Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Pifaqorun sirli cədvəli

Özünü və dostlarını tanımaq istəyirsənmi?

Əsrlər boyu insanın gələcəyini bilmək ehtirası onu müxtəlif sistemlər yaratmağa sövq eləyib. Qədim yunan riyaziyyatçısı Pifaqorun sistemi də bu yöndə axtarışlardan biridir. O, gələcəyi öyrənmə metodunu rəqəmlər və onların izahı üstündə qurub. Pifaqor uzun illər daqonların qəbiləsində yaşayıb. Deyələnə görə onlar sirli atlantların nəinki müasirləri, həm də şagirdləri olublar. Pifaqorun bu qəbilədə öyrəndiyi və məhdud sayda insanlara agah olan həqiqətləri sistemləşdirərək yaratdığı üsul indiyədək insanları heyrətə salır. Pifaqorun sistemi insan və onun xasiyyətindən bəhs edir. Bizim tam mahiyyətimiz doğulduğumuz tarixdə artıq müəyyənləşdirilib. Pifaqor sistemi reinkarnasiya ideyasına əsaslanır – ruhun çoxsaylı təmsili və onun müxtəlif bədənlərdə olan həyatı. Ona görə də bu üsul doğulan zaman alınmış qüvvəni təyin etməyə imkan verir.
Pifaqorun üsulu 9 kvadrat sistemindən ibarətdir, ora doğum gününün rəqəmləri yazılır. Pifaqorun təklif elədiyi sistemə görə rəqəmlərin köməyi ilə doğum gününü bilən şəxs özü və doğum tarixi bilinən hər hansı adamın xasiyyətini müəyyən eləyə bilər. Bu taleyin hökmü deyil, təbiətin bəxş elədiyi neməti necə reallaşdıracağı insanın özündən asılıdır. Ehtimal ki, ətraf mühitin, şəraitin də rolu az deyil. Əgər valideynlər öz uşaqlarını anadangəlmə xasiyyətilə tərbiyə etsəydi , onda yer üzündə istedadlı və qeyri-adi insanlar daha çox olardı.
Pifaqor üsulu bu nümunə ilə hesablanır:
1. Təvəllüd: məsələn, 27. 06. 1948.
İlin rəqəmlərini toplayırıq: 1+9+4+8=22
2. Doğum gününü və ayı toplayırıq: 2+7+0+6=15
3. Alınmış iki ədədi toplayırıq: 22+15=37 – aldığımız ədəd birinci işçi ədəd adlanır.
4. Birinci işçi rəqəmin ədədlərini toplayıb 3+7=10 – ikinci işçi rəqəmi alırıq.
5. Birinci işçi rəqəmdən doğum gününün birinci ədədinin ikimislini çıxırıq: doğum günü 27, birinci ədədi 2 (əgər 08 olarsa, onda ikinci (8) ədədi götürürük). 37-2x2=33 – üçüncü işçi rəqəmini alırıq.
6. Üçüncü inçi rəqəmin ədədlərini toplayırıq: 3+3=6 – dördüncü işçi rəqəmi alırıq.
7. Deməli bizim birinci işçi rəqəmimiz – 37, ikinci işçi rəqəmimiz - 10, üçüncü işçi rəqəmimiz - 33, dördüncü işçi rəqəmimiz – 6-dır. İndi rəqəmləri iki cərgə ilə yazırıq: birinci cərgə təvəllüdün rəqəmlərindən tərtib edilib: 27.06.1948 (Pifaqora görə 0 rəqəmi qeyd olunmur). İkinci cərgə işçi rəqəmlərdən ibarətdir: 37.10.33.6

Həmən sıraları yan-yana qoyub cədvəli doldura bilərsiz. 9 şöbəli kvadrat cədvəl çəkirsiz. 1-dən 9-a qədər rəqəmlərə uyğun damalara təkrarlanan rəqəmləri yerinə yazın. Sonra hər damada hər rəqəmdən neçəsinin dayandığını müəyyənləşdirib testə uyğun hissəni oxuyun.

Neçənci dəfədir ki, dünyaya gəlirsən?
27.6.1948 – birinci cərgəni topladıqda 7 ədədi əmələ gəlir.
37.1.33.6 – ikinci cərgəni topladıqda 6 rəqəmi alınır.
7+6=13
Pifaqora görə, hər bir insan dünyaya 15 dəfə gəlir. Bu iki gcərgədəki ədədlərin sayı və ya cəmi bu insanın 13 dəfə dünyaya gəlişini söyləyir.
1-ci kvadrat (insanın xasiyyəti, iradə)
1- son dərəcə eqoist (ancaq o yaşamalıdır).
11 – eqoizmə yaxın xasiyyət (həmişə özünü tərifləyir).
111 – üzüyola, yaxşı xasiyyət.
1111 – çox iradəli, güclü xasiyyət.
11111 – diktator, müştəbeh adam.
111111 – nadir hallarda rast gəlinir, çox qəddar adam. Amma yaxın adamı üçün mümkün olmayanı eləməyi bacarır, lakin onunla yola getmək çox çətindir.
2-ci kvadrat (bioenerji)
- bioenerji yoxdur, təbii kanallar enerjinin intensiv yığılması üçün açıqdır.Bu adamlar köhnə şeyləri xoşlayır, ətrafdakılara münasibəti pis deyil. Təbiətcə tərbiyəli olurlar.
2 – bioenerji kifayət qədərdir, lakin idmanla məşğul olmaq lazımdır. Havanın, atmosferin dəyişkənliyinə çox həssasdır.
22 – bioenerji kifayətdir, hətta başqalarını müalicə eləyə də bilər.
222 – yaxşı ekstrasensdir.
2222 – bu insanlar əks cinsi çox sevir. Bura 666 da əlavə edilsə özünüzü ayağı sürüşgənlikdən qoruyun.
3-cü kvadrat (səliqəlik, dəqiq elmlərə meyllik)
- çox təmizkar, punktual. Cəmiyyətdə söhbətləriylə fərqlənirlər.
3 – bu adamları səliqəsizlik narahat edir, lakin istəyirəm edirəm, istəmirəm – etmirəm – prinsipi ilə yaşayırlar. Hər şey əhval –ruhiyyədən asılıdır. Onlarçün qənaət eləmək havanı balonlara doldurub saxlamaq kimi bir şeydir.
33 – elmə meylli olurlar. Yaxşı riyaziyyatçı, kimyaçı, fizik ola bilər.
333 – elmlərə ikiqat meylli, əgər elmlərdə özünü reallaşdıra bilmirsə, həddən artıq xırdaçı və təmizkar olurlar. Belə adamın başını vaxtında elmlə qatmasan o, ədalət, bərabərlik axtarışı və simicliyi ilə hamının zəhləsini tökəcək.
4-cü kvadrat (səhhət, sağlamlıq xarakteristikası)
- bu adam çox bərk xəstələnəcək, xüsusilə də 2-lər çox olarsa. Onlar uşaqlıqdan bəri xəstəhal olurlar.
4 – xəstələnəcək, ancaq bərk yox, orta statistik səhhət. Belələri bütün bədənlərini məşq elətlirməlidir. Hamıdan çox xəstələnməsələr də qocalana yaxın lap əldən düşürlər.
44 – sağlam adam, çox ehtiraslı və seksual. Təbiətən təbiblik bacarıqları olur. Başqasının xəstəliyini götürə bildiyindən özləri də xəstələnə bilər.
444 – eyni şey ancaq ikiqat qüvvə ilə. Çox sağlam və çoz seksual adamların işarəsidir.
5-ci kvadrat (intuisiya, məntiq)
- anadan olandan intuisiya kanalı bağlıdır, ona görə adam həmişə nə isə sübut eləməyə çalışır. Həmişə fikirdə, eksperimentdə. Həyat təcrübəsi göstərir ki, bu insan tərəfindən çoxlu səhvlər buraxılacaq. Bu insanlara yaşamaq çox çətindir, hər şeyə öz «başları» ilə nail olurlar. Başqasının təcrübəsindən yararlana bilmirlər. Adətən çox qəribə peşə seçirlər.
5 – kanal açıqdır, bu insanlar həyatda az səhv buraxır. Nəticəni düzgün hesablayıb problemdən çıxış yolu tapa bilirlər.
55 – intuisiya güclü inkişaf edib. Onlardan müstəntiqlər, hüquqşünaslar alınır. Çin olan yuxular görürlər, adam tanıyan olurlar, xasiyyəti sifətdən oxuya bilirlər.
555 – «uzaqgörənlər», səhvə yol vermirlər, nə elədiklərini dəqiq bilirlər. Öncəgörməlik qadliyyəti də olur.
5555 – ətrafda baş verən hər şey onlara aydındır. Filosoflar və xəyalpərəslər və yüksək hissiyatlı ekstrasenslər olurlar. Bəzən vaxt və məkandan qırağa çıxa da bilirlər.
6-cı kvadrat (torpağa bağlılıq, fiziki əmək)
- insan bu dünyaya hansısa peşədə usta, peşəkar olmaq üçün gəlib. Xoşladığı fiziki əmək ona zəruridir. Gözəl bədii zövqü olsa da fiziki işdən çəkinmirlər. Zərif naturalı olsalar da «yox» deməyi də bacarırlar.
6 – yerə bağlanıb, oxumağı, fiziki əməklə məşğul olmağı xoşlayır.
66- yerə çox bağlı adamdır. Əməyi sevir, lakin bu ona lazım deyil. O, ağlının inkişafı üzərində çalışmalıdır.
666 – Şeytan işarəsidir. Çox ehtiraslı və cazibədar olurlar. Onun tərəf müqabilinin xasiyyətnaməsində çoxlu 2 olmalıdır.
6666 – insan keçmiş həyatlarında yerə çox bağlı olub. Çoxlu işləyib. Bu insan üçün fiziki əmək ağır deyil. Əgər 9 kvadratında bir rəqəmdən çoxdursa, ali təhsil mütləq lazımdır.
7-ci kvadrat (istedad, ilahi qığılcım, uğur)
- bu insan özünə gələcək həyatında 7-lər qazanmaqçün doğulub. Çox ağır həyatı var. Çox vaxt dindar olur.
7 – ilahi qığılcım, insanın həyatı 7-sizlikdən bir qədər yüngüldür, istedad var, lakin çox aydın ifadə olunmayıb.
77 – çox güclü işarədir. Əgər onu tam qüvvəylə inkişaf elətdirsə, mələyə oxşar işarədir. Adam musiqisevərdir, bədii zövqü var, şəkil çəkməyi bacarır. Hesabında 1 və 2-ləri də varsa iddiası istedadını qabağa apara biləcək. Onun hər şeyi, həm pisi, həm də yaxşısı var. Qarşısında bağlı qapıları da olmayacaq.
777 – xüsusi işarədir. Bu adamlar bir qayda olaraq Yer üzünə qısa müddətə gəliblər. Ciddi problemləri ola bilər.
7777 – mələk işarəsi. Bu işarəli adamlar körpə vaxtı ölürlər. Əgər yaşayırlarsa, onda çox zaman fəlakətə, qəzalara düşürlər. Həyatı ilə daim risk edirlər və adətən təhlükəli peşə seçirlər.
8-ci kvadrat (vəzifə borcu, yanımlılq, səbr, xeyirxahlıq)
- aldığını qaytarmağa tələsmir. Borc almağı sevmir, çünki qaytarmaq lazım gələcək.
8 – vəzifə borcu inkişaf edib. Tabeçiliyində bircə belə adam varsa həmin müdir gecəni rahat yata bilər.
88 – vəzifə borcu çox inkişaf etmiş, gördüyünə həmişə kömək etmək arzusu var. Ona görə də öz həyatı çox çətindir.
888 – xalqa xidmət etmə işarəsidir. Bu İndira Qandinin işarəsidir. Bu işarə altında olanlar dövlət üçün tapıntıdır.
8888 – bu işarə 1988-ci ildə olub. Həmən uşaqlar parapsixoloji xüsusiyyətləri ilə doğulur, dəqiq elmlərə qabliyyətli olurlar. Çox nadir hallarda rast gəlinir.
9-cu kvadrat (ağıl, dərrakə, yaddaş)
9 – ömür boyu çarpışaraq bu insan öz intellektini inkişaf etdirməlidir.
99 – anadangəlmə ağıllı başdır, lakin həvəssiz oxuyur.
999 – təbiətən ağıllıdır. Bütün bilikləri «göydə» qapır. Yüksəyə ancaq bir sahədə çatır. Ona görə də başqa elmlər və praktiki biliklər istiqamətində öyrənməyi xoşlamır. Gözəl məsləhətçi və müsahib olduğundan ətrafındakılar ona həsəd aparır.
9999 – Nadir ağlı olan bu adamlara həm də həqiqətlər bəllidir. Amma yaxın adamları ilə kobud və şəfqətsizdir. Onlar özündə ruhi keyfiyyətləri inkişaf elətdirməlidir. Amma bunu onlara başa salmaq çox çətin olur.
Pifaqor kvadratının hər bölməsində rəqəmlərin sayını hesablayandan sonra bəlkə də xasiyyətiniz barədə yeniliklər öyrənəcəksiz. Amma kvadratda 4 dənə 7 olarsa kazinoya cummaq, ya da 4 olmasa yatağa düşüb qalmaq da lazım deyil. Rəqəmin olmaması, ya da artıqlığı sadəcə bir siqnaldır. Həmin keyfiyyəti cilalayıb, ya da qabartmaq artıq öz əlinizdədir. Bundan başqa rəqəmlər öz arasında da müəyyən münasibətdədir.
Horizontal üzrə birinci sıra (1, 4, 7 –ci kvadratlar) insanın məqsədyönlüyndən danışır. Həmən sırada rəqəm tamam olmasa bu insanın məqsədi də yoxdur. O, başqalarına arxalanır. Bir rəqəm olarsa insanın inamı söz və mübahisələrdən o yana keçmir. 2 rəqəmin olması həyatda yavaş-yavaş gəzişənlərin işarəsidir. Belələri əvvvəl özünü və imkanını qiymətləndirib sonra işə baş qoşur. 3 rəqəm məqsədində o qədər də təkid eləməyənlərin işarəsidir. 4 rəqəmi olanlar artıq məqsədinə doğru inamla irəliləyir, amma imkanını bir qədər gec dəyərləndirir. Birinci sırada 5 rəqəmi olanlar öz məqsədinə çatmaqçün başqalarını ayaqlayıb keçə bilər. 6 rəqəm artıq şişirdilmiş məqsəddən danışır, bu da onu irəli getməyə qoymayacaq.
İkinci sətir (2, 5, 8 –ci kvadratlar) ailəcanlılıq keyfiyyətlərinin göstəricisidir. Rəqəm yoxdursa beləsini yalnız iş və karyera maraqlandırır. Bir, ya da iki rəqəmi olanlar ailənin rolunu anlasa da hər şeyin öz-özünə qaydaya düşəcəyini gözləyir. 3 rəqəmi olanlar ailəsi olsun, ya olmasın arasında azıb qalıb. Onlar əlinə imkan düşən kimi bundan mütləq istifadə edib evlənməlidirlər. 4 rəqəm ailəcanlı adamlarda olur. İkinci sırada 5 rəqəmi olanlar özünə və ailə üzvlərinə qarşı böyük tələblər sürməklə hamını incidir. 6 rəqəmi olanlar ailəni o qədər yüksək tutur ki, bəlkə də heç vaxt evlənmədilər.
Üçüncü sətir (3, 6, 9-cu kvadratlar) stabilliyin, yəni adətlər, qorxu, dəyişiklikdən çəkinməyin göstərcisidir. Rəqəm yoxdursa, ya da bir dənədirsə bu təbiətcə inqilabçıdır. O özünün və başqalarının həyatını dəyişməkçün yaşayır. 2 rəqəm isə zirək adamlarda olur. 3 rəqəm səbatsız, adətlərini dəyişənlərin göstəricisidir. 4-5 rəqəm həyatını dəyişməyi sevməyənlərdə olur. 6 rəqəmi olanlar özü də anlayır ki, həyatında nəyisə mütləq dəyişmək lazımdır.
Üfüqi istiqamətdə birinci sıra (1, 2, 3 kvadratları) insanın özünü dəyərləndirməyini göstərir. 3 rəqəmə qədər göstəricisi olanlarda ara-sıra əlinə düşən şansını itirməyi də olur. Sırada 4 rəqəmi olanlar özünün həqiqi dəyərini bilir. 5 və daha artıq rəqəmi olanlar öz imkanlarını xeyli aşıb özünü göstərməyə daha meylli olurlar.
İkinci cərgə (4, 5, 6 –cı kvadratlar) maddi müstəqilliyə can atmadan danışır. Rəqəm yoxsa, ya da azdırsa bu insan özünü dolandırmağa təmbəllik edib ağırlığını yaxınlarının üstünə yıxır. 2 rəqəmi olanlar öz zəhmətinə görə layiqli pul almayanların göstəricisidir. Belələri arzularını maddi stabilliyə qurban verə bilərlər. 3 rəqəmi arabir qazanc dalıyca qaçıb sonra hər şeyi unuda bilənlərdə olur. Sırada 4 və 5 rəqəm maddi tarazlıq uğrunda canını qoyanlarrın göstəricisidir. 6 və daha artıq rəqəmli insan işləyib qazanmaqdan daha çox gözdən pərdə asmaqla ətrafındakılara problem yaratmaqnan məşğuldur.
Üçüncü sıra (7, 8, 9-cu kvadratlar) insanın istedadının göstəricisidir. Rəqəm nə qədər çox olarsa, istedad da o qədər çox olur. Amma unutmaq olmaz ki, istedadın açılmasında özünə qiymət vermə, məqsədyönlülük, hətta bəxt də öz rolunu oynayır.
Dioqonal üzrə (3, 5, 7 –ci kvadratlar) insanın cismani maraqlarını təyin eləyir. Rəqəmsizlik, ya bir rəqəm soyuqluğu göstərir. Qəribəsi odur ki, məhz belələri xəyanətə qol qoyur. 2, 3 rəqəmin olması normal insan temperamentidir. Sırada 4 rəqəmi olanlar çılğın ehtiraslı olaraq adətən münasibətlərini tarazlaya bilmir. 5 rəqəm olarsa bu insan intimə incəsənət kimi yanaşır və daim maraqlarını bölə biləcək tərəf müqabili axtarır. 6 rəqəmi olanlar öz şəxsi həyatını o qədər yükləyir ki, az keçməmiş yorğunluq və boşluq onları haqlayır.
Başqa dioqonal (1,5,9-cu kvadratlar) insanın mənəvi tərəfinə cavabdehdir. Sırada rəqəmlərin sayı artdıqca mənəviyyatın səviyyəsi də artıq olur. 6 rəqəmə çatırsa fanatizm təhlükəsi də ola bilər.

Nəticələri bəyənmədinsə ruhdan düşmə. Axı sənin taleyin elə özünsən…

 

Gülnarə Rəfiq