|
|
Dağdan,
qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünər,
Divardan bərk yapışar.
Açması: Kərtənkələ
Dik çıxanda ildırım,
Dik enəndə digirqoz.
Açması: Dovşan
Dilim-dilim nar,
Diziməcən qar,
Yeddi dananın gönü,
Bircə ayağıma dar.
Açması: Siçan
Yer altında yağlı küt.
Açması: Porsuq
O nədi ki, evə girməz,
Sədaqəti eldə gəzər.
Açması: İt
Ayağı yoxdur, qaçır,
Qanadı yoxdur, uçur.
Açması:bulud
Araba gedər, izi yox,
Yanar, yanar, közü yox.
Açması:Günəş
Bir ağacım var, oniki budağı.
Hər budağın otuz yarpağı.
Hər yarpağın bir üzü qara, bir üzü ağ.
Açması: Il, ay, gün
Bir qızıl öküzüm var,
Harda yatsa ot bitməz.
Açması: Od
Biri gedər, gəlməz,
Biri yatar, durmaz.
Açması: Tüstü, kül
Qəndə oxşar dadı yox,
Göydə gəzər qanadı yox.
Açması: Qar
Göydə doğular,
Yerdə boğular.
Açması: Yağış
Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.
Açması: Kələm
Yer
altında sarı biz.
Açması: kök
Ləyəndə, ay ləyəndə,
Gül boynunu əyəndə,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
Açması: xiyar
Bir
dağarcıq unum var,
Içində bir oxlov.
Açması: Iydə
Bir təndirim var iki çörək tutur.
Açması: qoz
Bu yanı taxta, o yanı taxta,
Yumuru bəy otaqda.
Açması: fındıq
Çölü sarı, içi darı.
Açması: əncir
Bir
damım var,
tək dirəkli.
Açması: Göbələk
Ağzın açar, zəhər saçar,
Onu görən geri qaçar.
Açması: Ilan
Altı
taxta, üstü taxta,
Bəy oturub otaqda.
Qoyun deyil, otlayır,
Toyuq deyil, yumurtlayır.
Açması: tısbağa
Yatanda yumuru yatar.
Ətin dərmana qatar.
Hər kim istər onu tutsun,
Tikanları əlinə batar.
Açması: kirpi
Gündüz yatar yuvada,
Cecə gəzər obada.
Açması: yarasa
Nağaraçı nağara çalır,
Nə nağarası var, nə çubuğu.
Açması: Ağacdələn
Qanadı var quş deyil,
Dişləyir, ilan deyil.
Açması: Ağcaqanad
Yazda yığır yeməyini,
Çox sevir öz əməyini.
Yeyib yatır baharadək.
Nədir adı tapın görək.
Açması: Qarışqa
Balaca quyu,
Içində suyu,
Ağcadan ağdı,
Sarıdan sarı.
Açması: Yumurta
Qızılgül pardaxlandı,
Qol atıb çardaxlandı,
Torpaqsız yerdə bitdi,
Yarpaqsız budaqlandı.
Açması: Maral
buynuzu
Nənəyə
dəyməz, babaya dəyər,
Xalaya dəyməz, bibiyə dəyər,
Allaha dəyməz billaha dəyər
Açması: dodaqlar
|
|
|