Görək
biokimyavi pasportunda nə yazılıb?
Qan qrupu və nigah
İnsan münasibətlərində qaçılmaz bir hal olan ailə məsələsinə
baxanda təbiətcə skeptik olan deyərdi ki, sevginin gözü
kordu. Optimist onun sözünü ağzında qoyub «Amma gör
necə də gözəldi!» deyərdi. Pessimist isə boynunu büküb
nəticə çıxarardı: «Hər bir halda nikah və məişət onun
işinə baxacaq». Əgər sevgi uğurlu nikaha aparan yol
deyilsə, deməli, başqa yollar da var. Alimlər belə şeyləri
ortaya çıxarmağı sevir. Müxtəlif qan qruplarını və onların
nikaha münasibətini dərindən öyrənəndən sonra məlum
olub ki, qruplar biri o birindən çox fərqlənir.
Ərin disturu...
Bu adam haqqında ola bilər ki, hər şeyi bilirsiz: stomatoloqdan
qorxur, yazda soyuqlamadan az qala «ölür», qaynanasının
gəlişini kiçik təbii fəlakət kimi qarşılayır və hesab
edir ki, bu fəlakəti hardasa, məsələn, məzuniyyətdə
gözləyə bilər. Onun qan qrupunu tapa bildiz? Bizim yazdıqlarımızla
yoxlayın, bəlkə, hələ bilmədikləriniz var?
O (I) qan qruplu kişi
Bu qan qrupundan olan kişi məhz bu qadına evlənəcəyini
qararlaşdırıbsa, həmən fikrini tərəddüdsüz üzünə deyəcək.
O, coşğunluqla yalan deyə, təkidlə sevgi obyektini izləyə
də bilər. Məqsədi yolunda hər şeyə əl atdığından, adətən,
arzuladığını əldə edir. Belə də olur ki, həmin kişiyə
rədd cavabı verməyə hazırlaşan qadın bir də ayılır ki,
artıq bir neçə aydır evlidirlər. Qadınlarçün kiçik hiyləgərlik:
əgər birinci qan qruplu kişi sizə evlənmək təklifi veribsə,
«həri» deməkçün vaxti xüsusi olaraq seçməlisiz. Sehrli
kəlməni çox tez eşitsə, o, sizi daha az qiymətləndirəcək.
Amma işi çox uzatsaz, inciyib gedə bilər. Özünüz baxın
da...
Evlənən kimi bu kişilər nüfuzlu ailə başçısı kimi təsir
bağışlamağa çalışır. Əgər o, birincilik statusunu saxlaya
bilməsə, nəticəsi çox acınacaqlı ola bilər: sərxoşluq,
avantüralar, azart oyunlar, hətta narkotik. Ona görə
də müdriklik göstərib onun liderliyini xüsusi qeyd edin.
Bir azdan yanınızdakı avantürist sakit quzu balasına
dönəcək. Belə kişi ailə üçün yaşayır. Uşaqlarından heç
nəyi əsirgəməz.
Birinci qan qruplu kişiyə ərə gedən qadın maddi prodlemləri
unuda bilər. Təbiətcə əsgər olan belə kişi əlinə keçəni
evə daşıyacaq. Amma onun professional karyerası ailə
şəraitindən birbaşa asılıdır. Onların ayağı sürüşəndə
də ailəsiylə risk eləmir. Boşanma qığılcımı evdə parlayan
kimi qıraq maraqlarından həmən əl çəkəcək.
A (II) qan qruplu kişilər
Onlar ailə məsələsində çox cəsarətsiz olduqları üçün
evlənmə təklifinə sadə, aydın dildə və o saat cavab
vermək lazımdı. Cavab aydın olmasa, kavaler yoxa çıxa
bilər və toy sözünü bir də dilinə gətirməz. İkinci qan
qruplu iki növ kişilər var. Birinci tip ictimai insan
və iş sevən adamdı, amma evə gələn kimi televizor qabağında
divana çöküb səssiz heykələ dönür. Bu heykəl bir də
işə getmək lazım gələndə canlanır. O biri tip isə əksinə,
işdə ləngdir, özünü əldə saxlamağa çalışır. Evə gələn
kimi tirana çevrilən insanın qarşısında Napoleon özü
məsum uşağa çevrilir. Amma hər iki tip evlənəndən sonra
«çiçək açdığından» qabaqcadan tədbir tökmək mümkün deyil.
İkinci qrupun kişilərinə arxayın olmaq olar. Onlar sosial
şərtlərdən və mənəviyyat kriterilərindən çox asılı olduğundan
yaxşı ata və ər olurlar. Onlar ayaqlarını qırağa qoyublarsa,
deməli, ya böyük stress, ya da əlçatmaz planlarla üzbəüzdürlər.
Amma onlar xəyanət sahəsində ən hiyləgər, ən orijinal
planların müəllifi olurlar. Arvadının ürəyini sındırmamaqçün
bu əlaqəni bacardığı qədər məharətlə gizlətməyi bacarırlar.
B (İİİ) qan qruplu kişilər
Ən ağlasığmaş evlənmə təklifini onlardan gözləmək lazımdı.
Tamam başqa söhbətin ortasında heç uyğun olmayan intonasiya
ilə təklif eşidə bilərsiz. Sualın cavabını eşitdiyiniz
tərzdə, lap pulla fala baxaraq da verə bilərsiz. Evlənmək
fikriniz olsa bilin ki, bu hələ harasıdı?! Bu qrup azad
olmağı sevən qadınlarçün ideal insandır. O ailədə liderin
kim olmasıyla heç vaxt maraqlanmayacaq. Uşaqlarla oynamağı
sevsə də heç vaxt dərsləriylə məşğul olmaz. Kiçik məişət
problemini həll edə bilsə də qlobal məsələlərə burnunu
soxmağa onu heç kim məcbur edə bilməz. Onların karyerası
da dostluq münasibətlərindən asılı olur. Çox vaxt sevgi
və seksi bir-birindən ayırır, soruşsaz öz düşüncələrini
sizinlə də bölüşə bilər. Amma qıraq əlaqələrini gizlətməyi
heç bacarmır. Təcrübəli qadın tələ qurub onu «İnanıram
ki, sən qadını qane eləməyi bacarırsan» sualıyla onu
divanə pleyboya çevirə bilər.
AB (IV) qan qruplu kişilər
Bu kişilərdən konkret evlənmə təklifi alanacan qiyamət
günü gələr. O özünü o yerə qoyacaq ki, guya heç nə vecinə
deyil. Birbaşa təklif eləməməkçün min oyundan çıxacaq.
O istəyir ki, evlənmə təklifini özü eşitsin. Onlar nigahın
nə dərəcədə lazım olması barədə şübhələr içində yaşayırlar.
Amma bu baryeri ötə bilsə yaxşı ər və arxalı ailə başçısı
olurlar. Ondan sirr saxlamaq lazım deyil, o, arvadını
hər bir şəraitdə anlayıb başa düşənlərdəndir. Belə kişiyə
ərə gedən bir dünya problemlə izdivaca girdiyini də
göz qabağına gətirməlidi. Kişi evdən qaçırsa bunun günahı
dostları və hobbisindədi. Onların qıraqda sekslə maraqlanan
çox az hissəsindən məhz donjuanlar, kozanovalar yaranır.
Bu qan qrupunun ən yaxşı keyfiyyəti odur ki, onlar özləri
darıxan deyil və yanındakıları da darıxmağa qoymurlar.
Arvad olmaq də bir peşədir
Heç kim mübahisə qurmaz ki, metallurq, yaxud mina tapan,
raket quraşdıran olmaq çox asandı... Bəs kim deyir ki,
evin xanımı, bir sözlə arvad olmaq asandır? Alimlər
düşünür ki, qadınlar öz müsbət cəhətlərini qabartmağı
və çatışmamazlıqlarını gizləməyi öyrənsələr həyatları
daha rahat olar. Görək bunun qana nə qər dəxli var?
O (I) qan qruplu qadınlar
Sevdiyi kişinin yaxşı keyfiyyətləri – istedadı, karyerası,
statusu ilə fəxr eləsə də bəzən sadə anlamlar – namus,
sədaqət, incəlik kimi nigahçün çox vacib sayılan keyfiyyətləri
nəzərə almırlar. Təbiətcə realist və qənaətcil olan
bu qadınlarla evlənmə pulunu saymağı və xərcləməyi bacarmayan
kişilərçün ideal variantdır. Bu qadınlar ailə həyatını
və karyerasını uşaq yaşlarından planlaşdırır və istədiyinə
çatırlar. Onların hissləri səmimi və sədaqətlidir. Əri
tərəfindən sığallanmağı, ərköyünləşməyi sevən bu tipi
incitsəniz cavabını çox gözləməli olmayacaqsız. Ailədə
gözlənilməz bir şey baş verərsə o artıq bunu duyub və
hazırlaşmağa da macal tapıb. Bəzən qənaətcillik simicliyə,
planlaşma kobud hesablamaya keçib yaxınlarının arzu
və istəklərini tapdaya da bilər. İşdə uğur qazanmaq
bacarığını nəzərə alıb belə xanımların əri arvadının
karyerasına sakit yanaşan kişilərdən olmalıdır.
A (II) qan qruplu qadınlar
Nigahın stabilliyi yolunda bu qadınlar intim münasibəti
və hətta maraq dairəsini də qurban verə bilər. Səhvini
evlilikdən sonra anlayanda belə nəticəyə gəlir ki, onu
əriylə yalnız borc birləşdirir. Boşanma ərizəsini ən
çox bu tip qadınlar yazır. Özünə çox şey icazə verdiyindən,
bədxərclik elədiyindən və çəhrayı eynəklərini çıxarmadığından
həyat onu daim cəzalandırır. Bir-birini yaxşı tanıyanacan,
yaxud ilk uşaq doğulanacan onlar ərinin başına dolanırlar.
Uşaqdan sonra tamam başqa dünyaya düşmüş qadının həyatında
ər diqqətdən qıraqda qalır. Ev işlərindən qaçmaq imkanını
da əldən buraxanlardan deyil. Bu qadınların əbədi sevgisini
qazanmaqçün ailə qayğılarını öz çiyinlərinə götürməli
olacaqsız. Axı onun sağlamlığı mənəvi durumuyla birbaşa
əlaqədardır.
B (III) qan qruplu qadınlar
Cazibədar kişiləri gözdən buraxmayan, dilli-dilavər
qadınlar kompliment sevdiyindən öz zəifliklərinin qurbanı
olurlar. Bu qan qruplu qadınlar ən yaxşı həyat yoldaşları
sayılır. Onlar həmişə enerjilidirlər, öz maraqlarını,
hətta karyerasında nailiyyətləri də ailənin maddi güclənməsinə
yönəldirlər. Onlar gözəl evdar xanım, ərinin tərəf müqabili
və uşaqlarının dostu ola bilirlər. Adətən, ərinin kənar
əlaqələrinə göz yummağı da bacarırlar. Hərdən bir kənar
kişilərlə yüngül flirti özünə icazə verə bilər. Gecə
yarısınadək ərinin hüzurunda dayana bilən bu qadınlar
intellektual söhbətləri də çox sevirlər. Amma tez-tez
əhval-ruhiyyədə dəyişikliklərə məruz qalırlar. Əsəb
tutmaları gələndə o, işdəki hesabatını, evində qonaq
olan qaynanasını, evini su basmasını, eləcə də işsiz
ərini heç vecinə almaz.
AB (IV) qan qruplu qadınlar
Qətiyyətsizlik onların zəif yeridi. Bütün qan qruplu
kişilərlə çox asan dil tapan bu qadınlar, adətən, xülyaların
kişisinə rast gələndə onu görmür. Çünki ətrafında çoxlu
adam olur və ideal kişi axtarışları onu məyus eləyir.
Bu qadınlar ya hamıdan gec ərə gedir, ya da heç ailə
qurmurlar. Bu qrupda dəfələrlə evlənmə təklifi almış
amma yenə də bu addımı ata bilməyən qadınlar çoxdır.
Nikahın ləzzətini yaşaya bilməyənlərin əli yanına düşmür,
onlar özünə zəngin həyat qururlar. Müxtəlif maraqlarından,
dostlarından savayı zəngin daxili aləmləri də olur.
Ailə quranları isə evdə ərini və uşaqları valeh edəcək
atmosfer yarada bilir. Həmişə kənar işlərlə başı qarışsa
da ev-eşiiyi və uşaqları ideal vəziyyətdə olur. Dördüncü
qrup qadınlar ən vəfalı və ünsiyyətdə ən rahat insanlardır.
Ambisiyaların olmaması bu qadınların çatışmayan cəhəti
sayılır.
Nigahda uyğunluq
O (I) qruplu kişi və qadın – Ümumi maraqları və bir
qədər də yaş fərqi olarsa bir-birini sözsüz də anlaya
biləcəklər.
Kişi O (I) və qadın A (II) – Gözəl kombinasiyadır. Kişi
ailəyçün çalışır, qadın ailəni dəstəkləyir. Amma kişidə
tiranlıq baş qaldırsa arvadı onu atacaq.
Kişi O (I) və qadın B (III) – Qadın həyatda uğur qazanan
kimi kişini qısqanclıq götürəcək və qadına marağını
itirəcək. Belə olanda buna «ikilikdə tənha» deyirlər.
Kişi O (I) və qadın AB (IV) - Kişi onun arzularını reallaşdırmaqçün
hər şeyi edəcək. Onlar bir-birini çox sevəcək, əgər
natamamlıq kompleksi rahat buraxsa.
Kişi A (II) və qadın 0 (I) - İdeal nigahdır. Onlar bir-birini
tamamlayır. Kişi güclü və nəvazişli, qadın cazibədar
və aktiv.
A (II) qan qruplu kişi və qadın – Onların uşaq tərbiyəsi
və ailə rifahı haqqında ümumi baxışları var. Münasibətlərin
solmamasıyçün ümumi maraqların olması da lazımdır.
Kişi A (II) və qadın B (III) – Kişi qadının gözündən
düşməyənədək və kişiyə inamını itirməyənədək gözəl izdivacdır.
Kişi arvadının əl-ayağını bağlamaq istəsə bu ailə tezliklə
dağıla bilər.
Kişi A (II) və qadın AB (IV) – Ciddi problemləri olmayan
nigahdır. Hər ikisi öz sakitliyinin və ailənin sabitliyinin
keşiyində durub. Amma ehtiras və mehribanlığın olmamasından
hər ikisi bezə bilər.
Kişi B (III) və qadın O (I) – Ailədə qadına çox böyük
yük düşür. Qadın ərini daim tərifləsə və əzizləsə bəlkə
bir şey alınar. Olmasa kişi evdən qaçacaq.
Kişi B (III) və qadın A (II) – Kişinin yumşaq, yolagedən
xasiyyəti olsa bu çox gözəl bir cütlük olacaq. Zirək
kişi bu ailənin bünövrəsini laxlada bilər.
B (III) qan qruplu kişi və qadın – Əvvəl böyük problemlər
olacaq, çünki hər biri o birisini öz ritminə uyğunlaşdırmağa
çalışacaq. İntim həyatı kənara qoysaq sonra onlar hətta
yaxşı dost da ola bilərlər.
Kişi B (III) və qadın AB (IV) – Onlar ər-arvaddan daha
çoz yaxşı bacı-qardaş ola bilərdilər. Qarşılıqlı hörmət
və anlaşma gözəl münasibətlər yarada bilər.
Kişi AB (IV) və qadın O (I) – Onlardan yaxşı biznes
partnyoru alınardı. Sevgi öz yerini hörmətsizliyə və
inamsızlığa versə arada güc tətbiq edən tapılacaq.
Kişi AB (IV) və qadın A (II) – Ehtiraslı qadın sentimental
kişiylə yola gedərmi? Bu evdə harmoniyanın olmasıyçün
qadın bütün bacarığını işlədəcək.
Kişi AB (IV) və qadın B (III) – Onlar stabil və xoşbəxt
ailə qura bilər. Bir-birinə olan sevgidən başqa onları
heç nə birləşdirmir.
AB (IV) qan qruplu kişi və qadın – Onların idealları
və dəyərləri eynidir. İlk nəzərdən bir-birinə bu qədər
yaxın olan insanlar yaxından tanıyandan sonra yana bilərlər.
Gülnarə
Rəfiq