Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar
Müxtəlif lətifələr

 

Bir gün gözəl və ağıldanyüngül bir qadın gəlib Sokrata deyir: Təklif edirəm ki, mənimlə evlənəsiniz.
Bizim bir övladımız olar. O, gözəllikdə mənə, ağılda isə sizə oxşayar. Sokrat gülüb deyir:
- Belə olsa, yaxşıdı. Amma qorxuram tərsinə ola, ağılda sizə, gözəllikdə mənə oxşaya.


Sokrata bir nəfər təpik vurur. O isə heç nə olmamış kimi, yoluna davam edir. Soruşurlar, böyük flosof, o heyvərənin cavabını niyə vermədin?
Sokrat deyir:
-Sizə bir heyvan təpik vursaydı, siz də belə etməzdinizmi?

Deyirlər, məşhur sufi Bəyazid Bistaminin bir yəhudi qonşusu var imiş. Bir gün ondan soruşurlar ki, belə böyük bir şəxsiyyətin qonşususan, nə əcəb islamı qəbul etmirsən? Yəhudi deyir: «Onu kimi müsəlman olmağa güjüm çatmaz. Sizin kimi müsəlman olmaqdan isə, olmamaq yaxşıdır».

Bakı kəndlərindən bir kişi neft buruqlarında işləyirmiş. Bir gün bunun başına turba düşür və ölür. Orada bir həmkəndlisi varmış. Göndərirlər ki, get xəbəri bunların ailəsinə çatdır. Xəbərdarlıq da edirlər ki, bax ha, qəflətən demə, yavaş-yavaş. Kişi deyir, uşaq ha döyüləm, xatirjəm olun. Gəlir həmkəndlisinin evinə. Qapının zəngini basır. Qapını uşaq açır. Kişi soruşur:
-Atan evdədi?
-Yox.
-Hardadı?
-İşdə.
-Nə vaxt gələr?
-Axşam.
-Ay gəldi yaa, ölüb eee!.

Kafeyə iki kovboy girir. Stolların birinin ətrafında üç kişi oturubmuş. Kovboyun biri o birinə deyir: «O stoldakı sarışını görürsən?» Dostu deyir: «Onların üçü də sarışındı». Kovboy deyir: «Bığlını deyirəm». Dostu deyir: «Onlar üçü də bığlıdı». Kovboy deyir: «Sambrerolunu deyirəm». Dostu deyir: «Onların üçü də sambreroludu». Kovboy əsəbiləşir. Piştoyu çıxırıb onların ikisini vurur. Sonra dostuna deyir: «O sağ qalanı deyirəm.... Bilirsən, nə alçaqdı...!».

Şahın bir kişiyə qəzəbi tutur və əmr edir ki, ona yüz şallaq vursunlar. Hər dəfə şallaq belinə təmas edəndə kişi deyirmiş: «Sağ ol, şahım». Şah deyir, dayanın. Sonra kişidən soruşur: «Bu nədi? Mən səni döydürürəm, sənsə təşəkkür edirsən? İzah elə» Kişi deyir: «Şahım, sən özbaşına bir adamsan. Əlinin üstündə əl yoxdu. Kefin istəsə, istənilən günahsız adamı, elə məni də dar ağacından da asdıra bilərsən və ya əmr edərsən, iki şaqqa da eləyərlər, şirlərə də atdıra bilərsən. Amma sən bunların heç birini etmirsən, sadəcə, döydürürsən. Ona görə deyirəm: «Sağ ol, şahım».

Bir kişi bir evə qonaq gedibmiş. Ev yiyəsinin iti hürür və qonaq gedən kişi qorxub geri çəkilir. Ev yiyəsi çıxıb deyir ki, ay qardaş, qorxma, eşitməmisən, məsəl var, "Hürən it tutağan olmaz"? Qonaq cavab verir ki, o məsəli mən bilirdim, dedim, birdən sizin it bilməz.

Bir qabrovolunun əkiz uşaqları varmış. Şəhərdə institutda oxuyurlarmış. Bir gün atalarına məktub yazırlar ki, bizə iyirmi manat pul göndər, şəkilimizi çəkdirək, sizə göndərək, görün nejə dəyişmişik. Ata on manat göndərir və məktuba belə cavab yazır: «Bala, biriniz çəkdiriin, yetər, bir-birinizə oxşayırsınız, əlavə xərc nəyə gərək?»

Deyirlər, bir qoca kişi bir həkimin yanına gedib ayağının ağrısından şikayət edir. Həkim soruşur: «Neçə yaşın var?» Qoca «səksən» deyə cavab verir. Həkim deyir: «Səksəndəndi». Qoca deyir: «Həkim, yaxşı, mənim o biri ayağımın da səksən yaşı var, bəs niyə o ağrımır?»

Bir amerikalıdan müsahibə götürürlər: «Siz necə oldu, milyarder oldunuz?». Cavab verir: «Biz Nyu-Yorka gələndə cəmi on sentimiz vardı. Bu pula iki kilo kirli alma aldıq, onu yuyub semiçka yağı ilə yağladıq və iyirmi sentə satdıq. Sonra o pula dörd kilo alma aldıq, yuduq, semiçka yağı ilə yağladıq, qırx sentə satdıq, yenə o pula alma aldıq, yuduq, yağladıq səksən sentə satdıq...» «Bəs sonra?». «Sonra bir milyarder nənəmiz vardı, o öldü, pulunu bizə vəsiyyət elədi».

Praktikant həkim cərrahiyyə əməliyyatı aparır. Sonra professoru dəvət edirlər ki, qiymət versin. Professor baxıb deyir: «Hər şey yaxşıdı, bir balaca səhv edibsiniz» «Nə səhv?» «Kişinin xəstə ayağını yox, sağlam ayağını kəsibsiniz».

İngilisin arvadı da olur, məşuqəsi də. Amma ingilis arvadını sevir.
Fransızın arvadı da olur, məşuqəsi də. Fransız məşuqəni sevir.
Yəhudinin arvadı da olur, məşuqəsi də. Yəhudi anasını sevir.
Rusun arvadı da olur, məşuqəsi də. Rus içməyi sevir.

Bir bakılının öyrədilmiş bir pişiyi varmış. Bir gün ona bir yumaq atıb deyir: «Get, gətir dəə!». Pişik gedib gətirir. Sonra bir də atır: «Get gətir dəə» pişik yenə gedib gətirir. Üçüncü dəfə yenə atır: «Get gətir dəə». Pişik birdən qayıdır: «Ya ustal eee. Get özün gətir dəəə».

Deyir, bir varlı-hallı kişi axşam möhkəm içibmiş. Səhər xumar (paxmel) imiş. Deyir, musiqiçiləri çağırın, gəlib çalıb-oxusunlar, bir az aynım açılsın. Çağırırlar. Müğənni də təsəvvüf əhli imiş. Başlayır irfani sözlər oxumağa:
Bilmirəm, Aysanmı, yoxsa bütsənmi?
Bilmirəm, məndən nə istəyirsən?
Bilmrəm, sənə necə xidmət edim:
susub durummu, yoxsa söyləyimmi?
Bilmirəm…
Əyyaşın qan beyninə vurur və onun sözünü yarımçıq kəsib qışqırır: «Ə, axmaq, bilmirsən, bildiyini söylə də! Mən səndən «Haralısan?» deyə soruşuram, sənsə qeyidirsən ki, «Mən heratlı deyiləm, bəlxli də deyiləm, bağdadlı da deyiləm, səmərqəndli də deyiləm…» Haralısan, birdəfəlik de, qurtul».

Bir nəfər psixiatra şikayət edir:
Gecələr səhərə qədərə qarabasma görmüşəm. Görürəm ki, zirzəmidəki siçovullar komandalara bölünüb futbol oynayırlar. Həkim ona dərman verib deyir:
-Al bunu iç, düzələcək.
Xəstə deyir:
-Həkim, olarmı bu gün içməyim?
-Niyə?
-Çünki sabah onlarda finaldı. Vur-çatlasın olacaq.

Gözbağlayıcı növbəti fokusu göstərməzdən əvvəl salondan bir nəfəri manejə dəvət edir. O, səhnəyə çıxan uşağa deyir:
-Qoy tamaşaçılar elə bilməsin ki, biz əvvəlcədən razılaşmışıq. Biz bir-birimizi ilk dəfə görürük, elə deyilmi?
- Əlbəttə, ata!


İki dəli dəlixananın dəhlizində oturub. Tibb bacısı onların yanından ötüb qapılardan birini açmaq istəyir, amma bacarmır.
Dəlilər:
-Möhkəm dart!
Tibb bacısı daha möhkəm dartmağa başlayır. Amma qapı açılmır. Tibb bacısı deyir:
-Yəqin, bağlıdır.
Dəlilər:
- Yox əşşi, qapı o biri tərəfə açılır. Biz elə bildik, sənə dəstək lazımdır.



Ata öz oğlunu öyrədir:
-Bala, ağıllı adam hər şeyə şübhə edir. Yalnız axmaq nəyəsə tam əmin ola bilər.
-Buna əminsənmi, ata?
-Tamamilə!


-Niyə qadınlar hərbçilərə ərə getməyi sevirlər?
- Çünki onlar yemək hazırlamağı, paltar yamamağı, yatağı düzəltməyi, bacarırlar, canları sağlam olur və tabe olmağı öyrəniblər.


Cavan oğlan evlənəndən sonra bir müddət yoxa çıxır. Nəhayət, bir gün küçədə köhnə dostlardan birinə rast gəlir:
- Hara yoxa çıxmısan, gedək pivə içək.
- Pivə olmaz.
- Bəlkə, hamama gedək?
- Hamama olmaz.
- Sizə gəlim, çay içək
- Olmaz.
- Onda bizə gəl.
- Dostların evinə getmək olmaz.
- Ax. Necə qəddarlıqdır! Evləndiyinə peşman deyilsən?
- Peşman olmaq olmaz...


Gənc qız və qoca qarı həkimin yanına gəlirlər. Həkim qıza deyir:
-Soyunun.
Qız:
- Mən yox, nənəm xəstədir.
Həkim nənəyə:
- Zəhmət olmasa, dilinizi çıxarın.


Kürən və qaraşın qız Afrikada gəzirlər. Birdən kolluqdan onların üstünə şir atılır. Qaraşın qız bir ovuc torpaq götürüb şirin gözünə atır və tez ağaca dırmaşıb kürən qıza qışqırır:
- Nə qədər ki, şir görmür, mənim yanıma dırmaş.
Kürən:
- Niyə? Onun gözünə qumu mən atmışam?


- Məhkum, niyə yanınıza sovqat gətirmirlər? Qohumunuz yoxdur?
- Var, rəis, onlar hamısı burdadı.


Kişi tövbə üçün kilsəyə gəlir. Keşiş soruşur:
- Həyatın boyu çox içmisən?
- Bağışlayın, müqəddəs ata, mən bura tövbə üçün gəlmişəm, öyünməyə gəlməmişəm.


Dərsdə müəllim izah edir ki, yatmazdan əvvəl dişləri təmizləmək lazımdı.
-İra, sən yatmazdan əvvəl nə edirsən?
-Dişlərimi fırçalayıram.
-Qoçaq. Bəs sən, Vova?
-Bir siqaret çəkirəm.
-Necə? Bəs sənin valideynlərin?
-Onu bilirsiniz. Bəyəm birinci sinif şagirdinə belə sual vermək olar?


-Arvadımı karate məşğələsinə yazdırdım.
- Necədi?
-Öyrənib.
-Bəs sən?
-Yeməyi əvvəlkindən daha yaxşı hazırlayıram. Paltar yumağı və ütüləməyi sevməyə başlamışam.


Bir dağlı o birinə:
- Xəbərin var, təzə yırtıcı quş peyda olub. Adına deltaplan deyirlər. O gün bir kişini aparırdı. Altı dəfə atandan sonra kişini onun caynağından xilas elədim....


-Mən atam kimi ayda on min dollar qazanmağı arzu edirəm.
- Atan ayda on min dollar qazanır?
- Yox, o ayda on min dollar qazanmağı arzu edir.


Yeni rus kilsəyə gəlir:
- Keşiş ata, necə düşünürsən, sənə milyon dollar versəm, Allah mənim bütün günahlarımı bağışlayarmı?
- Mən bu barədə sənə qarantiya verə bilmərəm, mənim oğlum, amma bu məsələdə risk etməyə dəyər.


Ata oğluna deyir:
-Oğul, sən hələ evlənmə, tezdir.
-Bəs nə vaxt evlənim, ata?
- Nə vaxt hesab etsən ki, evlənməyə dəyməz.


“Zaporojets” “Mersedes 600”ü vurur. “Mersedes»dən yeni ruslar çıxıb “Zaparojets” sahibini yaxalayırlar: «Ziyanı kim ödəyəcək? Evin var? «Yox», - deyə cavab verir kişi. «Uşaqların var??» «Oğlum var» «Kimdi, işi nədi?» «Quşçuluq fabrikinin direktorudur ». «Oğluna zəng et». Kişi zəng edir, bir az keçmiş vertolyotlar, maşınlar gəlir, yeni rusların dərsini verirlər. Kişinin oğlu gəlib atasına deyir: «Ata, neçə dəfə demişəm, mən quşçuluq fabrikinin direktoru yox, “Berkut” dəstəsinin komandiriyəm».


-Bəs Siz necə oldu Amerikaya gəldiniz?
- Sizin kimi. Məni də şef çoxlu pul verib banka göndərmişdi...


Səhra. Ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çalışırlar:
-Su, tez olun...
Ona fincanda su gətirirlər. Can verən kişi gözlərini açıb güclə soruşur:
- Qaynanmışdı?

Sürücülük vəsiqəsi almaq istəyən veb-usta blank doldurur:

Boy: 175

Çəki: 80

Gözlərinin rəngi: #44AAFF

Restorana gələn müştəri:

- Araq istəmirəm, sükan arxasındayam.

Bir müddətdən sonra ofisiant bir şüşə araq gətirib deyir:

- Rahat içə bilərsiniz, maşınızı qaçırdılar.

Oğul atasından soruşur:

- Ata, eşitmişəm ki, elə ölkələr var, məsələn Hindistan, orda ər arvadını ancaq toydan sonra tanıyır!

Ata fikrə dalaraq cavab verir:

- Oğlum, əslində bütün dünyada belədi…

Siz cinayətkarın qaynananızı necə boğduğunu görürdünüz?

- Bəli, möhtərəm hakim.

- Onda niyə köməyə gəlmədiniz?

- İstədim köməyə gəlim. Ancaq gördüm ki, o təkbaşına arvadın öhdəsindən gəlir. Ona görə qarışmadım.

Toydan sonra oğlan din xadiminə yaxınlaşıb ondan soruşur:

- Mənim sizə nə qədər borcum var?

- Heç nə qədər. Bizdə mərasim pulsuzdur. Əgər kilsəyə ayrdım etmək istəsəniz, bizə xoş olar!

- Nə qədər pul versəm yaxşı olar?

- Arvadınızın gözəlliyinin qiyməti nə qədərdi?

Oğlan bir dollar çıxarıb din xadiminə uzadır. Gəlinin fatasını qaldırıb onun üzünə baxan keşiş cibindən xırda pul çıxarıb oğlana uzadıb deyir:

- Pulunun qalığını götür.

Optimistin psixoloji testi.

Psixoloq:

- Sizin babanız ölüb.

Optimist: - Bir babam da var.

- Siz onun dəfninə gecikirsiniz.

- Maşina minib yüksək sürətlə sürəcəm.

- Yox, siz sükan arxasında oturmaqdan qorxursunuz.

- Bir qədər ürəklənməkdən ötrü bir şüşə araq içəcəm.

- Onda yol polisi sizi saxlayacaq.

- Mən onunla dil tapacam.

- Dil tapa bilməyəcəksiniz. Çünki o qadındı.

- Onda onunla tanış olacam.

- Axı o çox eybəcərdi.

- Axı məndə sərxoşam!

Elan: «381 №-li baxçanın tərbiyəçisi killer tutmaq istəyir. Ona çox balaca, lakin cəld bir iş tapşırılacaq».

Reklam: «Kim bizdən dağ xizəkləri alsa, pulsuz əsa əldə edəcək».

Arxeoloqların ümumdünya konfransı. Almaniyadan olan arxeoloq ayağa qalxıb deyir:

- Bizim arxeoloqlar axtarışlar apararaq on metr dərinliyində mis tapıblar. Bu onu deməyə əsas verir ki, 100 il bundan əvvəl Almaniyada telefon rabitəsi olub.

Amerikalı arxeoloq ayağa qalxıb deyir:

- Bizim arxeoloqlar 50 metr dərinliyində şüşə tapıblar. Bu o deməkdir ki, 500 il əvvəl Amerikada simsiz rabitə olub.

Rus arxeoloq ayağa qalxıb deyir:

- Bizim arxeoloqlar 100 metr dərinliyində qazıntı aparsalar da, heç nə tapa bilməyiblər. Bu o deməkdir ki, 1000 il əvvəl Rusiyada mobil rabitə olub.

Generalın qarşısına üç əsgər çıxır. Onları saxlayıb deyir:

- Salam əsgərlər.

- Salam cənab general!

- Soyadlarınız nədir?

- İvanov, Petrov, Sidorov.

- Qardaşsız?

- Yox, soyadlarımız eynidir!

Müəllim:

- Soyadınız?

Tələbə gülə-gülə cavab verir:

- İvanov.

- Bəs niyə gülürsən?

- Razıyam ki, birinci suala yaxşı cavab vermişəm.

Ailədə dava:

- Sənə mən vacibəm, yoxsa cibim?

- Cibini neynirəm. Əsas onun içindəkidi.

Ərəb yavaş-yavaş dəvəylə səhrada gedir. Ona velosipedçi çatıb soruşur:

- Niyə belə yavaş gedirsən?

- İstidi.

- Görürsən, mən tez-tez sürürəm, gülək vurur, sərin olur. Nə qədər tez sürsən, o qədər sərin olar.

Ərəb dəvəni sürətlə sürməyə başlayır. Bir neçə kilometrdən sonra dəvə gücdən düşüb yıxılıb ölür. Dəvənin alnına əl vurub onun soyuq olduğunu görən ərəb deyir:

- Soyuqdan öldü.

10 yaşlı oğlan valideynlərinə deyir:

- Sizinlə birgə yaşamaqdan bezdim. Siz çox paxıl və tələbkarsınız. Çıxıb gedirəm. Tək yaşayacam, nə istəsəm onu edəcəm, necə istəsəm əylənəcəm!

Qapıya çatanda arxasınca gələn atasına deyir:

- Məni geri qaytarmağa çalışma.

Atası cavab verir:

- Geri qaytarmıram. Səninlə gedirəm.

 

Dörd kişi ölür və Allahın qarşısında dayanır. Allah birincidən soruşur:

- Qaynanan olub?

- Bəli.

- Ondan sənin yerin cənnətdi.

İkincidən soruşur:

- Qaynanan olub?

- Bəli.

- Sənində yerin cənnətdi.

Üçüncüdən soruşur:

- Qaynanan olub?

- Yox.

- Sənin yerin cəhənnəmdi.

Dördüncüdən soruşur:

- Qaynanan olub?

- İkisi olub.

- Sənin də yerin cəhənnəmdi.

- Niyə bir qaynanası olanları cənnətə, ancaq məndə ikisi olsa da, cəhənnəmə göndərirsən?

- Çünki iki qaynanadan sonra sənə cəhənnəmdə cənnət kimi görsənəcək.

Hitler Stalinə zəng edib soruşur:

- Sənin adamların mənim seyfimdən məxfi sənədləri götürməyiblər?

- İndi maraqlanaram.

Bundan sonra Stalin dərhal Ştirlitsə zəng edib deyir:

- Htirlits, siz Hitlerin seyfindən məxfi sənədləri götürmüsünüz?

- Bəli yoldaş Stalin.

- Tez qaytarın qoyun yerinə. Axı o narahat olur.

Ərlə arvad savaşır. Hirslənən ər arvadına onun haqsız olduğunu deyir.

Bunu eşidən arvad hirslənir:

- Sənin fikrincə mən səhv danışıram. Belə çıxır ki, mən yalancıyam. Deməli yalan deyirəm. Donquldanıram? Deməli mən itəm? Ay ana, o mənə it dedi!

Uşağın valideyni müəllimə məktub yazır:

- Xahiş edirəm oğlumuzu elə sərt danlamayasınız. Ərimlə mən onu heç vaxt döyməmişik. Ancaq nadir hallarda, yalnız özümüzü müdafiə edəndə…

Oxuduğu məktəbin yanından keçən oğul atasından soruşur:

- Ata, səndə bu məktəbdə oxumusan?

- Bəli, 20 il əvvəl.

- Onda mən başa düşürəm müəllim «belə səfehlər burda iyirmi ildir ki, oxumur» deyəndə nəyi nəzərdə tuturmuş.

Əməliyyat otağı. Xəstə həkimdən soruşur:

- Doktor, mən ölməyəcəm ki?

- Yox, nə danışırsınız. Bilirsiniz bizi buna görə necə danlayırlar.

- Hər dəfə səfərə çıxanda qaynanamın şəklini özümlə götürürəm.

- Niyə?

- Hər dəfə ildırım çaxanda, şaxta olanda, ağcaqanadlar dişləyəndə şəkilə baxıb deyirəm: hər şey necədə yaxşıdır!

Qrilin yanından keçən xoruz deyir:

- Kənddə cücə çıxarmağa toyuq yoxdu, bunlar da burda karuseldə fırlanır…

Heç vaxt nəsə etməkdən çəkinmə. Unutma ki, Nuhun gəmisini həvəskar düzəltmişdi. Professionallar isə «Titanik»i inşa etmişdilər.

Kompüter təmiri ilə məşğul olan firmaya zəng olunur:

- Mənim printerim pis çap etməyə başlayıb!

- Ola bilsin onu təmizləmək lazımdır. Bunun qiyməti 50 dollardı. Ancaq yaxşı olar ki, siz özünüz onu təmizləyəsiniz.

İşçinin səmimiyyətindən təəcüblənən müştəri soruşur:

- Sizin müdir onun biznesinə belə mane olduğunuzu bilir?

- Əslində bu onun öz ideyasıdır. Müştəri özü nəyisə təmir etməyə cəht edəndən sonra biz daha çox gəlir əldə etmək imkanı qazanırıq.

Öz avtomobilində fermanın yanından keçən sarışın qız fermerdən soruşur:

- Niyə görə bu öküzün buynuzu yoxdur?

- Bilirsiz, öküz öz buynuzu ilə sürüyə ziyan vura bilər. Bəzən biz onların buynuzunu kəsirik. Bəzi cinslərin isə buynuzu olmur. Ancaq bu öküzün buynuzunun olmamasının səbəbi odur ki, o – atdı.

- Sizi niyə həbs ediblər?

- Təsəvür edin, bir gün məlum oldu ki, hökumət mənim düzəltdiyim puldan düzəldir.

Toydan bir neçə gün sonra arvad ərinə deyir:

- İstəyirəm ki, katibəni işdən azad edəsən.

- Niyə? Axı sən özün də katibə olmusan.

- Bax elə ona görə də onu işdən çıxarmağını istəyirəm.

Beləliklə siz şarlatanlıqda ittiham olunursunuz. Siz insanların etibarından istifadə edib onlara cavanlıq eliksiri satmısınız. Bu vaxta qədər nə vaxtsa məhkum olunmusunuz?

- Bəli. 1451, 1639, 1893 və 1904-ci illərdə.

Professor bir qrup tələbəylə meyitin yanında dayanıb soruşur:

- Xoxlov, bu kişi nədən ölüb?

- İnfarktdan.

- Xeyr, düz deyil. Qolikov, bu adamın ölməsinin səbəbi nədir?

- Beyində olan bəd xəssəli şiş ölümə səbəb olub.

- Tamamilə səhv cavabdır. Smirnov, siz nə deyə bilərsiniz?

- Alkoqolikin qara ciyəri, sirroz. Sonluq məlumdur.

- Belə dəqiq diaqnozu necə müəyyən edə bildiniz?

- Necə yəni, mən qonşumu tanımıram?!

Cavan oğlan kefir almaq məqsədilə dükana gedir. Dükanda olan yaşlı qadın onun arxasınca düşüb diqqətlə oğlana baxır. Bunu görən oğlan qoca arvaddan niyə onu izlədiyini soruşur. Qoca arvad: «Bilirsiniz, bu yaxınlarda mənim oğlum ölüm. Siz ona çox oxşayırsınız».

Oğlan: «Başa düşürəm». Qoca arvad: «İstəyirəm ki, dükandan çıxanda qapıda mənə əl yelləyib :Sağ ol,ana!» deyəsən. Əziyyət olmaz ki? Bu mənə çox xoş olar». Oğlan: «Yox, heç bir problem yoxdur». Yaşlı qadın dükandan çıxır. Arxasınca baxan oğlan «Sağ ol, ana» deyə qışqırır. Bir qədər sonra oğlan kassaya yaxınlaşıb pulunu ödəmək istəyir. Satıcı qız: «300 manat borcunuz var». Oğlan: «Bir kefira görə?» Satıcı qız: «Ananız dedi ki, onun da pulunu ödəyəcəksiniz».

Abramla Sara bazardan taksiylə evə qayıdır. Evə çatırlar. Sara maşından düşür, Abram taksinin pulunu ödəyir. Sürücü: «46 manat borcunuz var». Abram 50 manat uzadır. Sürücü: «Çox sağ olun». Ancaq Abram maşından düşmür. Bunu görən sürücü deyir: «Bağışlayın, ancaq mənim 4 manatım yoxdur». Abram: «Eybi yox. Sara, qayıt maşına. Bir iki dövrə də evin ətrafında fırlanarıq».

Taksi sifariş vermək mərkəzinə zəng edən kişi hirsli şəkildə:

- Təyyarəyə vaxtında çatmağa görə sizdən taksi sifariş etmişdim. Ancaq maşın hələ də gəlməyib.

- Bağışlayın, ancaq boş maşın tapa bilmədik. Narahat olmayın, səhvimizi düzəldərik. Təyyarəyə görə narahat olmayın. Onsuzda indi təyyarələr vaxtında uçmur.

- Bu gün təyyarə çətin ki, vaxtında uça. Çünki mən – pilotam!

Amerikalı, yahudi və rus taksidə gedirlər. Birdən taksi yoldan çıxıb dərəyə düşür. Amerikalı dua oxumağa başlayır, rus hamını üç mərtəbəli söyüşlə söyür, yahudi də sürücüyə qışqırır: «Sayğacı söndür».

Çukça taksidə gedir. Çatanda sürücü deyir:

- 200 manat borcunuz var.

Çukça 100 manat verir. Sürücü hirslənir: «Bu nədi? Niyə 100 manat?»

Çukça:

- Bəs özün getmirdin?

Yeni rus İsveçrə bankına gəlir:

- Mənə bir illiyə 100 dollar kredit verin.

- Buyurun, ildə üç faizlə kredit. Ancaq əvəzində nəsə qoymaq lazımdır.

- Problem yoxdur. Qapıda «Mersedes» 600 dayanıb. Bu da onun açarları.

Pulları alıb gedir. Bir ildən sonra qayıdır:

- Bu sizin 103 dollarınız. Maşını verin.

Maşını qaytarırlar və onun nə üçün belə etdiyini soruşurlar.

- Bir illiyə 3 dollara harda qorunan maşın dayanacağı tapa bilərdim?»

1. Fikirləşmə.

2. Əgər fikirləşirsənsə – danışma.

3. Əgər fikirləşib və danışırsansa – yazma.

4. Əgər fikirləşirsən, danışırsan və yazırsansa – imzalama.

5. Əgər fikirləşirsən, danışırsan, yazırsan və imzalayırsansa – təəcüblənmə.

Almaniya Çinə rəsmi məktub göndərir: «Müharibə elan edirik. Bizim 5 tankımız və 221 əsgərimiz var».

Çin Almaniyaya cavab göndərir: «Razıyıq. Bizim 18 min tankımız və 5 milyon əsgərimiz var».

Almaniya: «Xahiş edirik bizim müharibə başlamağımızla bağlı müraciətimizi etibarsız sayasız. Çünki hərbi əsirləri yerləşdirməkçin kifayət qədər yerimiz yoxdur».

Xəstəxana. Həkim xəstədən soruşur:

- Necə narkoz istəyirsiz: bahalı ya ucuz?

Xəstə:

- Əlbəttə ki, ucuz!

Həkim:

- Lay-lay-lay!

Beyin satılan mağaza – beyinlər çəkiynən satılır.

- Mühəndisin beyni hansı qiymətədi?

- 1 kiloqramı 8 dollara.

- Yazıçının beyni?

- 1 kiloqramı 10 dollara.

- Dövlət Duması deputatının beyni?

- 100 dollar.

- Niyə belə baha?

- Təsəvvür etmirsiniz ki, bir kiloqram beyin toplamaqdan ötrü neçə deputat tapmaq lazımdır?!

Kişi qatara bilet almaqdan ötrü kassaya gəlir:

- Xahiş edirəm mənə Xabarovska qədər platskart bilet verin. Tualetin yanında yuxarı künc yer olsun.

Bilet satan qızın təəccübləndiyini görüb izah edir:

- Qaynanamı evə yola salıram.

Arvadını iki arvada dəyişərsən?

- Yox.

- Gözəl olsalar?

- Yox.

- Üç gözəl arvada?

- Yox.

- Dördünə də dəyişmərsən?

- Yox, dəyişmərəm.

- Bəs «Kamaz»a?

- «Kamaz» gözəldi?

İki rəfiqənin söhbəti:

- Bilirsən, qadınlar kişilərdən az qəza törədirlər?

- Maraqlıdı. Niyə?

- Çünki qadınlar maşına ərlərinə göstərdiyi qayğını göstərirlər. Kişilər isə maşınla arvadları kimi rəftar edirlər.

Yeni rus maşınla gedir. Görür ki, ağacın altında bomj uzanıb, dincəlir. Birdən işarə etdi və qarşısında 100 qram araq peyda oldu. İçib yenə də istirahətini davam etdirdi. Bunu görə yeni rus maşını saxlayıb bolmjı müşahidə etməyə başladı. Bir qədər sonra gördüyü yenidən təkrarlandı. Yeni rus dözməyib bomjın yanına qaçır.

- Bunu necə bacarırsan?

- Məndə cin var. O arzularımı yerinə yetirir.

- Onu mənə sat.

- Yox, özümə lazımdı.

- Sat. Bu evimin açarları, bu maşın, nəğd pul. Razısan?

Bomj razılaşır. Cibindən seyirli lampanı çıxarıb yeni rusa verir. Özü də maşını sürüb gedir.

Yeni rus tez lampanı silir. Ordan cin çıxıb yeni rusun nə istədiyini soruşur.

- Deməli belə. Birincisi - çoxlu pulum olsun, ikincisi evim, üçüncüsü – «Sibneft»-in, «Qazprom»un aksiyaları…


Cin:

- Dayan, tələsmə. Mənim sahəm çox dardı: 50, 100, 150 qram…

Yahudi dənizdən qızıl balıq tutur. Balıq ona baxıb soruşur:

- Yahudisən?

- Hə.

- Onda məni qızart.

Təyyarə qəza vəziyyətinə düşür. Yükü azaltmaqdan ötrü dörd könüllü aşağı tullanmalıdır. Birinci ingilis irəli çıxır və viski içib «Yaşasın İngiltərə» deyib aşağı tullanır. Sonra fransız irəli çıxır və konyak içib «Yaşasın qadınlar» deyib aşağı tullanır. Axırda rus irəli çıxır, araq içib «Yaşasın Afrika» qışqırır və iki zəncini aşağı tullayır.

Dovşan bara girib qışqırır: «Tez mənə 10 dollar verin. Yoxsa dünənki kimi olacaq».

İçəridəkilər qorxudan yerlərindən tərpənmirlər.

Dovşan: «Dedim ki, tez 10 dollar verin. Yoxsa dünənki kimi olacaq».

Hamı qorxudan əsir.

Dovşan: «Axırıncı dəfə deyirəm! 10 dollar verməsəniz dünənki kimi olacaq».

Bardakılar pulu toplayıb dovşana verirlər. Tülki soruşur: «Dünən nə olmuşdu?»

Dovşan: «Pul verməmişdilər».

Ev yiyəsi qonaqları xəbərdar edir:

- Bu divanda oturmayın. Orda çoxlu birə var.

- Bəs niyə divanı bayıra atmırsınız?

- Atmışdıq. Ancaq birələr geri gətirdi.

Çukça qarı arabayla daşıyır. Rus ona «Kamaz» almağı məsləhət görür: «Maşına daha çox qar yerləşir. «Kamaz» al».

Çukça ona qulaq asıb maşın alır. Ancaq bir ildən sonra rastlaşanda rus çukçanın yenə də qarı arabayla daşıdığını görüb soruşur:

- Niyə qarı maşınla daşımırsan?

- Maşına çox qar yerləşir. Ancaq marallar onu sürüməkdən yorulur.

Çukça ova hazırlaşır. Havanın necə olacağını bilməkdən ötrü şamanın yanına gəlir. Şaman tonqalın ətrafında oynayıb havanın yaxşı olacağını deyir. Çukça gedəndən sonra şaman özü də havanın necə olacağını bilmək istəyir və sinoptikin yanına gedir. Sinoptik pəncərədən bayıra baxıb deyir:

- Hava yaxşı olacaq. Bax, çukça ova gedir.

Yanğınsöndürənlər xəstəxanada yanğını söndürməyə gəlirlər. Söndürəndən sonra baş həkimə hesabat verirlər:

- Hər yeri söndürdük. 8 zərərçəkən var. Beşini ayıltdıq, uç nəfər öldü.

Bunu eşidən baş həkim huşunu itirir. Həkimi ayıldıb nə baş verdiyini soruşurlar. Həkim:

- Necə yəni 5 nəfəri ayıltdıq. Siz morqda yanğını söndürürdünüz.

Yeni müdir necədi? Onunla işləmək olar?

- Əla adamdı. Onunla ümumiyyətlə işləməmək olar!

Sən necə arvadınla savaşıb, ancaq qaynananla xoş münasibətdə ola bilərsən?

- Bir vaxt məhz o bizim evlənməyimizin əleyhinə idi.

Kişi dostuyla rastlaşır. Dostunun sifəti kömürə batmış, özünün də sevincdən gözləri yaşarıb. Kişi nə baş verdiyini soruşur.

- Qaynanamı yola salırdım. Getdi evlərinə.

- Bəs sifətin niyə kömürə batıb?

- Parovozu öpürdüm!

Doktor, arvadımın səsi batıb, neynəyim?

- Evə gecə saat 3-də get.

- Kömək edəcək?

- Əlbəttə. Bu metodu özüm sınamışam.

Pessimist ancaq sonu olmayan tunel görür. Optimist tunelin sonunda işıq görür. Realist tunel, işıq və onlara tərəf gələn qatarı görür. Ancaq maşinist relslərin üstündə oturan üç səfehi görür.

Kişi doğum evinin pəncərəsindən içəri baxıb dostuna deyir:

- Bax, necə gülür!

Dostu:

- O heç sənə baxmır.

Kişi:

- Mən tip bacısın deyirəm!!!

Dərs edən uşağın yanına atası yaxınlaşıb deyir:

- Oğlum, bu əyri xətləri səliqəli yaz».

- Ata, bunlar əyri xətt yox, inteqraldı.

Mayakovski Politexnik İnstitutunda çıxış edir:

- Rusların arasında özümü rus, gürcülərin arasında gürcü hesab edirəm.

Zaldan sual verirlər:

- Bəs axmaqların içində?

- Axmaqların içində birinci dəfəyəm.

Faydalı məsləhət: heç vaxt qonaqların yanında hədiyyəni açma. Gözlə qonaqlar getsin. Əgər onların yanında açsan, onu qonaqlardan heç birinə verə bilməyəcəksən.

Ər gecə evə sərxoş qayıdır. Qapıda arvadın əlində tava tutduğunu görüb deyir:

- Get yat, ac deyiləm.

Ağ dənizin sahilində iki çukça gedir. Biri deyir:

- 10 dollar tapdım.

- Afərin… Bəs niyə tulladın?

- Saxtadı.

- Niyə?

- Harda görmüsən ki, 10 dollarda iki dənə sıfır olsun.

Qadın karkulyator kimidi: problemləri artırır, vaxtı alır, xərcləri çoxaldır, əmlakı bölür.



Türmədə:
- Nəyə görə tutulmusan?
- Zökəm olduğum üçün.
- Necə yəni?
- Çox sadə. Asqırdım, qarovulçu oyandı.

Kişi tutuquşu alır. Hər şey qaydasındadır, amma tutuquşu ara vermədən kişini söyür:
- Sənin arvadın, anan, qaynanan... sən...!
Kişi nə qədər dilə tutsa da, xeyri olmur. Bir az düşünəndən sonra onu soyuducuya qoyur. On dəqiqə tutu yenə söyür, soyuducunun qapısını döyür. Sonra sakitlik yaranır.
Kişi soyuducunu açır. Tutu yavaşca deyir:
- bağışla, sən Allah, it kimi peşmanam. Arvadın, anan, qaynanan, sən – hamınız gözəl insansınız. Üzr istəyirəm!!!
Kişi yumşalır:
- İşdi olub!
Tutu bir az da yavaşdan:
- Bağışlayın, bir sual olar? Toyuq sizə neyləmişdi?

Narahat pasiyent həkimə:
- Siz əminsiniz ki, diaqnozu düz qoymusunuz? Eşitmişəm, bəzi həkimlər, məsələn, ciyərlərin soyuqlaması diaqnozu qoyur, xəstə isə vərəmdən ölür....
- Narahat olmayın. Məndə belə yanlışlar olmur. Əgər soyuqdəyməni müalicə edirəmsə, xəstəm soyuqdəymədən də ölür!


 

Ardı