Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Müxtəlif lətifələr

İki cavan oğlan söhbət edir:
- Atoun yanında siqaret çəkirsən?
- Nöş çəkmirəm, atam qaz balonu-zaddı bəyəm?!

Bir çukça Moskvaya gedibmiş. Arvadını itirir. Milisə məlumat verir. Milis deyir: “Arvadının əlamətlərini de”. Çukça: “Necə yəni əlamət?” Milis izah edir: “Bax mənim arvadım cavandı, sarışındı. Uzun saçları, mütənasib qıçları var...” Çukça deyir: “Mənimki isə qoca və çolaqdı, gəl gedək sənin arvadını axtaraq”.

Bir uşaq görür ki, atası hər gün saat 1-də evdən çıxıb tövləyə gedir və düz bir saat sonra çıxır. Uşağı maraq bürüyür və gedib baxanda görür ki, at dayanıb tövlənin ortasında, mürgüləyir, atası da atın belində mürgüləyir. Soruşur ki, niyə belə edirsən? Atası deyir: «Oğul, həkim mənə məsləhət görüb ki, gündə bir saat at minim»…

Bir gün yüz on yaşlı bir kişi yüz beş yaşlı arvadı ilə ZAQS-a gedib boşanmaq istədiklərini deyirlər. ZAQS müdiri soruşur:
- Neçə ildi, evlisiniz?
- Səksən beş.
- Bu fikrə indi düşmüsünüz?
- Yox, altmış ilə bundan əvvəl.
- Bəs niyə onda boşanmırdınız?
- Uşaqlara yazığımız gəlirdi. Gözlədik, hamısı qırılsın, sonra boşanaq.

Bir gün bir əyyaş lül-qənbər gəlib uzanır avtobus dayanacağında. Polis sahə müvəkkili gəlib bunu durğuzur ki, əəə, dur gedək şöbəyə. Pyaniski də qayıdır ki, məzən olsun, ay rəis, gedə bilsəm, evə gedərəm dəəə, otdeleniyeyə niyə gedirəm???

Bir kişi uzaq səfərə gedəjəkmiş. Oğlunu göndərir ki, get bilet al. Oğlu soruşur: «Ata, bileti təyyarəyə alım, qatara, yoxsa gəmiyə?» Kişi deyir:
-Bircə təyyarə olmasın.
-Niyə?
-Oğul, qatar xərəb olsa, piyada gedərəm, gəmi xərəb olsa, üzərəm, amma təyyarə xərəb olsa, uça bilmərəm.

Bir gün bir qabrovolu oğluna deyir ki, bala, get qonşunun baltasını al gətir. Oğlan gedir və əliboş qayıdır: «Ata, qonşu deyir, baltamız evdə yoxdu». Kişi ah çəkib deyir: «İnsanlarda simicliyə bax ee, keçib, oğul, get öz baltamızı gətir»

Bir kişi təyyarə ilə Moskvadan gəlirmiş. Birdən stüardessa gəlib elan edir:
-Təyyarəmizin dörd motoru var. Onların bir xərəb olub, ona görə iyirmi dəqiqə gecikəcəyik. Kişi sarsılır:
-Ahhh!
Bir az keçir, stüardessa yenə elan verir:
-İkinci motorumuz da xərəb oldu. Ona görə qırx dəqiqə gecikirik.
Şair yenə nida irad edir:
-Offff!
Bir qədər keçir, stüardessa yenə elan verir:
-Üçüncü motor da xərəb oldu, bir saat gecikirik.
Şair:
-Axxxx!
Bir qədər keçir, stüardessa bənizi dümağ, dili topuq vura-vura elan edir:
-Dördüncü moo-tor da… xərəb oollldduu…
Kişi ayaşa qalxıb qəzəblə papağını yerə çırpır:
-Əşi, deynən gecə səhərəcən burdayıq daa...

Biri uşaq vaxtı rəssam olmaq istəyirmiş, sonra həkim olur. Soruşurlar ki, fikrini niyə dəyişdin? Deyir: "Rəssamın səhvləri göz qabağında olur, həkiminkini torpaq gizləyir".

Tülkü, canavar və ayı dərdləşirlərmiş. Tülkü deyir, toyuqçuluq fermasında işləyirdim. Bir toyuğa gözüm düşmüşdü. Bir gün xəlvətə salıb həzm-radedən keçirdim. Sonra komissiya gəldi. Saydılar, gördülər toyuğun biri azdı, məni işdən çıxardılar. Canavar deyir qoyunçuluq fermasında işləyirdim. Bir quzuya gözüm düşmüşdü. Bir gün xəlvətə salıb yedim. Sonra komissiya gəldi, saydılar, gördülər quzunun biri azdı, işdən çıxardılar. Növbə ayıya çatır. Deyir, mən tikinti firmasında işləyirəm. Əşşi, orda fəhlələri kimdi sayan?»

Bir kəsəmənli Urusetə qazanca gedibmiş. Altı ay keçir, bir il keçir, evə pul-zad göndərmir. Axırda arvadı məktub yazır. «Niyə pul göndərmirsən?» yazmaq ayıbdı axı, ona görə al dilinnən soruşur ki, a kişi, dolanman necədir? Sonra kişidən belə bir cavab alır: «Ay arvad, sən o yeddi uşağı saxla, mən bu tək başı saxlamasam, atamın oğlu deyiləm».

Bir milyarder təyyarə ilə uçurmuş. Birdən qəza vəziyyəti yaranır. Təyyarə başlayır enməyə. Kişi əhd eləyir ki, sağ-salamat qurtulsam, varımın üçdə birini yetim-yesirə verəjəm. Amma təyyarə yenə enməkdə davam edir. Bu dəfə deyir «yarısını». Təyyarə yenə yerə doğru enir. Kişi əhd edir: «Qoy hamısı yetimlərin olsun, təki canım sağ olsun». Təyyarə rahat düşür, ölüm-itim olmur. Milyarder üst-başını çırpıb deyir: «Əşşi, bu göydə olanda da adamın başına elə gic-gic fikirlər gəlir ki...»

Bir dilbilməz, küt adam var imiş. Bir gün bir salonu adamla doldurub onun kütlük dərəcəsini yoxlayırlar. Kişini çıxarırlar səhnəyə və dəhşətli dərəcədə gülməli bir lətifə danışırlar. Salondakılar gülməkdən uğunur, amma bunun tükü də tərpənmir. Həmin lətifəni bir də danışırlar. Təbii ki, bu dəfə salonun yarıısı gülür. Amma o yenə gözlərini bərəldib baxır. Lətifəni üçüncü dəfə təkrarlayırlar. Bu dəfə artıq heç kəs gülmür. Birdən bu kişi şaqqanaq çəkir. Hamı dərindən nəfəs alır ki, əlhəmdülillah, axır buna da çatdı. Xahiş edirlər ki, de görək, lətifənin harası xoşuna gəldi? Kişi qayıdır ki, əşşi mən lətifəyə gülmürəm eee, deyirəm işə bax, gör mən necə kütəm ki, üç dəfədi danışırsınız, hələ də mənə çatmır.

Bir gün şəhərdə biri maşınla bir kişini vurur. Zərərçəkən baxır ki, bu kişi bir-iki saat əvvəl bunu vuran sürücüdür. Qayıdır ki, əə, utanmırsan, bu gün ikinci dəfədir, məni maşınla vurursan? Sürücü də abırlı adam imiş. Tez üzr istəyir: «Bağışla, qardaş, vallah, tanımadım!»

Bir yəhudi ilə bir çukça televizorda kinoya baxırmış. Kinoda bir qadın uçurumun kənarına gəlib özünü atmaq istəyir. Yəhudi deyir, o qadın özünü uçurumdan atacaq, çukça, yox, atmayacaq. O deyir, bu deyir, o deyir, bu deyir. Mərcləşirlər. Qadın özünü atır. Yəhudi mərci udur və deyir: «Açığı, mən bu kinoya baxmışdım, ona görə bilirdim ki, qadın özünü atacaq». Çukça deyir, mən də baxmışam ee, özü də düz səkkiz dəfə. Bilirdim ki, qadın özünü atır. Sadəcə, düşünürdüm ki, bu ləçər, bəlkə, bu dəfə ağlını başına yığar və belə axmaq iş tutmaz».
Cənnətdən cəhənnəmə nümayəndə heyəti gəlir:
- Gəlin futbol oynayaq
- Niyə oynamırıq, ən yaxşı futbolçular cənnətdədi.
- Olsun. Amma görün sizdə bircə dənə hakim varmı?


Turistlər böyük səhrada bir bədəvi görürlər. Dəvəsi başdan ayağa bintlənib, hər yeri gipsdi. Turistlər bələdçidən soruşurlar:
- Bu dəvəyə nə olub?
Bələdçi bədəvidən soruşur, sonra onun cavabını turistlərə deyir:
- Bu dəvə onundu. Sadəcə, indi arvadı dəvə sürmək öyrənir.

Kentavr bir daşın qabağında dayanıb düşünür. Daşın üzərində yazılıb: "Sola getsən, atını itirəcəksən, sağa getsən, başını itirəcəksən....”

Qumluqda bir uşaq ağlayır. Bir əmi ona yaxınlaşıb deyir::
- Yekə oğlansan, amma ağlayırsan.
Uşaq deyir:
- Əmi, rədd ol cəhənnəmə.
- Balaca uşaqsan, amma artıq söyüş söyürsən!
- Səni başa düşmək olmur, gah deyirsən, uşaqsan, gah deyirsən, böyüksən...


Arvad əvvəl ərini atıb çıxıb gedir, sonra qayıdır. Peşman olub, bağışlanmasını istəyir. Əri deyir:
- Getdiyinə görə bağışlayıram, amma qayıtdığın üçün – heç vaxt!


Rusiya ilə Almaniya arasında matç. Hesab 2:0 almanların xeyrinədir.
- Uşaqlar, biz Stalinqradda, Kurskda onların burunlarını ovduq, it uşaqları, siz bizi biabır edirsiniz – deyə bir sərxoş veteran tribunadan bağırır. Onun yanında oturmuş gürcü deyir:
- Dayday, o vaxt sizin məşqçiniz başqa məşqçi idi....

Can verən baba nəvəsinin qulağına pıçıldayır:
— Xəzinə basdırmışam.
— Harada, baba?
— Yerdə.
— Dəqiq olmazmı, baba?
— Yer Günəşin ətrafındakı üçüncü planetdi..


Ana uşaqdan soruşur:
-Bufetdə iki parça tort var idi. İndi biri var. İzah edə bilərsən?
- Əlbəttə, qaranlıq idi, ikincini görmədim.


Oğlan özündən çox razı olan bir qızı rəqsə dəvət edir. Qız gözləri ilə onu süzür, bir az gənc olduğunu görüb deyir:
- Mən uşaqla oynaya bilmərəm.
- Bağışlayın, xanım, hamilə olduğunuzu bilmirdim.


Morqa zəng:
- Sizdə İvanov familiyalı ölü var?
- Bizdəki müştərilər sənədsizdir. Onun hansısa bir əlamətini deyə bilərsiniz?
- Xüsusu əlamətini? O kəkələyirdi...


Hərbi institutu bitirib üç leytenant bir hərbi hissənin komandirinin yanına gəlib raport verirlər:
- Cənab polkovnik, leytenant filankəs hərbi xidmətinin davamı üçün gəldi.
Polkovnik deyir:
- Üç sualıma cavab verin: içkiyə, qadınlara, hərbi xidmətə necə yanaşırsınız? Fikirləşmək üçün iki saat vaxt verirəm.
İki saatdan sonra birincisi gəlib deyir:
- İçmirəm, arvadıma xəyanət etmirəm, orduda xidmət etmək istəyirəm.
Polkovnik deyir:
- Qoçaq, 3-cü rotada komandir olacaqsan.
İkinci leytenant gəlib raport verir:
- Arağı hər gün içirəm, arvada hər gün xəyanət edirəm, xidmət etmək fikrim yoxdu..
Polkovnik deyir:
- Pis deyil, anbar müdiri olacaqsan.
Üçüncü leytenant gəlib hesabat verir:
- Cənab polkovnik, araq baqajdadı, qızlar maşında. Növbəti tapşırığınız nədi?
Polkovnik telefonun dəstəyini götürüb zəng edir:
- Alo, əzizim, bu gün bir az gecikirəm. Təzə müavinimi gərək hərbi hissə ilə tanış edəm.


Arvad ərindən soruşur:
- Yadındadımı, əzizim, biz necə tanış olduq?
- Ölüncə unutmaram. Bu BİR SƏHV İDİ. Mən fit çalıb taksini saxlamaq istəyirdim, sən saxladın...


- Mən alkoqolun və siqaretin ziyanı barədə xeyli oxuyandan sonra qərara gəldim ki, Yeni ildən atım....
- Nəyi? İçkini, yoxsa siqareti?
- Oxumağı...


Stadionda azarkeş yanındakı balaca uşaqdan soruşur:
- Sənə belə bahalı oyun üçün bileti kim alıb?
- Atam
- O, özü hanı?
- Evdədi, bileti axtarır.

Morqdan “Yamaha” mağazasına zəng:
- Bu gün neçə motosikl satmısınız?
- Səkkiz.
- Aydındır.
- Nə olub?
- Biz morqu bağlayırıq, amma üçü hələ də hardasa qalıb...


Çoxuşaqlı çukça ailəsinə hökumət yaşamaq üçün vaqon verir. Bir həftə sonra çoxuşaqlı çukça dostu ilə görüşür.
- Vaqon necədi, amma?
- Yaxsıdı, amma. Tualetin qapısında yazılıb ki, dayananda tualetə getmək olmaz. Ona görə tualetlik işimiz olanda bütün ailə vaqonu itələyir....


Sərxoş, üzündə pomada izi olan bir oğlan avtobusda oturur. Əlində qəzet var. Bir az oxuyub üzbəüzdəki keşişdən soruşur:
-Keşiş ata, artrit xəstəliyinin səbəbi nədi?
-İçmək, zina etmək...
-Oy daaa..
-Nə olub?
-Qəzet yazır ki, Roma papasında artrit xəstəliyi var....


Bir rəfiqə o birinə:
- Ərim elə tənbəldi, zibil vedrəsini belə aparıb zibilliyə boşaltmır.
- Sən Allaha şükür elə. Mənimki heç “Vindous”un zibilqabını da təmizləmir.


İki çukça balıq tutur. Biri qayığın burnunda oturub, o biri arxada. Qabaqdakı səs eşidir, dönüb baxanda görür ki, arxada oturan dostu yoxdu, suya düşüb. 5 dəqiqədən sonra dostu qayığa minir. Qayıqdakı:
- Hardaydın, elə bildim boğuldun?
- Niyə qorxursan, axmaq. Soğulcanı dəyişirdim.

Vaqonun dəhlizi ilə bir kişi qaçır. O, həyəcanla hər kupeyə girib soruşur:
-Sizdə konyak yoxdu? 9-cu kupedəki qadının halı xarabdı.
Kimsə ona konyak verir. Kişi konyakı açıb bir stəkan içir və dərindən nəfəs alıb deyir:
- Çox sağ olun. Qadınlar qıc olanda dözə bilmirəm.


Turist agentliyinə zəng olunur.
- Misirə putyovka satılır?
- Əlbəttə, satılır.
- Deyə bilərsiz, orda hansı kurortlar var?
- Şarm-əl-Şeyx, Xurqada, Taba, Nuveyba…
- Dayan, Nuveyba mənə yarayır.
- Ora nə vaxt getməyə hazırlaşırsız?
- Getmirəm. Burda krossvord yazırıq. Nuveyda yarayır. Sağ olun.

Reklam agenti evə daxil olur, zibili yerə töküb deyir:
- Sizə təklif etmək istədiyim bu tozsoran nəyi yığışdıra bilməsə, onu yeməyə hazıram. Madam, hara gedirsiz?
- Mətbəxə, qaşıq gətirməyə. İki gündü bizdə işıq yoxdu.

Arvad ərinin üstünə qışqırır:
- Məndən zəhlən gedir! Bilirəm, ölməyimi gözləyirsən ki, gəlib qəbrimə tüpürəsən!
- Heç gözləmə! Növbədə dayanmaqdan zəhləm gedir!


Çimərlikdə yekəpər birisi gəzişir. Onun arxasınca addım-addım balacaboy kişi gedir. Nəhayət, yekəpər dözməyib kişinin boğazından yapışıb soruşur:
- Səni kim göndərib məni izləyəsən? Kimdi o?
- Nə danışırsız, mən sadəcə gündən qorunuram!


Oğru sakit küçələrin birində əynində bahalı kostyum olan orta yaşlı kişini saxlayıb, bıcağı boğazına dirəyib deyir:
- Tez pullarını ver!
- Belə etməyi sənə məshələt görməzdim. Mən hökumət adamıyam!
- Belə de! Onda mənim pullarımı ver!


- Dünən «Növbətçi hissə»yə baxmısan?
- Yox.
- Onda bu gecə sənin evində qalaram.


Vəkil təqsirləndirilən şəxsə deyir: «Sizin müdafiənizi öz üzərimə götürərəm. Ancaq mənim xidmətlərim çox bahadı. Haqqını ödəyə biləcəksiniz?»
Təqsirləndirilən (cavan oğlan): «O qədər pulum yoxdur. Ancaq sizə bahalı idman avtomobili təklif edə bilərəm»
Vəkil: «Yarayır. Sizi nədə ittiham edirlər?»
Oğlan: «Bahalı idman avtomobilini qaçırmaqda».


Gecə. Kəndin kənarında ot tayası yanır. Bütün kənd yanğını söndürməyə toplaşıb. Birdən hardansa sərxoş kişi çıxıb deyir:
- Həmişə belədi. Yandırmaq lazım olanda heç kim kömək eləmir. Ancaq qızınmağa bütün kənd gəlib.


Silah dükanına girən qadın satıcıya deyir:
- Mənə 45 kalibrli Berreta verin.
Satıcı:
- Müdafiə üçün istəyirsiniz?
- Yox. Müdafiə üçün vəkil tutacam!


- Ser, kasıb, yazıq, ac və özünə iş tapa bilməyən bir adama kömək etməzsiz? Bu dünyada mənim bu tapancadan başqa heç nəyim yoxdur.

Qaranlıq küçədə soyğunçu qadını saxlayıb deyir:
- Tez soyun!!!
Qadın əynindəki bahalı üst geyimlərini çıxarıb oğruya verir.
Oğru qışqırır:
- Qalan paltarlarını da çıxar!!!
- Utanıram!
- Utanma. Mən keçmiş həkiməm!

- Müttəhim, zərgərlik dükanını soymağa Sizi nə vadar edib?
- Vitrində yazılıb ki, «Cənablar, şansınızı əldən verməyin».

- Saatda 120 kilometr?! Mən uzağı saatda 30-la gedirdim!
- Bəlkə, deyəsiz ki, yerinizdə dayanmışdız?
- Əslində elə idi!
- Onda cərimə ödəyin. Burda avtomobil saxlamaq olmaz.

Vergi müfəttişi kişidən soruşur:
- Sizin çox az maaşınız var. Bəs elə böyük ev tikməyə pulu hardan götürmüsüz?
Kişi:
- Balıq tutmağa gedəndə qızıl balıq tutdum. Ondan böyük ev istədim.
Müfəttiş:
- Bu nə nağıldı danışırsan! Elə bilirsən inanacam?
Kişi:
- İnanmırsan? Gedək evi göstərim!


Qaranlıq tində iki kişi rastlaşır. Biri cibindən bıçaq çıxarıb soruşur:
- Pulun var?
O biri kişi yaxasından baltanı çıxarıb soruşur:
- Neynirsən?
Birinci bıçağı gizlədib cibindən pul çıxarıb deyir:
- Xırdalamaq istəyirdim…

Hakim residivistdən soruşur:
- Vətəndaş, Siz nə vaxt düzələcəksiz?
- Düzələcəm! Siz mənə vaxt verin!


- Məhbus Sidaryukla görüşə bilərəm?
- Bilirsiz, o dünən azad olunub. Bir aydan sonra gələrsiz.

Yolnan gedən kişinin qarşısını oğru kəsir:
- Pul ver!
- Yox…
- Şalvarını çıxart!
- Axırıncı şalvarımdı…
Oğru kişinin belinə tullanıb deyir:
- Onda heç olmasa tinə qədər apar!

Oğruların ümumdünya toplantısı. Sənət bacarığı nümayiş olunur. Fransız oğru ayağa qalxıb işıqları 30 saniyəliyə söndürməyi xahiş edir. 30 saniyədən sonra işıqlar yanır. Fransız dayandığı yerdən tərpənmədən deyir:
- Zalın axırında oturan ağ köynəkli cənab, gəlib qələminizi aparın!
İngilis ayağa qalxıb işıqları 30 saniyəlik söndürməyi xahiş edir. İşıqlar yanandan sonra toplantının sədrinə portmanatını qaytarır.
Rus ayağa qalxır:
- Cənablar! İşıqları söndürmək vacib deyil! Vasya, burda oturanların corablarını qaytar.


Yaponiyada oğruları tutan robot icad edilib.
- Yaponiyada 5 dəqiqəyə 100 oğru tutub.
- Amerikada 5 dəqiqəyə 200 oğru tutub.
- Rusiyada 5 dəqiqəyə kimsə robotu oğurlayıb.

Ana həbsdə olan oğluna məktub yazır: «Oğlum, səni həbs edəndən sonra heç bilmirəm nə edim. Təsərrüfat işləri qalıb. Bostanda işləyə bilmirəm, kartofu əkməmişəm». Oğul anasına cavab yazır: «Ana, bostanı çox qazma. Yoxsa ordan elə şey çıxar ki, səni də tutarlar, mənim də işimi artırarlar». Bir aydan sonra anadan yenə məktub gəlir: «Sənin məktubun gələn kimi milis gəldi, bostanı qazıb tökdü. Heç nə tapa bilmədilər. Söyə-söyə çıxıb getdilər». Oğul cavab yazır: «Ana, bacardığım köməyi elədim. Kartofu özün ək».

Bank işçiləri üçün istehsalat gimnastikası. Radio danışır:
- Ayaqlarınızı çiyinlərinizlə bir endə qoyun. Əlləriniz başınızın arxasında, üzünüzü divara çevirin…

Cinayətkarı asırlar. O dirənib qışqırır:
- Hansı qanunla məni asmağa hazırlaşırsız?!
- Biz hamını bir qanunla asırıq.
- Hansı qanunla?
- Yerin cazibə qüvvəsi qanunu ilə.

Polis idarəsində:
- Əminsiz ki, o, Sizin gözünüzü çıxarmaq istəyirdi?
- Yox. Məndə belə fikir yaranıb ki, o gözümü bir qədər içəriyə itələmək istəyirdi!

Əsrin oğurluğunun istintaqı bir il davam edir. Nəhayət, məhkəmə ittiham olunan şəxsin günahsız olduğu barədə qərar çıxarır. Müttəhimin məhkəmə zalında olan qohumları sevindiklərindən atılıb-düşürlər. Bu dəm ittiham olunan hakimdən soruşur:
- Deməli, pulları özümdə saxlaya bilərəm?


Sarışın qızın qonağı gəlir. Kofe dəmləyib içirlər. Qonaq sarışın qızdan soruşur:
- Bilirsən, çaynikdə isti su qalıb. Atmağa heyfim gəlir. Neynəyim onu?
- Qoy soyuducuya. Evdə isti su həmişə lazım olar.

Balaca Moyşa evə gəlib anasına deyir:
- Ana, bu gün məktəbdə milliyyətimi rus yazmışam!
- Oğlum, hər gün nahara nə yeyirdin?
- Toyuq.
- Ancaq indi bütün rus uşaqları kimi kartof yeyəcəksən.
Kefi pozulan Moyşa atasının yanına gedib deyir:
- Ata, bu gün məktəbdə milliyyətimi rus yazmışam!
- Oğlum, hər gün məktəbə nədə gedirdin?
- Maşında.
- İndi bütün rus uşaqları kimi tramvayda gedəcəksən.
Kefi tam pozulmuş Moyşa babasının yanına gedir:
- Baba, bu gün məktəbdə milliyyətimi rus yazmışam!
- Məktəbə gedəndə hər gün nə gədər pul götürürdün?
- 100 manat!
- İndi bütün rus uşaqları kimi bir manat götürəcəksən.
Moyşa möhkəm hirslənib ailəsi ilə şam yeməyinə başlayır. Hamı toyuq, Moyşa kartof yeyir. Bu dəm anası Moyşadan soruşur:
- Oğlum, rus olmaq necədi?
- Cəmi bir neçə saatdı rusam, artlq siz yəhudilərə nifrət edirəm!!!

Oğlan məktəbdən gözünün altı göyərmiş gəlir. Atası soruşur:
- Üstünə cummuşdular?
- Hə, saatımı almaq istəyirdilər.
- Onları tanıya bilərsən?
- Mən niyə tanıyıram? Qoy valideynləri tanısın…