Əlinin
içini gizlədənlə alver eləmək düzgün deyil
Əsəbləşəndə
«əlimin içindən gəlir» deməyən, hansısa məsələdə peşəkarlığını
vurğulayanda «ovcumun içi kimi bilirəm», başqasının xarakterinə
bələdliyini çatdırmaq istəyəndəsə «ovcumun içi kimi tanıyıram»
ifadələrini işlətməyən adam çətin ki, tapıla. Çünki əl
insanın ən çox ərk elədiyi, ən çox güvəndiyi və ən çox
da əmr elədiyi hissəsidir. Şəkil çəkməyi, yazı yazmağı,
hissləri vərəqə köçürməyi bacaran əl insanın daxili aləminin
güzgüsü də ola bilər.
Xiromantiya
(yunanca «xeyr» əl, «mantiya» fala baxmaq deməkdir) elmi
iki hissədən ibarətdir. Biri «Sheirognomi», o biri «Cheiromansy»
adlanır. Xiroynomika əlin formasından xiromantiya isə
ovucdakı xətlərdən bəhs edir. Birinci hissədən başlayaq.
Məhəmməd
peyğəmbərin də əli möhkəm olub
İnsanlar
görüşəndə əl tuturlar. Xiroqnomikadan baş çıxaran adam
bu zaman həmsöhbətin istiqamətini də müəyyənləşdirə bilər.
Əl tutan kimi əlin özünü bürüzə verən keyfiyyəti, yəni
bərk, yaxud yumşaq olması artıq sahibinin xasiyyətindən
danışmağa başlayır. Yumşaq, sümükləri sanki ətin içində
itib-batan əllərin sahibi gününü xəyallar içində keçirir.
Onlar gözəllik aşiqi, şer və sənət məftunu olsalar da,
ətraflarında bu ruhda bir mühiti yaratmağa qadir deyillər.
Çox vaxt qadınlara şer yazsalar da, onu ünvana göndərməyə
cəsarət eləmirlər.
Yay
kimi elastik, yumşaq və qıvraq əl, iş adamlarına xasdır.
Güzəranı ağır işlərdə keçən adamların (fəhlələr, kəndlilər)
əli polad kimi bərk olur. Amma insanların əksəriyyətinin
əli nə yumşaq, nə də bərkdi. Yəni orta həddə. Xiroynomika
mütəxəssisləri bunu suyun axmasıyla müqayisə edirlər.
Sürətli axar su bir damcını da yerdə qalmağa qoymur. Sakit
su isə gölməçəyə yığılıb torpağı da çürüdür. Eyni proses
əldə enerji daşıyan mayelərdə də baş verir. Əl yumşaq
olanda bu enerji toxumalara yığılıb hərəkətsiz qalır.
Möhkəm əl isə enerjini tez ötürür. Möhkəm əl sahibləri
enerjini tez ötürür, piyada gəzməkdən çəkinmir, lazım
gələndə axına qarşı üzməyi bacarırlar. Deyirlər, Məhəmməd
peyğəmbərin də əli çox möhkəm olub. O, cadırını özü qurarmış,
çarığını özü tikərmiş, heç vaxt bekar qalmaz, dincliyin
nə olduğunu bilməzmiş.
Əlini
gizlədən fikrini gizlədir
Əlin
içi insanın iç dünyasından, üstü həyatının zahiri, görünən
tərəfindən danışır. Adamlar var ki, əlinin üstü ağır həyat
tərzindən kobudlaşıb. Ola bilsin, onlar cəmiyyətdə də
kobud adam təsiri bağışlayır. Amma bu cür əldə ovucun
dərisi yumşaq, hamar və nazikdirsə, bu artıq o deməkdir
ki, onun sahibinin zahiri kobudluğu arxasında incə daxili
aləm gizlənir. Bəzən əksinə, əlin üstü zərif, içi qaba
olur ki, bu da zahiri alicənablığın arxasında daxili kobudluğun
gizləndiyindən xəbər verir.
Qərb
xiromantları Şərq adamlarından danışanda əllərini gizlətmək
adətini qeyri-səmimilik ikmi qəbul edirlər. Əslində bu,
şərqlilərin öz daxili aləmlərini sərgiləməyi sevməməsindən
irəli gəlir.
İnsan
danışanda tez-tez əlinin içini göstərirsə, ona inanmaq
olar. Alver vaxtı əlinin içini gizlədən adamla sövdələşmək
düzgün deyil, çünki o, həqiqəti gizləyir. Barmaqları yarıaçılı
vəziyyətdə gəzənlər də ehtiyatlı və nəfsini qoruya bilən
adamlardı. Əlləri, qolları sallaq adamlar iradəsiz olurlar.
Onlar sirsaxlayan deyillər. Yeriyəndə əllərini yanına
salmış adam yumruğunu sıxıbsa, deməli, əsəbidir, öz məqsədinə
çatmağa tələsir, irədəlidir. Bəzən davakar və macəra axtarmağa
meylli adamlar da bu cür yeriyirlər. Əllərini cah cibinə
qoyan, gah qalstukunu oynadanlar bir qayda olaraq özlərinə
nəzarət edə bilməyənlərdi. Onların həyatda aydın məqsədi
yoxdu. Napoleon kimi əllərini arxasında qoşalaşdırıb gəzənlər
öz işlərinə hədsiz dərəcədə aludə olanlardır.
Düyünlü
barmaqlar düyünləri açmaqçün yaranıb
Əlin içiylə barmaqlar
arasındakı nisbətin də rolu böyükdür. Ovucun içi barmaqlardan
uzun olanda əldəki xətlərin sayı az olur. Bu cür barmaqların
intellektual baxımdan bəxti o qədər də gətirməyib. Həssaslıqları
da zəifdir. İnstiktiv həyata qapıldığından elmə, incəsənətə
maraq göstərmirlər.Konusa
bənzər əli olanlar çox hissiyyatlı, qanacaqlı, fərasətli
və zehinlidirlər. Tez hirslənirlər və tez də sakitləşirlər.
Başqa sahələrdə çalışanda da incəsənətə, rəsssamlığa pərəstiş
edirlər. (şəkil 1).
Malakeşə
oxşayan əllərin sahibi çox narahat və işləkdir. Hər bir
çətinliyin öhdəsindən gələ bilər. Onların barmaqlarının
ucları çox iri olur. Belələrindən tez-tez görkəmli ixtiraçı,
mühəndis, tədqiqatçı və ya idmançı çıxır. Onlar dava-dalaşa
həmişə hazırdılar (şəkil 2).
Əllərinin
içi iri olanlar hər şeyə şübhəylə yanaşırlar. Əlinin içi
kvadrat şəkilli olanlar isə səliqə-səhmanı seviri, qanun-qaydalara
riayət edirlər. Onlara etibar eləmək olar.
Barmağı
düyünlülər elə bil bütün dünyanın düyünlərini açmaqçün
yaranıblar. Belə düyünlü əlləri «fəlsəfi əl» adlandırırlar.
Onlar ancaq elmə inandıqlarından uydurmalara, qeyri-elmi
əsaslandırmalara nifrət edirlər. Onların qələmindən çıxan
əsərlər çox dolğun olur, təcrübi sübutlara əsaslanır (şəkil
3).
Ensiz,
nazik əl «fəlsəfi əl»in tərsidir. Belələri xəyalpərəst
və idealistdirlər. Fiziki cəhətdən zəif olsalar da, hamının
qayğısına qalmağa özlərində güc tapırlar. Ali hissləri
yüksək qiymətləndirir, hər cür gözəlliyə pərəstiş eləyir
və hakimiyyətə can atırlar (şəkil 4).
Baş
barmağın dastanı
Nyuton
deyirdi ki, dünyada heç bir sübut olmasaydı belə, təkcə
baş barmaq məni Allahın mövcudluğuna inandıra bilərdi.
Qədim Romada baş barmağın yuxarı qalxmağı və ya aşağı
eqməyi insanların müqəddəratını həll eləyirdi, insanın
edama və ya əfvə aparırdı. Biz də kefikök vaxtımızda,
işlərin əla getdiyinə işarə vuranda baş barmağımızı qaldırırıq.
Xiroqnomikada baş barmaq şüurlu iradə, təfəkkür və qətiyyət
rəmzidir, yəni şəxsiyyəti tam xarakterizə edə bilər.
Beş
barmağın beşi də bir deyil. İyerarxiya var və bu «piramida»nın
başında baş barmaq dayanır. Əldə hakimiyyət baş barmağın
əlindədir. Yerdə qalan barmaqlar ona tebedir. Baş barmaq
güclü olanda qalan barmaqların da qüvvəsi artır. Baş barmağı
güclü olan şəxs iradəli və əxlaqlı sayılır. O, hissiyyata
qapılmır və ağıllı hərəkət eləyir. Təbiətən hökmlü olduğundan
rəhbərlikçün yaranıb. Çox vaxt tarix elminə, macəraya,
siyasətə, hərbə meyl göstərir. Maddi cəhətdən xeyrini
güdən olur. Baş barmağı zəif olanlar çox nadir halda ağılla
hərəkət edirlər. Baş barmağı kiçik və zəif olanlar tabeçiliyi
xoşlayırlar. Amma onlar həm də mütaliyə aşiqidir, şerə,
eşq-məhəbbətə biganə deyillər, sənət və gözəllik vurğunudurlar.
Əqli
cəhətdən qüsurlu doğulan uşaqlar, anadangəlmə psixi xəstələr
dünyaya ya baş barmaqsız gəlir, ya da onların baş barmağı
hədsiz balaca və heysiz olur. Epilepsiya xəstələrində
ürəkkeçmədən qabaq əvvəlcə baş barmaq qıc olur. Bəzən
insan ölən ayaqda baş barmağını o biri barmaqlar arasında
gizlədir. Qəribədir ki, İtaliyanın Neapol şəhərində gözdəymədən
qorxanlar da baş barmağını beləcə gizlədirlər.
Baş
barmağın oynaqları
Baş
barmağın bütün sirrlərindən agah olmayçün onun hər bəndinin,
oynağının funksiyasını bilmək lazımdır. Birinci oynaq.
Yəni dırnaq olan hissə «ruhi dünya» adlanır və iradəyə,
təşəbbüsə, ikinci oynaq «fikir dünyası» adlanıb məntiqə,
şüura cavabdehdir. Biləngəcən gedib çıxan üçüncü bənd
isə «maddi dünya» adlanır və maddi dünyaya cavabdehdir.
Baş barmaq öz mövqeyinə görə əsgərlərə əmr vermək üçün
hazır vəziyyətdə durmuş zabitə bənzəyir. Baş barmağın,
eləcə də başqa barmaqların birinci -dırnağa bitişik oynağı
sanki insanlara çatdırmaq istəyir ki, iradə hər şeydir.
Ona görə də birinci oynağı uzun və güclü olanlar özünə
güvənən və hər şeydə kamilliyə can atan olurlar. Bu oynağın
lap uzun olması artıq tiranlıq əlamətidir. Orta ölçülü
birinci oynaq sahibinin hakimiyyət arzusundakı tərəddüdlərdən,
bəzən başqalarının təsirinə düşdüyündən, özünə qarşı tənqidi
münasibətindən xəbər verir. Əgər birinci oynaq lap qısadırsa,
deməli, sahibi müqaviməğə qadir deyil, özünü taleyin iztiyarına
buraxıb.
İkinci
oynaq, dediyimiz kimi məntiq və şüuru, həyata baxış bucağını
bildirir. İkinci oynaq uzun və möhkəmdirsə sahibinə güclü
məntiq və ağıl bəxş edir, qısadırsa, əksinə.
Üçüncü
oynaq əslində ovucun çox vacib hissəsidir və böyük-kiçikliyindən
asılı olmayaraq hissləri və cismani sevgini təmsil eləyir.
Birinci oynağın
güclülüyü iradənin göstəricisidir. Ancaq ikinci oynaq
kiçikdirsə, bu artıq həm də məntiqdə geriqalmadan xəbər
verir. Belə adam nəyin bahasına olursa olsun hakimiyyətə
can atacaq (şəkil 5).
Məntiq və iradə
oynaqları bərabərdisə və baş barmaqla başqa barmaqların
arasında harmoniya pozulmayıbsa, insan məşsədinə çata
bilər (şəkil 6). İkinci oynağın birincidən böyük olan
şəxs daha şüurlu və məntiqlidir. Amma o, həyata keçirə
bilməyəcəyi qeyri-real planlar qurur. O, başqalarıyçün
gözəl məsləhətçi ola bilər, amma özü həyatda çox az
şeyə nail olacaq (şəkil 7). Baş barmağın kökü çox inkişaf
eləmiş adam həyatının məqsədini hisslərlən və sevgidə
görür. Buna hələ bir uzun birinci oynaq da (yəni iradə)
qoşulsa, o, bütün bəşəriyyəti sevəcək. Ruhanilər arasında
«məhəbbət oynağı» daha çox inkişaf eləyir.
Üçüncü
– hiss oynağı inkişaf edən, amma birinci – irədə oynağı
zəif olanlar öz hisslərinə hakim deyillər. Həyatda yolunu
azmış insanların, yüngül qadınların ilk iki oynağı qısa,
üçüncü oynağı isə çox inkişaf etmiş olur.
Baş
barmağın elastik, yoxsa hərəkətsiz olmasının da rola var.
Şaquli vəziyyətdə tutulan barmaq bir balaca arxaya meylli
olmalıdır. Geriyə qanrılıb az qala biləngə çatan barmağın
sahibi yarınmağa meylli olur. Barmaq geriyə heç meyl eləmirsə,
sahibinin şəraitə uyğunlaşmağı bacarmamasından xəbər verir.
Bircə
baş barmaqda üç dünya – iradə, məntiq və hissiyyat var.
Onların üçünü də tapıb bir-birinə uyğunlaşdırmaqla nəticə
çıxarmaq lazımdır. Baş barmağın yeri həmişə yuxarıda olsa
məsləhətdir.
Gülnarə
Rəfiq