Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Müəllif pritçaları

Meymun və balıq
Bir dəfə güclü sel gəlir. Meymunla balıq selə düşür.
Cəld olan meymun tez ağaca çıxır və seldən canını qurtarır. Sığındığı təhlükəsiz yerdən aşağa baxan meymun balığın güclü axınla necə mübarizə apardığını görür. Yalnız xoş niyyət güdən meymun aşağa əyilib balığı sudan çıxardı. Nəticə isə çox acınacaqlı oldu.

Enşteyn və intellekt
Enşteyndən özünün və digər adamların intellektı arasında olan fərqin nədən ibarət olduğunu soruşurlar. O, bir qədər düşünüb cavab verdi: «İnsanlar ot tayasında iynə axtaranda, adətən bir iynəni tapandan sonra dayanırlar. Ancaq mən axtarışları davam etdirib ikinci, üçüncü, bəzən isə dördüncü və beşinci iynəni tapıram».

İnsan insana – insandı
Adamla canavar meşədə rastlaşır. Canavar adamdan insanların hansı prinsiplə yaşadıqlarını soruşur. Adam cavab verir:
- Həyatımızın əsas prinsipi belədir – «insan insana canavardı».
Canavar buna cavab olaraq dedi:
-Hə, sizdə yaxşıdı. Ancaq bizdə pisdi. Çünki bizim yaşadığımız prinsip belədir – «canavar canavara insandı».

Hər şey göründüyü kimi deyil
İki mələk bir varlı ailənin evinə gəlib gecə yatmağa yer istəyirlər. Ailə qonaqpərvər olmadığından mələklərə yatmağa soyuq podvalda yer ayırırlar. Yatmağa hazırlaşanda mələklərdən boyüyü divarda uçulmuş yer görüb onu düzəldir. Bunu görən kiçik mələk onun niyə belə etdiyi soruşur. Böyük mələk cavabında hər şeyin heç də göründüyü kimi olmadığını deyir. O biri gün mələklər kasıb bir ailənin evində gecələməli olurlar. Ailə çox qonaqpərvər olur və mələklərə yatmağa öz yerlərini təklif edirlər. Səhər yuxudan oyananda mələklər ev sahibinin və onun arvadının ağladığını görürlər. Ailəni dolandıran yeganə inək gecə ölmüşdü. Bunu görən kiçik mələk böyükdən soruşur:
- Axı bu necə baş verə bilərdi. Birinci gecə qaldığımız evin sahibi varlı, lakin çox xəsis adam idi. Ancaq sən ona kömək etdin. İkinci ailə isə çox kasıb idi. Ancaq sən onların yeganə kömək və ümid yeri olan inəyin ölməsinin qarşısını almadın. Niyə?
- Hər şey göründüyü kimi deyil. Birinci evdə, podvalda olanda bildim ki, divarda xəzinə var. Ona görə divarı düzəltdim ki, ev sahibi qızılları tapa bilməsin. İkinci gecə isə, biz kasıb ailənin qonağı olanda ölüm mələyi ev sahibinin arvadının dalınca gəlmişdi. Mən də ona inəyi verdim. Biz həmişə hər şeyi bilmirik. Bilməlisən ki, nə baş verirsə, sənin xeyrinədir. Bütün bunları zaman keçdikcə anlayacaqsan. Çünki dünən baş verənlər tarix, sabah isə sirdi. Bu gün baş verilənlər isə paydı!

Vasvasılıq barədə
Bir dəfə Xinq Şidən soruşdular ki, ən böyük vasvasılıq nədir. O cavabında dedi:

- Bu odur ki, güzgüyə baxanda sənə elə gəlir ki, ordakı adamın sənə qarşı hansısa pis niyyəti var.

Həyat haqqında 13 fraza

1. Səni kimliyinə görə yox, səninlə olanla özümün kim olduğuma görə sevirəm.
2. Heç kəs sənin göz yaşlarına layiq deyil. Layiq olanlar isə heç vaxt səni ağlatmır.
3. Əgər kimsə səni sən istədiyin kimi sevmirsə, bu o demək deyil ki, o səni bütün qəlbi ilə sevmir.
4. Əsl dost odur ki, sənin əlindən tutsun və ürəyini hiss etsin.
5. İnsana görə darıxmağın ən pisi odur ki, yanında olasan və onun heç vaxt sənin olmayacağını biləsən.
6. Heç vaxt üzündə təbəssümün əskik olmasın. Hətta əhvalın pis olandada. Bəlkə kimsə sənin təbəssümünə vurular.
7. Ola bilər ki, sən bu dünyada adi adamsan. Ancaq kiminçünsə bütün dünyasan.
8. Vaxtını səninlə vaxt keçirmək istəməyən adama sərf etmə.
9. Ola bilsin ki, Allah lazım olan adamı tapana qədər lazımsız adamlarla rastlaşmağımızı istəyir ki, bu baş verəndə minnətdar olaq.
10. Ağlama, çünki bu başa çatdı. Gülümsə, çünki bu baş verib.
11. Hər zaman sənə ağrı verən adamlar tapılacaq. Ancaq insanlara inanmaq, sadəcə bir qədər ehtiyatlı olmaq lazımdır.
12. Təzə insana rast gələcəyini və onun səni anlayacağını gözləməkdənsə, özün yaxşı ol və kim olduğunu anla.
13. O qədər güc sərf eləmə. Bütün yaxşılıqlar qəfil baş verir.

Unutma, bütün baş verənlərin səbəbi var!

1- 2- 3 - 4- 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 -16