Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Palçıq haqqında dastan

Bir cüt ayaqqabının söhbətindən

- Bilmirəm yadında olar, ya yox, küçələrimiz təmiz olardı. Ayaqqabıların rəngi bilinərdi.
- Nağıl danışma, sən Allah! Nə vaxt olub elə şey, özü də Bakıda?
- Niyə elə deyirsən, mən Bakı haqqında sənədli filmə baxanda bəs sən hardaydın? Orda küçələri suyla yuyurdular, asfalt elə parlayırdı ki, elə bil güzgüdü. Şəklin düşürdü səkiyə…
- Onda biz səninlə hələ ki, hansısa heyvanın dərisində gəzirdik. O vaxtlar sən yadıma gəlmirsən?
- Hə, bizi sonradan cütlədilər. İndi ikimiz də bir taleyin sahibiyik, tullayanda da birlikdə tullayacaqlar bizi.
- Belə getsə, çox tezliklə söhbətimizi zibillikdə davam eləyəcəyik səninlə. Sahibimizi qınamıram, o bizə yaxşı baxır. Hər axşam evə gələndə yaramaz görkəmimizə başını bulayıb bir xeyli nırçıldayıb iyrənə-iyrənə bizi vanna otağına daşıyır.
- Mənim də bu prosesdən çox acığım gəlir. Neynəsin, bizi suyun altında şırhaşırla yumasan, bu murdar palçıqdan qurtulmaq olmur. Zəhrimar elə yapışır sənə, elə bil …
- E…, fərli şeydən danış! Eşitmiş olarsan, xaricdə yaşayan ayaqqabılar palçıq nədi ki, heç bilmirlər ki, toz nə olan şeydi.
- Məzələnirsən mənimlə, tozsuz şəhər olar? Burda səhər təmizlənib çıxırsan, axşama bir nəfər də ayırammaz ki, əzəldən nə rəngdə olmusan.
- Bulirsən, məndə komplekslər əmələ gəlib. Yeri gəldi-gəlmədi utanıram. Kimsə üzümə baxarsa,xəcalətdən ölürəm.
- Palçıq yaxılmış sifətindən utanmayasan, neynəyəsən? Amma bil, insanlar deyir ki, düşmən ayağa baxar. Heç utanıb eləmədən buldur-buldur bax gözünün içinə.
- Dilim olsaydı,deyərdim, a gədə, nə baxırsan, palçıqlı ayaqqabı görməmisən?
- Düzdür də, bu şəhərdə istər kənarda, istər mərkəzdə yaşayan adam olsun, palçıqdan qurtula bilər? Ayağını kandardan qırağa qoymamış murdarlar yapışırlar səndən.
- Yadındadı, şəhərin mərkəzinə getmişdik səninlə? Evə gələndən sonra sahibimiz nə qədər deyindi. Gülməkdən uğundum e… Amma dediklərini zəhləmgetmiş palçığa ünvanlamamışdı nədənsə?…
- Palçıq nədi ki, mənim dərdim tapdanmaqdı. Burnumu görürsən, bax da! A…, səndə də elədi? Nə qədər tapdanarlar, nə qədər əzilərlər axı?!
- Ürəyini sıxma, bu günlərdə sahibimizə marşrutda ayaqlarını gizləməyin yollarını öyrədirdilər. Bir qulağımla eşitdim ki, istəyirsənsə, tapdanmayasan, ayaqlarını toyuq kimi altına yığıb oturmalısan. Yəqin, onda alınar, tez öyrənən adamdı.
- Deyirəm ki, hamısı milli köklərdən aralanmaqdandı. Babalarımız çarıq geyərdi axı, dermantin ayaqqabı yox! Çarıqların yuxarıya baxan burnunu bir köpəkoğlu tapdaya bilməzdi. O cür ənənələr qoyub gediblər bizə. Babalar yaxşı bilirdi ki, bu millət tezliklə təmizliyə çıxan deyil!
- Elə demə, rəfdə düzülmüş ayaqqabılar çox gözəl görünür. Parıldayan burunlarıyla adama elə bil acıq verirlər.
- Cavandılar, həyatı tanımırlar. Qırıq asfaltda gəzməyiblər, palçığın cənginə düşməyiblər, aeroport tolkuçkasında basabasa girməyiblər…
- Amma yadına sal, biz də bir elə qoca deyilik səninlə.
- Dabanımız yeyilib, burunlarımız ağarıb, bağlarımız qırılıb. Bundan o yana nə olmalıdı ki? Altlığın aralanmağını gözləyirəm, qulağımızdan tutub atacaqlar zibilliyə.
- Uy, uy… Deyirsən, heç ustaya da aparmaz bizi. Axı sahibimizi çox qorumuşuq!
- Heç bilirsən ki, xaricdə ayaqqabı ustası, pinəçi nədi heç bilmirlər?
- Belə vəfasızlıq olarmı? Ayaq altda qalırsan, sahibinin çulunu sudan çıxarırsan, sonra səni ustaya da aparmırlar. Yenə də sağ olsun bizimkilər…
- Noolsun, pinəçiyə qız verməyi ki, sevmirlər. Dilim olsaydı, anladardım onları, nə qədər ki, şəhərdəki palçığı qurudub tozu, zibili təmizləməyiblər, pinəçilər cəmiyyətin ən lazımlı zümrəsi olacaq. Qoy onlar da evlənib özü kimi pinəçilər yetişdirsin. Onsuz da şəhər tezliklə abadlığa çıxan deyil.
- Heç əyalətdən danışmırsan? Deyirlər ki, orda camaat qaloşdan çıxmır. İndi toy-nişan qaloşları da buraxıblar.
- Adam söhbəti elə, sən canın… Bilirsən, mənim də arzum var. Sahibimiz içib gələndən sonra bizi evin ortasında çıxarmışdı, yadında olar?
- Belə şey heç unudular?
- Onda televizorda gördüm ki, bir kişi ayaqqabını çıxarmadan içəri keçdi, ayaqlarını cütləyib stolun üstünə qoydu. Gözümün ucuynan xarici ayaqqabının altına baxdım, elə təmiz idi….
- Bax elə buna görə də səni kandarda çıxarırlar, abırsız
!