Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Əl-ələ verin, arvadlar!


Bəşəriyyətin ən gözəl hissəsinin öz-özünə müraciəti
Yumor hissi olmayanlar bunu heç oxumasa yaxşıdı

Əziz bacılar! Analar, qızlar, arvadlar, hətta məşuqələr və intelligent xanımlar. Əzizlərim, Vətən dardadı! Biz uçurumun qırağından yuvarlanmağa doğru gedirik. Şok xəbərdən ora-bura qaçıb çığıraraq günahkar axtarmağa başlamayın. Uzun illər, hətta əsrlər boyu biz çox axmaq olmuşuq.
Ona görə də bizə qadın yox, arvad kimi müraciət ediblər. «Arvada qulaq as, əksini elə», «Arvadın ağlı dabanında olar» və bu qəbildən olan təhqiramiz məsəlləri həqiqət kimi qəbul eləmişik. Ağ atlı oğlan haqqında, quyunun dibindəki 40-cı otaqdan qızı qurtaran Məlikməmməd haqqında nağıllarla qulaqlarımız elə dolub ki, gözləmə prosesində kişilərin nə Ağ atlı oğlana, nə də Məlikməmədə oxşamadığını görməmişik. Marşrutda nəinki oturan yerdə, hətta ayaqüstə yatmağı bacaran, «ho» eləsə, siqaret, tərpənəndə tər iyindən beynini çatladan kişidir? Mədəsi quruldayanda şimşək kimi gurultusu blokdan eşidilən, doyandan sonra televizor qarşısında mürgüləyən də kişidir?
Qazıntılar sübut edir ki, ölkədə kişi olub. Onlardan ən yaxşıları 41-45-də, qalanları Qarabağ döyüşlərində həlak olub. Yerdə qalanların ən yaxşısını, ola bilər, kosmosa göndərməkçün gizləyiblər. Kütləvi məzarlıqlar aşkarlananda hamı əmin oldu ki, ölkədə kişi varmış! Hə, yadımdan çıxmışdı, bir azını da Rusiyaya dürtüşdürmüşük. Orda rusların artımla bağlı problemləri vardı. Qadın həmrəyliyi xəttiylə, dedik ki, arendaya verərik. Əclaf rus qadınları yenə də bizi aldatdı. Bir vaxt ən münbit torpaqlarımızda kələm əkirdik ki, rusun süfrəsində vitamini olsun. Aramız dəyəli vitamin qarışıq kişilərimizi ələ keçirdilər. Neynək, vaxt gələr, kişisiz qurduğumuz ev-eşikdə tökdüyümüz göz yaşları onlara qənim olar. Biz burda sement, beton qarışdırıb divara yapmaqnan və tikilən uca evlərçün uşaq istehsal eləməklə məşğul olduğumuz vaxt onlar orda kef çəkir? Bizimçün qalanları kimlərdi, gəlin baxaq. Ya qara fəhlə, ya da deputat – hər ikisinə baxanda adamın ürəyi bulanır. Deputat ola bilməyənlər yalnız bu arzuyla yaşayır.
Qızlar! Bilin, Vətəni kişilər satıb. Nefti də, meşələri də, torpaqları da... Onlar bizim gülüşümüzü əlimizdən alıblar. Bu gün arvad bir üç yaşında olanda, bir də səksəndən yuxarı olanda gülür. Çünki ya hələ heç nə qanmır, ya da artıq heç nə başa düşmür. Onlar hansı cəsarətlə bizimlə fəxr eləyə bilir? Əlbəttə, biz oxumuşuq, işləyirik, irəli gedirik, inkişaf edirik ki, bəlkə, adam saydılar, QADIN dedilər. Bizlərdən bəziləri uğurlu ailə qurub. Onlar hamımızın əvəzinə mədəni həyat yaşaya bilər. Yerdə qalan qadınlar mütləq ağır yerini qaldırıb işə başlamalıdı. Gəlin Azərbaycan arvadlar birliyi, yox daha yaxşısı, cəbhəsi yaradaq. Onların qarşısında ultimatum qoyaq: ya onlar hakimiyyəti bizə verir, ya da biz onlara heç nə vermirik! Bu üsul qədim Yunanıstanda böyük siyasi effekt vermişdi. Kişilərlə kontakta girmək və canlı valyuta cəlb eləmək məqsədilə xüsusi hazırlıqlı dəstələr də yaradılmalıdı. Kim deyir ki, alınmaz, arvadın axmaqlığı üzündə yazılıb? Pul sayanda üzündəki dərin fəlsəfi ifadəyə filosoflar da həsəd aparar.
Qoy bilsinlər! Bir az da ləngitsələr, elm kişisiz ötüşməyin yollarını kəşf edəcək. Həmin üsulla nəsil artıranda artıq nə tər, nə də siqaret qoxusu olacaq. Cəlin əl-ələ verək və bu yolu «Arvaddan qadına doğru» adlandıraq. Biz mütləq qalib gələcəyik! Zirək qadınlar, kağız parçası tapıb tələsik qeyd edin, olmasa, önlüyün iç tərəfinə də yazmaq olar: «Sabah səhər isterika, günorta şoppinq, axşama partiya tapşırığı!»