Sevginin yeri hardadı
Yaxud sevənlərin yol yoldaşı dəliliyin sərguzəşti
Günlərin bir günü yer üzünün cənnət güşələrinin birində insan hissləri
və duyğyları bir yerə toplaşdı, amma bilmədilər ki, neynəsinlər. Bu toplantıda
onlar heç kimə heç nə sübut eləməli deyildilər. DARIXMA üçüncü dəfə əsnəyəndən
sonra DƏLİLİK həmişəki kimi özünü ortalığa atıb təklif elədi:
-Gəlin gizlənpaç oynayaq!?
İNTRİQA qaşlarını çatıb: - Gizlənpaç? Bu nə oyundu belə?- dedi.
DƏLİLİK izah eləməyə çalışdı ki, məsələn onlardan hansısa biri gözlərini yumub milyona qədər sayır, başqaları isə bu vaxt gizlənirlər. Onsuz da insanların səbri çoxdu, bir az bizsiz də ötüşərlər. Kim axırıncı ələ keçərsə gələn oyunda o axtaracaq.
ENTUZİAZM EYFORİYA və SEVİNCi rəqsə dəvət elədi. Onlar birlikdə ortalığa düşüb əl –qol açıb o qədər oynadılar ki, hətta TƏRƏDDÜDün saqqızını oğurlaya bildilər. Amma heç vaxt , heç nə ilə maraqlanmayan, bir kəsin karvna gələ bilməyən APATİYA oyunda iştirak eləməkdən boyun qaçırdı. HƏQİQƏT gizlənməyi özünə ayıb saydı, kol-kozda eşələnməyi ar bildi. Onsuz da tez-gec onu tapacaqdılar. TƏKƏBBÜR o saat ərz eylədi ki, bu çox axmaq bir oyundu, adam özünü niyə gizlətməlidir ki… Axı o özündən başqa heç kimlə maraqlanmırdı. QORXAQLIQ isə bir ayağını qoyud o birini götürürdü, bu işə baş qoşmağa ürək eləmirdi.
Bir, iki, üç- deyib DƏLİLİK saymağa başladı. Onun özünü ortaya atmaqçün ürəyi gedirdi.
Qəribədi ki, ən birinci nədənsə TƏMBƏLLİK gizlənə bildi. Canına əziyyət verməyib yol qırağındakı ən yaxın daşın dalında gizləndi. İNAM göylərə qalxdı. HƏSƏD yaman qaçhaqaça düşdü və nəhayət UĞURun kölgəsində gizlənə bildi. Amma UĞURa da uğurmf deyərlər. Ətrafdakı ən yüksək ağacın başına öz qüvvəsinə arxalanıb çıxa bildi.
ALİCƏNABLIQ uzun müddət özünə yer tapa bilmirdi. Hər tapdığı yeri özünə yox, yoldaşlarından birinə layiq görürdü. Göz yaşı kimi kristal suyu olan bir göldə gizlənsin? Yox, bu GÖZƏLLİYƏ layiqli. Bəlkə ağac qabığındakı dıqqılı çatda yerləşər? Bu yüz faiz QORXUnun yeridi. Kəpənəyin qanadlarını gözaltı eləmişdi ki, onu da LƏZZƏTə layiq gördü. Küləyin qanadlarında AZADLIQdan savayı kim dura bilərdi? Bu qədər buyur-buyurdan sonra ALİCƏNABLIQ günəşin şüasında gizləndi.
XUDBİNLİK isə əksinə yalnız özünü düşünüb, ən rahat və isti yer seçdi. YALAN okeanın dibinə düşdü, amma əslində göy qurşağındaymış. EHTİRAS və ŞƏHVƏT vulkanın kraterində gizləndilər. HUŞSUZLUQ heç bilmirəm harda cizləndi ki, onu belə tez unutdular.
DƏLİLİK 999999 –a qədər sayana qədər SEVGİ öz yerini tapmamışdı. Çünki bütün yerlər tutulmuşdu. Birdən çox gözəl qızılgül kolu görüb onun çiçəkləri arasında özünə yer eləmək istədi.
-Milyon!- deyən DƏLİLİK axtarmağa başladı.
Əlbəttə ki, ən birinci TƏMBƏLLİYİ daşın altından çıxartdı. Sonra İNAMın Allahla mübahisəsini eşidib onun yerini o saat təyin elədi. EHTİRAS və ŞƏHVƏTin səs-küyündən vulkan da dinc otura bilmirdi.Yer-göy titrədi , aləm dağıldı, bu titrəyişdən də yerləri bəlli oldu.
Sonra DƏLİLİK HƏSƏDİN yerini tapdı. Yadına saldı ki, HƏSƏd həmişə UĞURun kölgəsindədi. Bundan sonra UĞURu tapmağa nə var? EQOİZMİ çox axtarmalı olmadı. Çünki onu adətən sevmirlər deyə hara başını soxsa həmişə qovlanır. Axtarmaqdan əldən düşmüş DƏLİLİK yorğunluğunu su qırağında alıb bulaqdan su içmək istərkən birdən GÖZƏLLİYİ gördü. GÖZƏLLİK onu bir neçə saniyəlik ram eləyə bildi. Sonra yenidən hər şey axarına qayıtdı.
TƏRƏDDÜD ayaqlarını altına qısıb çəpər üstə hələ də bilmirdi ki, hasarın hansı üzündə gizlənsin. O taydanmı, bu taydanmı olsun? QƏM qaranlıq mağaranı seçmişdi, İSTEDAD tər-təzə yaşıl otu tapdanmamış, keçilməmiş yolu. YALANı deyəsən göyqurşağından tapdılar. Amma öz aramızdı, o, okeanın dibindəydi.
Bircə SEVGİni tapa bilmirdilər. Özünü ora-bura çırpan DƏLİLİK axtarmadığı ağac, girmədiyi kol qoymadı. Dağa çıxdı, yerə girdi, amma SEVGİnin yerini deyən olmadı. Birdən qızılgül kollarının arasında axtarmaq qərarına gəldi. Dəli kimi kolları eşələyəndə ordan çığırtı gəldi. Qızılgülün iti tikanları SEVGİnin gözlərini yaralamışdı. İndi gözləri kor SEVGİ nə eləyəcəkdi? DƏLİLİK bilmirdi başına haranın daşını töksün, SEVGİnin ayaqlarına düşdü, yalvardı, göz yaşı axıtdı, üzr dilədi. Özü də anladı ki, özr istəməklə heç nə düzəlməyəcək, ona görə də yerdə qalan ömrünü SEVGİnin yol göstərəni olub onun əlindən tutmağı özünə borc bildi. Odur ki, yer üzündə ilk dəfə gizlənpaç oynayandən bəri indiyədək SEVGİnin gözü kordu və DƏLİLİK onun əlindən tutub ona yol göstərir…