Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Əhvalpürsanlıq və ya konuşma

«Eşqimizə şahid olan ağaclar»
Bir mahnıdan

- Evkalipt kişi, saboun xeyir!
- Aqibətün xeyir, Qoca Çinar, necəsən?
- Sağ ol, belə də…
- Bu gecə necə yatdın, mağıl dincələ bildin?
- Əşşi, dincəlmək olur ki?
- Nə olub, suyun-filanın kəmdi?
- Su verirlər, amma buranın torpağı bir şey döyül.
- Buna görə qayğılısan, heç sir-sifətin açılmır?
- Tək o yox, bir yandan da gecələr yatmağa qoymurlar.
- Uşağları deyirsən? Cavandılar da. Mənə ləzzət eləyir.
- Biqeyrət-biqeyrət danışma.
- Amma polislər kefə baxır. Beş-on qəpiyini alıb gedir...
- Adamına baxır, onların pulu da daşdan çıxır. O gün biri kim idisə, qovdu polisi, deyəsən, əli böyüklər ətəyindədir. Sən yatmışdın. Polis: «Orada neynirsən?» - deyə soruşanda: «Gözün kordu, burda neynərlər, itil cəhənnəminə» - dedi. Polis də suyu süzülə-süzülə getdi. O zırpı polisi deyirəm, axşamlar gəlib burda pul yığır, səhərə yaxın bir kvartal o tərəfdə kafe var, gedib orda xaş yeyib gedir evə. Yazıqların qənimidi, o gün birinə qızın yanında it urvatı verdi: «Ayıb deyil, bəs milli mentalitet? Otdeleniyeyə getməlisiniz mənimlə» - deyirdi. Axırda gədə məcbur olub telefonunu girov qoyub mentalitet söhbətini təxirə saldı.
- Heyf, məni niyə oyatmadın?
- Evkalipt qardaş, görürəm, səndə maraq çoxdu. Ürəyin ağrımır? Sizin ölkədə bu adi şeydi, həə?
- Ürəyim niyə ağrıyır? Mənim üçün maraqlıdır. Orada nə gördük ki? Məni meşədən çıxarıb gətiriblər. Orada bəni-insan olur ki? Amma bura maraqlıdır. Yaxşı yadıma düşdü, bu gələn sənə tanış gəlmir?
- O sarışını deyirsən? Üzü üzlər görüb. Beş dəqiqədən bir telefonuna zəng gəlir. Oğlana yalandan gah deyir ki, podruqamdı, gah deyir, anamdı. O gün mənim dibimə çəkilib danışırdı. Yarpaqlarımı şəkləyib qulaq asırdım. Kim idisə tapşırıq verirdi, öyrədirdi, nə demək lazımdı, nə etmək lazımdı. Yazıq o gədənin gününə, təmiz oğlana oxşayır… Amma qız onu dolayır. Gah deyir, mahnı oxu, gah deyir ki, yalandan deyirsən, məni sevmirsən, gedirəm, mən ciddi ailədənəm. Atam bilsə, məni doğram-doğram doğrayar, nə bilim, qardaşım bilsə, ətimi şişə çəkər. Anam bilsə, dolmaya bükər. Əmim oğlu bilsə, ikimizi də öldürər. Xalam bilsə, tükümü dildər, bibim bilsə, pişiyimi ağaca dırmandırar. Guya hər gün evlərinə elçi gəlir. Tək günü gələnləri, atası, cüt günləri gələnləri anası qovur…
- O gün gədə nəsə şeir deyirdi, nə təhər şeir idi, bir şeyə oxşayırdı?
- Qız bir dəfə dedi ki, məni sevmirsən, sevsən, şeir yazarsan. Axırda oğlan bir şeir dedi, xəcalətdən yarpağım tökülürdü. Görüm necə deyirdi?
Qarlı dağlar hündür-hündür,
Polis bizi yaman güdür,
Sən də məni sevirsənmi,
Bu eşqimi bilirsənmi?
- Qız nə dedi?
- Qız özünü güclə saxlayırdı. Şeiri eşidəndə şaqqanaq çəkib güldü, sonra da: «Mənim çuşkam, indi bildim ki, məni sevirsən. Amma sabah da bir şeyir deməsən, gəlməyəcəm» - dedi... Bir ora bax.
- Hara?
- Kişiynən arvad gedir, kolyaskada da uşaq..
- Hə, noolub ki?
- Tanımadın?
- Yox.
- Qocalıbsan, ay Evkalipt! Düz altı ay gəlib bizim dibimizdə xısınlaşmadılarmı? Axırda kişi arvadını boşuyub bunu aldı. Kişinin katibəsidi idi…
- Hə, hə, yadıma düşdü.
- İndi bizə tərəf baxıb qımışacaqlar. O tez-tez gəlib burda ağlayan arvad isə onun birinci arvadıdır. Kaş bütün bunları görməyəydim. Başımdan duman qalxır. Yalan deyirmsə, budağım quşsuz qalsın.
- Yaxşı, bir az dincələk, onsuz da gecə yatmağa qoymayacaqlar. Sabahın xeyrə qalsın!
- Sabahın xeyrə.