|
|
Bir vaxtlar
fironlar və yəhudilər vardı. Fironlar öldü, yəhudilər
qaldı. İnkvizitorlar və yəhudilər vardı. İnkvizitorlar
öldü, yəhudilər qaldı. Nasistlər və yəhudilər vardı.
Nasistlər öldü, yəhudilər qaldı. İndi kommunistlər və
yəhudilər var
-Nə demək istəyirsan?
-Heç nə. Yəhudilər finala çıxdı.
Rabinoviç hər səhər qəzet köşkündən “Pravda” qəzeti
götürür, birinci səhifəyə baxır, almayıb qaytarır. Bir
neçə gündən sonra satıcı soruşur:
-Nə axtarırsan?
-Nekroloq.
-Nekroloqlar sonuncu səhifədə olur.
-Mənim gözlədiyim nekroloq birinci səhifədə olacaq.
Lektor beşilliyin uğurlarından danışır:
-Şəhərdə elektrik stansiyası tikilib...
Zaldan səs:
-Mən ordan gəlirəm. Heç bir elektrik stansiyası yoxdu.
Lektor davam edir:
- Şəhərdə kimya zavodu tikilib...
Həmin səs:
- Bu yaxınlarda orda idim. Heç bir zavod yoxdu.
Lektor qəzəblənir:
- Siz, yoldaş, az avaralanın, bir az qəzet oxuyun.
Pessimistlı optimistin fərqi nədir?
-Pessimist yaxşıca məlumatı olan optimistdir, optimist
isə yaxşıca instruktaj olunmuş pessimist
.
Ah bu yəhudilər! Özləri üçün sionizm, başqaları üçün
marksizm düşünüblər. Leninin yubileyi ilə bağlı ən yaxşı
lətifələr üçün müsabiqə. 3-cü mükafat – 3 il ciddi rejim,
2-ci mükafat – 7 il ciddi rejim, 1-ci yer – yubilyarla
görüş.
Stalin məruzə edir. Kimsə asqırır.
-Kim asqırdı? (hamı susur) 1-ci sıra, ayağa qalxın.
Güllələnsin (alqışlar). Kim idi asqıran? (sükut) İkinci
sıra ayağa qalxsın, güllələyin. Kim idi asqıran? (sükut).
Üçüncü sıra ayağa qalxsın. Güllələyin. (gurultulu alqışlar.
Hamı ayağa qalxır şüar qışqırır: “Böyük Stalinə eşq
olsun!") Kim asqırdı?
-Mən, mən! (bir nəfər hıçqırır)
- Sağlam olun, yoldaş
!
Brejnev bir qrup kosmonavtı yanına çağırır:
- Yoldaşlar, amerikalılar Aya uçdular, biz Günəşə uçmalıyıq.
- Biz yanarıq axı, Leonid İliç!
- Qorxmayın, partiya hər şeyi düşünüb – gecə uçacaqsınız
.
İnspeksiya sovxozları gəzib toyuqların necə yemlənməsini
öyrənir: "Seçmə dənlə", - sovxozların birində
deyirlər. Onların üstünə qışqırırlar: "Seçmə dəni
toyuğa verərlər??!" Məsələdən xəbərdar olan o biri
sovxozda deyirlər ki, toyuqlara dənin artığını verirlər.
Onların üstünə qışqırırlar: "Sovet toyuqlarına
tullantı dən verirsiniz?!" Üçüncü sovxozun direktoru
Rabinoviç deyir:
- Gündə bir toyuğa iki qəpik xərclənməli deyil? Biz
özlərinə veririk, nə istəyirlər, alsınlar!
- Bu il məhsul necə olacaq?
- Orta: keçən ilkindən pis, gələn ilkindən yaxşı.
Kolxoz iclasında Amerika ilə yarış məsələsi müzakirə
olunur. Qoca bir kişi söz alır:
- Amerikaya çataq, amma ötməyək. Axı şalvarımızın dalındakı
yamağı görərlər!
Brejnev telefonla Niksona yuxusunu danışır:
-Yuxuda gördüm ki, Ağ Evin üzərində qırmızı bayraq dalğalanır!
Səhəri gün Nikson Brejnevə zəng edib yuxusunu danışır:
-Kremlin üzərində qırmızı bayraq gördüm.
- Bu əslində də belədir – deyə Brejnev cavab verir.
- Bəli, amma o qırmızı bayrağın üstündə Çin dilində
nəsə yazılmışdı...
- SSRİ-də kasıblar var?
- Var. Bəzilərinin şəxsi heç nəyi yoxdur. Mənzil, bağ,
maşın – hamısı dövlətindir.
Brejnevin anası Moskvada oğlunun yanına gəlir. Onun
qəsrini, bahalı əşyalarını, qulluqçularını, qarajını
görüb ağlayır:
- Oğlum, 1917-ci il yadıma düşür. Qorxuram. Birdən qırmızılar
yenə gələrlər.
Helmut Şmidt, Jiskar d Esten və Brejnev öz bahalı hədiyyələri
ilə öyünürlər. Şmidt özünün bahalı siqar qabını göstərir.
Üzərində yazılıb: “Əziz Helmuta onu sevən arvadından
". d Esten özünün orijinal trubkasını göstərir.
Onun üzərində yazılıb: "Əziz Jiskara vətənpərvər
fransız qızından". Brejnev üstü brilyantlı qızıl
portsiqarını göstərir. Onun üstündə yazılıb: "Hörmətli
qraf Uvarova böyük knyaz Sergey Aleksandroviçdən ".
Kolxoz sədri qabaqcıl sağıcını çağırıb deyir:
-Mənə zəng edib dedilər ki, sabah mərkəzdən gəlib səndən
intervyü alacaqlar.
- O nədi?
- Dəqiq bilmirəm. Hər halda hamama gedib yuyun.
Tərbiyəçi uşaq bağçasında uşaqlara deyir:
- Sovet İttifaqında hamı doyunca yeyir, qəşəng geyinir.
SSRİ-də insanlar gözəl mənzillərdə yaşayırlar. Bütün
sivet uşaqlarının gözəl oyuncaqları var. .
Vova ağlayır:
-Mən, mən ... SSRİ-yə getmək istəyirəm..
SSRİ-yə gələn Nikson Brejnevdən soruşur ki, niyə sovet
fəhlələri tətil eləmir? Cavab əvəzinə Brejnev onu zavoda
aparır və fəhlələrə deyir:
-Sabahdan maaşınız azaldılacaq (alqışlar). İş günü uzadılacaq
(alqışlar). Hər onuncu fəhlə edam ediləcək (alqışlar.
Bir nəfər sual verir: "Kəndiri özümüz gətirək,
yoxsa həmkarlar ittifaqı verəcək??")
Psixiatrın qəbulunda:
- Doktor, məndə şəxsiyyətin pozulması var: bir şey düşünür,
başqa şey deyir, üçüncünü edirəm.
- Bu, onu göstərir ki, tam normalsan!
Televiziyada dördüncü kanal işə düşür. İlk gün vətəndaş
televizorun önündə oturub birinci kanalı açır. Orada
Brejnev çıxış edir. İkinciyə çevirir, yenə Brejnev,
üçüncüdə də Brejnev... Dördüncü kanala çevirir. Orada
KQB polkovniki oturub barmağı ilə hədələyir: “Kanalları
yaman çox dəyişirsən haa...”
Elan: “İntelligent rus ailəsinə xaricə getmək üçün yəhudi
kürəkən lazımdır”
Brejnev Kosıgindən soruşur:
-Bizdə nə qədər yəhudi var?
- 3-4 milyon.
- Biz onlara getmək icazəsi versək, çoxları istəyər?
- 10-15 milyon..
.
- Kiçik Teatr nədir?
- Xarici qastroldan sonrakı Böyük Teatr.
Noyabr paradı üçün adamları sıraya düzürlər. Rabinoviçə
tapşırırlar ki, Çernenkonun portretini götürsün.
O, etiraz edir:
-Yoldaşlar, qətiyyən mənə belə tapşırıq verməyin. Mən
Brejnevin portretini götürdüm, o öldü, Andropovunkunu
götürdüm, öldü...
- Yoldaş Robinoviç, Sizin qızıl əlləriniz var!
- Doğrudan, Dzerjinski uşaqları sevirdi?
- Bəli. Amma onların valideynlərinə nifrət edirdi.
- Döğrudan, sovet islah-əmək koloniyalarında gözəl şərait
var?
- Bəli, biri şübhə edirdi. Tezliklə öz gözü ilə görmək
imkanı əldə etdi. Ora xoşuna gəldi, ona görə hələ də
qayıtmayıb.!
Brejnev və Nikson öz cangüdənləri ilə Niaqara şəlaləsinin
yanında dururlar. Onları yoxlayıb deyirlər ki, özünü
aşağı at. Amerikalı etiraz edir:
-Mənim ailəm, uşağım var.
Rus düşünmədən özünü atır. Onu tuturlar. Nikson soruşur:
-Necə oldu ki, özünü atmağa qərar verdin?
- Ailəm var, uşağım var...!
Sosialist, kapitalist və kommunist görüş təyin edirlər.
Sosialist gecikir:
-Gecikdiyim üçün bağışlayın, kolbasa növbəsində dururdum.
- Növbə nədir? – kapitalist soruşur.
- Kolbasa nədir? – kommunist soruşur.
Bir yəhudi o birinə:
- Kommunizmdə mənim öz şəxsi təyyarəm olacaq.
- Nəyinə lazımdı?
- Birdən, tutalım, Kaluqada un paylayırlar. Yarımca
saata orda olacam.
Stalinqradın adı Volqoqrad olandan sonra o dünyadan
teleqram gəlir:
“Razıyam. İosif Volqin."
Fidel Kastronu Moskvada hərarətlə qarşılayırlar. Xruşşovla
tək qalanda o parikini çıxarır, saqqalını sökür və yorğun
halda deyir:
- Daha bacarmıram...
- Lazımdı, Fedya, lazımdı...
- Ana, Nikita Sergeyeviç Xruşşov deyil?
İki qoca bolşevik:
-Vasya, yadındadı, Qış Sarayını necə aldıq?
-Hə, yaman qızmışdıq.
Uzunömürlü ilə telemüsahibə:
- Necə oldu ki, 167 yaşda belə yaxşı qaldınız?
- Böyük Oktyabr sosialist inqilabı idi...
- Yaxşısı budu, dekabristlərdən danışın.
- Böyük Oktyabr sosialist inqilabı idi...
- Zəhmət olmasa, Puşkindən danışın.
- Böyük Oktyabr sosialist inqilabı idi... Hərc-mərclik
vaxtı mənim yaşımı 100 il artıq yazdılar.
|
|
|