Bodi art
Sənətşünas Həyalının nitqindən seçmələr
Əziz tamaşaçılar, sizə son dərəcə müasir sayılan «Bodi art» sənətindən
danışmaq istərdim. Müasir dedikdə mən əlbəttə ki, dünyanı nəzərdə tuturdum.
Buralara sənət yenilikləri çox çətinliklə yol açır. Bodi art ingiliscədən
tərcümədə bədənin incəsənəti deməkdir. Yəni çılpaq insan bədənini rəngləyib
onu sənət əsərinə çevirməyə bodi art deyilir. Bu məruzədə bodi artın milli
köklərini və gələcək inkişaf perspektivlərini araşdırmağa çalışacağıq.
Gəlin bir keçmişə nəzər salaq və görək ki, tarixən bizim bədənimizin hansı hissəsinə nə yazmağı sevərdik. Xahiş edirəm, illər uzunu səslənən «döyüş alnımıza yazılıb» şüarının dağıdıcı funksiyasına olan etirazımı qəbul edəsiz. Bütün dünya güllər, çiçəklər, rəngarəng obrazları bədəninə köçürən zaman biz axı niyə döyüşü alnımıza yaxmalıyıq?! Şüara illüstrasiya kimi bəlkə hələ bir tüfəng rəsmi də çəkək bədənimizə? Soruşuram, onda tüfəngin lüləsi bədənin hansı hissəsinə düşməlidir? Bəs bizim insanpərvərliyimiz harda qaldı? Adamı bu boyda gərginlikdə saxlamaq da insanlıqdan deyil.
Əlbəttə, Azərbaycanda bodi art inkişaf eləyəsi olsa biz onu mütləq milliləşdirəcəyik. Kökləri hələ Adəm peyğəmbərə gedib çıxan əncir yarpağının yeri həmişə ürəklərimizdə olacaq. Fikir verin bizdə çılpaqlığa münasibət həmişə rəngarəng olub. Məsələn, keçmişdə ümumi hamamlarda çimən insanlar həm də öz bədənini göstərərdilər. Bədənə fitə bağlamaq ənənəsi məncə utancaqlıqdan çox bədənin rəng tərtibatını vermək həvəsdən irəli gəlir. Onsuz da çimib qurtaranda hamı hamamdan çılpaq çıxardı. Amma elə bil ki, fitənin butaları, naxışları bədənə köçər, onu daha da gözəlləşdirərdi. Hamamda qız bəyənmək milli adətimiz isə ayrıca bir məruzənin mövzusudur.
Tarixçilər deyir ki, insan hələ paltarı icad eləməmişdən əvvəl artıq öz bədənini rəngləməyə başlayıb. Buna sübut kimi uşaqlara fikir verin, əlinə qələm kesən kimi sir-sifətini, əllərini yazıb üstəlik sevinirlər də. Bədənini yazmaq kütlədən seçilmək üsuludur. Yəni baxın, mən sizin kimi deyiləm. Bu yerində xalqmızın kütlə və şəxsiyyətlərə olan münasibətindən çıxış edərək pissimist proqnoz da vermək olardı ki, bodi art buralarda heç vaxt inkişaf eləyə bilməz. Hamıya məlumdur, biz seçilməyi sevmirik. Amma qızlarımızın kosmetikaya olan münasibətində siz bodi artın əlamətlərini görmürsünüzmü? Təcrübəsizlikdən onlar yalnız sifəti rəngləyir, onun bədənin rəngindən seçilməsinə bir o qədər fikir vermirlər. Düşünürəm ki, xüsusi təlim keçəndən sonra onlar görünməmiş məharətlə bütün bədənlərini lazımi səviyyədə rəngləyərlər.
Dünyadan dala qalmaq olmaz! Dövlətimizin siyasi kursu bizə üzümüzü Qərbə tutmağı həvalə edən vaxt hamı rənglənməlidir! Bir də ki, bu məsələ iqtisadi baxımdan da sərfəlidir. Geyim-keçim baha, yuyub yığışdırmaq get-gedə çətindəşir, çünki bəzi rayonlarda su günlərlə gəlmir. Belə rayonlarda yaşayan insanlar əlbəttə ki, boz və qara rənglərə üstünlük verməli olacaq ki, üstlərinə sıçrayan palçıq damcıları kompozisiyanı pozub eybəcərləşdirməsin.
Xalqım həmişə sənətə bağlı, sənətkarlara qiymət verən xalq olub. Xalqımızın bodi arta olan həvəsini görməmək mümkün deyil. Qırqızılını, var-yoxunu üstünə taxıb adam arasına çıxmaq ənənəsinə də fikir verin. Bədənə tərtibat verməyi sevən bizlər üz-gözünü rəngləməyən avropalılara birtəhər baxır. Sadəcə, bu məsələni gündəmə gətirmək lazısmdı. Bax, Avrovijen məsələsindən çoxlu danışdıq, artıq bu istəyimiz reallaşdı. İndi bodi arta kurs götürsək bizdə mütləq alınacaq. Avropaya çıxış zamanı milli köklərdən, xına ilə bədəni rəngləmək ənənəsindən mütləq yararlanmaq lazımdı. Qaş tatuajında çatma qaşları dəbə gətirmək də olar. Bircə elan verilsə millət tökülüşüb gələcək ki, özünü anadangəlmə göstərmək şansı olsun. Son zamanlar millətin kastinq və müsabiqələrə sel kimi axışması bunu bir daha sübut eləyir. Taleyimizin sahibi olmasaq da heç olmasa bədənimizin sahibi olaq! Bodi arta xüsusi vəsait də tələb olunmur. Xalqımızın çılpaqlığa biganə olmamasını nəzərə alaraq əsərlərin küçə nümayişində nail olunacaq uğuru avropalılar yalnız yuxularında görə bilərlər…