Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Böyrək daşı əməliyyatı


Yaxud «Özüm, özüm» deyənlərin aqibəti

- Doktor, salam. Baxın, siz tapşıran şeylərin hamısını gətirmişəm. Döşəkağı, bint, pambıq, tikiş qoymaqçün ketqut, skalpel, şprislər, dərmanlar - hamısını tapmışam. Yemək-içmək də öz yerində. Hamısıdırmı? Allaha çox şükür. Artıq cərrahiyyə stoluna qalxmaq olar? Aha, uzanıram. Başlaya bilərsiniz. Necə, özüm? Bəs sizin anestezioloqunuz necə oldu? Ştatda ixtisara düşüb? Aydındı. Gərək özüm çırmanam. Neynək, görüm başıma nə gəlir. Ya Allah!
-Necə bilirsiz, yerli anesteziya yaxşıdır, yoxsa ümumi? Hə, noolar, yerli anesteziya olsun. Bəs iynəni hara vurum? Bəlkə, barmağınızla yerini göstərərdiz? Bilmirsiz? Lap yadımdan çıxmışdı, axı siz anestezoloq deyilsiz. Məncə, bura vurmaq lazımdı. Aha, deyəsən, alındı. Bəs sonra? Skalpeli götürüm? Bəs siz? Siz heç cərrah da deyilsiz? Onu da ixtisara salıblar? Axırıncı attestasiyadan çıxa bilmədi? Onda Siz kimsiz? Mühasib? Hə, indi anlayıram. Mühasib olduğunuzu əvvəldən bilsəydim, heç skalperi sizə təklif eləməzdim də. Baxın, skalperi götürürəm. Görəsən, yarığı eninə, yoxsa uzununa kəsməliyəm? Bunu da bilməzsiz, yəqin. Gic başım, axı siz cərrah deyilsiz. Lap huşsuzam ki. Görüm eninə kəssəm, necə alınar. Bismillah! Oy!.. Ağrıdır ki! Aaaa…ay… Yəqin ağrıkəsicinin yerini düz vurmamışam. Özüm günahkaram, dözməliyəm, vəssalam. Canım çıxar, birtəhər dözərəm.
-Yarıqdan içərini görürsüz? Yəqin, gözünüz öyrəşib belə qanlı mənzərələrə. Gəlin birlikdə baxaq içəridə nə var, nə yox? Bu yamyaşıl orqan hansıdı, görəsən? Aha, divardakı insan orqanlarının xəritəsinə baxsaq ordan taparıq. Otuz ikinci nömrə hansı orqandır? Dalaq. Eh, mənim böyrəyimdə daş vardı axı. Nahaq yarığı uzununa elədim. Gərək eninə kəsəydim. Gözünüz görə-görə kəsdim, heç məsləhət vermədiniz. A, birdən elə bilərsiz sizə irad tutub eləyirəm. Mühasib, elə mühasibdir. Düzdür, amma anlaya bilmirəm ki, siz cərrahiyyə otağında neynirsiz? Mühasibat otağı burdan təmizdir. Niyə orda oturmursuz? Belə lazımdı. Siz bilən məsləhətdi, əlbəttə. İşinizə qarışmıram, qəti!
-Gəl indi uzununa kəsim, ya Allah! Aaaa…ay… Yenə də ağrıtdı ki?! Təcrübəsizlik belə şeydi də. Görürəm, sizə də maraqlıdı, boylanırsız. Hə, bax bu lobyaya bənzər orqana böyrək deyirlər. Xəritədə belə yazılıb. Qırx birinci nömrə. Odur, böyrəkdir, dəqiq. Daşı da görürsüz?.. Ah, əclaf, məni nə qədər incitmisən?. Çıx görüm! F-fu… Murdar! Fikir ver, o saat yüngülləşdim. Neçə ildir deyirlər, əməliyyat elə, ürəklənmirəm. Gör bir, su içmək kimi asanmış. İndi tikmək lazımdı, elədi? Bəlkə, iynəni saplamağa kömək edəsiz? Əlbəttə, bilirəm, siz mühasibsiz. Noolardı ki, insanlıq xatirinə, bəlkə? Heç anlaya bilmirəm ki, sizin burda nə işiniz var? Amma mənim tikişdə heç səriştəm yoxdu. Anam burda olsaydı, əl uzadardı. Elə yaxşı yamaq vurur ki… Nənəmin naxışlarını hələ demirəm. Bir təkəldüz naxış vurar ki, lap ulduz kimi bərq vurar. Allah heç kimi tək qoymasın. Yenə də özüm. Bax belə, birini də, bir ilmə də vursam bitəcək. Heç məndə də pis alınmır. Deyəsən, hazırdı. Dura bilərəmmi? Çox sağolun.
-Etiraz eləmirsizsə, palataya keçərdim. Boş yeriniz yoxdu? Sezondu deyəsən. İndi evə zəng eləyərəm, açılıb örtülən çarpayı gətirsinlər. Hələlik dəhlizdə də uzana bilərəm. Etiraz eləmirsiz ki? Əlim cibimdə olsun?! Nəyə görə? Əməliyyata? Axı hamısını özüm elədim… Aydındı, otağın ventilyasiya sistemini, cərrahiyyə masasını işlətmişəm, enerji sərf eləmişəm. Mən hamısını başa düşürəm. Otağın istiliyi haqda heç nə demədiz. Nə qədər verməliyəm? Yeddi yüz? Baxım görüm pulum çatar? Gör a, bəxtiniz varmış. Götürün. Hara imza atım? Buyurun… Səhərdən başımı sındırıram ki, əməliyyat otağında mühasib nəyə lazımdı! İndi anladım. Pulu alıb qol çəkdirmək, əlbəttə ki, mühasibin işidir. Siz peşənizi yaxşı bilirsiz!.. Kaş hamı sizin kimi olaydı!