|
|
Aşmaz-uşmaz,
Yerə düşsə,
Beli sınmaz.
Açması: Yarpaq
Əyri-üyrü boy atar,
Əyağı yerə batar.
Salxım-salxım sallanar
Altında sarvan yatar.
Açması: Söyüd ağacı
İnəyim var eşikdədi,
Alı-ili eşikdədi,
İldə bir kərə sağılar.
Özü yenə eşikdədi.
Açması: Bağ
Uzanar, ha uzanar,
Qollarınnan balalar.
Açması: Ağaclar
Avın
alsan mırıldar,
Sığallasan xoruldar.
Açması: Pişik
Ağzı qara boz bəylər,
Vursan ağzın əyilər
Açması: Canavar
Ağızı var, dili olmaz,
Yüz ağac vur çığırmaz.
Açması: Balıq
Adam döyül, əl-ayağı, dişi var,
Əcəb şeydi, qərəvəllə işi var.
Açması: Meymun
Bağda sürünər gəzər,
Az-az görünər gəzər,
Oxşuyar bir yumağa
Qorxuram əl vurmağa.
Açması: Kirpi
Bir atım var minə bilmirəm.
Ağzın açsa dinə bilmirəm.
Açması: Şir
Bir axmaq öküzüm var,
İləndirib ət yeyər.
Açması: Ayı
Qaya altdan qaz gedər,
Burnun qulazlar gedər,
Bir il buğaya gələr,
Yeddi il boğaz gedər.
Açması: Fil
Qızılgül beçə verdi,
Sana gör neçə verdi?
Yarpaqsız ağac gördüm.
Torpaqsız beçə verdi
Açması: Maral buynuzu
|
|
|