Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Kəşfül-qəraib

Ötən yazılarımızın birində ərz etmişdik ki, dünyanın ilk dili Azərbaycan türkcəsidir. Qoy dünyanın ilk dili amorf olub deyən ortodoksal dilçi qərdeşlər xarakiri eləməyə tələsməsinlər. Biz dedik də, sonra izah da elədik.
Demək, Adəm ata ilə Həvva nənə cənnətdə olanda
ilk öncə bəsirət dili ilə sözsüz danışırdılar. Qadağan olunan meyvəni yeyəndən sonra bu göz bağlandı. Cənnətdən qovulan Adəmlə Həvva «İlk günahın səbəbkarı kimdir?» deyə düşünərkən birdən İblis peyda oldu və hər ikisi onu göstərib dedilər: «O». Bu, bəşəriyyət tarixində ilk söz idi.
Həri. İndi də başqa bir yanlışı açmaq istəyirik. Belə bir fikir var ki, guya sözün əvvəlinə prefiks (ön şəkilçi) artırılması flektiv dillərə xasdı. Bizim dil aqqlütinativ olduğundan, belə hadisələr olmur. Yalandı. Dilimizdə ön şəkilçisi olub və var. Bu gün onun birindən yazacağıq. Bu, «a» prefiksidir. Məsələn: «Anormal» -- «normadankənar», «azot» - «faydası olmayan»dır. İndi keçək öz sözlərimizə.
A-dam – yəni damı (evi) olmayan. Ruslar da evi olmayana damsız deyirlər (bez krışi nad qolovoy). Adamın, yəni əsl insanın evi olmaz. Olsa da, o vaxt olar ki, bütün diribaş həşəratların, onların oğlunun, qızının, nəvə-nəticəsinin, oynaşının… hərəsinin ölkədə və xarijdə altı-yeddi evi, bağı, hətta itinin belə lüks damı olsun. Bundan sonra, ya qismət… növbət ADAMA gələ, ya gəlməyə…
Nazim Hikmət bihudə demirdi ki:
Əsl insanlıq gəmidə göyərtədə gedər,
qatarda üçüncü mövqedə
Şosedə piyada.
Səkkizində işə gedər,
iyirmidə evlənər, qırxında ölər böyük insanlıq.
Çörək böyük insanlıqdan başqa hamıya çatar.
Düyü də elə,
şəkər də elə..
Böyük insanlğın torpağında kölgə yox,
Küçəsində fənər, pənjərəsində şüşə.
Amma ümidi var böyük insanlığın,
ümidsiz yaşamaq olmur.
A-dil – yəni dili olmayan. «Dil» ürək deməkdər. Dilavər, yəni ürəkli. «Adil» ədalətli deməkdi, həm də ürəksiz. Adil adamın işi getməz. Ələlxüsus dövlət başçısı olarsa. Sanisteban deyir ki, daxili amillər hesabına dövlət çevrilişi iki halda olur: ya güc strukturları başçının kontrolundan çıxır, ya da onlara əmr verməyə başçının dili çatmır - ürəksiz olur.
A-bad – yəni badsız –küləksiz. Səliqə və təmizlik o şəhərdə olmur ki, orada yaxşı mer olsun, o şəhərdə olur ki, bad - külək olmasın. Bakı isə «Badkubə» - küləklər şəhəridir. Ona görə şəhərimizin dünyanın ən çikrli paytaxt şəhəri olmağında cənab Abutalıbovun bir qırtım da günahı yoxdur.
A-ram – yəni RAM-ı olmayan. RAM çox olanda kompüter sürətli olur, az olanda aram (yavaş) olur.
A-sim – simi olmayan. İnjə nüktələrdən danışanda adama deyirlər: “Sarı simə vurma” yəni məni kövrəltmə. Adətən, hər kəsin daxilində tutumuna görə müxtəli sayda simlər olur. Asimlərin daxilində sim olmur (klaviş olur, olmur - deyə bilmərəm)
A-zad – pardon, yəni zadı olmayan. Nədi zəhrimarın adı? Hə, kompleksi.
A-nar – yəni narı olmayan. Məncə, göyçaylılara «Anar» adı qoymaqlıq bir az qəbahətə bənzəyir. Bakıda yaşayırsa, bu, başqa məsələ.
A-zər – zəri – qızılı olmayan
A-zər-bay-can – zəri olmayanların bay olduğu (məhv olduğu, zillətə düşdüyü) ölkə.
A-şiq – «şiq» moltanıca ağıl deməkdir. Yəni ağılsız. Eşqə düşən adamda ağıl nə gəzir. Eşq başa girdimi, ağıl məzuniyyətə çıxır.

A-rzu – yəni ruzusu daşdan çıxan. Zatən ruzusuzluq onlarda bir aqressiya yaradır. Belələri «QAZel» sürücüləri və «xozyayka»lar üçün təhlükləidir.