Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Dzen pritçaları

 

Bir fincan çay

Universitet professoru Dzen müəllimi olan Nan-in qonağı olur. Professor Dzen-in nə olduğunu bilmək istəyirdi. Qonağı qəbul edən Nan-in onu çay içməyə dəvət edir. O qonağın fincanına çayı töküb doldursa da, tökməkdə davam edirdi. Professor bunu müşahidə edib nəhayət dözməyib dinləndi: «Axı fincan doludu. Ora bundan artıq yerləşməyəcək». Buna cavab olaraq Nan-in dedi: «Bax bu fincan kimi sizin də başınızda öz bilikləriniz və fikirləriniz var. Siz öz fincanınızı boşaltmayana qədər Dzeni necə göstərə bilərəm?»

 

Ayı oğurlamaq olmaz

Dzen ustası Renan dağın ətəyində kasıb, sadə həyat sürürdi. Bir gün axşam oğru onun evinə girir. Lakin oğurlamağa heç nə tapmır. Evə qayıdan Renan oğrunu evdə görüb ona deyir: «Məni görməkçin uzun yol gəlmisən. Səni əliboş buraxa bilmərəm. Xahiş edirəm, paltarımı hədiyə olaraq məndən götür». Oğru bundan təəccüb qalmışdı. Paltarı götürüb yavaşca aradan çıxdı. Paltarsız qalan Renan aya baxıb dedi: «Yazıq oğlan. Bu gözəl Ayı ona bağışlamaq istərdim».

 

Xoşbəxt çinli

Amerikada çinli yaşayış məhəllələrində olan hər kəs orda çiynində böyük kisəsi olan gənc oğlanın statuyasını görüb. Çinli tacirlər onu Xoşbəxt Çinli ya da Gülən Budda adlandırırlar. Bu oğlan Tan sülaləsi dövründə yaşayıb. O özünü Dzen müəllimi adlandırmaq və öz ətrafına şagird yığmaq istəmirdi. Bunun əvəzində o, içində meyvə, şirniyyatlar olan böyük kisə ilə küçələri dolaşırdı. Bütün bunları o küçədə oynayan və onun yanına toplaşan uşaqlara paylayırdı. Bu oğlan küçədə uşaq baxçası yaratmışdı. Əgər küçədə özünü Dzenə həsr etmiş adamla rastlaşsaydı, əlini ona uzadıb deyirdi: «Qəpik ver». Əgər kimsə ondan məbədə qayıtmağı və başqalarını öyrətməyini istəyirdisə, yenə də əlini uzadıb deyirdi: «Qəpik ver».
Bir dəfə oğlan öz işi-oyunu ilə məşğul olanda ona digər Dzen müəllimi yaxınlaşıb soruşur: «Dzenin mahiyyəti nədir?»
Xotey dərhal kisəsini çiynində yerə atdı.
- Onda Dzenin həyata keçirilməsi nədir?
Xoşbəxt Çinli tez kisəsini çiynindən asıb yolunu davam etdirdi.

 

Budda

Tokioda, Meydzi dövründə müxtəlif xarakterli iki müəllim yaşayırdı. Onlardan biri, Unto, Buddanın bütün qaydalarına riayət edirdi. Heç vaxt içki içməz, səhər saat 11-dən sonra yemək yeməzdi. Digər müəllim, Tandzan, heç bir qaydalara riayət eləmirdi. Nə vaxt istəyirdi yeyirdi, yatırdı. Bir gün Unto Tandzanın yanına gedir və onu çağır içən görür. Buddistlərin çağır içməsi isə qəti qadağandır. Müəllim yoldaşını salamlayan Tandzan ona çağır içməyi təklif edir. Öz növbəsində Unto cavab verir:
- Mən heç vaxt içmirəm.
Tandzan cavabında deyir:
- Kim içmirsə, o adam deyil.
Unto bu sözlərdən qəzəblənib deyir:
- O zəhəri içmədiyimə görə məni insan saymırsan? İnsan deyiləmsə, onda kiməm?
- Budda – deyə Tandzan cavab verdi.

 

Çirkli yol

Tandzan və Ekido palçıqlı yolla gedirdilər. Yol ayırıcından keçəndə orda gözəl qızla rastlaşırlar. Qız palçıqlı yerdən keçə bilmirdi. Tandzan əlini qıza uzadıb ona kömək edir və palçıqlı yerdən keçirir. Ekido heç nə demədi və məbədə çatana qədər susdu. Lakin məbədə çatanda özünü saxlaya bilməyib dinləndi: «Biz rahiblərə qadınlardan, əsasda gözəl və gənc qadınlardan uzaq durmaq lazımdır. Onlar çox təhlükəlidirlər. Niyə sən belə etdin?»
Tandzan cavab verdi: «Mən o qızı orda qoymuşam. Sən hələ də onu özünlə daşıyırsan?»
Buddizmin yaxınlığında
Universitet tələbələrindən biri Qadzananın yanına gələndə ondan xristianların Bibliyasını oxuyub oxumadığını soruşur. Qadzan cavab verir:
- Yox. Onu mənimçin oxu.
Tələbə Bibliyanı açıb oxumağa başladı. Bir qədər dinləyib Qadzan dedi: «Bu sözləri deyən adam çox zəkalı adam olub». Tələbə oxumaqda davam edirdi. Bir qədər də dinləyib Qadzan yenə dinləndi: «Çox gözəl sözlərdi. Bunu deyən adam Buddizmin lap yaxınlığındadır».

 

Ana məsləhəti

Sinqon məktəbinin ustası Dziun Tokuqava dövründə sanskrit dilinin mahir bilicisi kimi tanınırdı. Gənc vaxtlarında tələbə olan qardaşlarına leksiyalar oxuyurdu. Anası bunu bilib ona məktub yazır: «Oğlum, bilirəm ki, sən özünü Buddaya həsr etmisən. Özünü başqaları üçün gəzən ensiklopediyaya çevirmək istəyirsən. Fakt və kommentarilərin sonu yoxdur. İstəyirəm ki, bu leksiyaları dayandırıb dağlarda kiçik məbədə gedəsən. Öz vaxtını meditasiyaya həsr et. Bu yolla axtardığın həqiqəti tap».

1- 2- 3 - 4- 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 -16