Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Çırpınırdı qara qəpik

Deiyrəm, xalqımız nə qədər yazıcı xalqdı. Yazmağı öyrənəndən mağara, qaya, daş-divar deməyib hər yeri yazıblar. Sonra da qürurla vurğulayıblar:«Dərdimi yazmaqdan aləmdə kağız qalmadı,
Axırı bir guşeyi-divarə yazdım dərdimi».
Bəndeyi-həqir bir ilə yaxın Monqolustnda, Kerulen çayının sahilində yaşayıb. Tarixi yerdi, Çingiz xanın uşaqlığı orada keçib. Qoca monqollar danışırdılar, deyirdilər rəhmətlik Çingiz uşaq olanda bir söyüd çubuğunun boğazına kəndir bağlayıb at kimi belədən-belə çaparmış. Deyərmişlər, ay bala, qaxıl çadırda otur, günün istisində (Qobi səhrasında yayda 50 dərəcə isti olur) nə at çapmaqdı? Osa gülümsəyər: «Sonra bilərsiniz» deyərmiş. Sonrası da məlumdu. Qoca bir monqol tanışım vardı. Deyirdi, Çingiz çox nəzakətli adamıydı: «Hər dəfə məni görəndə gülümsəyər: «Sambaynur (salam), nə var, nə yox, əmi?,» deyərdi». Nə isə, kişi Azərbaycandan olduğumu biləndə dedi: «Çingtzə tapşırmışdım, sizin xalqı çox incitməsin. Elə belə, el üzəri bir az hədə–qorxu gəlsin. Sən o vaxt uşaq olardın, yaşlılar nə danışır, Çingiz orada özünü nə təhər aparıb?» Mən də açığı, düzünü dedim. Dedim, vallah, əlindən nə nadürüstlük gəlibsə, eləyib. Doğrusu, kişi bu cavabı gözləmirdi. Amma özünü itirmədi, balaca gözlərini bir az da qıyıb dedi: «Qınama, bala, qınama, merkitlər Burtəni (Çingizin arvadı) qaçırandan sonra o, bir az skleroz kimi olmuşdu. Etdiyni-tutduğunu bilməzdi. Yəqin, unudub». Əlqərəz, sonra bir müddət ölkənin qərbində - Erdenet zonasında oldum. Buranın monqolları çox mizantrop - adamayovuşmaz idilər (Sibir əhli də belədi). Əcnəbilərə, xüsusən bəndeyi-həqirə bir cürnə baxırdılar. Söz soruşanda cavab vermirdilər. Axırda qır-saqqız olub birinin yaxasından yapışdım:- Səni and verirəm, mən gələndə kəsmək istədiyiniz toyuğa, kəsdiyimiz duz-çörəyə, mən gedəndən sonra sevincdən kəsəcəyiniz dəvəyə, deyin görüm, mənə niyə bir cür baxırsınız?
-Bala, sən azərbaycanlı döyülsən?
-Həri, necə bəyəm?
-Sizin babalarınız olan göytürklər o vaxtlar bizim qayaları bir günə qoyublar ki, gəl görəsən!
Sonra mənə «Kültegin», «Bilgə kağan» və «Tonyukuk» abidələrini göstərdilər. İlahi, qayalıarın üstü nə gündə idi!
«Filan ölkəni belə aldım… Başı olana baş əydirdim, dizi olana diz çökdürdüm…», «Yuxarıda göy çökməsə, ayağı altında yer dəlinməsə, türk elini, ulusunu kim məhv edə bilər?» və s. Qərəz, daşların üstü yazıq-yazıq. Bircə qarış boş yer yox idi ki, mən də ora «I Lowe You» O`Kamil» yazım…
Nə illah elədim, monqollara başa sala bilmədim ki, qardaş, bu, bizlik deiyl. Biz başqa xalqıq və başqa yazı yazırıq: «Torpaqlarımızı sülh yolu ilə azad edəcəyik», «2pace». «Vo dvore zlaya sobaka»… Amma qanmırdılar. Üstəlik, bir sürü monqol qarabaqara məni izləyirdi ki, birdən qayalarının üstünə genə nəsə yazaram. Monqol ki, monqol… Amma biz indi nə yazırıq, necə yazırıq – monqolların yanında biurvat olmayaq deyə demədim. Beləliklə: Xiyar turşusu bankasının üstündə yazı: «Azərbaycanın baş naziri xəbərdarlıq edir: xiyar turşusuna pul vermək sizin cibiniz üçün təhlükəlidir».
Qəbir daşı üstə yazı: «Mən zatən yaşamadım ki! Ona görə tarix də yazılmayıb. Yaşayanlar o səmtdədir. Qəbrimin sağ tərəfindəki ox işarəsi ilə get».
Heyvanxanada yazı: «Qəfəslərin yanında göz yaşı axıdıb heyvanların duyğularını istismar etməklə onlardan banan və s. almaq qəti qadağandır»
Zibil qutusu üzərində yazı: «Sümüyün üstündə bir tikə ət saxlamayanın atobaatasına lənət. Biz adam deyilik? »
Polis izolyatorunun divarında yazı: «Ağıllı ol». Tavanda yazı: «Demişdim axı, nə deyirlər, razı ol, onsuz da gec-tez boynuna qoyacaqlar!»
Qara pişik üzərində yazı: «Uğurunuz xeyir olsun»
«Çirkli» pulların üzərində yazı: «Yu məni!»
Nəhayət, divar yazısı:
Çırpınırdı qara qəpik
Baxıb TÜRKÜN urvatına…