Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

«TELLƏRIN BAS YARAMA, QOYMA MƏNI QAN APARIR»

O gün oxuyuram ki, Çində eramızdan iki min beş yüz ilə əvvəl farmokologiyanın əsasları kitabı yazılıbmış. Əlbəttə, bu böyük nailiyyət olub. Bəli, bu, o dönəm idi ki, indi bərk gedən xalqların birinin təmsilçiləri meşədə düşürdülər ayının dalınca: «Sən bizim babamızsan». Ayı da donquldana-donquldana qaçırdı ki, bunlardan canını qurtarsın. Dili də yoxdu ki, izah eləsin: «Ay bala, mənim öz balam və nəvəm var, zağada yolumu gözləyirlər, mən də gəlmişəm ki, deyirlər armudun yaxşısı guya mənə qismət olur, aparım balalarıma yedirim». Kimə deyirsən? Qışqırırdılar: «Baba, müdrik baba, bizi atma!». Axırda ayı qaçıb girirdi mağaraya, canını qurtarırıdı.
Həri. Bir başqa yerdə adamlar düşürdülər meymunun dalınca: «Baba, ulu.. babamız, sən bizim babamızsan, hara qaçırsan?» O da qaçıb çıxırdı ağaca. Bir başqa yerdə düşürdülər ilanın dalınca. Yenə də həmin vaqeə. İlan da qaçıb girirdi yuvaya. Həri. Mənə elə gəlir ki, meymunun ağaca çıxmağı, ayının zağaya girməyi, ilanınn yuvaya soxulmağı, balığın suda yaşamığı, quşun göydə uçmağı… hamısı insanın əlindəndir. Hərəsi kafir totemistlərin əlindən bir cür qaçıb qurtulub.

Deyəsən, çox qəmişliyə getdik. Hə. Amma çinlilər o dönəmdə farmokologiyanın əsaslarını yazırdılar. Biri ayını vurub dərisini soyurdu, sonra aşılayır, qurudurdu. O biri nədənsə mürəkkəb düzəldirdi. Üçüncüsü qazları tutub ən yaxşı lələklərini bağırda-bağırda yolurdu. Sonra hər xəstədən bir dənə gətirirdilər. Göbələyi qaynadıb suyunu bir-bir xəstələrə içirirdilər. Tutaq ki, qarnı ağrıyan birisinə verirdilər. Ölürdü. Ayı dərisinin üstünə qaz lələyi ilə yazırdılar: «Qarnı ağrıyana papağı xallı göbələyin suyunu vermək olmaz, ölər…» Və ya birinin qulağı, birinin gözü, birinin dizi yaralı olan üç xəstənin yaralarına bağayarpağı suyunun məlhəmini qoyurdular. Bir həftədən sonra açıb görürdülər ki, göz kor olub, qulaq kar olub, amma çiban sağalıb. Yazırdılar: «Çibanın dərmanı bağayarpağıdı». Elm də belə yaranır daa!

Həri. Amma bu, o demək deyil ki, dəvə uşaqdı. Yəni bizim xalq da tiblə dünən-srabagündən məşğul olmağa başlamayıb. Özümüzə görə şərəfli bir elm tariximiz var. O cümlədən də tibb. Amma bizim tibb elmində uğurlarımızı öyrənmək üçün Luvra və ya Metropoliten muzeyinə vəy a Ermitaca gedib insekta sinfindən olan psekopterlərin (kağız cücüsü) didik-didik elədiyi əlyazmaları öyrənməyə ehtiyac yoxdu. Mahnılarmızı yetərlidir.

«Təbibə göndər məni…»

Düşünürəm ki, elə mahnılarımızdan çıxış edib məmləkətimizin şanlı tibb tarixini bittə-bittə öyrənmək olar və lazımdı. Mətnlərdən öyrənirik ki, qədimlərdə bizdə həkimə müraciət edirlərmiş. Yəni bu əməl bir vaxt xristianlıqda olduğu kimi batil sayılmır. Eyni zamanda, adamlar həkimə müraciətin lüzumunun fərqində olublar:
Vay, o yana döndər məni,
Vay, bu yana döndər məni
Sağ yanım yaralıdı,
Sol yana döndər məni,
Ürəyimdə yara var,
Təbibə göndər məni!

Amma hər xırda-para şeyə görə (indi də elədir) həkimi narahat etməyə o qədər də həvəsli olmayıblar:
Bağa girdim üzümə
Tikan batdı dizimə
Əyildim çıxartmağa
Yar sataşdı gözümə.
Mahnının davamı belədi: «Ay qız, heyranın ollam, ay qız ceyranın ollam, Gedərsən, yola sallam…» Görürsünüz, ağrı yaddan çıxdı. Siz əminsiniz ki, o həkimə gedəcək? Ay getdi ha.
Deyəcəksiniz ki, bu, xırda şeydi, amma başqa bir mahnıda görürük ki, o qədər xırda olmayan halda da gedilməməsi faktı var:
Ay uca dağ başında ceyran yol eylər,
Ay ürəyim başında tikan kol eylər…

Aşiqin ürəyinə batan yad cisim – tikan orada o qədər qalıb ki, artıq bitib kola çevrilmək ərəfəsindədir.

Xəstələrə münasibət

Deyirlər, meşə bilmirəm nəsiz olmaz. Pis həkim və medsestralar elə qədimdə də var imiş. Eşitmiş olarsınız, bir dəfə bir həkim palataya girəndə görür ki, tibb bacısı yataqdakı xəstənin yaxasından tutub silkələyir. «Niyə eləyirən?» sualının cavağında o, bu sözləri eşidir:
«Həkim, unutmuşam, dərmanı verməzdən əvvəl çalxalamalı idim»
İndi bir mahnıdan örnək verəcəm, zənnimcə, o vaxt həkim medsestraya bu sözlərlə irad tutub:
Xəstə çox şey dilər, ancaq ona qismət olmaz
Xəstəyə zülm nə lazım bu, mürüvvət olmaz!

Transplantasiya (ürək köçürməsi)

Azərbaycanda mənim qənaətimə görə, qədimlərdə hələ ürək cərrahiyyəsi də olub. O vaxtlar Klivlendin adı heç it dəftərində də yox idi., delaverlər, asteklər, inklər, quronlar oralarda at oynadır, ov ovlayır, quş quşlayırdı. Koronar şuntlama-filan bilən, təbii ki, yox idi. Amma bizdə vardı! Mənə dünyada elə bir xalq göstəirn ki, onun şifahi xalq ədəbiyyatında koronar şuntlamadan danışılsın. Tapa bilməzsiniz. Amma bizdə var. İnanmırsınız? Eşidin:
Ürəyimi yar, qadasın aldığım…”
Burda söhbət ürək cərrahiyyəsindən gedir. O da bəlli olur ki, əməliyyat pullu imiş. Uğurlu olanda el adəti üzrə həkimin hörmətini də eləyərmişlər: “Sənə sözüm var, qadasın aldığım”. Day bu qədər verməsən, operasiya eləyəsi döyüləm haqq-hesabı yox idi.
Başqa bir mahnıdan bəlli olur ki, əcdadlarımız təzə ürək qoyduranda təkcə onun damarlarına baxmazdılar ki, görək kirəcləşib, aterosklerozu var, ya yox, öyrənərdilər ki, görək bu ürək necə ürəkdi? Paxıldı, xıltlıdı, yoxsa saf, təmiz, vətənpərvər? Bəlkə, obıvatel ürəyidi, meşşan ürəyidi, kosmopolit, hedonist, utilitarist ürəkdi? Beləsi olanda, lap üstündə holoqramı da olsa, götürüb həkimin başına çırpardılar:
Vətən üçün döyünməsə,
Demək, o heç ürək deyil,
O heç mənə gərək deyil.

Başqa bir mətndən öyrənirik ki, insanlar müalicə mümkünsüz olanda mal-mülklə yanaşı, ürəklərini də kiməsə vəsiyyət edərmişlər:
Ürəyim sənindir,
Qəlbimi gəl dindir.

Burada söhbət xəstədən gedir, O, yaralıdı, həkimlər və yaxınları qırağa çəkilib xısınlaşanda hiss edib ki, vəziyyət ruscadı. Ona görə ürəyini vəsiyyət eləyir. Sağalmasam, ürəyimi sən götür, deyir. Xolodinnikdə saxla, nə vaxt lazım olar, köçürsünlər sinənə.

İlkin tibbi yardım

Qədimlənrdə bizdə tibb maarifi də yükəsk olub. Qanaxmanın qarşısını almaq üçün ilkin tibbi yardım olaraq sarğı ilə bağlamadan istifadə olunduğunu hər kəs bilib:

Köynəyin sarı,
Gəl mənə sarı,
Tikanı yox eylə,
Yaramı sarı.

Birdən sarğı üçün işlənəcək bint, tənzif və s. olmayanda qanaxmanın qarşısını almaq yolu isə çox asan, romantik və şairanədir:
Tellərin bas yarama, qoyma məni qan aparır.
Bəli, bu, başqa bir yaradır. O yaraya heyran olaram ki, onun qanı yarın telləri ilə kəsilir. Yarada və qanda romantikanı yalnız Şərq təfəkkürü tapa bilər! Ey gidi Şərq! Hegel əbəs yerə demirdi ki, Şərq təfəkkür tərzi, yunanlar istisna olmaqla, Qərb təfəkkür tərzinə nisbətən daha fəlsəfi və şairanədir.