Saqqal
Ramazan ayında molla adətən namazdan sonra məsçidə gələnlərə
moizə oxuyurdu. O həyəcanla möminlərin vəzifələrindən
danışırdı. Bir ay müddətində bir nəfər hər gün məsçidə
gəlir və mollanın danışıdıqlarına qulaq asıb ağlayırdı.
Molla fikirləşirdi ki, onun danışdıqları bu şəxsə o qədər
təsir edir ki, o göz yaşlarını saxlaya bilmir. Bu, hər
gün təkrar olunurdu. Bir gün molla həmin adama yaxınlaşıb
deyir:
- Allah yardımçın olsun! Görürəm ki, hər gün bura gəlirsən,
dediklərimə qulaq asıb ağlayırsan. Bura gələnlərin heç
birinə mənim sözlərim bu qədər təsir etmir. Səni ən çox
narahat edən nədir?Məsçidə
gələn cavab verir:-
Mən bura mömin olduğuma görə gəlirəm. Ancaq ağlamağımın
səbəbi başqadır.
Bu sözlərdən molla daha da təsirlənib soruşdu:
- Allah sənə qüvvət versin. Sənə necə kömək edə bilərəm?
Həmin adam titrək səslə cavab verdi:
- Mən çəpişi böyütdüm və ona çox bağlandım. Onun qəfil
ölümü məni kədərləndirdi. Hər gün sən burda danışanda
mən öz keçimi yada salıram. Çünki onunda sənin kimi gözəl
saqqalı var idi.
Hər şey öz əlindədir
Qədim
şəhərdə çoxlu şagirdləri olan usta yaşayırdı. Şagirdlərindən
ən bacarıqlısı bir gün fikirləşir: «Görən elə bir sual
var ki, usta ona cavab tapa bilməsin?» Bundan sonra çəmənliyə
gedib ordan ən gözəl kəpənəyi tutub ovcunda gizlədib ustanın
yanına gəlib soruşur:
- Deyə bilərsənmi, mənim ovcumun içindəki ölü ya diri
kəpənəkdir? Oz həqiqətini sübut etməkçin o hər an ovcunu
sıxmağa və kəpənəyi öldürməyə hazır idi.
Şagirdinin əlinə baxmayan usta cavab verdi:
- Hər şey sənin öz əlindədir.
Biliyin qiyməti bahadır
Kəndlinin traktoru sınır. Traktoru düzəltmək üçün etdiyi
cəhdlərin hamısı boşa çıxır. Nəhayət, kəndli ustaya müraciət
edir. Traktora baxan usta onun hərtərəfli yoxlayır, sonra
da çəkiçlə bir dəfə mühərrikə vurduqdan sonra onu işə
salır. İşini başa çatdırandan sonra usta kəndlidən gördüyü
işin müqabilində 100 manat pul istəyir. Kəndli bundan
narahat olub deyir:
- Çəkiçlə vurduğun bir zərbəyə görə 100 manat istəyirsən?
Usta cavabında deyir:
- Əziz dost, çəkiçlə vurduğum bir zərbəyə görə səndən
bir manat istəyirəm. Qalan 99 manatı isə biliyimə görə
alıram. O biliyin hesabına mən sənin traktorunu cəmi bir
çəkiç zərbəsinə təmir edə bildim.
Hər şey bir dəfəyə olmur
Bir gün molla mömünlərə müraciət etmək üçün məscidə gəlir.
Ancaq orda bir cavan mehtərdən başqa heç kimin olmadığın
görür. Molla fikirləşir ki, burda nəsə danışmalıyam, ya
yox? Bunu mehtərdən soruşmaq qərarına gəlir:
- Burda səndən başqa heç kim yoxdur. Səncə nəsə danışmalıyam
ya yox?
Mehtər cavab verdi:
- Cənab, mnə sadə adamam və belə şeylərdən başım çıxmır.
Ancaq mən tövləyə gəlib görəndə ki, atların hamısı qaçıb,
biri qalıb, ona yem verəcəm.
Mollanın bu sözlər xoşuna gəlir və moizə oxumağa başlayır.
İki saat davam edən söhbətdən sonra o özündə rahatlıq
hiss etdi və moizəsinin nə dərəcədə yaxşı olduğunu təstiq
edən sözlər eşitmək istədi. Bunun üçün yenə mehtərdən
soruşdu:
- Moizəm xoşuna gəldi?
Mehtər cavab verdi:
- Dedim axı, mən sadə adamam və bütün bunlardan elə də
başım çıxmır. Mən tövləyə gəlib görsəm ki, atların hamısı
qaçıb biri qalıb, onsuz da ona yem verəcəm. Ancaq bütün
atlar üçün nəzərdə tutulan yemin hamısını verməyəcəm.
Suda boğulan
Bir kasıb adam çayda batır. Axın onun meyitini bir qədər
aşağı aparır. Meyiti təsadüfən varlı bir insan tapıb götürür.
Kasıbın qohumu bundan xəbər tutub varlının yanına gəlib
meyiti ona verməyi xahiş edir. Lakin varlı meyitin verməsinin
əvəzinə ölənin qohumundan pul istəyir. O qədər pulu olmayan
kasıb bir qədər az pul təklif edir. Ancaq varlı bununla
razılaşmır və meyiti yiyəsinə vermir. Tərəflər razılığa
gəlmədən ayrılır. Nə edəcəyini bilməyən varlı müdrikin
yanına gəlib vəziyyəti ona danışır.
Müdrik cavab verir:
- Arxayın ol, o qohumun meyitini başqa heç yerdən ala
bilməyəcək.
Bir müddətdən sonra ölənin qohumu da müdrikin yanına gəlib
vəziyyəti ona danışır və varlıdan şikayətlənir.
Müdrik kasıba da təsəlli verir:
- Arxayın ol. Meyiti səndən başqa heç kimə satmayacaq.