Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Qəsideyi-ciniyyə

Məktəbdə hər şagirdin sevimli bir müəllimi olur, hər müəllimin də bir sevimli şagirdi. Orta məktəbdə sinif rəhbərimin ən çox sevdiyi şagird mən idim. Mən də bir onu, bir də yazıçı adaşım O` Henrini sevirdim. Müəllimə hər dəfə mənimlə rastlaşanda gülümsəyir, mən isə səbəbini bilmədiyim bu qədər sevgiyə məruz qaldığımdan turp kimi qızarırdım. Düzdü, sonralar bu sevginin səbəbini bildim, amma sevgi strukturlarım sarsılmadı, bunalmadı, genə qaldı. Əbədiymiş, daimiymiş, dönməz imiş.
Bəllidir ki, sinif rəhbərləri üçün ən üzücü iş uşaqların ad və familyasını jurnala köçürməkdi. Sonralar bildim ki, məni sevdirən ad-familyamın qısalığı imiş. Bir var, yazasan: «Balacaxanım Sübhanverdixanova», bir də var qısaca: «O Kamil». Həri… O gün bazarda rastlaşdıq müəlliməmlə. Göy satırdı. Bir-birimizi tanıyandan sonra ikimiz də qızardıq və ağladıq. Müəllimə sumkasından bir çay dəsmalı çıxardı. Yaş tərəfi ilə göz yaşını özü sildi, quru tərəfi ilə mən. Satdığı göylərin hamısını aldım. Yalandan dedim, göy qutabı bişiririk. Müəllimə ha dedi, a bala, göy qutabına tərxun qatmırlar, dinləmədim. Vidalaşıb gəlirdim ki, müəllimə arxamca qışqırdı: «Ay O, sən bir vaxtlar qəşəng şerlər yazırdın, nooldu?» Birdən xatırladım: «Ey dili-qafil!» Söz verdim ki, bu yaxınlarda qəzetdə çıxacaq. Gəlib bir qədər eşələnəndən sonra saralmış bir əlyazma tapdım. Üstündəki psekopterləri qaz peçinin üstünə çırpıb (təbii ki, Əlixan Məlikovu xoş sözlərlə xatırlayandan sonra) yazını bir az təfərinc eləyib gətirdim redaksiyaya…

Bir gün durdum çıxdım vətən seyrinə,
Gördüm, çörək deyib körpə yalvarır.
Zalım ovçu oxun qoyub kamana,
Durnalar pərişan, sürbə yalvarır.
İstədim bu cürnə simlərdə gəzəm,
Rədifləri düzəm, mənanı süzəm,
Baxıban çiyinini çəkdi tanışlar:
«Haqq-taala böyükdü, bəlkə, bağışlar,
Amma yazdıqların tamam qələtdi,
Alə, belənçik də şer olar, başıva söz qəhətdi?»
Qarabağın işi uzundu, xocam,
ATƏT, ya BMT qılammaz əncam,
Sülhnən satan deyir, sülhnən alacam,
Döyüşdə uduzan hərbə yalvarır.
İstədim bu cürnə simlərdə gəzəm,
Qafiyə dəmləyəm, mənanı süzəm,
Baxıban çiyinini çəkdi tanışlar:
«Allah rəhmlidi, bəlkə, bağışlar,
Amma yazdıqların tamam qələtdi,
Alə, belənçik də şer olar, başıva söz qəhətdi?»
Talançı taxtdadır, sevən «yağı»dır,
Oğru dövran sürür, onun çağıdır,
Gizlində dövləti söküb-dağıdır,
TV-də bayrağa, gerbə yalvarır.
İstədim bu cürnə simlərdə gəzəm,
Təşbeh sığallayam, epitet süzəm,
Baxıban çiyinini çəkdi tanışlar:
«Allah rəhmlidi, bəlkə, bağışlar,
Amma yazdıqların tamam qələtdi,
Alə, belənçik də şer olar, mövzu başıva qəhətdi?
Ey biri, o dəmki dünyada vardın,
Vəd verdin, kükrədin, coşdun, bağırdın,
Bəs noldu, neft verib, torpaq alırdın?»
Terminal sızlayır, turba yalvarır.
İstədim bu cürnə simlərdə gəzəm,
Metafora tapam, assonans süzəm,
Baxıban çiyinini çəkdi tanışlar:
«Allah rəhmlidi, bəlkə, bağışlar,
Amma yazdıqların tamam qələtdi,
Alə belənçik də şer olar, mövzu başıva qəhətdi?