Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Gəlsin, gəlməsin? - 2

…İndi bir şey yaxşıdı ki, day quş dalınnan meşəyə-filana getməyə ehtiyac yoxdu. Pulun varsa, quş özü evinə gələr, hələ meşə də. Pulun yoxsa, kefin istəyəndə radionun və ya TV-nin qulağını burub musiqi eşidə bilərsən. Düzdü, yaxşı musiqi də olur, amma bəzən elə sözlər eşidirsən, adam Cin atını yəhərsiz-yüyənsiz minməli olur. Sonra bir başqa mahnı, yenə Cin atına minirsən. Sonra adam fikirləşir ki, dəqiqədə bir nöş minib-düşürəm? Cin atına minmək bir ayıb, düşmək iki ayıb… Yeri gəlmişkən, at minmək faydalı şeydi. Lətifə. Bir uşaq görür ki, atası hər gün saat 1-də evdən çıxıb tövləyə gedir və düz bir saat sonra çıxır. Uşağı maraq bürüyür və gedib baxanda görür ki, at dayanıb tövlənin ortasında, mürgüləyir, atası da atın belində mürgüləyir. Soruşur ki, niyə belə edirsən? Atası deyir: «Oğul, həkim mənə məsləhət görüb ki, gündə bir saat at minim»… Gələk mətləb üstünə. Hörmətli bir şairin gözəl bir şeri var:

Bir mən olum, bir sən, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha…
Sənin kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Məzkur bəndin ikinci hissəsini xüsusi analiz eləmək istəməzdim. Burada çox uğursuz bir ticari əməliyyatdan söhbət gedir. Apar qaytar o kədəri, qaqa, üstündə qalacaq… Gələk mahnının birinci qisminə. Şair idealistdi, deyir ki, sən olandan sonra «Mersedes», komfortlu mənzil, daça…, heç nə istəmirəm. Amma mahnını oxuyan xanım, görünür, bununla razı deyil. O, hedonistdi, bir həsir, bir məmmədnəsir kahada yaşamaq istəmir, alternativ təklifi var: onu yaxınlıqdakı bağ maraqlandırır:

Bir mən olum, bir sən, gəl gedək bağa…
Şair sevgidən yazıb, müğənni erotikadan oxuyur. Şair ilişgiləri leqallaşdırmaq və legitimləşdirmək istəyir, müğənni konfidensiallaşdırmaq və «dolya vorovskaya» fəlsəfəsinə soxmaq istəyir. Şair Moşu demiş: «Naməhrəmlə parka gedən şairə, biqeyrət şairə xalq heç heykəl qoyarmı, ay Seda xanım? Zalımın balası, qaxıl evində otur, şairi də yoldan çıxarma». Üstəlik, kədər-sevinc barterini məxfi şəraitdə («bir mən olum, bir sən») həyata keçirmək istəyi, yəqin ki, müğənni qızın vergidən yayınma qəsdini də ehtiva edir…
Və ya Qasım bəy Zakirin məşhur bir qoşması var. Xalq artisti görün onu günə salıb. Zakir deyir:

Gül yanağın görüb düşsün torpağa,
Bülbülü gətirib əfqanə, gəlsin.

Şair deyir ki, sevgilinin yanağı o qədər gözəldi ki, gül o yanağı görəndə paxıllıqdan yanacaq, epilepsiyalı xəstə kimi torpağa düşəcək. Bülbül isə əfqanə gələcək. Çünki o qafil elə bilirdi ki, ən gözəl güldü, indi görəndə ki, bu qızın yanağı daha gözəldi. Öz-özünə deyəcək: «Kaş ya mən oğlan olaydım, bu qızı sevəydim, ya da kaş bu qız gül olaydı, mənim sevgilim olaydı. İndi baxın xalq artisti necə improvizasiya edir və Zakiri necə interpretasiya edir:«Gül CAMALIN görüb düşsün torpağa…» «Camal» geniş mənada gözəllikdi, dar mənada isə gözəl sifətdi. Sifətə isə kaman kimi qaş da daxildi, ox kimi kirpiklər də, piyalə kimi göz də, burun da, çənə də, bulud kimi zülf də, püstə dodaqlar da. Amma şerdə konkret ünvan var, gülü pripadkalı xəstə kimi özündən getməyə məcbur edən bunların heç biri yox, onun GÜL YANAĞIDIR. İkinci misrada şair deyir:«Bülbülü GƏTİRİB əfqanə gəlsin» Yəni bülbül bu gözəlin onun sevgilisi olmadığından ahü əfqanə gələcək.
Xalq artisti isə deiyr ki, o, (sevgili) «BÜLBÜLÜ GÖTÜRÜB ƏFQANƏ GƏLSİN». Atası rəhmətlik, bəyəm sevgili üçə, yeddiyə və ya cümə axşamına gedir? Şair badi-səbadan ismarıc göndərəndə: «Dəsmal götürüb ağlamağa gəlsin» demir axı. Deyir: «Gözəllər çıxıbdı seyranə…», «Süzülür hər yerdə peymanə», «Qərq olsun yaşıla-ala sərasər», naz ilə sallana-sallana gəlsin. Sevgilini də ölü yerinə dəvət edərlər? Bülbülnən də ölü yerinə gedərlər? Bu da təzə fasondu? Ayıbdı, vallah, ayıbdı. Xalq artisti, görünür, mollalarla çox oturub-durur.