Tövbə və bağışlama
«Düşmənləri
əlbəttə ki, bağışlamaq lazımdır.
Amma onları dar ağacından asandan sonra…»
Heyne
Bu yazını gərək yeni il ərəfəsində, hələ təzə ilin dadına baxmamışdan
əvvəl yazaydım. Onda ötən ilin bütün ağrı, acı, sevinclərini, itki və
qazanclarını tərəzinin gözünə düzəndə səhnə daha realistik alınır. Hətta
Şaxta baba və Santa Klausun müştərək yaratdıqları bayram sehri də belə
səhnələrin həyatiliyini poza bilmir. Amma indi də o qədər də gec deyil.
Bayram günlərində Yeni il tamaşasından uşaqlara verilən hədiyyənin cır-cır
cırıldayan cığarasını cırıb şirniyyatı tökmüşəm qabağıma (uşaqların gözündən
iraq). Özümə söz vermişəm, bu gün bu hədiyyənin axırına çıxmalıyam!
Xı-ırt! Yaşı bilinməyən vafliyə bir dişdəm vururam. Canım çıxsa da çeynəməliyəm. Yoxsa uşaqlar baxçadan, məktəbdən gəlib yeyəcəklər və mütləq zəhərlənəcəklər. Yaxşı bir atalar məsəli də var, lap yerinə düşər: «Mal xarab olunca, qoy can xarab olsun». Mən bu hədiyyələri ata bilmərəm, zibil yeşiyi od tutub yanar. Axı hər biletə görə 10 manat ödəmişəm, özü də oktyabr ayında. O vaxt müəllimlərin maaşı 25 faiz artanda mənim məvacibimə 20 manat əlavə edilmişdi. O pula deyinmək əvəzinə sevincək xərcləmək ümidiylə baxsam da 2 yolka biletinin haqqını ödəmişdim. İndi özünüz deyin mən onu necə yeməyim ki?
Bir dənə də xırt! Fu….. Neft bahalaşsaydı bəlkə yeməli mallardan iyi çəkilərdi. Yəqin çox ucuzdu deyən, nəyə cəldi qatırlar. Mən özümün qəsdinə dayanmamışam, elə bilərsiz vaxtı keçmişləri də yeyirəm. Qəti xeyr, hədiyyələri alan kimi yarısından çoxunu tulladıq, çünki İran malı olduğundan üstündəki tarixləri oxuya bilmədik. Hədiyyə yığanların insafına şükür, yerdə bir –iki yerli mal qaldı, onları da əsil azərbaycanlı qadınının zirəkliyilə konspirasiya eləyib aradan çıxardım. Uşaqlar yazıqdı, vallah, axı onların nə günahı var?! Yeyəcəkdilər, sonra ən yaxşı halda qarınlarına, pis halda başlarına vuracaqdı. Cəfasını özüm çəkərəm, eybi yox.
Daha bir xı-ırt! Başım yeməyə qarışıb, heç mövzuya yaxınlaşmamışam da. Axı mən bağışlamaqdan yazacaqdım. Bəli, tövbə və bağışlamaq səadətindən. Bu 10 manatlıq hədiyyələri alanda onu bizə utana-utana uzadan cavan oğlan demişdi ki, «Bilirik, bunları məktəblərə zorla veriblər. Gedin şikayət eləyin, bizlik deyil». O, bir iki metr aralıda paylanan normal hədiyyələrdən utanırdı. Cavandı da, hələ təcrübəsizdi. Bəlkə o anlamır ki, kimsə rüşvət verib işə girdiyi üçün şəxsi büdcəsində yaranan dəliyi bu bayramdan qazandığı pulla tıxayacaq.
Xı-ıııır-rt! Dişdəm vurmaq get-gedə çətinləşir. Provoslav xristianlarında Böyük Pəhrizdən əvvəl günahların bağışlanması günü var. Həmən gün insanlar bir-birinin günahlarından keçir. Öz günahlarının bağışlanmasıyçün Tanrıya dua edərək il ərzində törətdiyi bütün günahlara görə ətrafındakılardan da üzr diləyir. Sabahısı gün o təmiz ürəklə pəhrizinə başlaya bilər. Məndən olsaydı bağışlanma gününü ilin axırına salardım. Belə rahatdı, evdə olduğumuz günlərdə əlbəttə ki, yeyib, içib doyandan sonra il ərzində aldığımız bütün zərbələrin ünvanına yalnız xoş sözlər yönəldərdik. Belə məsələlərə başqa bucaq altından baxmağı öyrənmək lazımdı. Məsələn, gör o adamın (pis hədiyyələri adamlara super qiymətə satanları deyirəm) nə boyda ehtiyacı var ki, belə alçalır. Onun halına acımaq lazımdı və mütləq də günahlarını bağışlamaq.
Xırt! İndi deyərsiz ki, bayram hara, günahlar hara. Evinizdəki yolkaları bəyəm artıq sökmüsüz? Yolkaları rəngli şarlarla bəzəmək adəti də insan günahlarıyla birbaşa əlaqədardı. Keçmişdə yolkanı sarı, qırmızı, yaşıl almalarla bəzəyərdilər. Bu Adəm peyğəmbərin almanı yeyib cənnətdən qovulmasının silvolu və xatırlatma kimi göz qabağından asılardı. Cənnətdən qovulmuş Adəm övladı hər il cənnətin simvolunu yolkanın üstünə asıb hələ başına da dolanardı. Elə indi də dolanır. Çünki öz günahını özünə hələ də bağışlaya bilmir.
Amma nahaq! Biz cibimizə girənləri, haqqımızı tapdalayanları, süründürənləri, payımızı yeyənləri, əvəzimizə danışanları, əvəzimizə yaşayanları – hamını bağışlayırıq ki. Sadəcə buna bir gün ayırsaydıq yəqin ki, onların özünə də rahat olardı. Həyatımın ən palçıqlı günləri sizə qurban, siz də məni bağışlayın. Bağışlayın ki, palçıqlı su üstümə fontan vuranda sevincdən eyforiyaya düşməyi hələ yaxşı bacarmıram. Yeni, işıqlı həyatın astanasında dayandığımı hələ yaxşı anlamıram. Etiraf eləyim ki, hər yenilikdə hələ də pis bir şeylər axtarıram. Söz verirəm, mən də düzələcəm, mən də sizə layiq olacam!
P. S. Yazının dramaturqiyasını pozmamaqçün sonuncu abzasda da bir «xırt» olmalıydı. Amma varlığımı bu boyda zorlamağa gücüm çatmır…