Amerika
pritçaları
Kri
hindularının uzaqgörənliyi
Yalnız axırıncı ağac kəsiləndə,
Yalnız axırıncı çay zəhərlənəndə,
Yalnız sonuncu balıq tutulanda
Yalnız onda demək olar ki, pul yeməli deyil...
Çüxur
Adam dərin kədərə düçar olmuşdu. Heyvanlar onun başına
toplaşıb dedilər: “Səni belə qəmli görmək istəmirik.
Nə istəyin varsa, de, yerinə yetirək». Adam dedi: «İstəyirəm
iti gözüm olsun». Kərkəs dedi: «Mənim kimi gözün olacaq».
Adam dedi: «Güclü olmaq istəyirəm». Yaquar dedi: «Mənim
kimi güclü olacaqsan». Adam dedi: «Yerin sirrini bilmək
istəyirəm». İlan dedi: «Mən onları sənə göstərərəm».
Bütün heyvanlar ona kömək etməyə razı oldular. Adam
onların hədiyyələrini alandan sonra getdi. Bu vaxt bayquş
heyvanlara dedi: «İndi Adam çox bilir və mən qorxuram».
Maral dedi: «Adamın hər şeyi var, daha qəmlənməz». Bayquş
dedi: «Yox. Onun daxilində bir çüxur var. Aclıq qədər
dərin bir çüxur. Doymur, ona görə qəmlənir. Dünya ona:
«Mənim sənə verəcək bir şeyim qalmadı” deməyincə əl
çəkən deyil».
Kaskabal
və it
(mayya pritçası)
Biri vardı, biri yoxdu, bir kişi vardı. O, çox kasıb
idi və həmişə ovqatı pis olurdu. Onun qoca bir iti vardı.
Kişi onunla çox pis davranır və əlinə girəvə düşəndə
onu təpikləyirdi. Kaskabal (Şər ruh) bunu görürdü. O
istədi ki, itin bu vəziyyətindən öz xeyrinə istifadə
eləsin. Bu fikirlə itin qabağında peyda oldu:
- Ay yazıq, niyə belə qəmginsən? Nə olub?
- Necə qəmgin olmayım, sahibim məni hər gün döyür.
- Bilirəm. Bəs niyə onu tərk edib getmirsən?
- O mənim sahibimdi, mən ona sədaqətliyəm.
- Amma sənin sahibin bunu qiymətləndirmir.
- Fərqi yoxdu, mən sadiq qalacam.
Kaskabal əl çəkmirdi, itin başını o qədər yedi ki, axırda
o soruşdu:
- Yaxşı, məni inandırdın, de görüm nə edim?
- Ruhunu mənə ver.
- Əvəzində nə verirsən?
- Ürəyin nə istəyirsə.
- Mən tüklərimin sayı qədər sümük istəyirəm.
- Razıyam!
Kaskabal onun tüklərini saymağa başladı. O sayıb qurtarana
yaxın itin öz sahibinə sədaqəti yadına düşdü və elə
dartındı ki, Kaskabal hara kimi saydığını itirdi.
- Niyə tərpəndin? Hesabı itirdim!
- Lənətə gəlmiş birələr imkan vermir. Yenidən say.
Kaskabal yüz dəfə saydı və hər dəfə it tərpəndi və o,
hesabı itirdi.
- Mən təslim oldum, saymıram. Sən məni aldatdın və mənə
əməlli-başlı dərs verdin. İtin ruhunu satın almaq adamların
ruhunu satın almaqdan çətindir – dedi Kaskabal.
Tədbirli tısbağa
Mukoq hindularının nağılı Bir dəfə tısbağa sudan çıxıb
kötüyün üstünə uzanıb özünü günə verirdi. O qızınır
və arada havaya baxırdı. Bir də gördü ki, yağış buludu
gəlir.
“Yağış yağsa, islanaram ”, – düşünüb o, suya baş vurdu.
İnsan həyatı
(Braziliya)Deyirlər bir gün bambuk və daş möhkəm mübahisə
edirlər. Hər biri deyir ki, insanın həyatı ona oxşamalıdır.
Daş deyir:
-İnsanın həyatı mənim kimi olmalıdır. Onda əbədi olacaq.
Bambuk:
- Yox, yox, mənim kimi olmalıdır. Mən ölürəm, yenidən
doğuluram.
Daş:
- Yox, qoy mənim kimi olsun. Mənə yağış, külək təsir
etmir. İsti, soyuq zərər vurmur. Mən əbədiyəm. Nə ağrım
var, nə qayğım.
Bambuk:
- Yox. Qoy insanın həyatı mənimki kimi olsun. Mən ölürəm,
amma öz oğullarımda yenidən həyat qazanıram. Bəlkə,
belə deyil? Bax ətrafıma – hər yerdə mənim oğullarımdı.
Onların da öz oğulları olacaq.
Bundan sonra daş heç nə deyə bilmədi və kefi pozuldu.
Bambuk bu mübahisədə qalib gəlmişdi.
1-
2-
3
- 4-
5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
-16