Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar
Aristipp və Diogen

Bir dəfə filosof Aristipp bazardan keçirmiş. Bu vaxt Diogen artıq qalan tərəvəzləri təmizləyib yeyirmiş. Aristipp Diogenə deyir:
- Əgər adamlarla dil tapmağı bacarsaydın, tərəvəzlərin artığı ilə qidalanmalı olmazdın.
Diogen isə ona deyir:
- Əgər sən bunlarla qidalanmağı bacarsaydın, tiranların sarayında sürünməli olmazdın.
Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə
Bir dəfə Diogen şəhər meydanında fəlsəfi mövzuda moizə eləməyə başlayır. Heç kəs ona qulaq asmır. Bunu görən Diogen quş kimi cikkildəməyə başalyır. Ətrafa tezcə xeyli avara toplanır və maraqla onu dinləməyə başlayırlar.
- Baxın, afinalılar, budur sizin ağlınızın qiyməti – deyə Diogen onlara irad tutur – sizin üçün ağıllı söhbətlər edəndə, qızıl xırdalayanda dinləmədiniz, ağılsız quş kimi cikkildəyən kimi ağzınızı ayırıb dinləməyə başladınız.

Axmaq sizsiniz
Bir dəfə Diogen bir heykəlin qabağında durub sədəqə istəyirmiş. Ondan soruşurlar:
- Niyə belə axmaq işlə məşğul olursan? Heykəl də sədəqə verər?
Diogen deyir:
- Axmaq sizsiniz. Özümü rədd cavabına alışdırıram. Mən məşq edirəm ki, adamlar mənə sədəqə verməyəndə ruhdan düşməyim.
Başqa yer tapmadımBir dəfə çox varlı əyanlardan biri Diogeni evinə qonaq çağırır. Ev çox cah-cəlallı imiş. Hər tərəfə xalı-xalça döşənibmiş. Diogenin plebey vərdişlərini bilən ev sahibi ondan xahiş edir ki, yerə tüpürməsin. Diogen o dəqiqə onun üzünə tüpürür. Əyanın özünü itirdiyini görən Diogen deyir:
-Bağışla, bu evdə sənin üzündən başqa tüpürməli bir yer tapmadım.