü» hesab etdikləri hər çümə axşamı günlərində ət qızardır. Qızardılmış ətin iyi kilsəyə qədər çatırdı. Bu da ora gələnləri narahat etməyə başlayırdı. Bundan sonra katoliklər Abramı dilə tuturlar ki, katolikliyi qəbul etsin. Bu, asan başa gəlmir. Ancaq cəmiyyətin təzyiqi altında Abram, nəhayət, razılaşır. Katolikliyə qəbul mərasimi zamanı keşiş Abramın alnına müqəddəs su vurur və deyir:
- Sən yəhidi kimi doğulmusan, yəhidi kimi böyümüsən. İndi isə sən katoliksən.
Bundan sonra şəhər sakinləri rahat nəfəs aldılar. Lakin növbəti həftə çümə axşamı kilsəyə gələnlər yenə də Abramın evindən qızardılmış ət iyinin gəldiyini hiss etdilər və dərhal onun evinə yollandılar ki, artıq onun katolik olduğunu yadına salsınlar. Evə gələndə isə belə bir səhnə ilə qarşılaşdılar: Abram ət parçası qızardır və deyir:
- Sən inək kimi doğuldun, inək kimi yaşadın. İndi isə sən balıqsan.

Üzüm haqqında hekayə
İki oğlan bir yerdə yaşayırdı. Onlardan biri kor idi. Biri onlara üzüm salxımı bağışlayır. Kor oğlan dostuna təklif edir ki, üzüm dənələrin növbə ilə, özü də bir-bir yesinlər. Dostu onunla razılaşır. Bütün üzümləri yeyib qurtarandan sonra kor oğlan deyir: «Sən məni aldatdın, üzümləri üç-üç yeyirdin». Dostu soruşdu: «Axı sən korsan, bunu necə bildin?»
- Çünki mən üzümləri iki-iki yeyirdim, sənsə dillənmirdin.

Nə kömək edər
Bir dəfə müxtəlif dinlərin mənsublarına hündür binadan tullanıb dinlərinin onlara necə kömək edəcəyini yoxlamağı təklif edirlər.
- Xristian “Ata, Müqəddəs ruh” deyib tullanır, yerə dəyir və ölür.
- Müsəlman «Allahu Əkbər» deyib tullanır, yerə dəyir və ölür.
- Buddist «Budda» deyib tullanır, eyni nəticə ilə üzləşir.
Bundan sonra yəhidi çıxır, Allaha dua edir və tullanır. Yerə 20 metr qalmış başa düşür ki, yerə dəyib öləcək və başlayır qışqırmağa: «Budda, Budda».

Dinozavr ovu
Bir gənc oğlanın arzusu dinozavr ovlamaq idi. Bu məqsədlə instituta qəbul olunur, 5 il oxuyur, nəhayət, arzuladığı peşəyə yiyələnir. Bundan sonra ona məlum olur ki, dinozavrların hamısı ölüb və onun peşəsinə ehtiyac yoxdur. Bir müddət özünə iş axtaran gənc, nəhayət, nə işlə məşğul olacağını müəyyən edir. İndi o başqalarına dinozavrı necə ovlamağı öyrədir.

Yalan
Bir kişi ölür. Ona cənnət və cəhənnəm arasında seçim etmək təklif edilir və hər ikisinin təsviri göstərilir. Cəhənnəmdə çoxlu içki, kazino, qadınlar... Hamı əylənir. Cənnətdə isə sakitlik, yaxşı insanlar görsənir, hamı gül yığır.
- «Hara getmək istəyirsən» soruşanda, kişi «Əlbəttə ki, cəhənnəmə» cavabınI verir. Lakin cəhənnəmə düşən kimi tamam başqa bir mənzərənin şahidi olur. Cəhənnəmdə şeytanlar insanlara əzab verir, qazanlarda insanlar qaynadılır. Bunu görən kişi şeytandan soruşur: «Axı mənə seçim etmək təklif edəndə taman başqa bir mənzərini göstərdilər. Orda qadınlar, kazino, içki var idi. Burda isə tamam bşqa şeylərdi».
- O, reklam idi.

Fermer barədə
Floridada yaşayan yaşlı bir kişinin ferması var idi. Fermada kiçik su hovuzu, hovuzun ətrafında isə meyvə ağacları var idi. Hovuz üzməkçin nəzərdə tutulmuşdu. Bir gün kişi axşam hovuzun yanına getmək qərarına gəlir və meyvə yığmaq üçün vedrə də götürür. Hovuza yaxınlaşan kişi ordan gülüş səsləri eşidir və orada bir neçə qızın çimdiyini görür. Kişini görən qızlar bir qədər aralıya üzür və onlardan biri qışqırır: «Sən bürdan getməyənə qədər hovuzdan çıxmayacağıq». Kişi cavab verir: «Mən bura ona görə gəlməmişəm ki, sizin çılpaq üzməyinizə baxım, ya da sizi burdan qovum». Əlindəki vedrəni yuxarı qaldıran fermer: «Mən, sadəcə, alliqatoru yedizdirməyə gəlmişəm» - deyir.

Əks-səda
Ata ilə oğul dağa gedir. Daşa dəyib əzilən oğul AAAAAA – deyə qışqırır və təəccüblə AAAAAA səsi eşidir. Oğlan soruşun:
- Sən kimsən?
Cavabında «sən kimsən?» eşidir. Belə cavabdan hirslənən oğlan «sən qorxaqsan» deyə qışqırır. Cavabından yenə eyni sözü eşidir. Oğlan nə baş verdiyini atasından soruşur. Atası deyir: Mənə diqqət qulaq as». Ata dağa qışqırır:
- Mən sənə hörmət edirəm.
Cavabında dağdan səs gəlir:
- Mən sənə hörmət edirəm.
Ata yenə qışqırır:
- Sən ən yaxşısan.
Cavabında yenə «Sən ən yaxşısan» eşidir. Bundan sonra ata oğluna izah edir. Buna əks-səda deyilir. Ancaq əslində bu bizim həyatımızdı. O sənə nə etdiyini və nə danışdığını qaytarır.

Keşiş və avtobus sürücüsü
Bir keşiş ölür. Onun işinə baxıb cəhənnəmə göndərirlər. Yenicə ölən avtobus şoferini isə cənnətə göndərirlər. “Cənablar. Bu, ədalətsizlikdir” – deyə keşiş qəzəblənir: "Mən bütün ömrüm boyu ləyaqətlə qulluq eləmişəm. Oruc tutmuşam, dua eləmişəm, moizə eləmişəm. İnsanları düz yola çağırmışam. Bundan sonra niyə cəhənnəmə getməliyəm??!"
"Hamısı doğrudur. Sən moizə oxuyanda dinləyicilər nə edirdilər? Bəli, yatırdılar. Amma sürücü avtobus sürəndə sərnişinlər nə edirdi? Hamısı Allaha dua edirdi!!!"

Üç günah

-Üş günah var – dedi müdrik adam.
Hamı yerində dondu.
-Birinci günah paxıllıqdı. Əgər qonşunun inəyi ölübsə, sevinmək lazım deyil. Demirəm ki, ona nəsə kömək edin. Heç olmasa onun bədbəxtliyinə sevinməyin. Qonşularınız da adamdır. Onlara pis gün arzu etməyin.
Kütlə razılıq bildirdi. Müdrik adam davam etdi:
- İkinci günah ruhdan düşməkdir. Sizin əgər bircə inəyiniz varsa, o da qoca və xəstədirsə, az süd verirsə, üzülməyin. Sevinin, qoca və xəstə də olsa, sizin inəyiniz var. Başqalarının heç o da yoxdur.
Kütlə razılıq bildirdi. Bu vaxt biri dedi:
— Əgər inəyim olduğuna sevinir və düşünürəmsə ki, kiminsə heç inəyi də yoxdu, bu, pisniyyətlik, paxıllıq deyilmi?
Kütlə susdu. Müdrik davam elədi::
-Üçüncü günah deyingənlik, çürükçülükdü.

Qanun qanundur
Fəlakət qəflətən gəlir. Bir kəndlinin yeganə inəyi otlaqda varlının naxırına qarışdı. Dava düşdü və varlının inəyi onun inəyini öldürdü. İnək sahibi gedib varlını tapdı. O bilirdi ki, bu adamdan ədalətli məhkəmə gözləmək olmaz. Amma getdi. Papağını çıxardı, təzim elədi və dedi:
- Cənab, dağda faciə olub. Mənim inəyim sizin öküzü öldürüb.
-Eləmi? Sənin işin xarabdı. Qanun deyir ki, bu halda öldürən mal zərərçəkmişin mülkiyyətinə keçməlidir. Demək, sənin inəyin daha mənimdir.
Kəndli dərdli halda dedi:
- Əgər sizin inək mənimkini öldürsəydi, yenə belə olardı?
- Qanun qanundur.
Kəndli papağını başına qoyub ayağa duranda varlı dedi:
- Qanuna qarşı çıxırsan? İki qulağını aç eşit: qatil mal zərərçəkənə verilməlidir. Anladın?
- Anladım. Qanunu başa düşdüm. Sadəcə, qarışdırmışam. Mənim inəyim öldürmədi, sənin öküzün mənim inəyimi öldürdü.
Varlının dəyən ziyanı ödəməkdən başqa yolu qalmadı.

Sərt tapşırıq
Ağa öz malikanəsinə gəlir. Səhəri günü işə rəhbərlik edənlə mülkü gəzməyə çıxır. Cığırla gedirlər. Yol gəlib çaya dirənir. Ağa deyir:
- Bura bax, Proxor, bu çayın üstündən körpü sal. Gələn dəfə mən gələndə gəzinti pozulmasın. Burdan keçə bilim.
Bir ildən sonra ağa yenə gəlir. Yenə gəzirlər və o görür ki, çayın üstündə körpü yoxdur. Acıqlanıb iş rəhbərinə bir şillə vurur. Kişi yıxılır. Səhəri gün ağa ova hazırlaşır. Çayın yanına gələndə görür körpü hazırdır. Kişini çağırıb deyir:
- Necə oldu, bir ilə buraya bir taxta ata bilmirdin, indi bir gecəyə körpü tikdin?
- Sərt tapşırıq yox idi, ağa.

Qadın və beyin
İştirakçılar: Qadın və Beyin
Qadın: İlahi, o gedir, gedir, məni atır (ağlayır)
Beyin: Yaxşı ki gedir...
Qadın: Bunun nəyi xeyirdi? Əclaf əşyalarını yığışdırır...
Beyin: Sızıldama, sevin. Dəyirman kimi əl-qolunu yelləmə, gülümsə...
Qadın: Əclaf! Çamadanı doldurur. Özünə hörmət edən kişi təkcə ayaqqabı və corabını götürər. Bu əclaf maykalarını da götürür... (ağlayır)
Beyin: Gülümsə!
Qadın: Bəlkə, boynuna sarılım? Qarşısında diz çöküm?
Beyin: Axmaq!
Qadın: Bəlkə, başına tava ilə vurum?
Beyin: ?
Qadın: Sonra yedirərəm. Bu yolla sağalana kimi iki ay saxlayaram. Bəlkə, sonra mənə öyrəşər, getməz?
Beyin: Cinayətkarsan. Qüvvələri hesaba almırsan?
Qadın: Belə ağıllısansa, de, nə edim?
Beyin: Gülümsə....
Qadın: Burada yaxşı nə var? Mən tək qalıram (ağlayır).
Beyin: Gülümsə, azad qadın olursan...
Qadın: Nəyimə lazımdı belə azadlıq?
Beyin: Gülümsə. Azadlıq gözəldir.
Qadın: Nədi gözəlliyi?
Beyin: Braziliya dili öyrənərsən – seriallara tərcüməsiz baxarsan. Bunu nə vaxtdı arzu edirdin.
Qadın: Vaxt olmurdu.
Beyin: Maliyyə işlərini özün tənzimləyərsən.
Qadın: Şuba alaram, bantlı yay ayaqqabısı... (göz yaşlarını silir)
Beyin: Hüquq şöbəsindən olan o oğlanla nahar etməyə gedərsən. Sənə elə baxırdı ki...
Qadın: (gülümsəyir) Aha. Makdonaldsa gedərik. O mənə təklif eləmişdi. Şuba, bantlı ayaqqabı...
Beyin: Heç kimə yemək hazırlamayacaqsan, paltar yumayacaqsan...
Qadın: Manikür, pedikür, maska, massaj (xoşbəxtcəsinə gülür)
Beyin: Bax, bu pozitiv cəhətləri görmürdün.
Qadın: Ax, yaşayacağam!!!! (qalib ədası ilə gülür) Ooooooooooooo!!!!!!
Beyin: Nə?
Qadın: O, çamadanı qucaqlayıb, mənim dizlərimi öpür. Bağışlamağımı istəyir. Qalmaq istəyir.
Beyin: Oy!
Qadın: Bəs azad qadın nə olacaq? (ağlayır) Şuba, bantlı ayaqqabı, hüquq şöbəsindən Vasya nə olacaq?
Beyin: Belə yaxşıdır, belə yaxşıdır...

Belə düzgün deyil

Birisi quzu oğurlamaq fikrinə düşdü. Gecə yarısı tövləyə getdi. Amma qapı qıfıllı idi. Qıfılı nə qədər qurdalasa da, qapını aça bilmədi. Divarı yoxlamağa başladı. Tövlənin o tərəf-bu tərəfinə hərləndi. Nəhayət, bir deşik tapdı. "Yaxşı deşikdi” düşündü. Bəlkə, quzunu burdan çıxarım? Qıfılı qırmağa ehtiyac qalmaz...".
Əlini deşiyə soxdu, quzunun ayağından yapışıb dartdı. Bəlli oldu ki, quzu yekədir, onu deşikdən çıxara bilmədi.
- Cəhənnəm olsun – deyib əliboş evə qayıtdı.
Bir müddət keçdi. O, peşman olun kilsəyə getdi ki, günahlarındam tövbə etsin.
- Keşiş ata, mən quzu oğurlamağa cəhd elədim. Amma oğurlamadım. İndi tövbə etməyə gəlmişəm. Bu, böyük günahdır?
- Mənim balam, oğurlamaq və ya oğurlamaq istəmək hər ikisi eyni dərəcədə böyük günahdır. Bir hərəkəti etmək niyyəti onun edilməsinə bərabərdir.
- İndi nə edim?
- Günahını yumaq üçün kilsəyə beş frank ianə ödə və mən sənin günahlarının bağışlanması üçün dua edim.
İanə məbləği oğruya az görünmədi və o, beş frank çıxarıb qutuya doğru getdi. Amma nə qədər çalışdısa, pul qutunun deşiyindən keçmədi.
Keşiş dedi:
- Oğlum, əgər pul ordan keçmirsə, qutunun qapısını aç.
- Yox, cənab küre, belə doğru olmaz. Tövlənin qapısı açılsa idi, quzu mənim olardı. Bunu kimsə etmədi. Bir də ki, mən pulu qutuya salmağa cəhd elədim. Demədiniz ki, niyyət əmələ bərabərdir? Hesab edin ki, pulu vermişəm.

Mənim kimisi
Deyirlər, Velemir Xlebnikov yeganə adam idi ki, Mayakovski onun rişxəndindən qorxurdu. Bir gün Mayakovski, Xlebnikov və bir Moskva çinovniki restoranda nahar edirdi. Söhbət insan şəxsiyyətinin unukallığından gedirdi. Məmur dedi: “Mənim kimisi Moskvada minlərlədir”. Mayakovski qürurla dedi: "Mənim kimisi isə bir dənədir." Xlebnikov sakitcə dedi: "Məndən isə, ümumiyyətlə, yoxdu..."

Nöqsanları etiraf etmək

Gözü zəif olan birisi özünü incəsənət üzrə mükəmməl bir tənqidçi sayırdı. Bir gün o, dostları ilə sərgiyə getmişdi. Amma linzası evdə qalmışdı. Ona görə şəkilləri yaxşı görmürdü. Kişi dəhlizi keçən kimi dayandı və qarşısındakını portret hesab edib tənqid eləməyə başladı:
"Çərçivə rəsmə uyğun deyil. Şəkildəki kişi çox adi geyimdədir. Düzünü desəm, rəssam belə vulqar, çirkli adamı seçməkdə səhv edib. Bu, dəhşətdir"
O danışmaqda davam edərkən arvadı adamları yarıb yanına gəldi və sakitcə qulağına dedi:
"Əzizim, sən güzgüyə baxırsan!!!"

 


1- 2- 3 - 4- 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 -16