|
|
Stalini Kreml divarlarının yanında dəfn edəndə qəbrinin
üstünə qoyulan əklilin üstündə yazı vardı: «Ölümündən
sonra repressiya olunana ölümündən sonra reabilitasiya
olunanlardan».
Stalinqradın adını dəyişib Volqoqrad qoyandan sonra o
biri dünyadan teleqram gəlir: «Razıyam, İosif Volqin».
Mavzoleydə yazı: «Burda 1953-ci ildən 1956-cı ilə qədər
İ.V.Stalin müvəqqəti hökumətdən gizlənib».
Müğənni əvvəlcədən öz uğurunda əmin idi.
- Pis əl çalsalar, Stalin haqqında oxuyacam!
-Şəxsiyyətə pərəstiş varmı?
- Pərəstiş hələ var, ancaq şəxsiyyət yoxdur.
Xruşşovla Bulqaninın hakimiyyəti Stalinin hakimiyyətindən
nə ilə fərqlənib?
- Şəxsiyyətə pərəstiş ikiüzlülüyə pərəstişlə əvəzləndi.
Stalin çıxış edir:
- Yoldaşlar! Dünən yoldaş Kirovu öldürüblər…
- Kimi öldürüblər?
- Kimi, kimi…Yoldaş Beriya, deyin bunlara.
- Kimi lazımdır, onu da öldürüblər.
XX qurultayın şuarı: “Stalin də ölüb, pərəstiş də!”
Öldürülmüş Kennedi o dünyaya gəlib. Qapını açıb, əlində
balta dayanan Stalini görüb qorxur.
- Qorxma, keç. Səni gözləmirəm.
Yoldaş Stalin, burda Sizə oxşar adam tapıblar. Sifət,
bığ, qəlyan…
- Yox edin.
- Bəlkə, ancaq bığını qırxaq?
- Elə də olar. Bığını qırxın və yox edin…
Bir gün Stalinə Puşkinin şeir yazdığı yerdə heykəlini
göstərirlər.
- Yaxşıdı, ancaq bir qədər müasirlik olmalıdır. O biri
layihəni göstərirlər: Stalin Puşkinin əsərlərini oxuyur.
- Yox, bu tarixi cəhətdən düzdür, ancaq siyasi cəhətdən
səhv.
Üçüncü layihəni göstərirlər: Puşkin Stalinin əsərlərini
oxuyur.
- Bu siyasi cəhətdən düzdür, ancaq tarixi cəhətdən düz
deyil.
Sonuncu layihə belə idi: Stalin Stalinin əsərlərini oxuyur.
Stalin fəhlələr qarşısında çıxış edir:
- Mən fəhlə sinfinə görə bütün qanımı damla-damla verməyə
hazıram. Zaldan kağız gəlir: «Hörmətli İosif Vissarionoviç!
Niyə uzadırsız? Hamısını birdən verin!»
Stalin Beriyaya qəlyanının itdiyini deyir. Səhər isə qəlyanı
tapdığını deyir. Beriya cavab verir:
- Mən artıq 25 nəfəri həbs etmişəm. Hamısı da qəlyanı
oğurladığını boynuna alıb.
-Yoldaş Stalin, ləğv etməni başa çatdırırıq!
- Hansı ləğv etməni?
- Savadsızlığın ləğv edilməsini!
- Yaxşı! Onda növbəti mərhələyə başlayın: savadlıların
məhv edilməsinə!
- Onda əmri imzalayın!
- Yox! İmzalasam, hamı elə bilər ki, savadlıyam!
Radio ilə təcili məlumat yayılır: “Stalinin letargiya
yuxusu başa çatıb. İyirminci-iyirmi səkkizinci qurultaylarda
iştirak edən nümayəndələrdən xahiş edirik isti paltarlarını
götürüb perronda toplaşsınlar…”
-Allo, xanım, MXAT-ı verin. Allo, bu MXAT-dı? Danışan
Stalindi, müdiri verin. Müdir? Danışan Stalindi. Allo,
allo. Nə oldu… Xanım, MXAT-ı verin. Müdirlə birləşdirin.
Neçə yəni yoxdu, indicə onunla danışdım. Necə yəni öldü?
Stalin Çörçillə
telefonla danışır:
- Yox! Yox! Yox! Yox! Hə! Yox! Yox! Yox! – dəstəyi qoyur
yerə.
- Yoldaş Stalin, niyə bir dəfə “hə” dediniz?
- Soruşurdu ki, onu yaxşı eşidirəm.
Kişi küçəyə əlində yekə şuarla çıxır: «Xoşbəxt uşaqlığımıza
görə sağ olsun yoldaş Stalin». Camaat onun başına yığışıb
deyir:
- Başın xarab olub? Sən anadan olanda Stalin ölmüşdü.
- Ona görə də ona sağ ol deyirəm.
Qorbaçovun arvadını oğurlayırlar. Məlum olur ki, oğurlayan
litovlardı. Onun əvəzində tam müstəqillik istəyirlər.
Çarəsiz qalan Qorbaçov o biri dünyaya, Stalinə zəng
edir: “Kömək elə Raisanı qaytarım”.
Stalin telefonla Litvanı yığır:
- Alo, Litvadı?
- Litva dilində danışın!
- Tezliklə bütün Sibir litovca danışacaq…
Landsbergis Qorbaçovdan bütün rusları Litvadan köçürməyi
tələb edir. Qorbaçov Stalinə zəng edib kömək istəyir.
Stalin Litvaya zəng edir:
- Cənab Landsergis, rusları Litvadan köçürmək üçün sizə
nə qədər vaxt bəs edər?
- İki həftə.
- Onda başlayın.
İki həftədən sonra:
- Cənab Landsbergis, hamısını köçürə bildiniz?
- Hamısını, bir nəfərə qədər.
- Yaxşı… Yoldaş Jukov, başlayın…
Kəndlilər bir kişini Stalinin yanına göndərib beşilliyin
nə olduğunu öyrənməsini istəyirlər. Stalin kişiyə deyir:
- Görürsən, maşın gedir?
- Görürəm.
- Beşilliyin sonunda maşınlar bir-birinin ardınca gedəcək.
Görürsən, traktor gedir? Beşilliyin sonunda traktorlar
bir birinin ardınca gedəcək.
Kişi kəndə qayıdıb hamını başına yığıb deyir:
- Görürsüz, dilənçi gedir?
- Görürük.
- Beşilliyin sonunda onlar bir-birinin ardınca gedəcək.
Görürsünüz, ölü aparırlar?
- Görürük.
- Beşilliyin sonunda onları bir-birinin ardınca aparacaqlar.
}
-SSRİ-ni kim yaradıb?
- Stalin!
İsraili kim yaradıb?
- Stalin!
-Bütün bunlarda kim günahkardı?
- Yəhudilər.
Siyasi büronun iclasında Stalin bütün büro üzvlərini
güllələmək, Kremli isə yaşıl rəngə boyamağı təklif edir.
Molotov: «Niyə yaşıl rəngə?»
Stalin: «Bilirdim ki, birinci təklifə etiraz edən olmayacaq.
İkinci təklif barədə müzakirələr apara bilərik».
Molotovla Stalin ova gedir. Stalin ördəyə güllə atır,
ancaq vura bilmir. Molotov:
- Təəccüblüdü, yoldaş Stalin! Ölü ördək üçmaqda davam
edir.
Bir gün Stalin aviakonstruktor Yakovlevi yanına çağırıb
tapşırıq verir: üç aya dünyada ən yaxşı qırıcı təyyarə
düzəltmək. Yakovlev etiraz edib bildirir ki, amerikalılar
belə bir layihənin hazırlanmasına yarım il sərf edirlər.
Stalin:
- Siz amerikanlısız?
Üç aya təyyarə hazır olur.
|
|
|