Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Şəki lətifələri

Nolu göstərir
Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
-Oğlan, siz bu kənddənsooz?
Oğlan:
-Mən bu kənddənəm, eşşək Şəkidən.
Lütvəli:
-Artıq benzinin varmı?
Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
-Nolu göstərir.

Gəl ortalayaq

-Xala əyağo altından mənə bir öpüş verərsən?
-Lap başımın üstündən də saa öpüş verərəm.
-Xala sən baş vurdun, mən əyaxdan. Gəl bunu ortalayaq.

Sındırıb ye

-Xala izin ver göbəyo üstündə qoz sındırım.
-Sənin ki könlündə biclik yoxdursa, bir daş altda qoy, bir daş üstə, sındırıb ye.

Bu da dədəmə qalsın

Bir dükançı həmişə piti bişirib, yeməyini dükanda yeyərmiş. Bir gün bu, piti yeyəndə dükana bir neçə tanış adam gəlir. Dükançı ağızucu onları da dəvət eləyir. Müştərilər süfrə qırağında əyləşib başlayırlar yeməyə.
Pitinin suyunu yeyib qurtaran kimi dükançı:
-Bu da dədəmə qalsın. – deyib pitinin ətini götürür.

Arabanı ora sür

Qarınqulu ehsanda o qədər yeyir ki, tərpənə bilmir. Qonşuları bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göydə ulduzları görür və arabaçıdan soruşur:
-Orada nə yığıncaqdır?
Arabaçı deyir:
-Orada da ehsan verilir.
Qarınqulu:
-Onda arabanı ora sür.

Eşşəkdən danışsın

Kişi arvadına deyir:
-Eşşəyi sataq oğlana toy edək.
Özünü yuxuluğa vuran oğlan bunu eşidir.
Bundan sonra oğlan tez-tez anasına:
-Atama de ki, eşşəkdən danışsın.– deyir.

Beləsinnən olub

Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş. Bir gün qaynatası onlan soruşur:
-Axırı qızımın uşağı oldumu?
Gəlin başı ilə «hə» işarəsi verir.
- Oğlan oldu, yoxsa qız?
Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur, sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıyla göstərir ki, beləsindən olub.

Xurcuna haqq deməmişən

Faytonçu Xurnik Həsən çox baməzə adam olur. Faytona minən müşdərisinə deyir:
-Ağro mən alım, xurcuna haqq deməmişəm, xurcuno çiynaa al.
Müşdəri faytonda çiynində xurcun gedir. Faytonçu müştərisinin bu halını küçədən keçənlərə göstərir, özü də gülür, görənlər də.

Oruc yediyini görmüşəm

Bir nəfərdən soruşurlar:
-Filankəs necə adamdır, oruc tutub namaz qılırmı?
Cavabında: - Mən onun oruc yediyini görmüşəm, amma namaz qıldığını görməmişəm, - deyir.

Maa görünmə

Gəlin görür ki, təzə bəyin xoşuna gəlməyib, ondan soruşur:
-A kişi, mən kimə görünüm, kimə görünməyim?
Təzə bəy:
-Bir maa görünmə, qalan kimə itəyirsən görün.

Corab ayağımı sıxır

Şən keçməsi üçün şəkili Bəhlul adlı bir baməzəni məclisə qonaq çağırırlar. Qonaqlıq yağışlı və soyuq vaxta təsadüf edir. Bəhlulun ayaqqabıları və corabları yırtıq imiş, ayaqları suyun, palçığın içində olur. Bəhlul corabları çıxarıb ayaqqabısının içinə qoyur, yalın ayaqla məclisə girir.
Bəhlulu belə halda görən qonaqlar təəccüüblə soruşurlar:
-A, Bəhlul, həbilə soyuqda corablaroo niyə çıxartmısan?
Bəhlul özünü sındırmadan deyir:
-Corabları təzə almışam, ayağımı sıxır.

Toyuq peyini

Zənqərəboğlu Hacıbala çox baməzə adam olub. O bir nəfər kəndliyə tapşırır ki, mənə bir araba toyuq peyini lazımdır. Peyinə yaxşı pul verəcəyini vəd edir. Həmin kəndli özü peyin gətiməyə söz verir. Bir həftə sonra kəndli peyin dolu arabanı Hacıbalanın dükanının qabağında saxlayır. Kəndli peyini boşaldıb pulu almasına ümid edir.
Bir qədər keçəndən sonra Hacıbala kişi gəlir. Barmağı ilə peyinin ora-burasını eşib baxır. Sonra başını bulaya-bulaya deyir:
-Ağro mən alım, saa demişdim toyux peyini gətir. Buna xoruz peyini də qatışıb.
Kəndli əlacsızlıqdan arabanı geri qaytarır, peyini tullamağa yer axtarır.

Güzgü məsələsi

Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
-Bu nə eybəcər adamdır!
Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb ülür.
Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
-Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
-Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf…

Protezli adamın diş ağrısı

Bir nəfərin dişlərinin hamısı «protez» (qayrılma diş) olur. Onun dişlərinin yeri ağrıyır. Elə hesab edir ki, ağrıyan dişidir. Protezi ağzından çıxarıb yerə qoyur və deyir:
-İndi nə qədər ağrıyısan ağrı, sora ağzıma qoyaram.

Eşşəkliya şükür elə

Eşşək yük daşımaqdan bezib Allaha şikayət edir:
-Ya rəbbim, məni niyə eşşək yaratmısan? Yazığam, məni eşşəklikdən çıxart.
Allah deyir:
-Get, eşşəkliya şükür elə, yoxsa səni eşşəklikdən çıxardıf qanmaz eliyərəm.

Suyumuz bulanıxdı

Bir dövlətli adam heç vaxt kasıb qonşusunu məclisinə çağırmazmış.
Bir dəfə gecə vaxtı dövlətlinin evi yanır. O, hovuzdan su götürmək üçün kasıb qonşunun qapısını döyür. Ona kömək etmək istəməyən kasıb qaçox gec hay verir. Dövlətli qonşu onun hovuzundan su götürmək istədiyini bildirir.
Kasıb qonşu qapının arxasından deyir:
-A, bala, suyumuz bulanıxdı, saa layıx döyül. Hayındı özün bax, işinə yarıyırsa, gəlim qapını açım.
Kurort bizə gəlif
Həddindən artıq kökəlmiş bir arvad arıqlamaq üçün kurorta getməyə hazırlaşır. Qohumlarından biri ona məsləhət görür ki, əvvəlcə oğlunu evləndirsin, sonra kurorta getsin. Kök arvad məsləhəti eşidir və oğlunu evləndirir.
Bir neçə aydan sonra məsləhət verən onlara gəlir, arvadın həddindən artıq arıqladığını görüb deyir:
- eyəsən kurortda olmusan, oranın havası saa yaman düşüf.
Kök arvad cavab verir:
-Yox, mən kurorta getməmişəm, kurort bizə gəlif.

Sifariş

Səriştəsi olmayan bir aşıq çayxanada sifarişlə oxuyurmuş. Sifarişçilər aşıqdan o qədər də razı qalmırdılar. Çay içən bir nəfər ona beş manat göndərir və belə sifariş edir: «Mən təziyəliyəm. Mən çayçıdan çıxana qədər oxumasın».

Sən molladan çox bilmirsən ki…

Uzun müddət xəstə olan anaya oğlundan başqa heç kim baxmır. Bir sözlə, xəstəyə ancaq oğul qulluq edir. Oğlan hər gün anasını səbətə qoyub iş yerinə, sahəyə aparır. Oğlan ananın rahatlığını düzəltdikdən sonra sahədəki işini görür. İşdən sonra isə ananı səbətə qoyub evə qaytarır.
Bir gün işə gedəndə rastına çıxan molla oğlana deyir:
-Sən niyə hər gün ananı səbətlə aparıb-gətirirsən?
Oğlan deyir:
-Anam xəstədir. Ona qulluq etməyə başqa adam yoxdur. Sağalmır ki, sağalmır.
Molla deyir:
-Anan sağalmırsa, onda onu ərə ver.
Oğlan cavab verir:
-Ona heç bir şey kar eləməz.
Ana tələsik səbətdən əlini çıxarır, oğlunun başına bir qapaz vurub deyir:
-Sən o kişidən çox bilmirsən ki…

Dodaq dəyməyən qabda su

Şəhərdə oxuyan bir nəfər anasından dodaq dəyməyən qabda su gətirməsini xahiş edir.
Ana təzə stəkanda, kasada və başqa qablarda su gətirir, ancaq oğlunu razı sala bilmir. Axırda hövsələdən çıxıb çağasının «qarşoğuna»ə su töküb aparır və deyir:
-Evdə bunnan başqa dodaq dəyməyən qab yoxdur.

Sənin eşşəyoo qohumu çoxdu

Şəkinin qışlaq hissəsində yaşayan dəllək Aba kişi Cəfərabad kəndinə - həftəbazarına gedir. Bazardan eşşək alıb gətirir evinə.
Bir neçə gündən sonra qapı döyülür. Aba kişi qapıya çıxır. İki nəfər dəhnəli ev sahibiylə salamlaşıb özlərini təqdim edirlər:
-Biz saa eşşək satanın qohumuyuq.
Aba kişi:
-Çox gözəl, – deyib bunları evə dəvət edir. Qonaqlar 2-3 gün qalıb gedirlər. Beləcə hər həftə Dəhnədən Aba kişigilə qonaq gəlir.
Bir gün Aba kişi eşşəyi qabağına qatıb aparır Dəhnə kəndinə. Soraşıq eləyif eşşək satanın evini tapır.
Eşşək satan elə bilir ki, Aba kişi qonaq gəlib, onu içəri çağırır. Aba kişi deyir:
-Mən qonaq-zad gəlməmişəm. Sənin eşşəyoo qaytarmağa gəlmişəm. Eşşəyoo qohumu çoxdu. Maa qohumu çox olan eşşək lazım dölü.

Çərçinin andı

Salam adlı bir kişi eşşəklə məhəllələri gəzə-gəzə alver edərdi. Eşşəyin üstünə qoyduğu səbətə konfet, qolbax, saqqız, stəkan, nəlbəki və i.a. kimi şeylər qoyardı. Hər nə satardısa, and içə-içə tərifləyərdi. Yalannan da təriflədiyi.
Salam kişinin alver eliyəndə yalannan and içməsini görən adamlardan bəzisi etiraz edərdi:
- Ay, Salam dayı, - deyərdilər, - alver eliyəndə az and iç. Axı yalandan and içmək günahdır.
Salam kişi belə sözlərə məhəl qoymazdı:
-Əşi, nə işiniz var, alverim getsin. - deyərdi.
Bir vaxt görürlər ki, Salam kişi bazarda-şəhərdə elə-belə gəzir. Tanıyanlardan biri onnan xəbər alır:
-Ay Salam dayı, niyə alver etmirsən, eşşək hanı?
«Eşşək hanı» sözünü eşidən kimi Salam kişinin gözlərindən yaş axardı, ağlaya-ağlaya «eşşək öldü» söyləyərdi.
Salam kişini çoxdan tanıyanlardan biri onu məzəmmət edir:
-Ay kişi, yalandan Allaha and içmə, qənim olar didox. Sən cavab verdin ki, işində ol, alver olsun. İndi gördün ki, yalandan and içən adama Allah qənim olur. Sənin xırda-xırda yalandan and içməyin yığılıb eşşəya qənim oldu. Eşşəyin öldü. Salam kişi, sənin yalandan and içməyin öza qənim oldu.

Allah yoluna qayıt

Birisinin dinə etinasızlığını görən bir adam ona öyüd-nəsihət verir. Deyir:
-A bala, oruc tut, namaz qıl, Allaha dualar elə ki, sənin günahlaroo bağışlasın. Günahın çoxdur.
İmansız deyir:
-Maa namaz qılmaq düşmür. Namaz suralarını bilmirəm. Necə namaz qılım, Allaha necə dua edim?
Dindar deyir:
-Gündə bir dəfə dəstəmaz aln, üzoo qibləyə tutub di:
Ağ qoyun, qara qoyun,
Başımı yerə qoyum.
Ağ üzüm, qara üzüm,
Başımı yerdən üzüm.
İmansız deyir:
-Elə habı?
Dindar deyir:
-Hə, bala, sənin üzoo qibləyə tutub, əyilib-qalxmağın elə namazdı.
İmansız adam yaz vaxtı bir çəməndə namaz qılanda qaşqasına nəsə batır. Bunu bəhənə gətirib bir daha namaz qılmır. Onu töhmətləyənlərə deyir:
-Sizə dimədimmi mənə namaz düşmür.
Dindar yenə onu yola gətirməyə çalışıb deyir:
-Bəs oruc tutmaq necə?
İmansız deyir:
-Orucu tutaram. Habı işə sözüm yoxdu.
Oruc yay vaxtına düşür. Görürlər ki, inansız tut ağacında tut yiyir. Deyirlər:
-Ə… hayındı nə iliyirsən?
İmansız deyir:
-Vallah, elə tutlar var ki, biri bir oruca dəyər.


Ərəb nə yiyir…

Ərəb dəvənin üstündə gəzirdi. Külək də qabaxdan əsirdi. Ərəb torbadan nə isə çıxarıb ağzına aparırdı. Amma kişinin yemək istədikləri qootu külək havaya soorurdu.
Ərəbdən soruşurlar:
-Ay ərəb, nə yiyirsən?
-Külək ki, belə əsir, heç nə.

Təzə hökumət gəlir
Qızıl Ordu Şəkinin 10-12 kilometrliyinə çatanda arada söylənirdi ki, yeni hökumət varlıların döylətini əllərinnən alıb fağırlara vericihdi.
Fağırlar:
-«Şura hökumət gəlir, dalımızın dayağı olan hökumət gəlir» - deyə bir-birilərini muştuluqlayırlar.
Hamballar, fəhlələr yığışıb rus ordusunun qabağına gedirlər.
Hökumət Şəkiyə çatandan sonra işlər söylənilən kimi olmur. Varlıları, döylətliləri tutub tustaxxanalara salırlar, bəzilərini sürgün eləyirlər, döylətlərini, var-yoxlarını əllərinnən alıb apardılar. Varlılar tutulduğundan hanbalların işi azalır. Qapısında işçi saxlayanlar işçiləri buraxırlar. Alver dayanır, gediş-gəliş kəsilir. Kasıbların vəziyyəti bir az da pisləşir. Hamballar mahnılarını dəyişdirib başqa cür oxuyurlar:

Gör nə günə qoydular

Bizi bu bolşeviklər,
Tülki kimi soydular
Bizi bu balşeviklər.
Bir qədər sonra tərbiyədə, məişətdə də dəyişiklik özünü göstərir. Qadınlar çadralarını atırlar, kişilərisə papaqlarını. Bu hala camaat yeni mahnılar qoşur:
Başında papax dəli Söyün,
Gözündə qapax dəli Söyün.
Qızlar qoşuldu qaçdı,
Gəl gedax tapax dəli Söyün.
Hamballar, fəhlələr eşitdib arzuladıqları xoşbaxtlığı hələ də gözləyirlər.

Heydər doğa alası almağa gedir

Нцzbaşıyev Heydərin anası deyir:
-Heydər, anan saa qurban, qonağımız olacax, get bazardan ətnən doğa alası al gətir.
Heydər irazı olub öydən çıxır. «Uxarı bazarda bir balaca özümü düzəltdim» - deyə düşünür.
Beləcə aşağı bazara çatanacan 3-4 yoldaşını da başına yığır. Onlar əvvəl Qəzərin, sonra da Kosagəldinin midqanına baş vurullar. Midqanın qabağında fayton dayanır. Yoldaşlardan biri faytonçu ilə nə isə danışır, qayıdıb currarına deyir:
-Yevlaxda bir adama çatası amanat var. Habı foytonla gedib amanatı verək, habı faytonla da qayıdarox. Uzağı günortaya burdayox.
Hamı oturur faytona. Yevlağa çatıllar.
Heydər sonrasını xatırlamır. Səhəri gün Gəncədə yuxudan ayılır. Deyillər:
-Ədə, Gəncə alası lap yaxşı olur.
Heydər gedib bazardan əməlli ala aldır.
Onlar evə ikinci gün axşama yaxın çata bilirlər. Heydər anamsına deyir:
Ciyi, Şəkidə yaxşı ala olmadı, gedib Gəncədən almışam.
-A bala, yaxşı ki, sənin gətirdiyin ala qonaxlara qismət olmadı. Bunnarı heç mal da yeməz. Həm soluxub, həm də əzilif. Hayıf dölü Şəkinin alası?
Gözoo dəyişik salmışam
At sahibindən soruşurlar:
-Ato ayıbı varmı?
Satıcı əlini kor gözünün üstünə qoyub deyir:
-Mənim bu gözümdə ayıb varsa, o atda da ayıb var.
Alver baş tutur.
Alıcı atın sancılı, gəhgir olduğuna görüb o biri bazar qaytarmaq üçün bazara gətirir. Satıcını tapır, a narazılığını bildirir:
-Kişi də malına görə yalan danışar?
Satıcı yenə əlini kor gözünün üstünə qoyub dillənir:
-Axı mən saa dedim ki, habı gözümdə ayıb varsa, o atda da ayıb var.
-Düzdü, belə söyləmişdin.
Satıcı lini gözünün üstünnən götüfün deyir:
Hayındı yaxşı bax, mənim habı gözüm necədi?
-Kordu.
-Deməli mən yalan deməmişəm.
Alıcı onunla razılaşmalı olur:
-Mən elə bilmişdim ki, sən sağ gözoo nəzərdə tutursan. Gözoo dəyişik salmışan.

Xingəl qonaxlığı

Ataynan oğulu bir yerə xingəl qonaxlığına çağırırlar. Oğul yedikcə su içir və yenə yeməyə başlayır. Qonaqlıqdan qayıdanda ata oğlunu məzəmmət edir. Evə çatan kimi kişi oğlanın başına tap bir qapaz vurub deyir:
-Ə, qavağındakı xəngəli yeməkdənsə, bir az yiyif su içrdin. Niyə qarnoo suyunan doldururdun? Onnansa xəngəl ilə dolduraydın daa.
Oğul deyir:
-Ay ata, mən bir az xəngəl yeyif su içirdim ki, xəngəli bassın aşağı, yer əmələ gəlsin, sonra yenə xəncəlləri yeyə bilim.
Bu dəfə ata oğlunun başına iki qapaz vurub deyir:
-Bəs maa niyə dimirdin habı üsulu?
«Ver, molla» dimiyin, «Al, molla» diyin…
Molla dəstəmaz alanda hovuza yıxılır. Kənardan adamlar mollanı sudan çıxarmaq üçün kimi əlini uzadır, kimi ağac.
-Əlo ver, əlo ver, – diyirlər.
Molla səslərin heç birinə məhəl qoymur.
Yolnan keçən ahıl bir kişi onlara belə məsləhət görür:
-Ə… Əlo maa ver dimiyin. Əlimi al, habı ağacı tut diyin.
«Əlimi al» sözünü eşidən kimi molla yapışır. Onu sudan çıxarırlar.

Raması bir az əyilib
Bir gün şəkili uşağıyla maşında gedirmiş. Uşaq beli əyilmiş bir arvad görüb atasından soruşur:
-Ata, o arvada nolub? Niyə əyri gəzir?
Atası gülərək cavab verir:
-Ə, raması bir az əyilib.


Muşduluğu qaytar

Bir gün oğul anasına deyir:
-Ana, pulum yoxdu. Sən maa borclusan. Borcoo qaytar.
Ana soruşur:
-Mən saa hardan borcluyam? Sən havaxt maa pul vermisən?
Oğul bildirir:
-Mən anadan olanda dədəm saa 25 manat muştulux veritdi. Mən olmasaydım, saa kim pul verərdi? O pulu qaytar, vəssalam.
Bəhlul evini sökür
Ata bölgüsündə Bəhlula ikinci mərtəbədə bir göz ev düşmüşdü. Bəhlul isə qardaşlarıyla razılaşmayıb birinci mərtəbədə bir göz ev istəyir. Yoldaşları ilə növbəti səyahət zamanı Bəhlul çox borca düşür. O borcunu ödəmək üçün vasitə axtarır.
Bəhlul külüng, kürək, lom və i.a. şeyləri evə yığır. Birinci mərtəbədəki evinin divarını lomla vurur, guya ki, sökmək istəyir.
Səsə gələn qardaşlar soruşurlar:
-Ay Bəhlul, sən nə eliyisən?
Bəhlul cavab verir:
-Mən evimi sökürəm. Başqa yerdə öy tikicəm.
Qardaşlar deyir:
-Ay Bəhlul, heylə iş olmaz. Onda bizim öylər necə olar? Uşmazmı?
Bəhlul:
-Mən öz öyümü sökürəm. Sizin öylər nətəri olur olsun. O iş mənim nəyimə lazımdı?
İşin nə yerdə olduğunu başa düşən qardaşlar bu dəfə də Bəhlula öyünün dəyərindən çox-çox artıx pul verib razılaşırlar.

Bəhlula qız nişanlandı
Qardaşları avara-avara gəzməkdən əl çəkməsi məqsədiylə Bəhlula toy eləmax fikrinə düşürlər. Münasib bir ailənin qızını nişanlamaq üçün elçilik edirlər.
Bu işi bilən Bəhlul qız atasına deyir:
-Ay kişi, qızo bədbaxt eləmə. Mən özümə bir qarın əppəh tapmıram, səən qızoo qarnını nə təhər döyduracam? Zornan gətirsaaz da, qız məni görəsi döylü.
Bu söhbətdən sonra qız atası elçiləri rədd cavabı verir.

Toyuğun intihar məktubu

Bir dəstə adam Şəki İpək qombinatının qavağına yığışıb nəyəsə baxırdır. Orda olanların birindən soruşurlar:
-Nə olub?
-Diyillər bir toyuq yazıb ki, mən yumurta planını doldura bilmirəm. Ona görə də özümü öldürmək qərarına gəlmişəm.
Ya Rəbbim, mənim düyünümü aç
Fağır bir kişi hər gün bazara gedər, qazandığı pula buğdadan, düyüdən, undan alıb evə qayıdarmış. Bu kişi kasıb olmasına, işinin pis gətirməsinə görə həmişə öz-özünə danışır:
«Allah sən mənim düyünümü aç!» - deyə Allaha dua eliyirdi.
Bir gün habı kişi qazandığı pula 3 girvəkə düyü alıb «Allah sən mənim düyünümü aç!» - deyə-deyə evə tərəf gəlirmiş. Yolda arxın üstündəki ayax körpüsündən keçəndə onun yaylığının düyünü açılır, düyü suyun içinə tökülür.
Pərtləşən kişi üzünü qibləyə tutub deyir:
-Ya Rəbbim, axı mən yaylığın düyününü aç deməmişdim, mənim düyünümü aç demişdim.

Ölməsə savabı çox olardı

Kəndli deyir:
-Molla əmi, uşaq neçə gündür xəstələnib, qızdırması çox olur, gözünü açıb dünyaya baxmır.
Molla bir dua yazıb uşağın atasına verir.
Bir neçə gün sonra yolda xəstə uşağın atasıyla molla görüşyr. Molla əxəbər alır:
-Uşaq necədir?
Ata deyir:
-Molla əmi, uşaq öldü.
Molla cavab verir:
-Ölməsəydi, duanın savabı çox olardı.
Əzrayılın üzü qara olsun
Bir nəfərin istəkli bir dostu xəstələnir, yorğan-döşəyə düşüb uzun müddət yatır. Bir gün, yalan–gərçək, söz yayılır ki, dostu ölüb. Həftələr keçir. Bir də görür ki, dostu əlində hasa hardansa gəlir. Bu şəxs xəstə olduğu vaxt ona baş çəkmədiyini xatırlayıb başını aşağı salır. O dünyadan qayıdan dostuyla görüşəndən sonra isə dilinə gətirməyə başqa söz tapmadığından belə deyir:
-Əzrayılın üzü qara olsun, onun yalanı olmasaydı, indi mən qabağında xəcalət çəkməzdim.

Dəli Mehdinin ağıllı cavabı

Şəkidə bir adam yaşayırdı. Ona camaat Dəli Mehdi deyirdi. O, həmişə bazarda sakit-sakit gəzərdi. Dindirib-danışdıranda məzəli söhbətlər edirdi.
Bir dəfə də, kimsə kişinin qabağını kəsib deyir:
-Ay Mehdi, nə durmusan, kimə tamaşa edirsən?
Mehdi deyir:
-Habı adamlara baxıram. Onnarın yarısı yuxarı, yarısı da aşağı gedir. Çaşıb qalmışam. Hayındı hamı bir səmtə getsə, mən də onlara qoşulub gedərəm. Daa məəttəl qalmaram. Hansı tərəfə gedim, bilmirəm.

Əlini belindən götürməyən oğlan

Bir arvadın oğlu tənbəl və çox yeyən olur. O, heç bir işin qulpundan yapışmazmış. Həmişə tində əli belində dayanarmış.
Bir gecə oğlan, həmişəki adəti üzrə anasını yuxudan oyadıb deyir:
-Məni həyətə apar.
O, məhləyə çıxıb ayax yoluna girər-girməz, quyunun üstündəki tir qırılır. Oğul düşür quyudakı çirkabın içinə. Ana haylayıb qonşudan adamlar çağırır. Onlar gəlincə oğlan xirtdəyə qədər batır.
Qonşular gəlib oğlanı bir təhər çıxardırlar. Anası görür ki, oğlunun əlləri yenə də belindədi. Deyir:
-Anan boyaa qurban olsun, xirtdəyəcən çirkaba batıfsan, yenə əloo belinnən götürmüyfsən...

Səndən karvan vuran olmaz

Oğul anasını yuxudan oyadır:
-Dur, məni çölə apar.
Oğlan görür ki, gözəl aylı gecədir. Anasına deyir:
-Ay ana, nə karvan soyası, nə sarvan vurası gecədi.
Anası belə cavab verir:
-Ə, rahatlanmağa da ananın tumanından yapışıf gedirsən. Səndən karvan-zad soyan olmaz… Tez işini gör, yuxum gözümdən tökülür.
Hələ tezdir
Abcabbarın öy növbəsiində olduğunu bilənlər ondan soruşurlar:
-Ay Abcabbar, sənə öy verdilər?
-Öy verməyə veritdilər, amma xoşuma gəlmir.
-Niyə xoşaa gəlmir?
Kişi qəbiri nəzərdə tutub deyir:
-Xarabanın nə qapısı var, nə pəncərəsi. İçinə girsəm, bilmirən harasından çölə çıxacağam. Ona görə də xoşuma gəlmir.
-Hayındı sən təzə öyaa köçmək istəmirsən?
Abcabbar:
-Yox, hələ tezdir – deyir.

Bu da onun dərisi

Bir nəfər 100 qoyun alıb bir çobanla yaylağa göndərir. Sürülər yaylaqdan düşəndən sonra çoban qoyun sahibinin yanına əliboş gəlir.
Qoyun sahibi soruşur:
- Bəs qoyunlarım hanı?
Çoban deyir:
- Yaylağa gedəndə 20-sini su apardı; 16 qoyun qayadan uçdu; 10-15-ni canavar yedi; çaqqal yidi; tülkü apardı. Habı neçə qoyun oldu?
-99.
-Qaldı birisi: al, bu da onun dərisi. Özün gördün ki, saa qarşı biz tərəfdən heç bir xoşa gəlməyən iş olmayıb. Bizim qalan haqqımızı da ver, halallaşaq, mən gedim.

Yoxumdur

Birisi tanışından əlborcu pul istəyir. Tanışı:
-Pulum yoxdur, - deyir.
Borc istəyən «yoxumdur» sözünə məhəl qoymadan and-aman eləyir, pis borca düşdüyünü deyir, əl çəkmir.
Pul verəsi kişi axırda pul istəyənə belə bir məsəl çəkir:
-Ə… biri deyir: «Xədiməm». O biri yenə soruşur: «Oğuldan-qızdan nəyin var?» Hayındı mən də saa nə qədər «pulum yoxdur» deyirəm, sən yenə deyirsən ver…

Arpanın dadı

Şəkinin Kiş kəndinin sakini Şəmi kişi müharibə dövrü qəssab dükanından başayaq almaq istəyir. Dükanın yanında «toquş-toquş» deyir, amma eşşək dayanmır. Kişi yüyəni darta-darta yalvarır:
-Toquş, sənin ağzoo yiyim, dur. Axı gec də olsa, sən bizə arpanın dadını öyrətmisən. Arpanın nə gözəl dadı varmış. Hayındı qoy ət alım, ətin də dadını mən saaa öyradım.
Günaha batanlar gəlir
Bir nəfər ömrünün çox hissəsini tustaxlıqda keçirir. 70-80 yaşlarında azadlığa buraxılır. Görür ki, oğul-uşaqları qırılıb qurtarıb, ailəsindən bir kimsə qalmayıb. Evdə bir müddət tək oturandan sonra çıxıb kənddə gəzir. Mollaya rast gəlir. Ondan soruşur:
-Ay molla, mən evdə tək qalmışam. Mən meçidə gələ bilərəmmi?
Molla deyir:
-Ay kişi, niyə gəlmirsən, gəl. Meçidə səndən də çox günaha batanlar, oğraşdıq eliyənnər gəlir. Sən də nə vaxt istəsən gələ bilərsən.

Maşaallah

Şəkinin Oxud kəndində gördükləri, eşitdikləri hər şeyə xeyir-dua verirlər. Bir adamın iki baş inəyi itir. Bir-iki gündən sonra birisi ondan soruşur:
-İnəkləri tapdınmı?
Deyir:
-Tapdım.
-Hardadı?
-Dərədə qalıflar.
-İnəklər orda niyə qalıf ki?
-Geyif gördüm ki, maaşallah canavar ikisini də tərt-təmiz yiyif, maşallah.
-A kişi, canavarın habı işinə iki maşallah düşür?
-Elə adam var ki, heç yaxşı işə də maşallah deməyə dili gəlmir.

Xan yaylaxda

Xan mal-qarasına baş çəkmək üçün yaylağa gedir. Axşamtərəfi hava qaralır, yağış yağır, dalına da göydən dolu tökülür. Yaylax sərin idi, yağıntıdan sonra hava bir az da soyuyur.
Axşam qaralır, xan evinə qayıda bilməyib yaylaxda gecələməli olur. Yaylaxda olandan - yapıncıdan, keçədən xana bir yer düzəldirlər. Xan yataqda üstüörtülü uzansa da, bərk üşüyüdüyündən deyir:
-Ədə üstümü örtün, bərk ütitrədirəm.
Çoban bildirir:
-Xan sağ olsun, hadırda nə vardısa, hamısını üstaa salmışox.
Xan küncdəki qaraltını göstərib soruşur:
-Bəs o nədir yerdə qalıf? Onu maa qıymırsoz?
Çoban deyir:
-Xan sağ olsun, habı, ayıb olmasın, bizim eşşəyin çuludu.
Xan əsə-əsə dillənir:
-Ədə, onun adını çəkmə, bir az da üşütməm artır. Hayındı onu da üstümə atın.

Qənd payımı yiyəcəm

Qaraqoyunlu bir dostuna qonaq olur. Ev sahibi bir neçə tanışını da evinə çağırır. Qonaqlara çay süfrəsi açırlar. Bir, iki, üç stəkan və daha çox çay içənlər olur.
Qaraqoyunlu bir stəkan çay içib dayanır. Amma görür ki, hamı çay içməklə məşğuldu. Növbəti çay stəkanını onun da qabağına qoyurlar.
Qaraqoyunlu çaypaylayana deyir:
-Mən çay istəmirəm.
Çaypaylayan çay dolu stəkanı qaytarıb podnusuna qoyur, əlini uzadıb qənd qabını da qaraqoyunlunun qabağından götürmək istəyir. Qaraqoyundu tələsik dillənir:
-Dəymə, qənd payımı yiyəcəm.

Molla ilə söhbət

Birisi molla ilə məzələnmək istəyir, ondan soruşur:
-Molla əmi, deyirlər sən bir şapalax aşa bir dolma qatırsan. Bu söz düzdü, yoxsa yalan?
Molla ağzı sulana-sulana deyir:
-Kələmin bəli.
-Molla əmi, daa nə yemək istəyirsən?
Molla deyir:
-Ay olaydı burda bir qab süttü aş.
Yanının əzməsiylə, yanının kavabı ilə.
Yanının oşarasıyla.
Vurasan şapalağı, yağ süzülə aşağı əlindən.

Üçüncüsünü deməz

-Bizim kənddə üç igid var:
Birisi mənim dayısı oğlu,
O birisi də əmisi oğlu,
Üçüncüsünü deməz.
-Ə… yoxsa üçüncüsü sənsənmi?
-Ə… sən şıxsanmı, mıxsanmı, nəsən?

Dönüb erməni olmaq istəyirəm

Şəkili Dəli Kərimin oğlu Yusif çox baməzə adam oluf. Bir gün Yusif curları ilə kilsəyə gedir. Salam-əlamdan sonra keşişə deyir:
-Keşiş ağa, mən dönüf erməni olmax istəyirəm.
Keşiş bunu çox səmimiyyətlə qəbul edib onu kilsənin içərisindəki ibadətgaha aparır. Keşiş Yusifə deyir:
-Mən nə söyləsəm, sən də de ki, qəbul edirəm.
– Baş üstə.
Keşiş:
-Yuxarı yola getmiyəsən. Keçəl Əli ordadır.
Yusif:
-Qəbul edirəm, baş üstə.
Keşiş:
-Aşağı yola getmiyəsən, Keçəl Məmməd ordadır.
Yusif:
-Qəbul edirəm, baş üstə.
Keşiş:
-Ortalıx yolla gedərsən, Məryəm oğlu İsa ordadır.
Yusif:
-Qəbul edirəm, baş üstə.
Keşiş:
-Çörək verər yeyərsən, çarıx verər geyərsən.
Yusif:
-Qəbul edirəm, baş üstə.
Nəhayət, Keşiş deyir:
Mən nə desəm təkrar elə. De ki, Qurandan İncil yaxşıdır.
Yusif təkrar edir.
-Molladan keşiş yaxşıdır.
Təkrar edir.
-Məhəmməddən İsa yaxşıdır.
Təkrar edir.
-Plovdan xəlyər bişmişi yaxşıdır.
Bu dəfə Yusif etiraz edir:
-Keşiş, habırda işi tamam xarab elədin, yeməyoo qatışdırdın, mənnən saa erməni çıxmaz, - diyif kilsədən çıxır.
Üç dolma, on beş loxma
Beş qız əminin himayəsində idi. Əmi həftədə bir dəfə donluq alır və həftə də bir dəfə dolma pişirirlər. Ana qızlara tapşırır ki, yeməkdən sonra əmoza dua edin. Qızlar deyillər:
-Allah sən yetir, üç dolma, on beş loxma. Allah sən usta qaqaşı saxla, üç dolma, on beş loxma. Allah sən usta qaqaşı saxla.

Qız özü heylə gəlif

Çimərliyə birinci dəfə gedən iki şəkili təəccüblərini saylaya bilmirlər. Biri deyir:
-Ə… ona bax ey… qızı soyunduruf yanına qoyuf.
O biri onun səşvini belə düzəldir:
-Ə… o soyundurmuyuf ki, qız özü heylə gəlif.
Tərəkəmə tut yeyir
Dağdan gələn vaxt 4-5 tərəkəmənin qabağına bir mecvayı tut qoyurlar. Quraxsımış tərəkəmələr tutu şapalaxla yeməyə başlayırlar.
- Ə, tutu şapalaxla yeməzlər. Tutu bir-bir yeyərlər.
Tərəkəmə cavab verir?
-Ə, sən deyən hünü şöfdəlidi. Bir-bir ağza qoyuf çeynəməmiş udursan.
Oğlanlaroo hansı yaxşıdı
Bir kişinin iki oğlu olur. Ondan soruşurlar:
-Hansı oğlundan çox razısan?
-Böyük oğlumdan çox razıyam, balacadan yox.
Səbəbini soruşanda kişi deyir:
-Kiçik oğlum gah yalan danışır, gah da doğru. Həfrayı məssəf (Həfrayı məssəf – Düzlüyü və ya yalanlığı bəlli olmayan danışıq) qalıram. Böyük oğlum isə həmişə yalan danışır. Məni həfrayı (Həfrayı – Düzlüyü və ya yalanlığı bəlli olan danışıq) qoymur. Ona görə də böyük oğlumdan çox razıyam.
Əlborcu tərif
Bir Dəhnəli xoşlamadığı atı Şəki bazarında satmaq istəyir. At almaq istəyənlər bir-bir gəlib atın nişanlarına baxır, bazarda dəllallıq edən baytarla məsləhətləşir, sonra da at satandan atın xasiyyətini xəbər alırlar. At satanın qonşusu eşşək satırmış.
At satan Dəhnəli qonşusunu tapıb ona deyir.
-A qonşu, niyə gəlif atı tərifləmirsən. Ata müşdəri gələndə sən də atın yanına gəl, atı təriflə. Əlborcu olsun. Mən də sənin eşşəyoo tərifləyərəm, borclu qalmaram.
Müştərilər gəlib at haqda soruşurlar. At satan qonşusuna deyir:
-Ə… papağoo yerə soxum, sən bu atı tanımırsan? Niyə atı tərifləmirsən?
Qonşu cavab verir:
-Ə… sən xəsisin, simicin birisən. Sən o atınan ceyran qovub tutanda o ətdən bircə tikə mənə vermisən? Heç bir söz deyən döyləm. Alan o, satan sən. Mənim nə xeyrim var ki, sənin atoo başqa hünərlərini də bazarda car çəkim. Diyəsən hayındı yadaa düşüf ki, mən saa qonşu olmuşam.
Mehriban gəlin və qaynana
Qaynana və gəlin heç vaxt bir-birinin pisliyini danışmaz, həmişə bir-birindən razı qaldıqlarını bildirərdilər. Öz aralarında apardıqları iş bölgüsünə görə bir yaş iki aylıq uşağı yedirmək qaynanaya düşür. Gəlin hər gün uşağın yeməyini hazırlayır, qaynana da yedirməli olur. Uşaq çox çətin yeyir. Qaynana gah oyuncaqlarla, gah toyuqlarla, gah da hovuzda üzən balıqlarla nəvəsini aldada-aldada yemək yedirərmiş.
Qaynana baməzə qadın olur. Qonşular onun məzəli söhbətlərini çox sevirlərmiş. Arvad söhbətlərin birində belə danışır:
-Ay qız, uşağı toyuqların yanına, hovuza aparmaqdan, oyuncaqla aldatmaqdan bezar olmuşdum. Uşaq yemir ki, yemir. Zalım balası – bizim gəlini deyirəm - yeməyi o qədər hazırlayır ki, qurtarmaq bilmir… Gördü ki, yox, uşaq hər gün axşama qədər mənim qucağımda, mən də onu gəzdirməkdə olasıyam. Uşağı toyuqların yanına aparıb bir qaşıq uşağın ağzına, iki qaşıq öz ağzıma, hovuza aparıb, bir qaşıq uşağın ağzına, iki qaşıq öz ağzıma atıram… Beləcə körpənin xörək qabının dibini yalayıb gəlinin qabağına qoyuram. Bir vaxt görürəm ki, uşaq sap-sarı saralıb, özüm isə kökəlib camışa dönmüşəm. Başladım öz-özümü qarğamağa:
-«Ay qarnaa güllə dəysin. Bu nə işdir sən etdin».
Əlacım kəsilib axırda gəlinə dedim:
-«Ay canı yanmış, uşaq çox çətin yeyir. Bəlkə, işimizi dəyiş-düyüş eliyəh, mən hazırlayım, sən yedir».
Bu yolla həm uşağın canını, həm də öz canımı qurtardım.
Çay sərrafı
Çayxanaya gələn müştərilərdən biri çox vaxt çayçının verdiyi çaya irad tutarmış. Bir dəfə çay içəndə həmin müştəri deyir ki, çayda arpa tamı var. Mübahisə düşür. Toplaşanlar müştəriylə birlikdə çaynikə, su səhənglərinə baxırlar. Heç bir şey tapılmır. Nəhayət, qaynayan samovarı boşaldırlar, dibindən bir dənə arpa çıxır.
Həmin müştəri növbəti gəlişində çay içərkən çaydan qoz qərzəyi tamı gəldiyini söyləyir. Axtarıb görürlər ki, çayçı suyu başqa bulaqdan gətirmiş, bu bulağın suyu isə bir qoz kökünün üstündən keçirmiş. Çayxanadakılar bu müştərinin həqiqətən çay tanımasının bir daha şahidi olurlar.
Bu hadisələrə tamaşa edən bir nəfər də özünü çay tanıyan kimi qələmə vermək istəyir. O, «çay dəmdən düşüb», «çayı qaynatmısan» kimi iradlarıyla çayçının başını dəng eləyir. Çayçı deyilənlərin tam əsassız olduğunu bilsə də, ldözürdü.
Keçmişdə orucluq ayında yeməkxanalarla çayxanalar bağlanardı. Lakin həmin çayçı adəti üzrə səhər gəlib çayxananı açır, samovarı qaynadıb çay dəmləyir. Çayxanaya hələ müştəri gəlməmiş çayçıya xəbər çatır ki, bu gün orucluğun birinci günüdür. Kişi o dəqiqə çayxananı bağlayaraq evinə qayıdır.
Çayçı bir də orucluq qurtaranda çayxananı açır, samovarı qaynadır. O, təzə çay dəmləməyə macal tapmamış özünü yalandan çay bilicisi kimi göstərən müştəri içəri girir. Bayramlaşandan sonra çayçı ona bir ay əvvəl dəmlədiyi çaydan bir stəkan töküb qabağına qoyur və deyir:
- Əmioğlu, görax hayındı habı çaya nə sözün olacah?
Müştəri çayı həvəslə içir. Əlavə ikinci stəkan çayı da içir və deyir:
-Bax, buna əsil çay dəmi deyərəm. Əladı.
Çayçı dillənir:
-Bu çaya biraylıq çay deyərlər. Savax gəlsən sənə bir ay bir günlük çay verəcəm. Mən, sən xoşladığın çayı hindi bildim.
Bir neçə gündən sonra çaynikdəki köhnə dəm qurtarır. Yalançı çay bilicisi gələndə çayçı ona çay vermir. Səbəbini soruşanda deyir:
-Sənin bəyəndiyin çay bir də bir ildən sonra olacaq. Get, onda gələrsən.
Əzrayıl
Əzrayıl ailəsi böyük olan bir varlının evində peyda olub deyir:
-Mən sənin ailədən 3 nəfərin canını alacam.
Ailə üzvlərinin hamısı nökərin üzünə baxır. Nökər işin nə yerdə olduğunu duyub donquldanır:
-Biri mən olsam da, hər halda ikisi sizdən olcaxdı. Hamooz niyə mənim üzümə baxırsooz, mən üç adamın yerinə ölə bilmərəm ki…
Zənbil
Ana zənbil almaq üçün oğlunu qonşuya göndərir. Qonşu bəhanə gətirərək deyir:
-Ədə, get ciyaa de, zənbil boş döylü, doludu.
Əliboş qayıtmaq istəməyən uşaq:
-Nolar boşalt ver daa- deyir.
-Zənbilin içində qatıq çalmışam, boşaltmaq olmaz.
İki məzəkeş
İki dost çoxdan idi ki, bir-birini görmürdü. Onların danışığı həmişə məzəli olurdu.
Onlar bir-biriləriylə rastlaşanda Bəybala adlı birisi deyir:
-Çoxdandır görünmürsən. Haralardasan? Yoxsa Bağdaddakı cır alçaya dönmüşdün.
Xanbala cavab verir:
-Ə mənim də gözüm çoxdandır səni axtarır. Səni görməyəndə iti itmiş çobana dönürdüm.
Burda bülbüllər rusca oxuyur
Zamanov Məmməd ailəsiyləə Şəkidən Mingəçevir şəhərinə köçüb orada yaşayırdı. Bir gün anası Məmməddən soruşur:
-Ay Məmməd, habırda bülbül olmurmu? Mən heç bülbül səsi eşitmirəm.
Məmməd anasına cpvad verir:
-Ay ana, habırda da bülbüllər oxuyur, sən başa düşmürsən. Çünkü habıranın bülbülləri urusca oxuyur.
Məmməd kişi biçinə gedir
Keçmişdə taxılı əlinən, oraqla biçər, ona görə də haqq alardılar.
Şəkili Məmməd kişi bir qohumugilə buğda biçininə gedir. Camaat lap səhər tezdən sərin ikən lazımı şeyləri - su qabı, ayran, oraq, yemək götürüb sahəyə gedirdi, biçinləri biçərdi.
Məmməd kişi orağı üstünə sancır. Biçin yerinə çatıb hər şeyi rahatlayır, amma orağı tapmır. Uzaxda işləyən yoldaşından soruşur:
-Mənim orağımı götürməmisən?
-Yox.
Əlacı üzülən Məmməd kişi evə qayıdır, gəlini səsləyir. Gəlinin gec çıxdığını görüb hirslənir və ağzının acısının gəlinə tökür:
-Ay köpək qızı, it qızı, qanacaqsız, sən bilmirsən ki, oraqsız taxıl biçilməz. Niyə orağı qoymamısan.
Gəlin deyir:
-Ay ağa, odur, orax sənin papağo üstündə.
Orğı başından götürən Məmməd kişi kor-peşiman olub öz-özünç deyinə-deyinə tarlaya qayıdır:
-«Əsdaxfurullah, əsdaxfürüllaaz.
Az qala ağzımdan pis söz çıxacaqdı.

Dəyirman tez yatdı

Bir kəndli oğlunu yanına çağırıb tapşırıq verir:
-Habı şeyləri bazarlığı apar, satıb başayaq al. Anannan soruş, gör ona nə buyurur.
Anasından xəbər alır:
-Saa nə alım?
Arvad deyir:
-Balaca qıza başmacıq,
Böyük qıza yaşmacıq,
Babaa saqqal darağı,
Nənaa bir barmaxlıx,
Ataa xeyir-şər çuxası,
Maa da bir yaxalıx.
Oğlan bazardan qayıdıb adasına diyir:
-Sən diyəni aldım,
Cibi boş qaldım.
Pullar bizə çatdı.
-Dəyirman tez yatdı.
Oğlu demək istəyir ki, başqa şeylər almağa pul qalmadı.

Getdiyim yol hələ bəlli dölü

Bir evə gələn qonaq çox qalır. Ev sahibinin arvadı onun qulluğunda durmaqdan bezir. Kişi də işindən-gücündən qalıb bərk narahat olur. Qonağın çıxıb öz öyünə getməməsinin səbəbi onu da təəccübləndirməyə başlayır. Ər-arvad belə fikirləşirlər ki, araya bir yolla söz salsınlar, bəlkə qonaq ürəyindən keçənləri onlara açdı.
Kişi deyir:
-Ay qonaq, bizim ikimizin bir mübahisəsi var. Sənin sabah gedəcəyin yol dağdan, yoxsa arandan düşəcək? Mənim fikrinmcə sən səhər açılan kimi arana üz tutacaqsan, arvad tərslik edir ki, yox, sabah qonaq dağa sarı yollanacaq. Hansımız düz deyirik
Qonaq məsələnin nə yerdə olduğunu anlayıb cavab verir:
-Düz demirəmsə, sənin dünən aldığın illik buğda axıra qədər mənə qismət olmasın. Getdiyim yol hələ bəlli dölü.

Bir dəridən on papaq

Bir kəndli bir dənə qoyun dərisi gətirib şəhərdə papaxçıya verir. Özü üçün papax tikməyi tapşırır. Sonradan kəndli fikirləşir: «Mən ondan soruşmadım ki, dəridən neçə papax çıxar. İki papaq çıxarsa, birini də qardaşıma verərəm».
Kəndli deyir:
-Ay usta, dəridən iki papax çıxarmı?
Papaxçı asanlıqla dəridən iki papax tikməklə razılaşır. Bunu görən kəndli düşünür ki, bəlkə üç papax çıxdı.
-Bəs üç papax necə tikə bilərsən?
Papaxçı bu təklifə də «hə» deyir.
Kəndli papaqçının belə tez razılaşmasından şübhələnib bir-bir tikiləcək papaqların artırır. Papaqların sayını on dənəyə çatdırsa da, yenə papaxçı deyir:
-Olar.
Kəndli sevinə-sevinə çıxıb gedir. On adama papax paylayacaqdı.
Üç gündən sonra kəndlini görən papaxçı dükanın dalına keçib hər barmağının başında bir papaxcıx gətirir, müştərisinə uzadıb deyir:
-Habı da sənin on papağın.
Kəndli dillənir:
-Ay kişi bunlar nədir?
Papaxçı deyir:
-Sən razılaşdın ki, 10 papax. Mən də tikdim.

Elmin başı səbrdir

Bir nəfər xaricdə neçə illər oxuyur. Təhsilini tamamladıqdan sonra vətənə qayıdar. Hələ evlərinə çatmamış rastlaşdığı adamlardan biri buna belə bir sual verir:
-Elmin başı nədir?
Oğlan cavab verə bilmir. Elə ordanca oxuduğu yerə qayıdır. Başına gələni danışır və müəllimindən soruşur:
-Elmin başı nədir?
Müəllim cavab verir:
-Elmin başı səbrdir.

Kim nə yeyir, o da ona dadlıdır

Xandan soruşurlar:
-Qırqovulun harası dadlı olur?
Xan cavab verir:
-Döşüylə budu.
Nökər deyir:
-Boğazıyla səvəti.
Quluqçu deyir:
-Dərisi ilə gerisi.
Hər kəs yediyindən danışa bilir.

Birənin əlli batman yağı

Kimcə yerində bir nəfər deyir:
-Filan yerdə birə kəsmişdilər. Birənin əlli batman yağı gəldi.
Ondan soruşurlar:
-Birənin də əlli batman yağı olar?
Danışan cavab verir:
-Onların öz daş-tərəzisi ilə deyirəm.

Dəloza baxıf, dəlimə şükür eləyirəm

Birisi ziyarətə dəli aparırmış. Orada ziyarətə dəli gətirən başqa adamlarla rastlaşır.
Habı adam apardığı dəlinin ayağını kəndirlə bağlayıfmış, o birisi isə dəlini arabada zingirləyifmiş.
Kişi başqalarına baxıb deyir:
-Dəloza baxanda öz dəlimə şükür eləyirəm.

Sənə xoruz lazımdı, yoxsa quyruğu

Bir gün Rasim evdən çıxanda, qonşusu yaşlı kişi onu görüb sevincək deyir: Ay, Rasim canu yeyim, Allah səni g.ydən saldı. Qonaqlarım gəlib, evdə də, oğlanlardan hç biri evdə yoxdu ki, bazara xoruz almağa göndərim. Hayındı bazardan bir xoruz alarsan?
-Baş üstə, niyə almıram. Ancaq hələlik canımı yemə, gedim xoruz alım, sonra canımı yeyərsən.
Qonşu deyir: Vallah rasim, məzəsən, məzə. Onda bu pulu götür, yaxşı ətli bir xoruz al, qonaqlar çoxdur.
Bazardan qayıdan Rasim yaxşı ətli bir xoruzu qonşuya vrəndə, Kişi ağız-burnunun büzüb, deyir: Ə, bu nə xoruzdu almısan, heç əməlli-başlı quyruğuda yoxdur.
Rasim gülərək deyir: A kişi sənə xoruz lazımdır, yoxsa quyruğu. A rəhmətliyin oğlu, xouzu hayındı kəsib, quyruğunu didib bişirmiəycəksən?
Adamlar üçün birinci katib
Bakıdan gələn qonaqladan biri Rasimə deyir ki, televizorda, qəzetlərdə Sizin, Şəki camışçılıq sovxozundan çox tərifli xəbərlər vrilir. Yəqin birinci katibiniz çox bacarıqlı və qayğıkeş adamdır?
-Düz deyirsən! Mərkəzi komitəyə yazmışıq ki, elə bir katib də, adamlar üçün göndərsinlər.

Doymuşam, bir azda yesəm toxtuyaram

Böyük Vətən müharibəsindən (1941-1945-ci il) sonra, çörək talonları («zabor») ləğv edilən günü (istədiyin qədər çörək almaq imkanı veriən gün) Rasimin anası iki «buxanka» çöək alıb, gətirir və və deyir: Ay, uşaq doyunca yyin. Bir azdan sona, anaksı balaca olu Rasimdən soruşur: Doydun?
-Ay, Ciyi doymuşam, amma bir azda yesəm toxtuyaram.

Axşamı da ver Vyetnama

Vyetnamada, müharibə gedən vaxtların bir istirahət günü, səhərdən kçmiş, günortaya yaxın vaxt, Bakıdan gələn qonağı qapıda görən Rasim deyir: Ə, qaynanan səni istəyir, əgər qızıda belə istəsə xoşbəxtsən.
Qonaq dyir: ay, Rasim nə tez nahar edirsən?
- Şəkidə, hayındı belə bir şüar var: səhəri ləngit, günortanı tərgit, axşamı da ver Vetnama.

Özün getsən də, ayağın qoy qalsın

Dostların növbəti yığıcağına gələnlərdən birinin ayağı tərlədiyindən çox pis iylənirdi. Həmin adam, vdə vacib işi olduğundan, məclisdən tez getməli olur.
Rasim ona deyir: sən allah özün getsəndə, ayaqlaını burda qoy: qəşəng iyi var.

Əməlli-başlı rusca da bilirsən ki...

Bir gün Rasim küçədə tanış oğlanla rastlaşır. Salam əleykümdən sonra, soruşur: Nə olub, niyə belə bikefsən, alt dodağın göy süpürür, üst dodağın yer süpürür.
Oğlan dyir: Ay, Rasim, yaman bir əngələ düşmüşəm, heç kəsə də dyə bilmirəm. Amma sənə dyəcəyəm, bəlkə sən əlac tapdın.
-Ə, sözünü de, yoxsa eşqə düşmüsən?
-Deyirəm də, başa düşən adamsan. Düz dyirsən eşqə düşmüşəm, ancaq, qızın heç xəbəri də yoxdur. Amma səhər uşaqlar mənə dedilər k, sən nə kişisən, sənin istədiyin qızı o, rus balası ilə görmüşük. Dedim məni dolamayın. Dedilər: sən öl düz deyirik.
Cin vurdu başıma, bir istədim gedib, rusun ağız-burnunu əzişdirim, təpəsinidə dağıdım. Sonra fikiləşdim ki, bir İvandan ötrü türməyə düşmək bir kişilikdən döyül. Hayın sən, nə məsləhə görüsən?
-Ə, yekə oğlansa, bilmirsən ki, o, uşaqlar it oynadandılar? Əvvəlcə get bir rus balası ilə danış gör o, nə dyir, istədiyo edərsən.
-Ay, Rasim, axı mən rusca bilmirəm, o da, azərbaycanca. Mən onulanecə danışım?
-Yox, düz deyil, o, təzə kəlmə olsa da az-maz dilimizi bilir.
«Esli sulşi şo raz, səni onan uvidim, toqda məndən incimə qləanus dədəmin canı haqqı» necə olar?
-Ə, sən lap əməlli-başlı rusca bilisən ki.

Rahətxana

Şəki ipək kombinatının direktoru Tacətdin Əfəndiyevin (Allah ona min-min rəhmət eləsin) təşəbüsü ilə kombinatın işçiləri üçün «Marxalda» yaradılan «İstirahət zonasında» iməclikdən qayıdan dostlar yol üstü «Soyuq bulaqda» yeyib-içdikdən sonra, dostlardan biri deyir: Vallah Soyuq bulaq da cənnətdir. Dağın ətəyi, çayın qırağı, hündür yaşıl ağaclar, təmiz və sərin havası, suyu, ye, iç, ləzzət al. Bundan yaxşı yer ola bilər. Söhbət ləzzət və rahatlıqdan düşür. Biri deyir: hamamda da rahatlanırsan, ləzzət alırsan. O biri deyir: Ayağını sıxan ayaqqabını çıxardandan sonra da ürəkdən sevinir və rahatlanırsan. Bir sözlə hərə bir söz deyir, əsil sevinc və ahatlıqdan. Nəhayət dostlar sakit dayanıb deyilənlərə qulaq asan Rasimə müraciyət edib deyirlər. Sən öz sözünü de də.
-Sizin dediklərinizin hamısı ilə razıyam, ancaq biri də var ki, rahatlıq və həzz almaqdan başqa, bir də biabırçılıqdan da canın qurtardığından ürəkdən sevinirsən.
Hamı bir ağızdan deyir.
-O nədir elə, ay Rasim?
-Elə bilin ki, böyük iclasda oturmusunuz. Birdən qarnın sancır və bərk incitməyə başlayır. Him-cimlə iclasın sədrinə işarə edirsən ki, zaldan çıxmağa icazə versin. O isə üzünü yana tutur. Qarnındakı təlatum aşağı tərəfə hərəkətini daha da artırır. Bir neçə həmlədən sonra nəhayət sədr icazə işarəsi verir. Zaldan tələsik çıxıb, qaça-qaça, qorula-qorula gəlib çatırsan kalidorun o biri başındakı «Rahatxanaya» - qapını açmaq istəyirsən, qapı açılmır, «zanitdir», qorula-qorula gözləyirsən, axırda biabırçılıqdan qorxaraq qışqırmaq istəyəndə, içəridən çıxan adam çıxar-çıxma, özü salırsan içəri. Tələsik şalvarıvı aşağı salırsan istəyirsən ki, o birini də aşağı endirəsən, görürsən ki, ipi düyün düşüb, bir təhər onu qırıb əyləşib qarnındakılar fantanla çıxandan sonra dünyada ən böyük rahatlıq onda olur.

Narodnoe pesne «Qodu-qodu»

Bir gün ipək kombinatının böyük zalında keçirilən mərasimin bədii hissəsinə başçılıq edən Rasim, növbəti çıxış edənləri elan etmək istəydiyi vaxt, zala yeni daxil olan Rusiyyətdən, Latviyadan və başqa respublikalardan kombinata işləməyə gətirilən qızları görüb, gəlmələrə xüsusi hörmət məqsədilə, musiqiçilərə him-cimlə nəsə dedikdən sonra üzünü zala çeviirib, növbəti çıxışı elan edir: «Narodnoe pesne Qodu-qodu, ispolnəet Tarda - qolavam Məhərəm, çamançada çəp Hikmət, qavalda pioner İsabala. O, sözünü qurtar-qurtarmaz musiqiçilər çalmağa başlayır və pioner İsabala (pioner evində qavaldan dərs deyən qnocaman müəllim) cəh-cəh oxuyur: Bala-bala basma, tağları, Saraldı yarpaqları…

Allah yanında yatanlara rəhmət etsin

Bakıdan gələn qohumla Rasim salamlaşdıqdan sonra, Qonaq, qohum və tanışların necə olmasını xəbər alır və axırda soruşur: Bəs, qonşu, allah bəlası, camahatın zəhləsini tökən kişi, adı da, yadımdan çıxıb, o, necədir, sağdır, yoxsa ölüb?
-Bir dəfə ölüb?
Qonaq çətinliklə olsa da Allah rəhmət etsin deyir.
Rasim isə ürəkdən: Allah yanında (qəbirstanda) yatanlara Rəhmət etsin deyir.

Arxadakı itə dönməsin

Toya (Qışdağa) gedirlər. To maşının yanındakı adamlardan biri soruşur:
-Hayındı bu nədi? Qabağa kukla, dala da it qoyublar.
Rasim deyir:
-Ay bacı, bu o deməkdir ki, hayında o gəlini qabaqdakı kukla kimi bəzəyib aparıllar ki, iki aydan sonra o arxadakı itə dönməsin.

Bakıda yaşayan şəkili

Soyuqbulağın çayxanasında Lütfəli Abdullayev əyləşib dostları ilə yeyib-içirmiş. Kişli Məmməd eşşəknən yoldan keçirmiş. Xalq artisti onunla məzələnmək istəyir. Onu çağırır:
-A kişi…
-Hı…
-Haralısa?
-Kişli.
-Bəs o altındakı eşşək haralıdı?
-Qardaş, bu eşşək yerli deyil, gəlmə həkilidi.
-Bu nə deməkdi, a kişi?
-Bu o deməkdi ki, Bakıda yaşayan şəkilidi.

Şəkililərin sözlüyündən

Şəkililər dilimizdəki ən işlək sözlərin izahını tapıb xüsusi sözlük tərtib etmişlər. Orada «mıx»la başlanan kəlmələrin biir neçəsinin açıqlanmasına diqqət yetirək:
Müxalifət - «mıx əlli fənd» sözlərinin birləşib ixtisara düşməsindən yaranmışdır, «bir mıxın ətrafında əlli fənd işlədənlər» anlamındadır.
Müxbir - bu mürəkkəb söz üç zümrəyə ayrılan yazarların adından götüürülmüşdür. Birincisi zümrəyə daxil olanlara «mıx bir» deyirdilər, yəni iqtidarların yanında mıx kimi tərpənməz dayanıb onun göstərişlərini daim məqalələrində əks etdirən yazarlar; ikincisi, «mıx iki» idi, müxalifət mövqeyində durub hər şeyi tərsinə göstərənlər, «ağ ayrana qara» söyləyən yazarlar; üçüncüsü isə «mıx üç» idi, bunları «ştrixlər» də deyirdilər. Ona görə ki, hansı məhzəbə qulluq etdikləri bilinmir.
Millət bu üç yazar zümrəsini birləşdirib «mıxbır» adlandırmışdır.