Kimsə…
Bayırda dumanlı, çiskinli hava duranda isti otağında, rahat kreslonda
oturub almaya dişdəm vurub xartıldadanda, isti çayı dadlı mürəbbə ilə
içib nəlbəkiyə töküb hortuldadanda, yumşaq yatağında «hələ bir az da yatım»
deyib o biri böyrü üstə çevriləndə düşündünmü ki, səndən başqa dünyada
kimsə də var?
Bəlkə elə bu vaxt kimsə həyatının ən vacib cızığını çəkir. Olmuşlara vacib, yoxsa lazımsız etiketini yapışdırıb saf-çürük edir. Çəkdiyi cızığın o tayına bir uçurum kimi baxır, ya da ki, baxmır, çünki ona elə gəlir ki, o taya düşənlər bir daha qayıtmaz. Qalaqlanmış problemləri bir-bir götürüb həmən cızığın o tayına tullayır və qulaq verir ki, uçurumun dibinə çatanda səs çıxaracaq, yoxsa sakitcə yerə dəyib şappıldayacaq?
Bəlkə kimsə həmən bu uçurumun kənarında dayanıb və ora atılmaq istəyir? Hər şeyini o taya ötürəndən sonra əlində bir şey qalmadığından gedib oraları şəxsən öz gözləriylə görmək fikrindədi. Bir addım və əbədilik…
Kimsə uçurumdan o qədər qorxur ki, heç yaxına gələ bilmir. Hər şeyin ağ-qara, yaxşı, yoxsa pis adlanacaq yerdən çox qorxur. Ona görə də dünyanı ayaqları altına alıb tapdalayır. «Nə yemisən, turşulu aş?» deyib dünyanın ağzına-ağzına kötəkləyir.
Kimsə olmuşları, olacaqları xışmalayb çəngələyərkən, tapdayıb əzərkən görmür ki, kiminsə əlləriylə yaratdığı cənnəti də salıb əzib. İndi o cənnət milyon ilin günahkarlarını yandırmış cəhənnəmə daha çox bənzəyir.
Kimsə gözünün yaşını tökür. Bununçün yağış olacaq günləri həsrətlə gözləyir ki, gözünün yaşını yağışa qatıb birgə axıtsın. Görənlərə isə desin «Əla yağışdı, islanmaqdan qorxmayın!».
Kiminçünsə gözdən, ya da ki, göydən axan yağış sadəcə sudur. H2O formullu su, nəmişlik və soyuqdəymə ehtimalı.
Kimsə arzusunu ehtiyatla qablaşdırıb. Onu kiməsə hədiyyə verəsidi. Oturub başını sındırır ki, hədiyyəsin «dənizdən qalxan dumana» sərisin, yoxsa üstündə bir şer çələngi də versin.
Kiməsə bu hədiyyə heç lazım deyil. Onu həyatının bir küncünə atıb unudacaq.
Kimsə elə indicə «Əlvida» dedi. Dedi və peşman olmadı.
Kimsə ayrılıb sonra bu əhvalatı səliqəylə büküb itirdiklərinin tayasına tulladı. İndi bu tayanın başını görməkçün çoooox yuxarılara qalxmaq lazımdı.
Kimsə «Bağışla» deyib yalvarır. O, göz yaşlarını yağışa qatmır. İstəyir ki, görsünlər.
Kimsə bağlı qapıları döyür. Onun dilində «açmayacaqlar» sözü yoxdu.
Kimsə bu gecəni damda keçirib, səhəri diri gözlə açıb. Günəşin şəfəqlərini salamlayanlardan ən birincisi olub.
Kimsə, hardasa, kiminləsə caz oynayır. Bilir ki, caz oynamalı musiqi deyil, amma oynayır və «Nə olsun, Yanıq Kərəm də oynamalı deyil, oynayırlar ki» düşünür.
Kimsə indicə andını unudub. Heç yadında deyil ki, bu Vətənə sədaqət andı idi, yoxsa ailəyə sədaqət, ya da adama vəfa andı. Onün başı özünə cəza tapmağa möhkəm qarışıb. Başqalarının qınağından özünü mühakimə ilə qurtulmaq olar.
Kimsə indicə sonuncu dəfə kiminkisə oldu. Gedəndə qapını çırpmadı. Bəlkə yenə gələcəm?» ümidi qoymadı.
Kimsə deyir ki, ölümün üzünü görüb. Amma onu təsvir edə bilmir.
Kimsə bunu eşidəndə dodağı qaçır. Çünki əmindi ki, ölümün elə özüdü.
Kimçünsə əbədilik zaman ölçüsü deyil. Unudulan şeylərə ad vermək nəyə lazım?
Kimsə elə bilir ki, yolu tapıb. Qabaqda nə olacağını bilməsə də ardıyca çağırır. «Qabaqda əvvəl dar dalan, sonra divar gəlir» deyənləri eşitmir.
Kimsə kitablardan oxuduqlarına əmin olub öz marşrutunu cızır.
Kimsə dodaqaltı «sevirəm» pıçıldayır.
Kiminsə bu sözü çığırmaqdan səsi batıb.
Kimsə həyatda oynamağı, kimsə başqalarının həyatıyla oynamağı sevir. Kimsə yaşayıram desə də yalnız oyun oynayır.
Kimsə indicə gözünü dünyaya açıb yad həyatı görən kimi ağlamağa başlayıb. Kiminsə artıq getmək zamanıdır, gözlərini qapayanı yoxdu.
Yenə də kimsə çoxlu söz yazır. Yazır, yazır və bilir ki, kəlməsinin iki qara qəpiklik mənası yoxdu. Bunu bilən o biri kimsə də yazır, yazır və sübut edir ki, bu kiməsə lazmdı.
Kimsə söz deyir, kimsə söz gözləyir.
Kimsə həyəcanlanır, kimsə həyəcanlandırır.
Kimsə ürək dolusu yaşayır, kimsə əbədi həyata inanır.
Kimsə elə indicə bu yazını oxuyarkən gülümsəyir. Kimsə yazının sonuna çatmadan qəzeti bümürləyib bir qırağa atıb.
Kimlərdənsən?