Bir-birini
təkrarlayan iki əl yoxdu
Tarixin
bütün dövrlərində ələ güc və qüdrət simvolu kimi baxıblar.
Xiromantiya sözünün kökündəki «xeyr»(latınca əl deməkdir),
«xeyrov» sözündən əmələ gəlib. «Xeyrov» tərcümədə əmr
etmək, işğal eimək mənasını verir. Qədim insanlar əli
insanla göy arasında, insanla cəhənnəm arasında vasitəçi
sayırdılar və onun sayəsində ruhları köməyə çağırırdılar.
Ruhları köməyə çağılmağa «xeyrotoviya» deyilir. Qədim
təsəvvürlərə görə magik möhür olan əli oxumaqla o biri
dünyadan yardım almaq mümkündü.
İnsan
kainatın təkrarıdır, özü kiçik bir dünyadır. Əlsə insanın
təkrarıdır, onun fəaliyyət mikrokosmudur. Xiromantların
fikrincə , əl həm də kainatın sirrlərini oxumaqçün bir
vasitədir.
Ən
vacib planetlər
Xirpomantiya
elmi astrologiya ilə sıx bağlıdır. Xiromantiyada Merkuri,
Venera, Mars, Yupiter və Saturn ən vacib planetlər sayılır.
Uran isə Günəşdən çox uzaq olduğuna görə insan üzərində
hakimiyyətini itirmiş sayılır. Başqa planetlərin, sonradan
kəşf edilmiş yeni planetlərin də Yerə təsiri cüzi olduğundan
xiromantiyada nəzərə alınmır. Ay öz kiçikliyinə baxmayaraq
bizə möhkəm təsir göstərir, çünki Yerə yaxındır. Günəşə
gəldikdə isə heç kim onun qüdrətini dana bilməz.
Hər
əlin öz redyefi var.
Əlin
hər bir barmağı üç dünyaya – mənəvi, əqli və maddi dünyalara
bölünür. Bircə baş barmaq ayrıca təhlil edilir. Çünki
baş barmaq iradə, məntiq və sevgini özündə birləşdirən
həyat mənbəyi sayılır. Qədim xiromantlar baş barmağın
Mars və Veneranın tabeliyində olduğuna inanırdılar.
Gəlin
ovcumuzun içinə nəzər yetirək. O, hamar deyil, çökəyi,
təpəciyi, qabarı var. Yəni özünəməxsus relyefə malikdir.
Hər bir insanın ovcundakı həmin relyef əlin içindəki xətlər
kimi təkrarolunmazdı. Hazırda Qərbdə nüfuzlu ofislərin
girəcəyində qapıçı əvəzinə işçiləri ovuc relyefinə uyğun
olaraq «yad»lardan ayıra bilən xüsusi aparatlar qoyulur.
Bir
təpəcik bir planetdir.
Şəkil 2
1. Yupiter
təpəsi
2. Saturn təpəsi
3. Apollon və ya Günəş təpəsi
4. Merkuri təpəsi
5. Venera təpəsi
6. Ay təpəsi
7. Mars təpəsi
Hər
barmağın kökündə (qabar yerində) təpəcik yerləşir. Hər
təpəcik müəyyən planetlə münasibətdədir, həmin planetin
xeyirli, yaxud mənfi təsirinə məruz qalır. Planetlərin
təsiri təpəciyin nə dərəcədə inkişaf etməsindən asılıdır.
Yupiter - alicənab məğrurluq və ya lovğalıq, Saturn -
yaxşı və ya pis tale, incəsənətə, var-dövlətə həvəs, Merkuri
– iradə və ya qəddarlıq, Ay – təxəyyül, yaxud dəlilik,
Venera - sevgi və ya ehtiras əlamətidir. Əgər bu tərəciklər
yerindədirsə, aydın mənzərə nəzərə çarpırsa, deməli öz
planetinin keyfiyyətlərini dolğun ifadə edir. Əgər təpəciklər
balacadırsa arıtq bu, həmin keyfiyyətlərin ya zəifliyindən,
ya da ümumiyyətlə yoxluğundan xəbər verir. Təpəciklərin
yeri batıqdırsa, artıq bu, tamam zidd keyfiyyətlərin varlığından
danışır. Təpəciklər öz yerində deyilsə meyl elədiyi təpəciyin
xasiyyətini də özündə cəmləyir. Həddən artıq qabarıq təpəcik
öz planetinini spesifik xüsusiyyətinin bu əlin sahibində
ifrat dərəcədə inkişaf eləməsindən xəbər verir və mənfi
hal kimi yozulur. Qeyd edək ki, əlin içindəki xətləri
məhz təpəciklərə münasibətdə təhlil edirlər.
Yupiterin
məcrasını aşması təhlükəlidir
Əldə
Yupiter təpəsi şəhadət barmağının kökündə yerləşir. Yupiter
bütpərəstlərdə allahların şahı sayılır. Ona görə də istiqamət
göstərəndə, yaxud kimisə hədələyəndə şəhadət barmağını
işə salırlar. Yupiter təpəciyi dindarlıq, məğrurluq, şan-şöhrət,
şənlik, təbiətə vurğunluq, xoşbəxt ailə, uğurlu sevgi
münasibətlərini bildirir. Həddindən artıq iri Yupiter
təpəciyi mövhümatldan, məcrasını aşan məğrurluqdan, nəyin
bahasına olursa olsun hökmranlıq etmək, seçilmək, hamıdan
fərqlənmək meylindən xəbər verir. Yupiter təpəciyi görünmürsə,
onda belə adamın tənbəl, inamsız, yetərincə alicənab olmadığını
guman etmək mümkündü.
Qəmgin
Saturnun yoxluğu bədbəxtlikdi
Saturn
təpəciyi orta barmağın kökündədi. Saturn çox qəmgin pllanetdi,
obrazlı desək, taxtdan salınmış, qovulmuş allahdı. Əldəki
Saturn təpəciyi insanın müstəqillik göstəricisidir. O,
uğur, müdriklik, hikmət bəxş eləyə bilər. Normal «Saturnu»
olan adamlar bir qədər qəmgin gəzib dolansalar da, fəlsəfəni
sevir, musiqi və incəsənətlə maraqlanırlar. Həddən artıq
inkişaf etmiş Saturn təpəciyi qəm-qüssə, təkliyə canatım,
dindarlıq, gələcək sarıdan qorxu hissi, kin, vicdan əzabları,
bəzən özünəqəsd meyli deməkdir. Bu təpəciyin heç olmaması
bədbəxt və solğun həyatdan danışır.
Apollonun
yeri incəsənətdir
Apollon
və ya Günəş təpəciyi adsız barmağın kökündədir. Apollon
gözəl və alicənabdır, O, incəsənət allahıdır. Ona görə
bu barmağa nişan üzüyü taxırlar. Apollon incəsənətə meyl,
uğur, dahilik, ümid, ruhi sakitlik və zənginlik gətirə
bilər. Həddən artıq qabarıq Apollon təpəsi qanunpərəstliyə,
təmtərağa, zənginliyə və məşhurluğa meyldən, bəzən (xətlərin
quruluşundan asılı olaraq) kasıblıq, həyasızlıq, itancaqlıq,
oxu daşa dəyəndə tərslik, səfehlik, boşboğazlıq, paxıllıq
və yalançılıq kimi müxtəlif və ziddiyyətli keyfiyyətlərdən
xəbər verir. Təpəciyin olmaması maddi həyatla qənaətlənmək,
incəsənətə etinasızlıq, yeknəsəq, tutqun həyat əlamətidir.
Merkuri
gözəl elçidir
Merkuri
təpəciyi çeçələ ğarmağın kökündədir. Merkuri allahların
yerə göndərdiyi zərif və gözəl elçidir. Merkuri işarəsindən
magiyada çox istifadə edilir. O, göydən yerə enmiş işığın
simvoludur. Merkuri planeti çətin elmlərə, əlçatmaz aləmlərə,
mürəkkəb əqli işə, natiqliyə, iri ticarətə, sənayedə ixtiraçılığa,
bir sözlə adi həyat çərçivələrindən çıxan hər şeyə maraq
oyadır. Merkuri həm də oğruların allahıdır. Həddən artıq
qabarıq Merkuri təpəsi oğurluq, yalan, ikiüzlülük, ajiotaja
meyllilik, müflislik və krediti batırmaqdan ehtiyatlanmamaq
əlaməti də ola bilər. Merkuri təpəsinin olmaması elm və
ticarətdən baş çıxara bilməməyin göstəricisidir. Merkuri
təpəciyinin üstündə xırda şaquli xətlər varsa deməli onun
sahibi anadangəlmə həkimdi və tək bədənin yox, qəlblərin
də məlhəmini bilir.
Bunu
da bilməli
Barmağın
kökündə yerləşən təpəciklər çox vaxt öz yerindən bir az
o yan- bu yanda olur. İnsanların əksəriyyətində barmaqların
kökündə 4 yox 3 təpəcik görünür. Təpəcik meyl elədiyi
tərəfdə yerləşən o biri təpəciyin keyfiyyətlərini də özündə
cəmləyə bilir.
Mars,
Ay və Venera maddi dünyaya cavabdehdi
Barmaqların
kökündən başqa ovucun aşağı hissəsində maddi dünyaya cavabdeh
olan üç təpəcik də var: Mars, Ay və Venera təpəciyi.
Mars
müharibə allahıdır. O, cəsarət, soyuqqanlılıq, sədaqət,
müqavimət və lazımi vaxtda məqsədyönlü hərəkət qabliyyəti
aşılaya bilir. Bu təpəciyin həddən artıq qabarıqlığı kobudluq,
qəzəb, haqsızlıq, qəddarlıq, qana susamaq, mübarizəyə
meyllilik, böhtana, duelə həvəsi bildirir. Təpəcəyin heç
olmaması impulsivlik əlamətidir. Mars təpəciyi bitən kimi
ondan aralanmamış Ay təpəciyi başlayır. Ay təpəciyi baş
barmağın əks tərəfində ovucu bitirir. Ay bakirə Diananin,
gümüş oxlu Febin simvoludur. Xiromantiyada Ay həmişə dənizi
bildirir, həm də inadkarlıq obrazıdır. Ay zəngin təxəyyül,
melanxoliya, sentimental hisslər, xəyallar, musiqidə harmoniya
axtarmaq, başqa dünyalara, sirlərə doğru can atmaq deməkdir.
Həddən artıq qabarıq Ay təpəsi inad, əsəbilik, heç nədən
ümidsizliyə qapılma, daimi narahatlıq, nalayiq arzular,
fanatizm, miqren ağrıları gətirə bilər. Təpəciyin heç
olmaması idealların cılızlığıından, quruluqdan xəbər verir.
Venera
təpəciyi Ay təpəsiylə birlikdə ovucun yarısını tutur.
Venera böyük barmağın kökündədir. O, iri bir xətlə ovucdan
ayrılıb. Buna həyat xətti deyirlər. Çünki həyat sevgi
üzərində bərqərardır, Venerasa məhəbbət simvolu, gözəllik
allahıdır. Venera incə musiqi duyumu, rəqsdə zəriflik,
özünü bəyəndirməyə, sevgiyə ehtiyac, gözəl və kamil formalara
vurğunluq, əliaçıqlıq və ləzzətə meyl gətirə bilər. Həddən
artıq qabarıq Venera təpəciyi pozğunluq, həyasızlıq, yüngüllük,
səbatsızlıq və tənbəllik əlamətidir. Təpəciyin olmaması
soyuqluq, eqoistlik göstəricisidir.
Təpəciyin
rəngi qaçmamalıdır
Əgər
təpələrin biri qalanlarından çox iridisə, bu, bir planetin
xüsusiyyətlərinin aparıcı olmasından xəbər verir. Təpələrin
üstündəki şaquli xətlər ikidən artıqdısa, eyni zamanda
üfüqi xətlərlə kəsişirsə, deməli öz planetini zəif ifadə
edir. Təpəcik rəngi qaçmış, ağarmış yox, çəhrayı olmalıdı
ki, güclü sayılsın.