Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

«Gülümsəyin,… sabah daha da pis ola bilər»

Tərslik qanunu, yaxud «həyat» adlı oyun
Merfi qanununa görə buterbrod həmişə yağlı üzü ilə yerə düşür

Hamının başına gələn işdi, görürsən ki, gözləmədiyimiz halda bir iş çıxıb bütün planlarını alt-üst eləyir. Ya müdirin vaxtından qabaq gəlib çıxır, ya hava pozulur, ya da qaynana gözlənilmədən qapının zəngini basır. Tərslik qanunu kəşf edilmiş ən yəqim qanunlardan biridir. Amma kəşfin tarixi və müəllifi bizə məlum deyil. Bir neçə versiya var, amma onlar o qədər cəfəng səslənir ki, kimsə onları dilinə gətirməyə ürək eləmir. Bəziləri deyir ki, bu qanunu Nyutonun başına alma tullayan alim kəşf edib. O, rəqibini aradan götürmək arzusuyla gördüyü iş nəticəsində Nyutona dünya şöhrəti gətirib. Tədqiqatçılarn əkəsəriyyəti inanır ki, bu qanun Axillesin zamanından insanlara məlumdur. Axı onu bircə dabanında balaca bir yerdən vurub öldürmək olardı və tərslik qanuna görə bu da baş verdi.

Hamı bu qanunu Merfi qanunu kimi tanıyır. Klassik şəkildə o, belə səslənir: «Əgər pis bir şey ola bilərsə, o mütləq olacaq». Klassik nümunələr: imtahanda 40 sualdan 35-ni öyrənmisənsə sənə öyrənmədiyin suallar olan bilet düşəcək. Axtardığın bileti yanında oturan tələbədə görəcəksən. Bütün düzgün cavablar imtahandan sonrakı gün yuxudan ayılan kimi beyninə gəlir. Ağcaqanadlara qarşı krem sürtəndən sonra məlum olur ki, vasitə yalansı imiş.
Skandinaviya mifologiyasında Loki adlı allah var. Bütün bu uğursuzluqları skandinavlar onun ayağına yazırlar. Rusiyada isə hər şeyi şeytan və əcinnələrin üstünə atmaq qəbul edilib. Biz də hərdən «şeytan azdırdı» deyirik.
Hər şey 1949-cu ildə başladı. ABŞ-ın hava qüvvələri kapitanı A. Merfi yeni yaratdığı qurğunun təcrübə sınaqlarını keçirməli idi. İlk nəticədə nəinki qurğu, hətta təyyarə də sıradan çıxdı. Merfi cihazı yoxlayanda məlum oldu ki, texnik nəyisə düzgün qoşmayıb. Bu vaxt o, ilk dəfə onu məşhurlaşdıracaq qanunu dilinə gətirdi: «Bir şey düzəldərkən iki yol varsa və onlardan biri qəzaya aparırsa kimsə mütləq bu yolu seçəcək». Həmkarları bu sözləri «Merfi qanunu» adlandırdı. Sonra mətbuat konfransların birində məruzə edən polkovnik dedi ki, hava qüvvələri üzrə əldə edilmiş bütün nəticələr «Merfi qanununun» aradan qaldırılması sayəsində qazanılmışdır. Bu ifadə beləliklə mətbuata düşdü. Ordan da bizim həyatımıza. 1877-ci ildə Los-Ancelesdə «Merfi qanunları» adlı nazik bir kitabça çap edildi. Müəllifi Artur Blox komik ciddiliklə baş verən hadisələri şərh edərək «Gülümsəyin,.. sabah daha da pis ola bilər» deyib Merfi fəlsəfəsini həyata gətirdi. Kitab böyük uğurla yayıldı və əsrin istiotlu aforizmləri ürəklərə xoş gəldi.

Qanun gözlənilmədən, təbii fəlakət kimi işə düşür. Məlumdur ki, qanun uşaqlara qarşı pis işləyir. Bu böyüklərin öz problemlərinə qarşı lazım olduğundan daha ciddi yanaşması ilə bağlıdır. Böyüklər problemlərə baş vurarkən aşağı emosional əhvalda olurlar və tərslik qanunu üçün meydan açırlar. Amma məlumdur ki, özünə inam yüksək olanda tərslik qanunu yaxşı işləmir. Böyüklərin isə ən çatışmayan cəhəti də elə bundadır. Bunu bilən insan üçün tərslik qanunu ilə ilə üzləşməməkdən ötrü iki yol var: ya özünün əhvalını qaldırıb uğursuzluqla mübarizə aparmaq, ya da ki, daha pis nəticələrdən qaçmaq üçün içinə çəkilib öz pissimizminin dalğasının sınmasını gözləmək.
Maraqlıdır ki, insan psixikaısında anadangəlmə bir keyfiyyət var ki, bütün uğursuzluqları hansısa üçüncü gözəgörünməz qüvvələrin boynuna yıxıb özünü təmizə çıxarmağı bacarır. Bəlkə də bu səbəbdən «tərslik qanunu», «uğursuzluq qanunu» kimi adlandırılan qanunlar toplusu kəşf edilib. Bu qanun arzu və uğursuz nəticə arasında münasibələri aşkarlayır. Bu qanun hər yerdə işləyir, havadan, relyefdən asılı olmayaraq insanın ruhi, və maddi həyatının hər sahəsində qüvvəsini nümayiş etdirir. İnsan nəyisə çox istədiyi, arzuladığı və xüsusilə də arzusuna az qala çatdığı zaman işə düşüb hər şeyi alt-üst edir.
Oksford universitetinin alimləri bu fenomenlə maraqlanaraq «əclaf üçüncü qüvvələrin» fəaliyyətində bəzi qanunauyğunluqları kəşf ediblər. Sən demə tərslik qanunu daha çox böyüklərə təsir edir, nəinki uşaqlara. Xüsusilə də başı işə bərk qatışmış iş adamları bu qanunun təsirində can qurtara bilmirlər.
Bütün bunlar maraqlıdır, amma soruşa bilərsiz ki, insana öz arzularına çatmağa mane olan təbii qüvvələr nəyə lazımdı ki? Ətraf mühitdə, təbiətdə olan harmoniyanı seyr edəndən sonra adam inana bilmir ki, sənin arzuların və onun reallaşmasının üst-üstə düşməsini istəməyən hansısa qüvvə ola bilsin. Amma real həyatda bu var və bunu izah etmək lazımdı. Həyatda və təbiətdə elə bir hadisə baş vermir ki, onu təbiət qanunları ilə izah etmək mümkün olmasın. Necə ki, biz uşaqlarımıza çətin məsələlər verir və onları baş işlətməyə məcbur edirik, təbiət də bizi həmən üsulla sınayır. Əlbəttə, belə çalışmalardan sonra uşaq böyüklər kimi olmağı öyrənir və həyat təcrübəsi qazanır. Amma görəsən təbiət bu kimi «böyüklər üçün oyunlar» düzəltməklə bizi nəyə öyrətməyə çalışır? Bəlkə təbiət bizdə yeni-yeni arzulara can ataraq maneələri dəf etmək arzusunu məşq elətdirir? Çünki normal insanda hər uğursuz cəhd yenisini doğurur və onun reallaşması üçün başımızı işlətməyə məcbur edir. Görəsən bu «oyun» nə vaxtacan davam edəcək? Yəqin ki, biz böyüyüb əsil arzuları ürəyimizdən keçirməyi, sonra arzuya çatandan sonra ondan həqiqi ləzzət almağı öyrənməyənədək təcrübələr davam edəcək.
Formullara həvəsi olanlar hətta bu qanunu distur şəklinə də çeviriblər:
N = (A x Ə) / T
Burada A – arzu, T – tərslik gətirən uğursuzluq, N – isə nəticəni işarə edir. Ə – əhvalın dərəcəsini bildirən əmsaldır. Yəni ki, əhval nə qədər yüksək olarsa buna uyğun arzu da çox olan və nəticə daha yaxşı ola bilər.
Hazırda alimlərin əksəriyyəti bir fikrlə razıdır ki, bəşəriyyət hansısa keyfiyyət dəyişikliyi astanasındadır və təkamül prosesində iri addım atmaq ərəfəsindədir. Biz hamımız anlayırıq ki, təbiət öz sirrlərini boş-boşuna bizə verməz. Yəqin biz bir qədər böyümüşük və gecə saatlarında filmlərə baxmaq hüququ qazandığımız kimi tam olmasa da bəzi sirli məqamlardan agah olmağa artıq «yaşımız çatır». Biz artıq anlayırıq ki, təbiətin qanunları necə işləyir və bizim arzularımızla təmasa necəsə reaksiya verir.
Merfilogiya, ya da ki, buterbrod qanunu
Nəsə olmalıydı! Hər şey elə bu fikirdən başlayır. Elə bil ki, nəsə olmalıydı öncəgörməliyi rahat buraxmır. Sonra də beynimizdən real həyata köçür. Buterbrod həmişə yağlı üzü ilə yerə düşür. Bunu lap körpələr də bilir. Hamı da düşünür ki, bu qanun inkaredilməzdir. Qanunların qısa xülasəsi ilə tanış olun. Amma onların sayı artmaqdadır:
Əgər siz nəhayət ki, müştəri ilə sövdələşmisizsə sabahdan etibarən sizə zəng edib daha sərfəli təkliflər edəcəklər.
Hər bir iş nəzərdə tutulduğundan artıq vaxt tələb edir.
Əgər natarazlığı aradan qaldırmağın 4 yolu qabaqcadan nəzərdə tutulubsa mütləq 5-cisi tapılacaq.
Qarajda təmir edərkən əlinizə solidol yağı vuran kimi ayaqyoluna istəyəcəksiz.
Əgər siz işə gecikəndə müdirinizə desəz ki, təkər partlamışdı sabahısı gün təkər həqiqətən də yolda partlayacaq.
Əgər siz növbədə durarkən daha tez irəliləyən sıranı seçsəz, tərk etdiyiniz sıra daha tez irəliləməyə başlayacaq.
Vannada suya girmiş bədən qonşu otaqda telefon zəngini törədir.
Siz kiməsə avadanlığın işləmədiyini sübuta yetirərkən o, həmən dəqiqə işləməyə başlayır.
Qaşınmanın dərəcəsi qaşınan hissənin əlçatmazlığından asılıdır.
Kinoteatrda orta yerlərdə oturanlar həmişə işıq sönəndən sonra gəlirlər.
500 yerlik soyunma zalında geyinən iki nəfərin şkafı yan-yana olur.
Düşən əşyaların tərslik qanunu- Yerə düşən yağlı buterbrodun üzüqoyulu düşmə şansı xalçanın qiymətindən asılıdır.
Boss deyir ki, hər şey mümkündür, çünki bilir ki, işi özü görməyəcək.
Uzun müddət saxladığınız əşyanı tullamaq olar, amma bilin ki, onu tullayan kimi lazım olacaq.
İtirdyini sonuncu arxa cibindən tapacaqsan.
Bəyəndiyiniz adamlar həmişə düşünür ki, siz ona kimisə xatırladırsız.
Əgər sevgi məktubu göndərməyə ürəklənmisizsə məktub o qədər uzun vaxta gedib çıxacaq ki, həmən müddətdə siz özünüzü tam biabır eləməyə macal tapacaqsız.
Başqalarının romantik hərəkətləri incə, həyəcanlı görünür, amma özünüzünkülər axmaq və yöndəmsiz.
Nikahın uzunluğu toya çkilən xərcə tərs mütənasibdir.
Gizlətmək istədiyiniz münasibətlərdə küçəyə çıxan kimi bütün tanışlarınız qarşınıza çıxacaq.
Üzdə sızaqlar görüşdən bir saat əvvəl çıxmağı sevir.
Diskdə cızıq məhv ən sevimli mahnını üstündən keçməlidir.
Həyatda olan bütün yaxşı şeylər ya qanunsuzdur, ya əxlaqçızlıq, ya da ki, kökəlməyə aparır.
İnsan səhv edə bilər, amma səhvi başqasının boynuna atmaq daha tipik hadisədir.
Təmizlik nədisə mümkün olmayan işlər sırasındandı.
Evdəkilər üçün sufle bişirənedə o, əlbəttə ki, əla şişir. Amma qonaqlar gələndə isə əksinə.
Yumurtalar içində biri xarabdırsa inanın ki, məhz onu tortun xəmirinə qatacaqsız.
Hansı yeməyi bişirsəz əmin ola bilərsiz ki, qonaq onu nahar vaxtı artıq yeyib.
Qaşımaq istədiyiniz ləkə qabın arxa tərəfindədir.
Paltaryuyan maşınlar yalnız iş zamanı xarab olurlar.
Çirkli döşəməyə heç uşaq da heç nə tökmür.
Otaqda nə qədər çoxlu qonaq olarsa deməli evin sevimlisi daha çox otaqdan otağa qaçıb çığıracaq.
Televtzorda hansısa filmə ikinci dəfə baxanda mütləq artıq gördüyünüz epizodlara bir daha rastlaşacaqsız.
İki maraqlı veriliş həmişə bir vaxtı göstərilir.
Layihənin tam kökündən dəyişməsini tələb edən çıxış yolu sizə çertyojlar hazır olanda agah olacaq. Çünki düzgün və səhv variantlar arasında seçim ediləndə ən birinci səhv variantı seçib sonra onu düzəltməklə məşbul olmaq lazımdı.
Hələ bilmək olmaz ki, buterbrobun hansı tərəfinə yağ çəkmək lazımdı.
Axı qabı yapışdırmağa sərf edillən vaxt onu sındımaqdan daha çox olur.
Vitrində bəyəndiyiniz əşyanı sizdən əvvəlki alıcı alacaq.
Pis hadisələrin içində daha da pisləşə bilməyən hadisələr olmur.
Optimisti yaxşı xəbərlə təəccübləndirmək olmaz.
Maşını yumaqla yağışı çağırmaq olmaz. Amma maşın yuyulan kimi yağış başlayacaq.
Hamı yalan deyir, amma bunun əhəmiyyəti yoxdu, çünki heç kim qulaq asmır.
Kim ki, kolbasa sevir və qanunpərəstdir onların hər ikisinin necə hazırlandığını bilməsə yaxşıdır.
Kiməsə nəsə göstərmək istəsən bu səndə yazşı alınmayacaq. Baxmayaraq ki, təklikdə həmişə əla alınırdı.
İstirahət günü miqreni
Yəqin çoxlarının başına gəlib, bizim ailədə isə bu illər uzunu müşahidə edilir, bütün həftəni işləyib həftə sonun gözləyirsən ki, bağa, ya da çimərliyə gedəsən. Amma tərs kimi şənbə günü yağış, külək göz açmağa imkan vermir. İki günü evdə deyinə-deyinə keçirirsən və bazar ertəsi gün çıxıb ətrafı qızdıranda hər şeyi yenə də tərslik qanununun, ya da bəxtinin ayağına yazırsan. Amma alimlər də hesablayıb ki, pis havaların 70 yaizi şənbə və bazar günlərinə düşür. Bunu belə izah edirlər ki, həftə boyu vətəndaşlarda yorğunluq, əsəb, gərginliklər toplaşıb atmosferi korlayır. İstirahət günləri adamlar bir qədər yorğunluqlarını çıxarır və ona görə hava da düzəlir. Belə tədqiqatlar aparmağa bizim əlbəttə ki, pulumuz yoxdu. Təcili yardım işçiləri də bilir ki, ürək tutmaları, hipertonik krizlər, radikulit tutmaları, diş ağrıları şənbə-bazar günləri normadan artıq olur. Nevropotoloqların belə bir termini var – «istirahət günü miqreni». Bunu mədə xorası üzrə, ürək xəstəlikləri üzrə mütəxəssislər, elə cə də travmatoloqlar təsdiq edər. Beşgünlük iş həftəsi nə qədər gərgin olarsa istirahət günləri o qədər stresli olacaq. Elə insult və infarktlar da cümə günündən şənbəyə keçən gecələr daha çox olur.
Pissimizmdən alınan ləzzət
Merfidən sonra geniş vüçətlə yayılan qanunlar seriyası yarandı. Bir alim ağzından bir kəlmə çıxarmağa bəndmiş onu merfilogiya cərəyanına aid edib öz sıralarına yazdılar. Bəzən qanunları oxumaq özü də çox məzəli ola bilir:
Merfi qanunu (tərslik qanunu) Əgər pis bir şey ola bilərsə o, mütləq baş verəcək. Özü də mümkün olan ziyandan ən böyüyü reallaşacaq. Məsələnin həlli yeni problemlər doğuracaq.
Menken qanunu – Kim bacarırsa edir. Kim bacarmırsa öyrədir. Öyrətməyi bacarmayan idarə edir. İdarə edə bilməyə nəzarət edir.
Çizxolmın 1-ci qanunu – Siz fikrinizi son dərəcə aydın izah eləmisizsə həmişə onu düzgün anlamayan bir nəfər tapılacaq.
Qrexemin qanunu – Boş məsələlər tez həll olur. Vacib problemlərsə heç vaxt həll edilmir.
Veynberqin qanunu- Əsil mütəxəssis o adama deyirlər ki, kiçik maneələri uğurla aşaraq böyük yanlışlığa tərəf irəliləyir.
Potterin qanunu – Reklam kompaniyasının səs-küyü satılan malın keyfiyyəti ilə tərs mütənasibdir.
Koulun aksioması – Ölkədə ağıl və dərrakənin ümumi çəkisi daimidir, amma nədənsə mütəxəssislərin sayı artır.
Meskimenini qanunu- İşi əməlli görməyə vaxt həmişə çatışmır, amma onu yenidən dəyişdirməyə nədənsə vaxt tapılır.
Çizxolmun ikinci qanunu – İşlər yaxşıya doğru gedirsə deməli yaxın gələcəkdə nəsə baş verəcək.
Fineyqlin birinci qanunu – Eksperiment alınıbsa deməli nəsə yerində deyil.
Everitin ikinci termodinamika qanunu – Cəmiyyətdə özbaşnalıq baş alıb gedir. Onu böyük zəhmət hesabına bir az səngitmək olar. Amma bu cəhdin özü daha çox qarmaqarışıqlıq yaradacaq.
Padderin qanunu – Yaxşı başlayan hər bir iş pis qurtaracaq. Pis bişlayan iş isə daha da pis sonuclanacaq.
Stakmayerin teoremi – İş ilk baxışdan asan görünürsə onu eləmək çox çətin olacaq. İlk baxışdan çətin görünən işi isə həll etmək demək olar ki, mümkün deyil.
Entoni qanunu - Həmişə ən lazımlı detal düşüb itir. Düşüb dəzgahın altına diyirlənməkdən əvvəl o, ayaq barmağınızı da əzməyə macal tapır.
Vışkovskinin ikinci qanunu – Hər bir şeyi əlində uzun muddət o yan bu yana fırlatmaqda düzəltmək mümkündür.
Kanını aksioması – Əgər heç nə kömək etmirsə nəhayət ki, təlimat kitabını oxuyun.
Finqeylin iiknci qanunu – Komandada işləmək çox vacibdir, bu günahı başqasının boynuna atmağa imkan verir.
Muençin qanunu – Yoxlamaların, təcrübələrin olmaması yeniliyin həyata keçirilməsinə çox kömək edir.
Xətkeşin öz qanunu – düz xəttlər olmur.
İnsan səhv eləyə bilər, amma onu yalnız komputer tamamilə dolaşdıra bilər.
Yanqın qanunu – Bütün dahi kəşflər təsadüfən edilir.
Parkinsonun 6-cı qanunu – Elmin tərəqqisi nəşr edilən jurnalların sayı ilə tərs mütənasibdir.
Consonun 3-cü qanunu – Sizin oxumaq istədiyiniz məqalə itirdiyiniz jurnalda olacaq. Bütün dostlarınız bu nömrəni ya itirəcək, ya da tullayacaq.
Berkin qaydası – Heç vaxt cavabını bilmədiyiniz məsələni həll etməyə başlamayın.
Matsın aforizmi – Oxumağa yorulduğunuz yerdə dayanıb mətndən nəticə çıxara bilərsiz.
Xleydin qanunu- Məsələnin həllini ən təmbəl işçiyə tapşırın, o, ən asan yolu özü tapacaq.
Hellounun kəskinliyi – axmaqlıq kimi izah oluna bilinən bir işdə pis əməl axtarmayın.
Levinin 8-ci qanunu – Heç bir istedad detallara olan ehtirası üstələyə bilməz.
Seqalın qanunu – Qolunda bir saatı olan bilir ki, saat neçədir. Çoxlu saatı olan heç nədə əmin deyil.
Veynberqin ikinci qanunu – İnşaatçılar binanı proqramçıların proqram yazdığı kimi tiksəydilər yaxınlıqdan ötən ilk quş bütün sivilizasiyanı dağıtmış olardı.
Fullerin jurnaoistika qanunları – hadisə, qəza sizdən nə qədər uzaqda baş veribsə ondan qəzet reportajı yazmaq üçün bir o qədər çoxlu ölən və yaranananlar tələb olunur. Fakt sizə nə qədər yaxındısa burda səhv getmə şansı bir o qədər çoxdu. Fakt uzaqlaşdıqca ona inanmaq şansı da artır.
Rogersin qanunu – Stüardessa kofe gətirən kimi təyyarə titrəməyə başlayır.
Lillinin metaqanunu – Bütün qanunlar reallığın imitasiyasıdır.
Evans və Byornun qanunu – Ən pis şəraitdə belə kimsə tapılacaq ki, hər şeyin belə olacağını qabaqcadan bildiyini desin.
Uistlerin qanunu – Hes vaxt kimin haqlı olduğu bilinmir. Amma kimin cünahkar olduğu həmişə məlumdur.
Piterin qanunu – Milçəklərin qeydinə qalın, fillər öz başını dolanlıra bilir.
Kornuellin qanunu – Müdirlər işi bacarmayan adama tapşırmağa meyllidirlər.
Lumsin qanunu – Həmişə axıra qalan bir malı almaq istəyən bir neçə nəfər tapılır.
Şirlinin qanunu – İnsanlar bir-birinə layiqdirlər.

***
Hamı bilir ki, qanunlar onları pozmaq üçün yaranıb. İnsan səhvləri isə atomlar qədər saysız-hesabsızdır. Qanunları isə onların yarandığı sürətlə
pozmaq lazımdı…

Yuxariya doğru