Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Bitki, heyvan və insan.. Yoxsa əksinə?

Allah insanlar arasında seleksiya məqsədilə içkini haram bilmiş
Bütün dinlər insana sadə həyat həqiqətlərini aşılamağa çalışır: özünü məhv eləmə, içmə, acgöz olma, zinakarlıq eləmə, başqasının malına göy dikmə, oğurlama, öldürmə və s. Yəhudilər və xristianlar sadə əmrləri 10 punkta yerləşdirə bilib. Müsəlmanların işi bir az çətindi. Adam olmaqçün Quranın bütün məsləhətlərinə riayət etmək lazımdı. Sadələşdirmək olsaydı mahiyyət etibarilə Quran da həmin sadə əmrləri insana çatdırır. Kimə çatır, kimə yox bu artıq subyektiv yanaşmadı.
İçib tində yatan, ətrafındakı 5 metrlik diametrin havasını dəhşətli dərəcədə korlayan sərxoş içməmişdən nə əvvəl, xüsusilə də sonra göydən gələn əmrləri heç fikirlərinə yaxın da buraxmır. Əyyaşlıq, sərxoşluq və s. insana yaraşmaz əməllər gördükdə adamın bu fərdlərə yazığı gəlir və düşünürsən ki, Allahın bir heyvanı da özünü bu günə salmazdı, necə ki, bu bədbəxt salıb. Tüpürcəyini ağzında saxlaya bilməyən sərxoşun dediklərinə qulaq asmalı olanda Darvin nəzəriyyəsinin bir daha süqutunu görürük. Bu insan heyvandan bir addım da irəli getməyib. O, sivilizasiyanın ağırlığını çiyinlərində necə daşısın axı? Amma sonra bəşəriyyət tarixinə və eləcə də BBS, «Discovery» kanallarının yayımladığı təbiət verilişlərinə baxıb bizim heyvanlara nə qədər yaxın olduğumuzu anlayırsan.
İnsanlardan fərqli davranış.
Oranqutan meymununun dişisi gələcək əriylə süfrə arxasında tanış olur. Dişi erkəyin qarşısındakı yeməyi oğurlayıb bir addım kənardan onun reaksiyasına baxır. Bu o deməkdir ki, erkək oranqutanın cütləşmək şansı var. Alimlər deyir ki, insanlardan sonra oranqutanlar ən əliaçıq məxluqlardır. Sumatra və Borney oranqutanlarınnı əməllərini izləmiş alim Van Noordviyk deyir ki, onlar daima bir-birinə yemək verir və əvəzində heç nə istəmirlər. Nə seks, nə tüklərin arasındakı bitlərin təmizlənməsini, nə də sürüdə dəstək tələb edirlər. İnsanlardan fərqli davranış. Bəzi insan fərdləri var ki, bir qab xörək verdiyi adamdan az qala bütün ömrünü tələb edir. Müşahidələr təsdiqləyir ki, yemək zamanı meymunlarda birinci addmı dişi atır. O, süfrədən oğurluq edəndən sonra qaçıb yeməyi gizlində yemir. Ona daha artığı lazımdı. O, erkəyin keyfiyyətini yoxlayır. Əgər erkək meymun çığıpıb yeməyini geri tələb eləsə dişi oğurladığını götürüb qaçır. Erkək sakitcə dursa dişi ona yaxan gəlir. Demək bu cütlük yaxın zamanlarda həm də seksual patrnyor olacaq. Bu sadə testlə dişi erkəyin keyfiyyətini sınaqdan keçirir.
Meymunlarda feminizm və gender bərabərliyi adlı problem yoxdur
Bu əhvalat insan növünün erkəyini süfrə arxasında, yəni restoranda sınaqdan keçirmək cəhdlərinə bənzəyir. Adətən qadınlar da simic kişilərdən qaçır. Kişi üçün ilkin imtahan elə əliaçıqlıqdan başlayır. Məsələ restorana və yaxşıca yemək-içməyə qədər çatdısa demək ardı da olacaq, tez ya gec. Amma bilinmir ki, bu fəndi meymunlar bizdən, yoxsa biz onlardan öyrənmişik. Müşahidə etmiş alimlər deyil ki, meymunlar bir-birini 4 əlləri və ağızları ilə yedizdirməyi sevir. Dişilər özləri yemək əldə etməi bacarsalar da erkəyin verdiyi qidadan imtina etmirlər. Necə deyərlər feminizmə və gender bərabərliyinə heç yer yoxdur. Hələ onu da deyirlər ki, dişi oranqutanlar 2 erkəyin davasına ləzzətlə baxdıqları halda özlərinə qarşı aqressiyaya dözmürlər. Zəif olduqlarını bilsələr də erkəyin cavabını verirlər. Zorakılığa qarşı cavab verməyi bacarmayan insanlar kimi müti və aciz deyillər.
İnsanlar heyvanları da yaşamağa qoymur
Heyvanlar da içən olur. Əlbəttə, təbiətdə spirtli içkilər istehsal edilmir. Amma əllərinə düşən kimi heyvanlar, hətta bitkilər də bundən imtina etmirlər. Ən çox içən heyvan itdir. İtin alkoqolik olması halları da çoxdur, çünki insana daha yaxın yaşayır. İçən itlərdən danışanda pivə barı qarşısında içki dilənən it barədə əhvlatı xatırlayırlar. O, bara girib çıxanlardan yalvarışlı baxışlarla qarşısındakı dəmir qaba heç olmasa bir qurtum içki süzməyi dilənirmiş. Amma əvəzində o, itin fəxri olan qabliyyətini, iybilmə düyğüsünü itirmişdi. Bizim dillə desək itliyindən çıxmışdı.
Sərxoş pinqvin daha gülməli görünür. Britaniya zooparklarından birində zoopark işçisi pinqvini özüylə bara aparırmış. Yəni ki, pinqvini yoldan çıxaran insan olub. Məsələ açılanda işçini qovmalı, pinqvini içə müalicə etməli olurlar. Ev heyvanları- inək, donuz, ördək və qazların sərxoşluğundan hamı xəbərdardır. Onlar da insanın əməllərinin qurbanı sayıla bilər. Onlar da spirtlli içkini həvəslə qəbul edirlər. Bir dəfə anbara səfər edib bir qıraqda düşüb qalmış qazları sahibi ölü bilib tüklərini yolub atmışdı. Amma az sonra qazlar ayılmışdı və 2 ay tüksüz gəzirdilər.
Alkoqol təbiətdə də var
Quşların hər şeyin dadına baxmaq qabliyyətini hamı bilir. Təbiətdə onlar alma və giləmeyvələrin lap dəymiş meyvələrini dimdikləyib sərxoş olur və budaqda yuxulayırlar. Belə vaxt onları əllə tutmaq olur. Amma belə sərxoşluq uzaqbaşı 2 saata keçir. Meymunlar da qıcqırmış meyvələri yeyib ora-bura sərələnməyi sevir. Amma meymunlar sərxoş olanda quşlardan fərqli olaraq dəlisov olur və budaqlara dırmaşıb çığırışırlar.
Zürafələrin yediyi yarpaqlarda alkoloid olanda onlar bunu hiss edir və yemirlər. Amma arabir onlar da sanki yoldan çıxır və zürafələr üçün zəhər olan yarpaqları cumur, onları yeyib sərxoş olarlar. Fillər içməyi özləri hazırlayır. Çala tapıb ora müxtəlif meyvə və yarpaqlar doldurur və yalnız qıcqırandan sonra yeyirlər. Bir növ meyvə kokteyli hazırlayıb içəndən sonra onlar da dəli kimi meşələrdə qaçıb şuluqluq edir. İnsanlara daha yaxın yaşayan milçəklər və tarakanlar daha möhkəm içkilərə üstünlük verirlər. Xüsusilə də portveynə. İnanmırsızsa yay günü bir qab içkini açıqda qoyub müşahidə edin. Kəpənəklər də meyvələrin qıcqırmış şirəsini içməyi sevir. İlbizlərin pivə üçün lap ürəyi gedir. Əgər ətrafına pivə töküb ilbizləri toplasan içib qurtarmamış onları pivədən ayırmaq mümkün deyil. Pivə çox olsa onlar pivədə boğulanacan kənara çıxmırlar və ordaca boğulmağa razıdırlar.
Arılar da alkoqolikdir. Onlar sərxoş olanda öz əməllərinə görə məsuliyyət hissini itirirlər. Yəni çiçək tozu yığmaq əvəzinə ayılmaq üçün ürəyi istədiyi, sevdiyi yerlərə uçmağa başlayırlar. Arıların içkisi çiçəklərdə olur. Bəzi təbii təsirlərin nəticəsində çiçəiyn tozunda alkoqol əmələ gəlir. Alimlər arıya şəkər şirəsi və 80 faizlik spirt təklif edəndə onlar tərəddüdsüz spirti seçirlər.
Bir qaşıq koyak çiçəyi dirçəldə, insanı isə öldürə bilər
Heyvanlar və həşəratlar bir yana, bitkilər də alkoqolik olur. Oksfort uniersitetinin binasına dırmaşmış sarmaşıq budaqlarından birini binanı zirzəmisindəki şərab çəlləyinə salıb balaca deyikdən onun hamısını içib qurtarmışdı. Bununla da özünə heç bir ziyan vurmamışdı. Əlbəttə, insanlar şərabı hazırlayıb zirzəmiyə qoymasaydı sarmaşıq şərabın dadına baxa bilməzdi. Bəzən belə hadisələri oxuyanda insanın heyvanat və bitki aləmindən yüksəkdə olub fərqlənməsini arzulayırsan. Bir qədər də məsuliyyət hissi insanı özünü toparlamağa məcbur edir. Ola bilər bir qaşıq konyak ölməkdə olan çiçəyi dirçəldə bilər. Amma qədimdə şahların, çarların zamanı heyvanların sərxoşluğunun qarşısını alan əmrləri vardı. Məsələn, ov qızılqüşlarının yanında içib- çəkmək qadağan idi ki, onlar da baxıb bu işi təkrarlamasınlar. Onlar da insanlar kimi ziyanlı hərəkətlərin aludəçisi olmasınlar.
Dinimiz içkini qadağan edir. Damarları genişləndirməkçün içilən 50 qram spirti də, hemoqlabini qaldıracaq bir qaşıq konyakı da. Yəqin bu qadağanı göndərənlər insanın aludə olmaq kimi zəif yerini də yaxşı bilirmiş. Bağçılıqda alkoqol vasitəsilə alaq otlarını təmizləmək üsulu da var. Toxumdan əvvəl hazırlanmış torpağa alkoqollu su səpilir. Bu su alaq otlarını qısa müddətdə inkişaf etdirir. Bağban onları asanlıqla qoparıb sonra öz toxumunu səpir. Bu bir az qiyamət gününün ssenarisinə bənzəyir. Alkoqol saf insanı lazımsız gen daşıyıcılardan ayırmaq üçün yaxşı vasitə imiş. Seçmək hüququnu əlinizdən alan yoxdur…

Yuxariya doğru