Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar
Yunan pritçalari
Həsəd aparılası dostluq

Sirakuzada iki dost olub: Damon və Fintiy. Damon Dionisiyi öldürmək istəyib, lakin həbs olunaraq ölümə məhkum edilib. Damon Dionisiydan onu bəzi işlərini tamamlamaqdan ötrü evə buraxmağı, əvəzində isə dostu Fintiyi girov saxlamağı xahiş edir. Dionisiy belə bir sadəlövh bicliyə inandı və Damona vaxt verdi.
Axşam gəldi, artıq Fintiyi edama aparırdılar. Bu an toplaşan adamların arasından keçərək Damon özünü edam yerinə yetirdi.
- Mən burdayam. Bağışla, bir qədər ləngidim.
Dionisiy ucadan qışqırdı:
- Sən bağışlındın. Xahiş edirəm məni öz dostluğunuza qatasınız.

Uzaqgörənlik

Bir filosofun qızı olub. Ona iki nəfər elçilik edib: biri varlı, o biri isə kasıb olub. Filosof qızını kasıba verir. Ondan niyə belə etdiyini soruşduqda filosof cavab verir:
- Varlı adaxlı axmaqdı. Qorxuram ki, o yaxın zamanda kasıblayar. Ancaq kasıb ağıllıdı. Ümid edirəm ki, o yaxın zamanda varlanar.
Hər şeyi özümlə gəzdirirəm
Görünməyəni biz ürəyimizin təmizliyinin həcminə görə görə bilirik. O isə biz onu təmizlədiyimiz qədər təmizdir. Biantın doğma şəhəri sərkərdə Kirin qoşunları tərəfindən mühasirəyə alınanda şəhər sakinləri özləri ilə ən qiymətlə əşyalarını götürüb qaçırdılar. Təkcə Biant özü ilə heç nə götürmədi. Təəccüb qalmış şəhər sakinləri onun niyə heç nə götürmədiyini soruşanda o cavab verir:
- Nəyim varsa özümlə gəzdirirəm.

Ad məcbur edir

Makedoniyalı İsgəndər qoşununda İsgəndər adlı bir döyüşçünün hər dəfə döyüş zamanı qaçdığını görür. Buna görə də döyüşçüyə deyir:
- Xahiş edirəm, ya qorxaqlığına qalib gəl, döyüşdən qaçma, ya da adını dəyiş ki, adlarımızın eyni olması heç kimi çaşdırmasın.
Əyri güzgü

Bir qadın Sokrata deyir:
- Sokrat, sənin nə qədər eybəcər sifətin var.
O, qadına cavab verir:
- Əgər sən özün bütün əşyaları təmiz güzgü kimi əks etdirsəydin, sözlərin xətrimə dəyərdi. Ancaq sən eybəcərsən. Əyri güzgü isə hər şeyi əyri göstərir.

 

Sokratın edama aparıldığını görən bir qadın ağlayaraq qışqırır:
- Ah, necə böyük dərddi. Onlar səni öldürmək istəyir. Ancaq sən heç bir cinayət törətməmisən.
Sokrat cavab verir:
- Ay axmaq. Sən istərdin ki, mən cinayət törədib cəzaya məhkum olum və cinayətkar kimi ölüm?
Zevsə dua

Bir sürü inəyi ola çobanın danası itir. Hər yerdə axtarsa da onu tapa bilmir. Buna görə də əhd edir ki, oğrunu tapsa Zevsa bir keçi qurban verər. Bundan sonra axtara-axtara meşəyə gedir və görür ki, dananı şir parçalayıb yeyir. Qorxan çoban əllərini göyə qaldırıb deyir:
- Qüdrətli Zevs! Oğrunu tapmağa görə sənə keçi qurban demişdim. Ancaq indi oğrunun əlindən sağ çıxa bilsəm sənə öküz qurban verərəm.

Pisliyə pislik qatma

Bir gün filosof görür ki, bir nəfər qıza elm öyrədir. Bundan qəzəblənən filosof həmin adama deyir:
- Pisliyə pislik qatma! Öz əlinlə sənə qarşı yönəldilmiş oxa zəhər qatmağın nəyə lazımdı? Onsuzda Zaçem usilivatğ jenskie çarı, kotorıe i bez toqo plenəöt i metko porajaöt sınov çeloveçeskix?
Narahatlıq üçün əsas yoxdu
Diogendən soruşurlar:
- Yaşadığın çəllək sınsa, nə edəcəksən?
Diogen cavab verir:
- Bu məni narahat etmir. Axı mənim tutduğum yer sına bilməz.
Yaxşı əhvalın səbəbi Sokratın tələbələrindən biri ondan soruşur:
- Başa sal mənə, niyə görə bir dəfə də sənin üzündə qəm əlaməti görməmişəm? Həmişə yaxşı əhvaldasan.
Sokrat cavab verdi:
- Çünki məndə elə bir şey yoxdur ki, onu itirsəm kədərlənim.

Sirr

Aristotel Makedoniyalı İsgəndərə tapşırıb:
- Heç vaxt öz sirrini iki nəfərə demə. Çünki əgər sirri yayılsa, bunun kim günahı ucbatından olduğun müəyən edə bilməyəcəksən. Əgər hər ikisin cəzalandırsan, sirri saxlaya bilənin xətrinə dəymiş olacaqsan. Əgən hər ikisin bağışlasan, yenə də günahsızı təhqir etmiş olacaqsan. Çünki onun sənin əfvinə ehtiyacı yoxdur.
Dünyanın fəth olunması
Deyirlər ki, Makedoniyalı İsgəndər dünyanın hökmdarı olandan sonra otağında möhkəm ağlamağa başlayır. Bunu görə yaxınları təəccüblənir. Axı onu heç vaxt belə vəziyyətdə görməyiblər. O müxtəlif ağır situasiyalara düşüb, dəfələrlə ölmülə üz-üzə qalıb. Ancaq heç vaxt onun sifətində qorxu, çarəsizlik əlaməti görsənməyib. O hər zaman mərdlik nümunəsi olub. Bəs indi, bütün dünyanın hökmdarı olandan sonra ona nə oldu?
Bundan sonra yaxınlar, sərkərdələri icazə alıb onun otağına girirlər.
- Nə olub, niyə ağlayırsan?
İsgəndər cavab verir:
- Hazırda, hamıya qalib gələndən sonra anladım ki, məğlub olmuşam. İndi mən yenə də dünyanı zəbt etmək niyyətinə düşəndə dayandığım yerdə dayanmışam. Bunu indi anlamışam. Çünki hər zaman yolda olmuşam, hansısa məqsədim olub. İndi isə hərəkət etməyə, haranısa zəbt etməyə yer yoxdur. Daxilimdə böyük bir boşluğun olduğun hiss edirəm. Mən məğlub olmuşam.
İsgəndər otuz üç yaşında ölüb. Onu dəfn etməyə aparanda əlləri sallanırmış. Bu onun vəsiyyəti idi: istəyirdi hamı hamı görsün ki, o əliboş gedir.
Xəzinə

Bir kişi divarda böyük miqdarda pul gizlədirdi. Hər gün gedib baxırmış ki, oğurlayan olmasın. Ancaq fəhlələri bunu görür və pulları oğurlayırlar. Pulları yerində tapmayan kişi kədərlənir. Bunu bilən qoca bir kişi ona bir daş parçası verib deyir:
- Apar bu daşı həmin yerə qoy. Bu da elə həmin pul kimi olacaq. Çünki əgər pulu xərcləmirsənsə, onunla daş arasında heç bir fərq yoxdur.

Ən yaxşı və ən pis


Ksanf öz tələblərinə qonaqlıq təşkil edir və Ezopu bazara göndərib dünyada ən yaxşı neməti almağını istəyir. Qonaqlar gəlir, Ezop süfrəyə ancaq dildən hazırlanmış yeməklər gətirir. Ksanf onun niyə belə etdiyini soruşur.
- Dünyada ən yaxşı şey dil deyilmi? Dilnən insanlar razılığa gəlirlər, qanunlar hazırlayırlar, müdrik fikirlər bildirirlər.
- Onda sabaha dünyada ən pis nədirsə onu al.
Səhər Ezop yenə dil alır. Ksanf onun niyə belə etdiyini soruşanda Ezop cavab verir:
- Bəs dünyada ən pis şey dil deyilmi? Dilnən insanlar bir birin aldadır, mübahisələr edirlər, müharibələrə başlayırlar – dildən pis heç nə yoxdur!
Ksanf bundan əsəbiləşsə də, bir söz deyə bilmədi.

 

1- 2- 3 - 4- 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 -16