Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Dövlət içində dövlət

Yuvinal ədliyyə ailə, cəmiyyət və dövlət üçün təhlükə ola bilər

«Sizin uşaqlarnız vasitəsilə bizim sizə əlimiz çatacaq».

Hitler

Bu problem hələ sənə toxunmayıb. Ola bilər hardasa metro partlayır, avtomobil qəzası baş verir. Hər kəsin evndə uşaq var. Əgər varsa deməli bu nə vaxtsa sənə möhkəm toxunacaq.

Yuvenal ədliyyə nədir?

Yuvenal ədliyyə haqqında qanun kifayət qədər mürəkkəb və aktual mövzudur. Çünki ombutsman Elmira Süleymanova avqust ayında yuvenal ədliyyə qanununun ölkəmizdə qəbul edilmədiyindn narahatlığını mətbuata bildirib. Ola bilər ki, yuvenal ədliyyə haqqında qanun Milli Məclisin payız sessiyasında müzakirə ediləcək. Ombutsmanın fikricə bu mövzu başqa səviyyələrdə artıq kifayət qədər müzakirə edilib. 2005-2006-cı illərdən bəri ölkəmizdə yuvenal ədliyyə məsələsi müxtəlif səviyyələrdə müzakirə edilir, BMT-nin uşaq fondunun, UNİCEF-in iştirakı ilə konfranslar keçirilir.

Yuvenal sözünün tərcüməsini heç lüğətdə də tapmadım. Bu söz dilimizə çevrilmir. Latıncadan yuvenal sözü yeniyetmə kimi tərcümə edilir. Yuvenal ədliyyənin tarixi 19-cu əsrin 70-ci əllərindən başlayır. Amerikanın Boston şəhərinin Kuk və Auqustus adlı vətəndaşları cinayət törətmiş yeniyetmələrə qarşı cəza və tərbiyə tətbiq etməkdənsə onları xüsusi orqanlara verməyi təklif etdi. İlk uşaq məhkəməsi 1899-cu ildə Çikaqoda qurulub. Yeniyetmələrin işinə baxıldıqda artıq cinayətkar sözü əvəzinə qanun pozucusu, cünahkar işlədilməyə başlandı. Sonradan bu təcrübə İngiltərədə (1908-ci ildən) və Fransada (1914-cü ildən) tətbiq edildi. Hazırda dünyada yuvenal ədliyyənin ingilis-amerika, kontinental və skandinav modelləri işləyir. Əksər hallarda Kanada modeli təklif edilir və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasına arxalanır.

Yenidən pavlik marozovların zamanı gəlir

İndi yuvenal ədliyyə adı altında bizə təqdim olunan sistem guya ki, azyaşlı uşaqları türmədən və uğursuz ailələrdə böyüyən uşaqları zorakılıqdan xilas etmək üçündür. Amma əlində bu belə deyil. Çünki yuvenal ədliyyə ilə birlikdə biz uşaqlarımıza ilk siniflərdən «seksual maarifçilik», «təhlkəsiz seks», gey və lesbianlara «tolerant münasibət» də alacağıq. Bütün bunlar vahid tərbiyə sisteminin şaxələridir. Artıq tərbiyə ocaqlarında uşaqlarımıza «Böyüklərin sözünə baxmalısan!», ya da peyğəmbərimizin valideyn barədə dediklərini deməyəcəklər. Sovetlər dönəmində atasını satan pavlik marozovlar barədə nağılları çox dinləmişik. Əgər valideyn uşağının yoldan çıxmasına müqavimət göstərərsə «Yuvenal məhkəmə» adı altnda böyük bir sistem ona qarşı çevriləcək. Bu məhkəmənin sizin ailənizə soxulmaq, uşağınızı əlinizdən almaq, yetimxanaya vermək, sonra uşağı başqa ailəyə himayədarlığa vermək kimi səlahiyyəti var. Uşağın popuşunu şappıldatdın, onu pornosaytlara baxmağa qoymadın, öz otağını yığışdırmağa məcbur etdin, səhərlər idman etdirdin, bir qədər az cibxərcliyi verdinsə sabah sizin uşağınızın bir şikayətilə məhkəmə qurula və tam qanuni şəkildə uşağınızı əlinizdən ala bilrlər.

Yuvenal qanunlar yuvenal sistem olmadan işləyə bilməz. Çünki onun tərkib hissəsidir. Bura polis, məhkəmələr, prokurorlar, penitensiar müəssisələr, işlah müssisələri daxıldir. Hazırda ərazisində yuvenal sistemi qəbul ərəfəsində olan ölkələr var. Avropa birliyinə can atan ölkələr üçün bu, əsas şərtlərdəndir. Bizdən fərqli olaraq Rusiyada həyəcan təbili çalınır və onlar yuvenal ədliyyənin nə olduğunu daha yaxşı bildiklərindən xalqı və ailəni qorumağa çağırırlar. Bizsə yuvenal ədliyyənin nə olduğunu hələ ki, yaxşı bilmirik.

Yazıya material toplayınca onlarda dəhşətli olmuş hadisələri oxumalı oldum. Onları bir tək sadalamaq qəzet səhifəsinə çığmaz. Xərçəng xəstəliyinə mübtəla uşağını kimyəvi dərmanlarla zəhərləmək istəməyən valideynin də əlindən uşağını ala bilərlər. Təzə doğulmuş uşağın çəkidə 280 qram itirməsi faktı anası tərəfindən uşağı acından öldürmək faktı kimi qələmə verilə bilər. Həmin ana sonra doğulan uşağını da dövlətə verməlidir, çünki yararsız vlideyn kimi yuvenal xidmətin siyahısına adı düşüb. Məhkəmələrdə 350 min dolar xərcləyib 3 il ərzində normal ailə olduğunu sübuta yetirə bilməyənlərin həyat hekayəsi bizi bu qanunla ehtiyatla davranmağa çağırır.

Bilirsizmi?..

Amerika və Avropanın milyonlarla uşağı artıq yuvenal ədliyyəni qurbanı olaraq validenlərinin üzünə həsrət qalıb. Milyonlarla valideyn öz uşağı ilə görüşə də bilmir. Minlərlə yuvenal sistemin çinovnikləri, hakimləri, sosiolaqlar və psixoloqları insanları ayrı salmaqla dolanır. Ola bilər ki, Azərbaycanda işsiz qalmış minlərlə hüquqşünas, sosioloq, pedaqoq və psixoloqlar üçün bu yaxşı qazanc və iş yerləri olacaq. Əvəzində bir o qədər də ailə dağılacaq və göz yaşları içində yaşayacaq. Yeni yaradılan və hələ ki, tərəqqiyə xidmət edən uşaq hüquqlarını qoruyan cəmiyyətlər, ailəyə nəzarət orqanları, psixoloji mərkəzlər artıq bu sitemin yavaş-yavaş işə düşməsindən xəbər verir.

Yuvenal ədliyyə haqqında qanun Azərbaycanın qanunvericiliyində dəyişikliklər edəcək. Uşağa qayğı adı altında valideynləri hədəfə çevirib onlara istənilən an nəyin yaxşı, nəyin pis olduğunu diqtə edəcək və uşağının tərbiyəsini əllərindən ala biləcəklər.. valiynlərə qarşı bütöv bir sistem işləyəcək. Psixoloq göstəriş verəcək ki, uşaqla hansı tonda danışmaq olar, sisial xidmətçi bunun icra edilməsini evinizdəcə nəzarət edəcək, polis bu işdə heç vaxt sizin tərəfinizdə olmayacaq. Bütün bunlar əlbəttə ki, qanuniləşdiriləcək, akt bağlanacaq, rəy veriləcək. Sizin valideyn olmağa yararlı olduğunuzu bir dəstə adam həll edəcək.

Sadəlöhv olmayın. Ola bilər bu sətirləri oxuyanlar da düşünür ki, bu, heç vaxt ona toxunmayacaq. Söhbət yalnız uğursuz ailələrdən getmir. Yuvenal ədliyyənin uşaq hüquqları barədə qanun olduğunu düşününlər də yanılır. Çünki burada valideynin hüquqları barədə bir kəlmə də yazılmayıb. İdeal valideyn olduğunu düşünənlər də yanılır. Əgər sizi əzmək istəyirlərsə və ailəni ət maşınından keçirə bilən yuvenal sistem varsa kimsə sizin valideyn barədə fikirlərinizlə maraqlanmayacaq.

Hələ ki, evimizə soxulan yoxdur

Yuvenal ədliyyə barədə qanun layihə nəzərə almalıdır ki, bizim ənənəvi hüquq normalarımız (vətəndaş, ailə, administrativ, cinayət və s.) var. Yuvenal ədliyyə bu qanunları kökündən poza bilər. Məsələn, Konstitusiyaya görə dövlət ailənin tamlığına qarantiya verir və vətəndaşın bu hüququnu kimsə poza bilməz. Amma sosial xidmət müfəttişi siqnal eşidən kimi evinizə soxulub, axtarış aparıb, uşağınızı əlinizdən ala bilərsə deməli sizin konstitusiya hüququnuz pozulmuş olur. Konstitusiyamıza görə hər kəsin yeniyetmələrin hüququ vurğulanmadan azad olmaq hüququ var. Ölkədə hüquqlarımız nə qədər pozulsa da hələ ki, polis, sahə müvəkkili əlində yazılı sərancamı olmasa qapımızı sındrıb içəri keçə bilməz. Order olmadan evdə axtarış apara bilməz. Eləsə də tapılan bütün dəlillər məhkəmədə qanunsuz sayılıcaq. Amma sosial xidmət işçisi qonşunun bircə zəngilə evə soxula və axtarış edə biləcək.

Bu məsələ hər valideyni narahat etməlidir. Çünki yuvenal ədliyyə barədə qanun ailəyə təhlükədir, valideynin öz ailə məsələlərinin həllində müstəqilliyini əlindən alır, ailədə böyük-kiçik münasibətlərini pozur və müxtəlif, məqsədi o qədər də ali olmayan strukturların ailəyə müdaxiləsini təmin edir. Yuvenal ədliyyə dövlət büdcəsindən il-ildən daha artıq ayrılan milyardlarla pulu mənimsəməyin leqal və sivil yollarından biridir. Ona baxanda körpülərin tikilməsi, yolların salınması daha mərhəmətli üsuldur.

Hər problemin başında pul dayanır

Aydın məsələdir ki, yenilik olacaqsa, bura çoxlu pullar yönəldiləcək. Ola bilər məqsədləri ilk məqamlarda tərəqqiyə yönəlmiş olsun. Amma nə qədər çox pul ayrılırsa, deməli o qədər də valideyn işə qatılmalıdır (izlənməlidir, nəzarət edilməlidir, məhrum edilməlidir). Əgər ağac əkmək üçün bir idarə yaradılırsa onlar mütləq ağac əkməlidir ki, maaş alsın. Əgər uşaqları ailədən qopardan bir idarə yaradılırsa deməli o fəaliyyətini şaxələndirdikcə ailədən qoparılan uşaqların da sayı artacaq. Uşağın belə müdafiəyə ehtiyacı varmı-yoxmu, buna da yad adamlar qərar verəcək.

Amerikalılar özü etiraf edir, bu, pul məsələsidir. Uşaq hüquqları müdafiəsi biznesi o qədər böyük gəlir gətirir ki, ondan kimsə imtina etməz. Adi bir məsələ baş qaldıranda bura həkimlər, psixoloqlar, vəkillər, hakimlər, sosial işçilər və s. məmurlar qatılır. Yəni ki, bu boyda minlərlə, bəlkə də milyonlarla adamın çörəyi yuvenal sistemdən çıxır.

Avropa bizdən, biz Avropadan nə istəyirik?

Yalnız axmaqlar öz səhvlərində öyrənir. Əgər Avropa ölkələri az qala bir əsr bu işlə məşğul olursa niyə də ordakı rəqəmlərdən yararlanmayaq? Aktrisa Natalya Zaxarova Fransada yuvenal sistemin qurbanı olandan sonra başına gələnləri kitabında yazdı. Amma bu kitabı oxumağı kimsəyə tövsiyə etmirlər. Zaxarova 90-cı llərdə fransıza ərə gedib Paris köçmüşdü. Onların bir qızı doğulur. Əri narkotik qəbul edir və qızını incidirmiş. Boşandıqda Maşa anasıyla qalır. Natalya isə bilmirdi ki, Fransada yuvenal məhkəmə də var və bu qərarı təkzib edə bilər. Maşanın 3 yaşı olanda atasının xahişi ilə uşağı zorla alıb yetimxanaya verirlər. Artıq 11 ildir ki, Natalya qızını qaytara bilmir. O, 18 dəfə şəxsən Sarkozi ilə görüşsə də, bu məsələyə Rusiyanın prezidenti olarkən Putin qarışsa da, Patriarx Aleksiy 2-ci Fransa kardinalına müraciət etsə də məsələ həll edilməmiş qalır. Dövlət məmurları qadına deyir ki, bizim sizə qarşı ittihamımız yoxdur, amma sosial xidmət uşağı vermək istəmir və biz heç nə edə bilmirik. Dövlət içində dövlətin məmurları ürəyi istədiyini edə bilir. Ana uşağını ayda 2 dəfə bir saatlıq görə bilər. Natalya qızı ilə görüşəndə onu qucaqlaya bilməz, çünki məmur düşünür ki, uşağı məhəbbəti ilə sıxır və onun əllərindən vururlar. Görüşdən sonra məmur öz məruzəsində yazırdı: «Xanım Zaxarova iyrənc, boğucu sevgisiylə uşağa sürtünürdü». Tərbiyəçilər söz verib ki, yetimxanada yaşadığı müddətdə uşağın yaddaşında ana obrazını silməyə və onu anasız yaşamağı öyrətməyə nail olacaqlar. Ailədən qoparılmış 1 uşaq Fransaya təxminən 432 min avroya başa glir. Narkoman ərin sözüylə anasından ayrılmış Maşa Fransa dövlətinə 11 il ərzində 4 milyon 700 min avroya başa gəlib. 2009-cu ilin hesablamasında deyilirdi ki, bir tək Fransada 2 milyon uşaq ailədən qoparılıb.

Keçən il ərzində Almaniyada 70 min uşaq məcburi şəkildə ailəsindən alınıb. Onlardan yarısının kağızında «ailənin maddi durumunun kifayət qədər olmaması» səbəbi yazılıb. İndi təsəvvür edin, Azərbaycanda kasıblıq həddində nə qədər ailələr yaşayır və onlar hamısı uşağından məhrum ola bilər. Belə bir Qərb təcrübəsi bizə lazımdırmı?

Uşağı ailədən kasıblığa görə də, borca görə də, sadəcə aylıq hesabatda geri qaldıqlarına görə də ala bilərlər. Eşitmiş olarsız, Qərbdə bir uşaqlı ailənin 2-dən, 2 uşaqlı ailənin 3 otaqdan az mənzildə yaşamasını qadağan edən qanun işləyir. Həmin yuvenal sistemin yaratdığı bu qanunu indi Azərbaycana tətbiq etsələr 5 nəfərin 1 otaqda kirayələdiyi və kasıblıq həddində yaşayan ailələr avtomatik uşaqlarından məhrum olmalıdır. Tualeti həyətdə olanları, vedrədə su qızdırıb çimənləri, yəqin ki, vaqonlarda yaşayanları, yaşayışa yararlı olmayan daxmalarda daldalananları və yaşayışa yaramayan materiallardan tikilmiş evlərin sakinlərini də bura əlavə etsək millətin bəlkə də 60 faizinin uşaqlarından təcrid etmək lazımdı. Onlar avropalaşmağa layiq deyillərsə bəlkə biz hamımış qarşımızda belə ciddi şərtlər qoymuş Avropaya can atmalı deyilik?

Yuvenal ədliyyə avropadan gələn demokratiya ideyası kimidir. Biz artıq demokratiyanın başqa mədəniyyətlərə zorla müdaxiləsi zamanı məsələn Əfqanıstan və İrakda nələr olduğunu artıq görmüşük. Hindistan, Yaponiya, Pakistan, Türkiyə, Liviya, Fələstin kimi ölkələrdə demokratiyanın nə qəədər müxtəlif simada olduğunu da görmüşük. Bazar iqtisadiyyatının bizim olan-qalan iqtisadiyyatımızı necə sökdüyünü yaxşı bilirik. İndi bizə təklif edilən sistem Avropada böyük fəsadlarla, mənfi nəticələrlə üzləşən bir modeldir. Bu model cinayətkarlığı azaltmaq əvəzinə görünməz dərəcədə artırdı, seksual maarifçilik adı ilə əxlaqsızlığı yaydı, heç nədən çəkinməyən, valideynlərini məhkəməyə verib azadlıq qazanan, qocalığında onları qocalar evinə təhvil verməklə uğurlu və gəlirli iqtisadi addım atan nəsil yaratdı. Cinayət törətmiş yeniyetməni ailədən ayırmaqla onun qarşısında olan yeganə maneəni götürdü və qanunla ona toxunulmazlıq statusu verməklə yeni cinayətkar təbəqə yaratdı. Cinayətkarlığın azalmasını yuvenal ədliyyə işçiləri yalnız yuxularında görə biliərlər. Yuvenal sistem milli mentalitetə qarşı yönəldilmiş modeldir. Bu sistem qorxaq, kaprizli eqoistlər, xeyiri şərdən ayıra bilməyən bədheybət insanlar yaradr. Atasından yad adamlara şikayət etmiş uşaqlardan bundan artığnı gözləmək gülüncdü.

Kütləvi «qırğın» silahı


Kütləvi «qırğın» silahı artıq lüləsini Azərbaycan ailəsinə gönəldib. Biz uşağın səhərəcək kompüter oynamaq, yeni telefon almaq və soyuducudakı daimi portağal payına, seksual maarifçilik və seksual oriyentasiya seçmək hüqüqünu tanımaqla, valideynindən şikayət etməyi öyrətməklə onu yetimxanaya, ordan da orqan alveriylə məşğul olan ürəksiz adamların yanına göndərmiş oluruq.
Yuvenal sistem xüsusilə dindar ailələrin qənimidir. İstər xristian, istər müsəlman ailələrində dinlə bağlı müəyyən qadağalar və icmanın öz daxili qanunlarıyla yaşam tərzi var. Məsələn, müsəlman ailəsinə irad tutula bilər ki, azyaşlı uşağı niyə oruc tutmağa icazə verir. Qızlarını oğlanlarla sıx təmasda görmək istəməyən valideynlər, həmçinin övladının hicabda olmasını normal sayan valideynlər yuvenal qanunlara görə uşağın hüquqlarını pozmuş olur. Qəbul etsək sonra bu qanun əsasında dindar ailələrə təzyiqlər göstərilə bilər. Sizin soyuducuda vaxtı keçmiş ərzağınız varsa, evi yığışdırmağa vaxtınız olmayıbsa, üstəlik sosial müfəttiş gələndə uşaq özünə makaron süzürdüsə axşam evə gələndə övladınzı tapmasaz bilin ki, onu harda axtarmaq lazımdı. İndi Rusiyada kommunal borclara görə uşağı valideynlərdən almaq halları geniş yayılıb. Nəzərə alaq ki, Rusiyada qanun hələ parlament tərəfindən qəbul edilməyib. Forum.msk elektron qəzeti yazır ki, hər il Rusiyada 120 min uşaq məcburən yetim qalır. Bu qanun hələ qəbul edilməmiş halda da bizdə də bağçalarda körpələrə «Valideynin səni vursa biz səni xilas edərik» deyib xiliskar nömrələri öyrədə bilərlər.

Ölüm doğumu üstələsə…


Bir fakt da dəqiqdir ki, yuvenal sistemin işlədiyi bütün ölkələrdə ölüm doğumu üstələyir. Yəni ki, bu qanunu işə salan ölkələrdə qadınlar doğmaqdan qorxur. İndi Qərbdə valideyn qulluqçu, xadimə səviyyəsnə endirilir. Axı qulluqçunu bəyənməsən onu dəyişdirmək olar.
Onsuz da uğursuz ailələrdə böyüyən uşaqları məhkəmə vasitəsilə valideynlikdən məhrum edib uşağını yetimxanaya vermək üçün lazımi qanunlar bizdə artıq var. Onda yuvenal qanunlar nəyə lazımdı? Uşaqlarımızı bizdən müdafiə etməkçün? Bəli, mən uşağımın hüququnu pozuram. Çünki səhərdən axşamacaq multfilmə baxmağa qoymuram, həmişə şirin şeylərlə qidalanmağa icazə vermirəm, dodurmanı əridib verirəm, gəzməyə ürəyi istədiyi qədər buraxmıram, velosipedlə qonşunun üstnə su sıçradanda başına çığırıram. Ən yeni kompüter arzusunda olsa da yenisini almıram.
Bizdə qanun barədə rəsmi məlumatlarda yeniyetmə cinayətkarlara qarşı liberallaşma məsələsi önə çəkilir. Bu o deməkdir ki, 18 yaşına çatmamış cavan cinayət edirsə o, cəzasız qala bilər. Yeniyetmələr üzərindən cəza götürülsə məktəblərdə yeniyetmə narkotik satanlar ordusu, 15-16 yaşlı mütəşəkkil bandalar, cəzadan qorxmayan vəhşiləşmiş uşaqlar əmələ gələcək. Belə olduqda dövlət üçün də böyük problemlər yaranacaq.

Verən də Allahdı, alan da


Biz təbii sərvətlərimizə, neftimizə baxmayaraq əslində çox kasıb xalqıq. Bizim ailəmiz və uşağımızdan başqa heç nəyimiz yoxdu. Biz yuvenal qanunu qəbul etməyə məcbur deyilik. Məsələn, Ukrayna parlamenti bu layihəni xalqın mentalitetinə və yaşamına zidd olduğunu sübut edərək iknci dinləmədə rədd edə bilib. Yuvenal sistem dövlətin uşaqlara qayğısı kimi qələmə verilir. Biz bilirik ki, uşağı adama Allah verir. Ona yalnız Allah da geri ala bilər. Dövlət uşağı ailədən qoparırsa deməli allahlıq iddeasındadır.

Yuxariya doğru