İçimə qar yağır
Bu qar da kı, yağanda adamdan soruşmur, içinə yağım, ya yox. Yağır, yağır,
yolları, izləri aparır. Hər yer ağappaq, tərtəmiz olur. Çökəkləri, çatışmazlıqları
, hətta yaramazlıqlarını elə doldurur ki, yüksəkliyinlə, ucalığınla yoxuşların
arasında fərq qalmır.
Elə də olmalıdı, içinə qış gələndə qar yağmalıdı. İçimə yağan yağışı heç sevmirəm. Xüsusilə gözümdən axan sular içəri dolanda lap pis olur. Yəqin qəlbimin damı axıdır. Çölə axası sular içəri damır. Sular çıxmağa yer tapmayanda keçmişin toz-torpağıyla qarışıb palçıq yaradır. İçəridə nəmişlik olanda oturmağa, söykənməyə quru bir daş parçası da tapılmır. Ürəyimdən hər dəfə asdığım daş parçaları zaman keçdikcə ovulub toza çevrilir, natəmizlik yaradır. Sevilmədin bir daş, anlamadılar iki daş, alınmadı üç daş… Və beləcə sonsuzluğadək. Ürəkdən asılacaq daşların qəbirsanlığı yaranır. Nəm çəkmiş xatirələr, qurumamış duyğular, yaş qalmış mənlik… Fu! Təbiətin yağışı min dəfə gözəl olur, təbiiliyin qarşısında bu nədi ki! Bayırda yağış yağanda su yuyub çirki aparır. İçəridə hər şey tamam başqa cürdü. Buralarda kanalizasiya çəkən olmur. Heç qapını döyüb su pulu, kanalizasiya pulu toplayan gəlmir. İçərinin, çölünün suları göllənib qalır. İçəridə bir balaca isinişmək oldusa, gün çıxıb oraları isitdisə hamısı qurumaq əvəzinə çürüyəcək. İçinə yaz gəlməyə bəndmiş hamısı qəsdinə dayanır. Kiflənmiş xatirələri neynirəm ki?
Amma qar başqa aləmdi. Səliqəli, səhmanlı, tərtəmiz. Bircə şərti var ki, əriməsin, içərinin şaxtası kəsilsə vay halına. Əriyib yenə də suya dönəcək. Ürəyimdən asdığım daşlarla gələn sellərin qabağın ala bilməyəcəm. Gərək bir az asta danışım. Eşidib guya məni xilas etmək adıynan tökülüşüb gələrlər. Sonra yüz il qala içəridə səliqə sahman yarada bilmərəm. Hər şey tapdağ altında qalar, amandı! Qarın bir işi var ki, heç vaxt içəridən çölə tökülmür. Uzaqbaşı yaxın gələni buzdadır, vəssalam. Asta-asta yağır, unudulmaz xatirələr kimi topalaşıb qalaqlanır. Çölün qarından fərq olaraq basanda xırçıldamaq əvəzinə inildəyir. Hərdən xirtdəyədək yağır, elə bilirsən boğulacaqsan. İçəriyə yağan qarla qartopu oynamağa adam tapılmır. Öz-özündə oynamayacaqsan ki? Bir qırıq oyun xətrinə içəriyə adam buraxmalıyammış. Bah! Bu boyda riskmi olar?..
Vağzalı dinləməliydim, yola salmalıydım. Bəlkə hələ də gözləyir. Yox, mən getməliyəm, mütləq getməliyəm. Başa düşürsüz, mən bunu gözümlə görməliyəm. İndi mən bunlara necə başa salım ki, içimə qar yağıb, yolları kəsib, gələ bilmirəm. Mən ki, sənsiz ölmədim. Qalxıb ölüm yatağından arxanca gəlmək illərin ağırlığı altında qalmış qar örtüyünü atıb gəlməkdən asandı. Qara batsam çıxardanım olmayacaq. Bunu ki, bilirəm. Şəhərə gətirilmiş qar təmizləyən maşınları mənə icarəyə verərlərmi görən? Gəlib gedən cığırlarda iz salardım, yol açardım…
Bəlkə çoxdandı ona görə ağlamıram. Bilirəm ki, sular yenə də içimə axacaq?! Yenə palçıq! Yenə tapdanmış, əzilmiş qarın əriməsi mərasimi. Mənasızdı. Bu qarın altından heç vaxt bənövşələr bitməyəcək. Əriməsə yaxşıdı.
Buralarda gün çıxana oxşamır. Heç işığın ucu da göstərmir ki, çırmanım, yır-yığış eləyim. Yaz qabağı bir «hoh» eləyib tərləmiş qəlbimin şüşələrini təmizləyim. Yaxşı, təmizlik aparandan sonra zir-zibili hara atım? Məni hələ körpəlikdən öyrədiblər ki, ZİBİLİ ÇÖLƏ ATMAZLAR! Ona görə də qar yağsa yaxşıdı. Xımır-xımır, sakit, ustufca yağsın və hər şeyi ört-basdır eləsin. Ona görə də hamı qarın sakit yağmasına baxmağı çox sevir. İçəridə nur çatışmayanda işığı qarın işartısı əvəz elər. Hər halda daxili qarın işığı qaranlıqda kor-koranə, divarlardan tuta-tuta gəzməkdən min dəfə yaxşıdı.