Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Dilim-dilm olasan, ay dilim!

Qoluzorluların bostanına daha bir daş

Qadın: «Deyirsən, sənə ərə gəlməsəm
özünü öldürərsən? »
Kişi: «Adətən mən belə eləyirəm»

Namibiyadakı ximba xalqının qəribə adətləri bu günə qədər saxlanılır: onlar bayram günlərində arvadlarını dəyiş-düyüş eləyirlər. Namibiya suverenlik əldə eləyən kimi hökumət ximba xalqının milli adətlərinə qadağa qoymağa çalışır. Ximba xalqı isə bizim deputatlarımızı boşboğazlıqda günahlandırdığımız ehtirasla öz başbilənlərini tənqid atəşinə tutur. Onlar hesab edir ki, arvadlarını dəyişmək adətləri olmasaydı sağlamlıqları bu qədər möhkəm olmazdı...
Bax bu yerdə barmağımı dişlədim. Aha, xalqın sağlamlığının sirrləri gör haralarda gizlənibmiş! Əgər arvad (bunu kişilərin diliylə deyirəm ki, məndən inciməsinlər) pis bir şey olsaydı aborigenlər onu başqasına qıyardımı, ya da başqa birisinin artığına qane olardımı? Məncə onlar başqasının arvadıyla dil tapmağın yollarını fəth edib öyrənirmişlər. Sonradan özününkü evə qayıdanda dilini daha yaxşı anlamaqçün.
Qəribədi, yanaşı yaşayırıq. Bəzən lap kiçik komada bir-birimizə sığınsaq da bir-birimizin dilini başa düşmürük. Psixolooqlar ən böyük kişi sirrini açmaqçün əlləşirlər. Onlar cani dildən kişi sirrlərini açmağnan məşğuldu, amma arvadlarımızsa bunu qəbul eləməyə hələ ki hazır deyil.
Təsəvvür edin ki, ər və arvadı maşında harasa gedir. Yolun səmtini itirən kişiyə «Bəlkə dayanıb bir kəsdən soruşaq» deyən qadın qayğısının əvəzində nə eşidəcək? Əsəbləşib özündən çıxmış, bəlkə də hirsini cilovlamış tərzdə «Mənə yol göstərmə, bilmirəm hara gedirik?», «Bəlkə düşüm maşını sən sürəsən?», «Ağzını yumsaydın yolu daha tez tapardım», yaxud arvad tərəfin qohumlarıynan görüşün perspektivini gözünün qarşısına gətirib «Bu saat maşını geri çevirəcəm ha» kimi ifadələrdən birini mütləq ağzından çıxaracaq. Nəbadə qadın bu vaxt beynində dolaşan «Haqsız olduğunu niyə boynuna almaq istəmir?» fikrini ağzından qaçıra. Təcrübəsiz qadınların nəzərinə: lazım gələrsə aşağıdakı fikirləri yaxşı olar ki, beyninizə, alınmasa eybi yox, cib dəftərinizə həkk eləyin. Mütləq lazım olacaq.
- Kişilər haqsız olmaqdan bezir, daha dəqiq desəm buna nifrət edirlər.
- Onlara haqsız olduğunu deyəndə lap özündən çıxırlar.
- Onlar haqsız olduqları haqda fikri heç yaxına buraxmırlar.
- Haqsız olmalarını qadın onlardan əvvəl biləndə qadın qarışıq bütün dünyanı alt-üst eləyə bilərlər.
Qadın və kişiləri yanaşı yaşayan sivilizasiyalar adlandırmaqla məsələni müşkülləşdirmək istəyənlər də çoxdur. Müharibələr bitsə də qadın və kişi çəkişmələrinin sonu hələ ki, görünmür. Daş kitabələrdən tutmuş internet forumlara qədər bütün yazılı mənbələrdə kişi və qadın çəkişmələrinin izləri həkk olunub. Mən də hər gür qəribə şeyləri toplamaq adətimdən əl çəkə bilmirəm...
Şahid ifadəsindən: «Onun yanında bir qadın vardı. Onunla o qədər mədəni və incə rəftar edirdi ki, o saat bildim ki, arvadı deyil».
Məktubdan: «Əvvəl kişiləşirdim, sonra isə evləndim».
Məhkəmədə çıxışdan: «O təkid edir ki, hər şey guya ekstazda baş verib. Mənsə deyirəm ki, mətbəxdə olub. Mənim şahidlərim də var».
Şikayət məktubundan: «Xahiş edirəm əlaqədar orqanlar məni arvadımla barışdırmağa cəhd eləsin. Nə qədər desəm də, lap döyülsə də o, adam kimi nəzakətlə deyilən sözü başa düşmür».
Sənəddən: «Ayda bir dəfə o əyyaş manyaka çevrilib yad qadınları təqib edirdi. Başqa günlərdə isə adi adam kimi arvadı, tanışları, məşuqələri, əməklaşlarına qane olurdu»
Brakonyerin izahnaməsindən: «Arvadımla istirahət edirdim. Birdən kolların arasından bir dovşan sıçrayıb arvadımın üstünə şığıdı. Bax bu yerdə mən buna necə dözə bilərdim? Onu güllələdim»
Məktəb gündəliyindən: «O hər dərs məni təcrübəli kişi kimi gözləriylə abırsızcasına soyundurur»
Məktubdan: «Bir dəfə ərdə olmuşam. İndi fikirləşirəm ki, mənə bu qədər lazım olan vaxt niyə ağlım yoxuydu!»
Xəstəlik kağızından: «Təcili yardım gələnədək bu qadın cinsi həyat nədi bilməmişdi».
Ola bilər ki, kişilərin əksəriyyəti hələ də gildən yaranmış qadın kuklası, cənnət alması haqqında pritçalardan bayılır. Onlardan bəziləri hələ də qadın və kişilərin qabırğalarını saymaqdan bezmirlər. Amma kişiləri anlamaq üçün növbəti addımı yenə də mən atdım.