Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Vətənim mənim, Xoşbəxtistan!


Xoşbəxt olmaq arzusuyla doğuluruq. İnsan xoşbəxtliyindən bəhs eləyən kitabları oxuya-oxuya yaşayırıq. Dəqiqə və saniyələrlə ölçülən, ələ gəlməz, gözə görünməz xoşbəxtliyin arzusu ürəyimizdə sızlaya-sızlaya o dünyaya doğru gedirik. Bəs niyə heç kim bizə xoşbəxt olmağı öyrətmir? Ucundan-qulagından dadına baxanlar elə biir ki, danışsalar, hamıyla bölüşsələr, xoşbəxtlikləri əldən gedə bilər. Məncə, ölkəmizdə hamı xoşbəxt olmalıdı. Savadsızlıqla, cinayətkarlıqla mübarizə elədiyimiz kimi, bədbəxtliklər və göz yaşlarıyla da çarpışmaq lazımdı. Axı biz istəsək, alınar, mütləq alınar!
Əgər sıravi vətəndaş xoşbəxtliyə çatmağın yollarını bilmirsə, Xoşbəxtlik Nazirliyi açaq. Qoy qərar və əmrlər tərtib edib insanlarçün çalışsınlar. Axı biz kağızda yazılan əmrlərə həmişə baş əyən olmuşuq. Onda bütün şadlıq evləri, əyləncə mərkəzləri içindəki oynayan, oxuyan, qulluq eləyən insanlar özlərini xalqın xoşbəxtliyi yolunda canü dildən işləyn təzə nazirliyin məsul işçiləri kimi hiss eləyəcək. Xoşbəxtlik haqqında qanun layihəsi təxminən belə səslənməlidi. Yazdıqlarımı həyata keçirən tapılsa, mən də xoşbəxt olaram, yəqin:
• Hamı səhər evdən çıxanda çəhrayı eynəklərini geyməlidi ki, həyatın rəngini itirməsin.
• Vətəndaşlardan tələb olunur ki, üzünün ifadəsini xoşbəxt məmləkətə xarakterik cizgilərə uyğunlaşdırsın (layihəylə maraqlanan tapılsa, güzgü qarşısında məşğələləri gələn nömrələrdən birində ətraflı şərh edərik).
• Göz yaşları oyada bilən musiqilər, filmlər, bədii ədəbiyyat və rəsm əsərləri xalqın xoşbəxt güzəranına xələl gətirə biləcəyindən qadağan olunsun. Teatrda kədərli obrazları ifadə edən maskalar yeniləriylə əvəz olunsun. İnnən belə cib dəsmallarından yalnız burun suyunu silməkçün istifadə ediləcək.
• Kənd yerlərində, yaxud qaz gəlməyən rayonlarda ocaq külündən yalnız bəzi təyinatlarçün istifadə edilsin. Məsələn, qazan sürtmək, sac altına çəkmək. Hüquq mühafizə orqanlarına tapşırılsın ki, bəzi ürəkdən xoşbəxt ola bilməyənlərin bu külü başına tökməməsinə nəzarət etsin.
• Üzündə gülüş olmayan abidələrin yenidən yonulması məqsədəuyğun sayılsın.
• Dilimizin leksikasından əzab-əziyyət, kədər, hüzn ifadə edən sözlər çıxarılmalıdı. Qara sözüylə başlayan adlar, soyadlar, coğrafi adlar yeniləriylə əvəz olunmalıdı.
• Faciə janrı qadağan olunduğundan bütün əsərlərin sonluqları «həppi end»lə bitməli, musiqidə yalnız major səslənməlidi.
• Matəm mərasimləri xalqın yaddaşından izsiz-soraqsız silinməli, ağılar, mərsiyələr bir janr kimi məhv edilməli, yaxud yeni tələblərə uyğun xoşbəxt intonasiyalarla əvəzlənməlidi.
• «Vətən mənə nə verib?» sualını dilinə gətirənlərin dili kəsilməli, bundan sonra kədərli baxışlarla baxmağa cəsarət edərsə, gözləri də çıxarılmalıdı.
• Xalqın ürəyi yuxa kimi nazik olmalıdı. Çırtma vuranda qanını yox, çex bülluru kimi təmiz si bemol səsini çıxartmalıdı.
• Sevgi müraciətlərinə etinasız yanaşanlar xüsusilə cəzalanacaq. Nümunə olaraq Braziliya və Argentina seriallarındakı qəhrəmanların sevgi və xoşbəxtlik uğrunda mübarizəsinə bu üsulu həyata keçirmək məqsədilə diqqətlə baxmalı.
• «Qız qapısı - naz qapısı» məsəli də artıq işlədilməyəcək. Xoşbət məmləkətdə oğlanı qız qapısından şirin çaysız qaytarmazlar. Obaşdan kim tez dursa, elçi daşına kim birinci çoksə, şirin çayı da o içəcək.
Hər kim xoşbəxt olmasa, günah onun özündədi. Hünərin var bundan sonra xoşbəxt olma! «Ağıllı olun, xoşbəxt olun. Əgər sizə elə gəlirsə ki, xoşbəxt deyilsiniz, heç olmasa ağıllı olun» - bunu da xoşbəxtlərdən biri demişdi.