Amerika universitetlərinin birində ingilis, rus və azərbaycanlı
tələbələrinin hər birinə illik tapşırıq verilir. Bir ildən
sonra. İngilis tələbə 12 qalın dəftər gətirir:
Buyurun professor, bu – yanvar ayı üçün hesabat, bu –
fevral ayı üçün, ... bu da dekabr ayı üçün.
Rus tələbə 3 qalın dəftər gətirir:
Bu – laboratoriya işləri, bu – nəzəri hissə, bu da – nəticə.
Azərbaycanlı tələbə heç nə gətirmir.
Professor:
- Bəs siz niyə hazır deyilsiniz?
- Bilirsiz professor, dünən başım elə ağrıyırdı...
Tiflis şəhəri. Rus gürcüyə yaxınlaşaraq ondan soruşur:
- Hörmətli cənab, çox üzr istəyirəm ki, sizi öz işlərinizdən
ayırıram, öz qızıl vaxtınızdan mənə bir dəqiqə ayıraraq
deyə bilməzsiniz buradan dahi gürcü şairi Ş. Rustaveli
küçəsinə necə getmək olar?
Gürcü ona baxaraq cavab verir:
-Əzizim, sən elə zərif və gözəl soruşaraq mənə hörmət
elədin ki, ona görə DEYIRƏM: NECƏ İSTƏYİRSƏN, ELƏ DƏ GET.
Həkim xəstəyə:
- Siz çox xəstəsiniz və tezliklə öləcəksiniz.
- Həkim ... bu dəhşətdir! Amma mən alternativ bir fikir
eşitmək istərdim.
- Alternativ fikir? Buyurun:
- Siz həmçinin çox eybəcərsiniz! Ona görə mən sizə plastik
əməliyyat olunmağı məsləhət görərdim. Amma nə mənası var?
– Onsuz da tezliklə öləcəksiniz.
Məhkəmə ekspertizasının işçilərindən biri öz uşağının
ad günündə şəkil çəkmək üçün şöbədən bir günlüyə rəqəmli
fotoaparat götürür və onda ad gününə uyğun çərçivə quraşdırır.
Ekspertlər onu necə götürməyi bilmirlər. Ona görə də bir
müddət cinayət işlərində rəngbərəng şarlarla bol olan
müxtəlif rakurslardan çəkilmiş meyit şəkillərinin altında
belə bir yazı gedir: “Happy birthday!”
Tarakanlar bezdiriblər, heç rahatlığım yoxdur, bilmirəm
nə edim.
- Sən yaxşısı budur tarakanlar üçün tabaşir al.
- Kömək edir?
- Əlbəttə! Otağın küncündə olan tarakanlara bax: oturub
şəkil çəkirlər.
Göndərəni Rəmzi SADIQLI