İnsan
öldüyü an ovcunun içindəki xəttlər silinir
Biz
taleyə, qismətə baş əyəndə «alnıma yazılıb» deyirik. Amma
hindlilər «ovcuma yazılıb» deyirlər. Bu ifadənin Hindistanda
bir neçə minillik tarixi var. Çünki xiromantiya, yəni
əldə fala baxma Hindistanda doğulub. Sonra başqa Asiya
ölkələrinə, Aralıq dənizi ətrafına, Çinə yayılıb. Amma
xirpomantiya yunan sözüdür, «xeyr» - əl, «mantiya»- fala
baxmaq deməkdir.
«Xiromantiya
elmdi, yoxsa xürafat?»
Bu
suala savab vermək o qədər də asan deyil. Çünki burda
söhbət taleyin, müqəddəratın, xəstəliklərin hamısının
əllərin içində yazıldığından gedir. Amma xiromantiyanın
əsrlərdən bəri uzanan nailiyyətlərini inkar eləmək də
olmur. Dünyanın ağıllı kişilərindən Pifaqor, Aristotel,
Platon, Qalen, İbn-Sina, Yan Furkinson da xiromantiyaya
inanıb onunla məşğul olublar.
Fizioloqlar
bu nəticəyə çoxdan gəliblər – bütün canlıların bədən quruluşu
onların instinktinə uyğun biçilib. Bu o deməkdi ki, həmin
bədən quruluşunu öyrənməklə onların instinktlərini də
öyrənmək olar. Qədim insanların «işarə», «eyham» adlandırdığı
formalar təkcə sifətdə, kəllə sümüyündə deyil, bütün bədən
boyu düzülüb. İnsan xasiyyətini o cür gözəl ifədə etməyi,
qələm tutub yazmağı, hisslərini vərəqə köçürməyi bacaran
əl özü insanın daxili aləminin güzgüsü ola bilər.
Balzak
yazırdı: «Əgər Allah hər bir insanın gələcəyini üzündə
yaza bilir və bəzi insanlar bu məlumatı oxumağı bacarırsa,
əl, ovucun içi sifətin demək istədiyinə nöqtə qoya bilməzmi?
Axı, əl insan hərəkətlərinin hisslərinin dolğun, bəlkə
də yeganə ifadəçisidi». İnsanın keçmiş və gələcəyini oxumaq
yalnız öngəgörənlərin, vergili insanların bəxtinə düşübsə,
əl izləri əsasında hər birimiz çox şey öyrənə bilərik.
Yəni öncəgörənlər kimi ekstaza gəlib hər hansı görünməz
qüvvəyə, duyulmaz dünyaya müdaxilə eləmədən də informasiya
almaq olar. Xiromantiyanı öyrənmək mümkündüsə, deməli
o, elmdi.
Əl
izi ana bətnində yazılır
Hamının
əlinin içində xətt, düyün, müxtəlif rəsmlər var. Hər birimiz
öz ovcumuza xiromantiya haqqında eşitməmişdən əvvəl, bəlkə
də körpə vaxtı «çumur-çumur» oynayanda baxmışıq. Amma
alimlər deyir ki, ovcumuzdakı rəsmlər daha tez, yəni doğulmamışdan
əvvəl əmələ gəlir. Ana bətnindəki 18 həftəlik uşağın barmaq
izlərini götürmək olar və bu izlər ömür boyu dəyişməz
qalır. Papilyar xəttlərin naxışı, unikal qravür kimi ömürlük
vizit kartına çevrilir.
Yəqin
hamını maraqlandırar: əlimizdəki xəttlərin müəllifi kimdir?
Qərb xiromanitları «yazıya poxu yoxdur» deyən müsəlmanlarla
razılaşmırlar. Onların fikrincə, qəzavü-qədəri, insanı
gözləyən bədbəxt hadisələri qabaqcadan görməklə təhlükədən
nisbətən yan keçmək olar. Qərb xiromantları xiromantiyanın
insan taleyində rolunu rəsədxana, yaxud metereoloji xidmətlə
müqayisə edirlər. Necə ki, dənizdə 8 gün sonra gözlənən
tufandan xəbər tutan dənizçilər səbrlərini basıb sahildə
gözləyirlər, o cür də gələcəyindən xəbər tutan insan onunçün
təhlükəli vaxtlarda «sahildə» lövbər salsa, axırı yaxşı
ola bilər. Metereoloqların göstərdiyi 8 gün də gələcəkdir.
Gələcəyini bilən insan günah işlətmir, sadəcə ehtiyatlı
olmağı öyrənir.
Fəhlənin
ovcunda üç xəttdən başqa heç nə olmur
19-cu
əsrin sonunda londonlu təbib Bentley insan bədənindəki
sinirləri elektrik teleqrafına, arteriyyaları dəmir yoluna
bənzədirdi. Çünki bu kanallarla bədənin künc-bucağına
(əyalətlərə) məlumat və enerji daşınır. Onda beyin (paytaxt)
bu enerji və məlumatları toplayan informasiya çəninə bənzəyir.
Qəlbin, ruhun 4 agenti – görmə, eşitmə, dadbilmə və iybilmə
duyğularının hamısı beyində mərkəzləşib. Təkcə beşinci
hiss orqanı (lamisə) əsas kompüterdən uzaqdadı. Amma bu
demək deyil ki, onun beyində əlaqəsi başqa hiss orqanlarından
zəifdi. Fizioloqlar deyir ki, əgər barmaqlar hərəki duyğularla
bağlıdısa qızdıranda istiləşən, həyəcanlananda tərləyən
ovucun içi birbaşa ruhi vəziyətlə əlaqəlidi. Dörd hiss
orqanından hər biri öz məlumatını beyinə göndərir, amma
onlar sanki bir-birindən təcrid olunmuş vəziyyətdədi.
Əllərsə hər bir hiss orqanıyla münasibətdədi və onların
funksiyasını özündə cəmləyə bilər. O, lal-kar «dilinə»
də çevrilə bilər.
Beşinci
hiss orqanı beyinin, ən vacibi isə fikrin əmrlərini yerinə
yetirir. Təbiətdə dünyanın ən möhkəm predmeti (məsələn
qranit) su damlalarının təsiri altında formasını dəyişdiyi
kimi əl içindəki rəsmlər fikrin, duyğunun təsiri altında
hər gün təzələnir və yenidən yazılır. Bəzi insanlar elə
bilir ki, əldəki qırışlar əllə çox işləməkdən əmələ gəlir.
Amma əllərinə ən çox zəhmət verən fəhlələrin ovcunda əsas
büküşlərdən, yəni hamıya xas olan 3 dərin xətdən başqa
xətt olmur. Peşəsindən asılı olmayaraq hissiyyatlı, duyğulu
insanların əllərinin içində xəttlərin kəsmədiyi bir santimetr
də qalmır. Dünyanın gözəlliklərini duymağı bacaran dəri
məlumatı beyinə göndərdiyi kimi beyin də öz təssüratını,
hiss və duyğularının izlərini ovucun içinə kökürür. Ona
görə də əl insanın tale və duyğularının xəritəsi sayılır.
Hər
irqin öz dəsti-xətti var
19-cu
və 20-ci əsrlərin qovşağında başlanğıcını xiromantiyadan
götürən, ancaq mistika və mövhumatı kənara atıb elm kimi
formalaşmağa başlayan bir sahə əmələ gəldi. Dəridəki rəsmləri
öyrənən bu elm sahəsi dermoqlifika adlandı. Bu adı ona
1926-cı ildə Amerika Anatomları Assosiasiyasının sessiyasında
verdilər. Xiromantiya və dermoqlifikanın hər ikisi eyni
predmeti – təbiətin əliylə nişanlanmış, bəzənmiş insan
əlini öyrənir. Amma onların predmetə yanaşma tərzi fərqlidi.
Dermoqlifika tədqiqatlarını dəri daraqcıqlarına, əl və
ovucu örtən xəttlərə həsr edir. Xiromantiya isə həmin
xətlərin, əl və barmaq quruluşunun verdiyi məlumatlar
əsasında insan taleyini oxumağa çalışır.
Dermoqlifistlər
barmaq izlərinə görə nəinki insanı tapa bilir, hətta onun
hansı irqə, cinsə mənsubluğunu və hansı xəstəliklərə meylli
olmasını da təyin edirlər. Bu sahədə yetişən mütəxəssislərçün
əl izlərinə əsasən avropalı əlini zənci əlindən seçmək
su içimi kimi bir şeydir. Çünki əldəki izlər nə qədər
müxtəlif və fərqli olsa da Yer kürəsinə müəyyən qanunauyğunluğa
tabe olaraq yayılıb. Məsələn avropalılar üçün ilmə şəkilli
xəttlər, Şərq xalqlarına isə düyünlər xasdır. Zəncilərin
əl naxışları avropalılara yaxın olsa da, ovucun relyefi
çox fərqlənir. Çünki zəncilər tamam başqa instinklə yaşayır.
Əldə
atalığı sübut eləyən 60 iz!
İki
nəfərin qan qohumluğunu müəyyənləşdirmək irqlər arasında
qohumluğu təyin eləməkdən daha asandı. İnsan nə qədər
qeyri-adi əl «qravürünə» sahib olsa da, yenə orda öz valideynlərinin
nişanəsini daşıyır. Bu tezisi əsas götürüb tədqiqat aparan
macar alimi Şandor Okryoz əldəki izlərə görə atalığı sübut
edən 60 əlaməti ortaya çıxarıb. Hətta onun tədqiqatlarına
əsaslanan min beş yüz məhkəmə işi də udulub. Hazırda əl
izlərinin tədqiqatı təkcə kriminalistikaya kömək etməklə
məşğul deyil. Ovucun qrafikası xəstəliklərin diaqnostikası
sahəsinə də baş vurur. Bəzən simptomları eyni olan başqa-başqa
xəstəliklərin izi əldə eyni olmadığından, ayrıca, fərqli
işarə qoyduğundan onları qarışıq salmırlar.
Xəstəlik
– ovucun içində
Əldəki
yazıların da hamısı genin işidi. Gen gözün rəngini, saçın
sıxlığını, hətta yanaqdakı xalı müəyyənləşdirirsə niyə
əldəki izləri təbiətin boş vaxtında çəkdiyi təsadüfi rəsmlər
saymalıyıq? Onlar həmin o görünməz genlərin zəhmətinin
nəticəsidir. Gen aparatında nasazlıq olanda orqanizmin
bütün inkişaf proqramı zərər çəkir. Bu vaxt həm də əl
rəsmləri normadan çıxır, naxışlar hamıdakı kimi yox, tamam
başqa istiqamətdə düzlənir. Məsələn, daun xəstəliyinin
ən birinci əlaməti ovucun içinə yazılır. Uşaq bu xəbərdarlıqla
doğulur. Xətlər xəstəlik barədə «çığırsa» da , biz onu
eşitmirik. Hətta kiçik sapmaların izlərini tapıb, yetişməkdə
olan xəstəliyi qabaqlamaq olar.
İnsanın
solu qırmızı- sarı, sağı mavi rəngdədi
Maraqlıdır
ki, insan ölən kimi ovcunun içindəki xətlər yoxu çıxır.
Qolu iflic olmuş, yəni əliylə beyni arasındakı əlaqə pozulmuş
adamların da ovcunun içində heç bir xətt olmur. Yaşanmamış
ömür kimi, yazılmamış kağız kimi… Həqiqətən qəribədi,
beyin insana bildirmək istədiyini niyə onun əlinə yazır?
Bəlkə özü kəllə sümüyünün içindədi, üzün ifadəsi, mimikası
yalan deyə bilər, ona görə? Əlin içi yalan deməz!
Hələ
deyirlər ki, insan bədəninin sol tərəfə müsbət, sağ tərəfi
mənfi enerji ilə yüklənib. İnsanın şüalandırdığı enerjini
görməyi bacaran adamlar sol tərəfi qırmısı-sarı, sağ tərəfi
mavi rəngdə görürlər. Ona görə əlin içindəki rəsmlər də
bir-birindən fərqlənir. Sol ələ keçmiş, Allahın verdiyi
istedad, tale, qismət yazılıbsa, sağ ələ insanın özünün
qazandıqları köçürülür. İki əli müqayisə edib çox qiymətli
nəticələrə gəlmək olar.
Xətlərin
«zümzüməsi» nə deyir?
Həyat
müəmmadır. Biz hardan gəlib hara getdiyimizi də bilmirik,
yaşadığımız zindanın neçə il məhbusu olacağımızı da… Ona
görə ala biləcəyimiz hər məlumatdan saman çöpü kimi yapışırıq.
Xiromantiya isə iddia edir ki, neçə il yaşayacağımızı,
həyat planlarımızı açıqlayacaq, bu barədə keçirdiyimiz
ruhi və cismani narahatlıqdan, gərginlikdən bizi azad
edəcək (?!).
Əlin
xətlərinin qrammofon valının xəttlərinə oxşadırlar. Val
xətlərinin arasından gələn ecazkar səslər kimi əl xətlərinin
arasından da insanın daxili aləminin «melodiya»ları axır
Belə «zümzümə»ni anlamaq və bu aləmdə azmamaqçün onun
xəritəsini öyrənmək lazımdır. Bu «ölkə»nin öz yolları,
körpüləri, dağları və çökəkləri var. Təpəciklər və yollar
barədə gələn yazımızda…
Gülnarə Rəfiq