Quş və yumurta
Uçmağı
bacarmayan bir quş var idi. Uça bilməyən digər varlıqlar
kimi o da yerdə gəzirdi. Ancaq bilirdi ki, bəzi quşlar
uçmağı bacarır. Bir gün onun yuvasına uçmağı bacaran
quşlardan birinin yumurtası düşdü. Quş həmin yumurtanı
öz yumurtalarına qatdı və orda çıxan balanı öz balaları
ilə birgə böyütdü. Lakin balaca quşda uçmaq qabiliyyəti
yox idi. Hər dəfə anasından nə vaxt uçacağını soruşanda
anası ona bunun üçün çox çalışmalı olduğunu deyirdi.
Uçmağı bacarmayan ana quş balasına uçmağın qaydaların
belə öyrədə bilmirdi. Ancaq balaca quş anasının uçmağın
qaydaların ona öyrətmək qabiliyyətində olmadığını hiss
etmirdi. Bəzən düşünürdü ki, əgər anası olmasaydı, o
hələ də yumurtada qalardı: «Yumurtadan çıxmağıma görə
minnətdar olduğum anam bir gün mənə uçmağı da öyrədəcək.
Bu, bir az vaxt tələb edir. Bəlkə də, bunun üçün hələ
xeyli çalışmalıyam. Məni bu vəziyyətə çatdıran quş bir
gün bundan da yüksəklərə qaldıracaq».
İsa və dinsizlər
Usta
Cəlaləddin Rumi və digərləri danışırdı ki, bir gün Məryamın
oğlu İsa Yerusalim yaxınlığında olan səhra ilə gedirdi.
Onun yanında olan adamlardan bəzilərində hələ də acgözlük
qalırdı. Onlar İsaya yalvarırdı ki, ölüləri dirildən
sirli sözü desin. İsa isə bu sözü deməyə razı olmurdu:-
Əgər mən bu sözü sizə desəm, onu düzgün istifadə etməyəcəksiniz.Adamlar
isə əl çəkmirdi:- Biz sənin biliklərini öyrənməyə hazırıq.
Bu həm də imanımızı artırar. İsa isə dedi: «Siz özünüzdə
bilmirsiniz ki, məndən nə istəyirsiniz». Buna baxmayaraq
sirli sözü ətrafında olanlara dedi. Bir müddət sonra
həmin adamlar yenidən səhradan keçərkən orda bir qalaq
ağarmış sümüklər görürlər və İsanın onlara dediyi sözü
yoxlamaq qərarına gəlirlər. Həmin sözü deyən kimi sümüklər
bir birinə birləşməyə başladı, üstünə ət, sonra isə
dəri gəldi və adamların qarşısında vəhşi heyvan dirildi.
Dirilən vəhşi onların üstünə cumub hamısını parçaladı.
Biliyi olanlar anlayacaq. Az inkişaf etmiş insanlar
isə bu tarixi öyrənərək daha çox inkişaf edə bilərlər.
Axmaq və dəvə
Axmaq
səhrada dəvəni görüb ondan soruşur:- Niyə sənin bədənin
belə əyri və eybəcərdi?Dəvə cavab verdi: - Verdiyin
qiymətdən fikir yaranır. Sən məni yaradanda səhv tutursan.
Bunu anlayırsan? Mənim elimin əyriliyini qüsur hesab
etmə. Mən belə hansısa səbəbdən müəyyən məqsədçin yaradılmışam.
Sən axmaqsan! Heyvani qavrayış heyvani təbiətdən əmələ
gəlir
Ölüm Bağdada gələndə
Bağdad
sufilərindən birinin şagirdi təsadüfən iki nəfərin söhbətinin
şahidi olur. Söhbətdən onlardan birinin Əzrail olduğunu
anlayır. Əzrail öz həmsöhbətinə deyirdi:- Üç həftə ərzində
bu şəhərdə üç nəfərin canını almalıyam. Bundan qorxan
şagird ölümlə üzləşməməkdən ötrü nə etmək lazım oldüğunu
düşünməyə başladı. Şəhərdən getmək qərarına gələn şagird
ən surətli atlardan birini götürərək Səmərkəndə üz tutur.
Bu ərəfədə isə ölüm sufi müəllimi ilə rastlaşır:- Sənin
filan adda şagirdin hardadı?Sufi cavab verir:- Yəgin
hardasa yaxınlıqda olar. Ola bilsin ki, kərvansaradadır.
- Təəcüblüdü, çox təəccüblüdü. Çünki oda mənim siyahımdadır.
Ancaq mən onu yaxın dörd həftə ərzində Səmərqənddə götürməliyəm.
Başqa heç yerdən götürə bilmərəm.
Filoloq və dərviş
Bir dəfə
gecə yolnan gedən dərviş suyu qurumuş quyunun dibindən
səs eşitdi. Quyudakı adam ona kömək edilməsini istəyirdi.
Dərviş quyuya yaxınlaşıb qışqırdı:- Ey, nə baş verib?-
Bilirsiniz, mən filoloqam. Qaranlıqda yolu tapmadım
və bədbəxtçilikdən bu dərin quyuya yıxıldım. İndidə
ordan çıxa bilmirəm. - Bir az döz, gedim kəndir və nərdivan
tapım. Filoloq quyunun dibindən cavab verdi:- Bir dəqiqə
gözlə. Sən çox savadsız danışırsan. Danışığın heç nəyə
yaramır. Xahiş edirəm danışığını düzəlt. - Əgər belədirsə,
mənim sözlərimin deyilişi sənə onun mənasından daha
vacibdirsə, onda hələ burda qalmalı olacaqsan. Gözlə,
mən düzgün danışmağı öyrənim. O vaxta qədər isə burda
qalmalı olacaqsan. Bunu deyən dərviş öz yolunu davam
etdirdi.
Lazım olan şey –qorxu
Qəddar
və nadan hökmdar Nəsrəddinə dedi: «Əgər dərin ağlının
və hazırcavablığının olduğunu sübut etməsən, səni asacam».
Buna cavab olaraq Nəsrəddin göydə qızıl quşları və yeraltı
dünyandakı iblisləri gördüyünü dedi. Hökmdar onları
necə gördüyünü soruşanda molla cavab verdi: «Bunu üçün
lazım olan şey qorxudu».