Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar
Buddist pritçaları

Moruğ
Bir nəfər çollükdə gedən zaman pələnglə rastlaşır və qaçmağa başlayır. Pələngdə onun dalınca qaçır. Qayalığa çatan adam ora çıxmağa başlayır. Ancaq əlləri qırılır və gücnən sarmaşıq kolundan yapışır. Qorxa-qorxa aşağa baxan adam orada da pələngin durduğunu görür. Zavallını ancaq sarmaşıq kötüyü saxlayırdı. Bu dəm iki siçan yuvasından çıxıb kötüyü yeməyə başlayırlar. Hər tərəfdən təhlükə ilə üzləşən adam ətrafa baxır və üstündə ancaq bir qiləmeyvəsi olan moruğ kolu görür. Əlini uzadıb moruğu dərir. Necə də dadlı moruğ idi!
Sadəcə öz yolunuzla gedin
Buddanın tələbələrindən biri soruşur: - Əgər kimsə məni vursa, nə etməliyəm?- Əgər ağacdan üstünüzə quru budaq qırılıb düşsə, nə etməlisiniz?Tələbə cavab verdi: - Nə edəcəm? Axı bu adi təsadüfdir ki, budağ qırılıb düşəndə mən ağacın altında olmuşam.Budda dedi: - Həmin hərəkəti edərsən. Kimsə ağılsız olub, sizi vurub. Bu da quru budağın üstünüzə düşməsi kimidir. Qoy bu sizi narahat etməsin. Sadəcə olaraq heç nə olmamış kimi öz yolunuzla gedin.

Ölüm və heç vaxt ölməyən

Buddanın yanına uşağı ölən bir qadın gəlir. Qadının cəmi bir uşağı var idi. Bundan sonra da uşağının olması mümkün deyildi. Yeganə oğlu isə ölmüşdi. Budda nə etdi? Qadına dedi:- Sənə kömək edəcəm. Ancaq əvvəlcə şəhərə gedib heç kəsin ölmədiyi bir evdən xardal dənələri gətir.Qadın da şəhərə getdi, heç kəsin ölmədiyi ev axtarmağa başladı. Adamlar ona deyirdi: «Sənə nə qədər istəsən xardal dənəsi verərik. Ancaq şərtini yerinə yetirməyəcəyik. Çünki evimizdə kimsə ölüb». Beləcə bütün gün davam etdi. Qadın heç kəsin ölmədiyi ev tapa bilmədi. Nəhayət axşam hər şeyi anladı. Başa düşdi ki, ölüm həyatın bir hissəsidir. Hər zaman hər kəsin qarşısına çıxa bilər. Ölüm tək onun üzləşdiyi dərd deyil. Bunu anlayıb Buddanın yanına gəldi. Budda qadından soruşdu:- Xardal dənələrin gətirdin?Qadın sakitcə güdümsəyib Buddanın ayaqlarına çökdü:- Mən heç vaxt ölməyən bir şeyi tapmaq istəyirəm. Oğlumu qaytarmağı istəmirəm. Çünki o nə vaxtsa yenidən öləcək. Mənə ölməyəni bir şeyi tapmağa kömək et.

Sükut

Bir dəfə Budda kəndin içindən keçirdi. Buddanın əlehdarı olan bir neçə kənd sakit onu təhqir etməyə, söyməyə başladı. Budda sakit şəkildə dayanıb təmkinlə təhqirləri dinləyirdi. Onun sakit dayanması kənd sakinlərinə təsir elədi. Onlardan biri Buddadan soruşdu:- Nə oldu? Sən bizim dediklərimizi anlamırsan?- Ancaq anlayanda belə susmaq olar. On il bundan əvvəl yanıma gəlsəydiniz, bəlkə də üstünüzə atılardım. İndi isə anlayıram. Sizin axmaqlığınıza görə özümü cəzalandıra bilmərəm. Məni təhqir edib etməmək sizin işinizdir. O təhqiqləri qəbul edib etməmək isə mənim işimdir. Siz o təhqirləri mənə yapışdıra bilməzsiniz. Mən sadəcə onlardan imtina edirəm. Onları qəbul etməyə dəyməz. Təhqirlərinizi özünüzə götürə bilərsiniz. Götürməkdən imtina edirəm.

Nə baş verib?

Bir qız güzgüdə özünə baxmağı çox xoşlayırmış. Ancaq bir gün güzgüyə baxıb orda özünü görmədi. Qız elə fikirləşdi ki, başını itirib və böyük narahatlıqla axtarmağa başladı.

Dörd yaşlı

Cavan oğlan qoca bir kişidən soruşur:- Baba, neçə yaşın var?Qoca gülə-gülə cavab verdi: «Bu il dörd yaşım oldu!»Bu sözlərdən çaşıb qalan oğlan soruşur:- Baba, zarafat etmək lazım deyil. Belə qoca adamsan, uzun saqqalın var. Ancaq deyirsən ki, cəmi dörd yaşındayam.- Yox, həqiqətən də mənim dörd yaşım var! Neçə illər idi avaralanırdım, ancaq öz xeyrim barədə düşünürdüm, yalan danışırdım. Ancaq dörd il bundan əvvəl Buddanın öyrətdikləri barədə xəbər tutdum. Bildim ki, xeyirxax işlər görmək, xəsisliyi, qəzəbi, axmaqlığı özündən qovmaq lazımdır. Ömrümün son dörd ilində həyatım mənalı oldu. Ancaq bu dörd ildə sevinc və rahatlıq hiss edirəm. Sən soruşdun neçə yaşım var. Normal həyatla dörd il yaşadığıma görə məni həqiqətəndə dörd yaşım var.

Buddanın əli

Şagirdlərindən biri Buddadan soruşdu: - Qısa izah elə, biliyini nə ilə müqayisə etmək olar?Budda cavab verdi:- O meşəyə bax. O açıqdı, orda heçnə gizli deyil. Mən də o meşə kimi açığam. Budda yumruğun göstərib dedi: - İndi mənim yumruğum bağlıdır. Sən orda olan yarpaqları görmürsən. Sonra əlini açdı, yarpaqlar yerə töküldü. Bundan sonra şagirdinə dedi: - Ancaq Buddanın əli yumruğa bənzəmir. O açıqdır. Əgər nəyisə başa düşmürsənsə, öz günahındır.

 

1- 2- 3 - 4- 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 -16