Səyahət
Dünyanın ən böyük ləzzətlərindən biri səyahət eləməkdi. Ən lazımlı avadanlığını
boxçada düyünləyib dalına atrsan və yola düşürsən. Belə qismət mənə düşsəydi
yəqin ki, ən əvvəl Fikrət Əmirovun somfonik muğamları – «Şur», «Kürd Ovşarı»,
«Gülüstan Bayatı Şiraz»ın uğur trayektoriyası ilə irəliləyərdim. Alqışları
dinləyər, amma baş əyib uğur ləzzətində çimməyi özümə ar bilərdim. Sonra
papağımı qarşıma qoyub seçməli olardım: görəsən Rəşid Behbudovun, yoxsa
Zeynəb Xanlarovanın qastrollar xəritəsiynən hərəkət eləyim? Yox, buna
ömür yetməz.
Misir ehkamlarına Abşeron qumsallarında böyümüş uşaq gözüynən baxardım. Axı mən bilirəm ki, səhra neçə əsrlərdir onun qulağına nələr pıçıldayır. Paulo Kuelyonun «Kimyagər»i kimi mütləq xəzinəni evinin yanında yox, uzaq ölkələrdə gəzərdim ki, arabir səhranın öz həqiqətini görüm. Onda mən «100 il tənhalıqda» qala bilərdim, hətta «Palkovnika heç kim yazmasaydı» da.
Londondakı «Biq ben»in tıqqıltısı içimdə meyxana ritmi kimi zü tutardı. İmkan tapan kimi Parisə yaradıcı bomondun məhəlləsi Monmatrdakı həyaiın dibinə enərdim. «Səfillər» kimi yaşayar, Puççininin «Boqema»sını bir də sınayar, yəqin «Toska»sı kimi xəyanət eləməli olsam özümü qayadan atardım. Amma əvvəlcə gərək imkan tapıb kirli meyxanələrın içində Modilyanini axtarım tapım və mütləq qırmızı dövrünə düşüm. Van Qoqun sarı rəng axtarışlarına qoşulmazdım, qorxuram yenə də qulağını kəsər. Amma məmnuniyyətlə impressionistlərlə birgə qədəh cingildədərdim. Mone, Sezann, Tulus-Lotrek… Aman, indicə Qoqen Tatitiyə yollanacaq! Onun gözləriylə yerdəki cənnəti görməsəm özümə bağışlaya bilməyərəm. Eybi yox, sifilisdən ölməyə Paris də yarayar. Hələ barrikadalarda «Marselyeza»nı oxumamışam axı. Gərək Napoleona həsr edilmiş simfoniyanının adını o imperator olandan sonra «Qəhrəmani srmfoniya»ya çevirən Bethovenin qulağına pıçıldayım ki, belə iş tutmasın. Onsuz da dahi despota bu hərəkətini bütün dünya bağışlayacaq. Az qala unutmuşdum, axı Bethoven məni eşitməzdi. O həyat himni sayılacaq 9-cu simfoniyasını dirijorluq edən zaman zal alqışlardan titrəyəndə də o heç nə eşitmirdi.
Sonra yəqin ki, Alp dağlarını keçib İspaniyaya düşərdim ki, korridada öküzün qana bulaşmasından ləzzət ala bilim. Qara mantiliyanı başıma atar və ispan ədasıyla yelpiyimi yellərdim. Axı mənim də qaş-gözüm qaradı, Karmen ola bilərəm, Xoseni yoldan çıxarıb həyatın dadına baxmağa məcbur edərəm. Qoyyanın emalatxanasına düşməmiş buralardan getmərəm. «Çılpaq maxa», «Geyimli maxa» olmaq ləzzətini yaşamalıyam. Eybi yox, qoy çılpaq pozada rəssam qarşısında dayandığıma görə inkvizisiya məni tonqalda yandırsın. Onda Janna Darkla əl-ələ verib alovun dilimləri qarşısında tir-tir əsərdik. O tanrısını çağıranda mən allahımı yad eləyən və kəlmeyi-şəhadətimi deyərdim. Gün işığı gözlərimi tutar, kipriklərimdən asılardı.
Özü gün çıxana tərəf getsən axır əvvəl Yaponiyaya çatarsan. Kurasava filmlərindən ikebana yığardım. Düyüdən yeyib çiy balığın dadına baxandan sonra kimanoya bürünüb çiçək açan albalı ağacının altında şəkil çəkdirərdim. Belə rəsmlər evimizdə də, Çin süfrələrinin üstündə də var. Çin tərəfə yolum düşsə yəqin ki, Tibet dağlarına dırmaşardım. Özümə allahların yurdunu, Şambalanı axtarmaq zülmünü verməzdim. Sadəcə bir xoş dua, bir xoş niyyət keçirərkən ürəyimdən qulaqlarım itiləşərdi. Onda Hindistan tərəfdən gələn hay-küyü yəqin ki, eşidərdim. Fillərin tappıltısı Tibet dağlarını da yerindən eləyər yəqin. Hay-küy tərəfə gedən kimi «Avara»yla yol yoldaşı olardım. O da mənim kimi boğçasını dalına alıb yola düzəlib. Hindistanın rənglərindən gözlərim qamaşanda birdən yadıma düşərdi ki, Kolumb hardasa buralarda azıb. Özümü yetirib gəmisinə tullayan kimi bir də ayılardıq ki, Amerikaya çathaçatdayıq. Qayıdan baş özüynən tütün gətirməyə qoymayacam onu. Sözün düzü Bermud üçbücaqlarına etibar eləmirəm, onlardan yan keçəcəm. Tərs kimi üzmək də bilmirəm ki, isti və soyuq cərəyanların hərəsinə bir baş vurub kontrast vanna qəbul eləyim.
… Bu köşəni çərçəvəyə alana nə deyim, yerim bitdi, o qədər gəzməli yer qaldı ki. Cızma-qaralarımın eskizlərini Qobustan qayalarına köçürəcəkdim. Hələ orda bir yallı da gedəcəkdim. Üstəlik Avstraliyada Sidney sahilində okean sularında yuyunan məşhur opera teatrına dəyəcəkdim. Neynək, bu da gələn dəfə….