Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar
Xal
...O xal nə xaldı üzə düzdürmüsən?
Əlsiz-ayaqsız adam görmüşəm, xalsız adamsa heç rastıma çıxmayıb. O boyda bədəndə xal niyə o yeri seçib bəyənib? Niyə balaca ulduzcuqların yerləşdiyi “xəritə” hərədə bir cürdü? Niyə qocalıqda onlar birdən-birə artır, bəzilərində yoxa çıxır? Suallar qalaqlanıb qalıb, cavab verən yoxdu...
Əgər desək ki, iynəbatırmaqla insanı sağaltmaq olar, heç kim heyrətlənməz. Bədəndə bioaktiv nöqtələr var – bir növ kosmosla əlaqə saxlayan antennalardı. Onlara təsir göstərməklə beyinə siqnal ötürüb orqanizmdə müəyyən maddələr mübadiləsinə nail olmaq mümkündür. Çox vaxt xallar və piqment ləkələr məhz bu enerji meridianlarında əmələ gəlir. Ola bilsin, xallar insanın kosmosla enerji və informasiya mübadiləsində bir növ bioloji ötürücülərdir, orqanizmin lazımlı hissəsini təcrid edib xoşagəlməz dalğalardan qoruyur. Ona görə də xalın rəngi, quruluşu, ölçüsü çox önəmli şərtdir. Çünki orqanizmin alaçağı və ötürəcəyi siqnalın tezliyi bundan asılıdır. Əgər bu fərziyyə düzdüsə, onda xalların vəzifəsi orqanizmdə fizioloji və psixi təsirlərdən pozulmuş enerji növlərinin bərpa eləməkdi. Bu qiymətli köməkçilər nə qədər çox olsa deməli, orqanizmin nizamlanma işi də bir o qədər dəqiqliklə aparılır.
Xalıma dəyəmə, dəymə
Bəzən anada gəlmə xallar insanın görkəmini pozur. Belə xaldan can qurtarmaq lazımdımı? Qərarı yalnız insan özü verməlidir. Haqqında danışdığımız nəzərriyyəyə əsaslansaq, xalın aradan götürülməsi onun nizamlandığı hissədə hansısa kəskinləşmə yarada bilər. Misalçün əsəbi adam aqresivləşər, şübhəli adam təqib maniyasından əziyyət çəkər. Kimsə alkoqola, narkotika can atar, başqası həddən artıq seksual aktivliyindən zərər çəkər. Xala dəymək xərçəng təhlükəsi də doğura bilər. Çünki bəzən xalda xərçəng hüceyrələri toplaşır və əl dəyiləndə şişə çevrilir. Dəri xərçəngi isə cavan adamı yarım ilə məhv edir. Avstraliyada günəş radiasiyası normadan çox olduğundan orda yaşayan insanlar ildə iki dəfə bədəndəki xalları müayinə etdirirlər. Orda orta hesabla dörd nəfərdən üçü dəri xərçənginə yoluxur. Vaxtında həkim müayinəsi olarsa, dəridəki ləkəni asanlıqla kəsib götürürlər. Bakıda da günəş radiasiyası çox yüksəkdi. Və nəyiniz olmasa da, xalımız çoxdu...
Xal çox şey deyə bilər
Toxunanda ağrı verən xalları orta asrlərdə “şeytan damğası” adlandırırdılar və bu xalın sahibini məhv edirdilər. Belə fikir yayılmışdı ki, həmin xal insanın keçmiş həyatında magiyayla məşğulluğunun, sadist əməllərinin izləridi. Amma “şeytan damğası” çox nadir hadisədi. Müasir insan bəxtinə düşən belə xala dəyməsə yaxşıdı. Xalın eneji ötürmə funksiyası təsdiqlənsə, çox maraqlı nəticə alınır. Anadangəlmə xalların xəritəsi sahibinin səhhəti haqqında çox şey danışa bilər, təzəcə əmələ gələn xəstəlikləri nişan verər. Şərqdə belə inanc vardı ki, alında xal uzağı görə bilməməyin əlamətidi və sahibinə keşməkeşli tale vəd edir. Boyunda və kəllədəki xal göstərir ki, insan öz səhvlərindən düzgün nəticə çıxara bilmir. Gicgahdakı xal bu günündən baş aça bilən adamları nişan verir. Şərq ənənələrinə görə, alın gələcəyin, boyun keçmişin, gicgah indinin işlərinə işarəsidir. Gözdən aşağıdakı xal öz sahibinin başqa cinslə olan problemlərinin qeybətini qırır. Xallar hələ çox şeylərdən danışa bilər...
Xalını göstər deyim kimsən.
Reinkarnasiya (ruhun təzədən doğulması) fenomeniylə məşğul olanlar maraqlı faktlar aşkalayıblar. Keçmiş həyatını xatırlaya bilən adamlarda ciddi zərbə və ya ölümcül yara vurulan yerdə anadangəlmə xal, ya da ləkələr olur. ABŞ-ın Vircinya universetetinin psixiatrı, professor Yan Stivensonun arxivində üç yüzə qədər belə fakt var. Məsələn, 1953-çü ildə beş yaşlı hindli Ravi Şankar birdən-birə öz kemiş həyatını valideynlərinə danışmağa başladı. O, bir çox məişət detallarını, oyunçaqlarını, atasının adını, işini, hətta onu öldürmüş adamların əsil-nəcabətini və sənətini də yada saldı. Dediyinə görə, onun boğazını çərtib öldürmüşlər. Maraqlıdı ki, Rvinin boynunda 5 santimetr uzunluğunda, 6 millimetr enində xal varmış və bıçaq yarasına çox oxşayırmış.
Rəsmən qeydə alınmış daha bir hal yenə də Hindistanda baş vermişdi. Bu dəfə Titu adlı balaca oğlan təkid eləməyə başlayır ki, onun adı Surec Varmadı və Dehli yaxınlığında Aqra şəhərində radiomallar dükanın sahibidi. Titunun valideynləri Aqraya gedir və öyrənirlər ki, Surec Varmadı adlı adam beş il əvvəl burda yaşayıb. O, başına çaxılan güllədən həlak olub. Titununsa həmin gicgahında anadangəlmə xalı və əks tərəfdə çapığabənzər iz var.
Rusiyada da buna oxşar hadisə qeydə alınıb. 45 yaşlı mühəndis arxasınca iki-üç nəfər gələndə həmişə qorxu və kürəyində ağrı duyurmuş. Hadisəylə maraqlanan mütəxəssislər onu hipnoza salıb keçmiş həyatına “ötürə” bilirlər. Kişi yadına salır ki, onu kürəyindən vurub öldürüblər. Öz qorxu və ağrısının səbəbini biləndən sonra canı dincəlir. Amma “güllə girən yerdə” gəzdirdiyi xalı ömürlük onunla qalır.
Ezoterik ənənələr deyir ki, ciddi zədələr təkcə bədənə yox, daha yüksək səviyyəyə, yəni şəffaf “bədənə”ə xətər yetirir. Ona görə ruh yenidən doğulanda həmin yerlərdə keçmiş yaraların izləri əmələ gəlir. Başqa sözlə, ezoteriklər təkid edir ki, valideyinlərmizin bizə ötürdüyü adi genlərdən başqa( görkəm, fizioloji quruluş, müəyyən xəstəliklərə meyl) daha “şəffaf “ genlər də var. Bu, valideyinlərimizin hədiyyəsi deyil, qazandıqlarımızdı, keçmişdən gətirdiyimiz yükdü. Bu “yük” fizioloji xarakterdə ola bilər, amma daha çox psixioloji cəhətlər, intellektual imkanlar, mənəvi keyfiyyətlərdi. Bəs müasir elm buna nə deyir, təsdiqləyirmi? Təsəvvür edin ki, bəli...
Ölən DNK 40 gün “qışqırır”
Son vaxtlaracan hesab olunurdu ki, bütün informasiya kodlaşdırılıb və DNK molekuluna sığır. Onun yaddaş həcmi də hesablanıb – 10 milyard informasiya vahidi. Orqanizmdə olan hər hüceyrənin nüvəsində bu qədər informasiya var. Bircə hansı genin nəyə cavabdeh olduğunu müəyyən eləmək qalırdı. Birdən məlum olur ki, DNK-nın yaddaş həcmi orqanizmin həyat funksiyalarına kifayət eləmir. Ən aşağı hesablamalara görə, orqanizmin inkişafı üçün DNK-nın yaddaşı bir kvadreylon (15 sıfırlı rəqəm) dəfə çox olmalıdı. Bu o deməkdi ki, DNK-nı qum dənəsi saysaq, orqanizmçün bir çimərlik qum lazımdı. Bəs bu boyda informasiya hara sığa bilər?
Bu gün alimlər gəldiyi nəticəyə görə, orqanizmin inkişaf proqramı daha incə enerji qatlarında yerləşir. DNK molekulu “yuxarıdan” gələn informasiya üçün ötürücü, qəbuledicidi.
Bir neçə il əvvəl DNK-dan informasiya oxumağa çalışan Amerika və Rusiya alimləri bir-birindən xəbərsiz gözlənilməz nəticələr alıblar. Təcrübələr göstərib ki, xromosom aparıtına yaddaşın indiyədək məlum olmayan növləri var və DNK ən müxtəlif informasiyanı qəbul edib şüalandıra da bilir . DNK molekulunu dağıdandan sonra ölmüş molekuldakı "boş" yerlər hələ də şüalanırdı. Amma bu, sağlam molekulun yox, “ölən” DNK-nin səsiydi. Qəribədi ki, bu “qışqırığı” cihazlar 40 gün “eşidib” . Belə çıxır ki, irsi informasiya təkcə bioloji hüceyrə yox, həm də incə enerji sahəsiylə ötürülür. Elə babalarımız da bunu demirdimi?
...O xal nə xaldı üzə düzdürmüsən?
XV əsr Avropasında xallı qadınları tonqalda yandırırdılar. XVIII əsrdə isə inanırdılar ki, Veneranın üzü xalla bəzənib. Veneradan pay almayan qadınlar özləri xal çəkərdilər. İndi xala baxan yoxdu. Amma xalın taleyə və xasiyyətə təsirinə hamı inanır.
Qadınlarda. Sağ qaşda xal erkən xoşbəxt nigah, sol qaşda isə onun əksini bildirən əlamətdi. Gözün bir qırağında xal sakit, tarazlı təbiətdən xəbər verir. Sağ yanaqda xal gərgin sevgi macərası, sol yanaqda üğür yollarında çoxlu maneələr deməkdi. Burnunda xal olan adamı əl atdığı hər işdə uğur gözləyir. Dodaqdakı xal şənliyə meylli xarakterdən asılıdır. Onun sahibi hissiyyatlı, zəngin həyata da etinasız deyil, üstünə çoxlu məsuliyyət götürməyi də sevmir. Üst dodaqdakı xal naz-qəmzəni, alt dodaqdakı isə sirli qadını büruzə verir. Sinədə xal ürəyiaçıqlıqdan, bir qədər yüngül xasiyyətdən danışır. Beldəki xal çoxlu uşağa işarədi. Sol çiyni xallıları uğur, sağ çiyni xallıları maddi çətinlik gözləyir. Əldə xal sizə uğur və xoşbəxtlik gətirəcək istedad vəd verir.
Kişilər. Alının sağındakı xal şöhrət və xoşbəxtlik, solundakı maddi çətinlik, tən ortasında xoşbəxt sevgi gətirəcək. Qulaqda xalı olan qayğısız adamdır. Boyundakı xal başgicəlləndirici karyeraya ümid verir. Buxaqda xal varsa, sahibi hörmət qazana bilənlərdəndi. Çənədə xal pis səhhətin və ya səliqəsiz həyat tərzinin əlamətidi, xüsusi ilə sol tərəfdə olanda. Çiyində xalı olanın həyatı çətinliklərlə zəngin olsa da, işləməyi bərk sevir. Sağ qabırğası xallılar qətiyyətsiz, sol qabırğası xallılar yumor hissiylə eybini örtməyi bacaran olur. Kürəkdə xal təmiz, sözündə düz adamın deyingənliyinə meylini aşkara şıxarır.
Gülnarə Rəfiq